Məhkəmə qərarları › İş №e-2(076)-2408/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2408/2025

30.10.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2408/2025 30.10.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə1 Cavabdeh Cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə2 iştirakları ilə İddiaçılar X11, X5, X12 və X6 Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X19, X13, X20 və X14 Cavabdeh qarşı ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 53 saylı qərarı ilə mülkiyyətlərinə verilmiş, JN-262A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən, Şəmkir rayonunun Çənlibel kəndində yerləşən, 0.23 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində üçüncü şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılmasına, 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh alınıb onlara verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar tələbini onunla əsaslandırmışlardır ki, iddiaçılara - X19, X20, X13, İddiaçı3 və X1na Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonun Çənlibel kəndində 0.23 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsinə görə iddiaçıların adına JN-262A saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edilmişdir. X1 iddiaçı – Rasim Musayevin arvadı, iddiaçı Samir Rasim oğlu, Elnarə Rasim qızı və Vüsalə Rasim qızının anasıdır. X16 31 may 2000-ci ildə vəfat etdikdən sonra ondan qalan miras əmlakı faktiki olaraq qəbul edib idarə etmişlər. Onlar həmin torpaq sahəsində ev tikmişlər. Həmin torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi ilə bağlı mülkiyyət hüquqlarını qeydə aldırmaq üçün üçüncü şəxsə müraciət etmişlər. Müraciətlərilə bağlı olaraq müəyyən olundu ki, Cavabdeh üçüncü şəxs tərəfindən ərazidə ölçmə işlərinin aparılmasına maneə yaradır. Bu səbəbdən də DƏDRX 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Buna görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmişlər. İstəyirlər ki, ölçmə işlərinə cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddiaçıların nümayəndəsi (vəkil) Nümayəndə1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçılar cavabdehə müvəqqəti olaraq həmin evdə yaşamasına icazə vermişdir. Cavabdeh həmin evdə heç bir əsas olmadan yaşayır. Lakin hazırda cavabdeh ölçmə işlərinin aparılmasında maneə yaratmışdır. Odur ki, məhkəmədən, ölçmə işlərinin aparılmasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, Şəmkir rayonu Çənlibel kəndində yaşayır, valideynləri 1990-cı illərdə qaçqın düşmüşlər, həmin vaxtdan bu günə qədər Şəmkir rayonu, Çənlibel kəndində yaşayırlar. Onun valideynləri 2000-ci ildə yaşadığı evi və torpaq sahəsini 2000-ci ildə X4 3000 şirvana almışlar. X2 vəfat etdiyindən onlar alqısatqı müqaviləsi bağlaya bilməmişlər. 2000-ci ildən sonra o orada yaşamış, tikinti işləri aparmış, kommunal xərcləri ödəmişdir. Lakin hazırda yaşadıqları evin yerləşdiyi torpaq sahəsinə dair onda heç bir sənəd yoxdur. Cavabdehin nümayəndəsi (vəkil) Nümayəndə2 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, cavabdehin valideyinləri 1990-cı illərdə qaçqın düşmüşlər, həmin vaxtdan bu günə qədər Şəmkir rayonu, Çənlibel kəndində yaşayırlar. Onlar yaşadığı evi və torpaq sahəsini 1999-2000-ci ildə X4 almışlar. X2 vəfat etdiyindən onlar alqı-satqı müqaviləsi bağlaya bilməmişlər. 2000-ci ildən sonra cavabdeh tərəf orada yaşamış, tikinti işləri aparmış, kommunal xərcləri ödəmişdir. Beləliklə cavabdeh 25 ilə yaxın torpaq sahəsini istifadə etmişdir. Odur ki, qeyd olunanların nəzərə alınmasını xahiş edir. Üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, nümayəndənin iştirakını təmin etməmiş gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə gəlməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportunun surətindən görünür ki, Şəmkir rayonu, Çənlibel kəndində yerləşən fərdi yaşayış evi X7 mülkiyyətindədir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X19 ilə X10 arasında xx.xx.1993-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Musayev, arvada Musayeva soyadı verilmişdir. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X18 arasında xx.xx.2013-cü il tarixdə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. İşdə olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2000-ci il tarixdə ölmüşdür. İşdə olan JN-262A, KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair Şəhadətnamənin surətindən görünür ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonun Çənlibel kəndində 0.23 ha həyətyanı torpaq sahəsi X20, X13, İddiaçı3 və X7 mülkiyyətlərinə verilmişdir. İşdə olan “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, torpaq sahəsi üzərində mübahisəli hal aşkar edilmiş və nəticədə ölçmə işlərinin aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 53 saylı qərarı ilə Şəmkir rayonun Çənlibel kəndində 0.23 ha həyətyanı torpaq sahəsi X20, X13, İddiaçı3 və X7 mülkiyyətlərinə verilmişdir. Həmçinin mübahisəli torpaq sahəsinin iddiaçıya və onların ailə üzvlərinə məxsus olması müəyyən edilmişdir. Cavabdehin həmin torpaq sahəsinə dair hər hansı bir mülkiyyət hüquqları mövcüd deyil. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçıların mülkiyyət hüquqlarının qeydiyyata alınmasına görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən müəyyən ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin, cavabdeh heç bir əsas olmadan tərəflərin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maneçilik törətmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçıların mülkiyyət hüququnu pozur, onların mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçıların bu hüququnu həyata keçirməyə maneə olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onların bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X8 X3 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçıların mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 53 saylı saylı qərarına əsasən JN-262A, KOD 50416018 saylı Torpağın Mülkiyyətə Verilməsinə dair şəhadətnamə ilə X20, X13, İddiaçı3 və X9 verilmiş Şəmkir rayonu Çənlibel kəndində yerləşən 0.23 ha həyətyanı torpaq sahəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar