Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-2648/2024 02.08.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçının nümayəndəsi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı X10 Cavabdeh qarşı “doğum bərpa akt qeydinin qismən ləğv olunması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Musayeva Elza Fanisovna Cavabdeh qarşı “doğum bərpa akt qeydinin qismən ləğv olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 1991-ci ildə Rusiya Federasiyasının Tversk vilayətində anadan olmuş Cavabdeh adlı şəxslə bağlı olaraq Şəmkir rayon Qeydiyyat Şöbəsində 16 aprel 2021-ci ildə aparılmış 13 saylı doğum haqqında bərpa akt qeydini-yəni atalıq qeydini X12 münasibətdə ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh etiraz ərizəsini təqdim edərək bildirdi ki, O iki ilə yaxındır ki, mərhum atasının mülkündən pay almaq üçün Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. X15 ata mülkündən ona pay ayırmış və o razı qalmışdır. Sonra qarşı tərəf apellasiya şikayəti vermişdir. Hal-hazırda iş orada müvəqqəti dayandırılıb. Səbəb odur ki, qarşı tərəf iddia edir ki, o atasının qanuni oğlu deyil. Beləliklə, iki ilə yaxındır ki, onu qarşı tərəfin vəkili İddiaçı zəlil edib süründürür. Hakim Şəfəq xanım bu iddianı ləğv etmişdir. Bundan sonra Həvayət xanım bu iddiaya baxmışdır. İndi yenidən bu iddia təkrar qaldırılıb. Hakim Həvayət xanım və hakim Şəfəq xanım bütün şahidləri dindirdi, onun Musayev Eyyubun oğlu olduğunu öyrəndi və müvafiq qərar qəbul etmişdir. Vəkil İddiaçı həmişə iddia qaldıranda onu ərizələrində şərəfsiz, ləyaqətsiz, narkoman və s. cümlələrlə təhqir edir. Onun bunu deməyə nə haqqı, nə də hüququ çatmır. O, əgər şahidləri yetmirsə, atasının qəbrini açıb DNK analizi götürülməsinə dair göstəriş verilməsini, oğlu olmasa, onun yalana görə həbs edilməsini rica etmişdir. Oğludursa, barəsində doğru qərar çıxarılmasını xahiş etmişdir. Artıq bu təhqirlərə dözə bilmir. On baş ailə bir yerdə yaşayırlar. Məhkəmədən qarşı tərəfin iddiasını rədd edilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 1496 nömrəli X9 tərəfindən verilmiş arayışdan görünür ki, X14 xx.xx.2021-ci ildə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1383 nömrəli X9 tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx xxxx 1991-ci ildə anadan olmuşdur. X1, anası X2 qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 2(076)-2228/2022 nömrəli Şəmkir Rayon Məhkəməsinin qətnaməsindən görünür ki, məhrum X4 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.12 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində ümumi sahəsi 97.2 kv.m olan fərdi yaşayış evindən, Şəmkir şəhəri ərazisində yerləşən 0.07 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsindən ibarət miras əmlakların digər vərəsələrlə yanaşı iddiaçı Cavabdeh tərəfindən də qəbul edilmesi faktı müəyyən edilməsinə; həmin miras əmlaklardan X10 payı 6/10 hissədə, Cavabdeh payı 1/10 hissədə, X5 payı 1/10 hissədə, X6 payı 1/10 hissədə və X7 payı 1/10 hissədə müəyyən edilməsinə qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1496 nömrəli X9 tərəfindən verilmiş arayışdan görünür ki, X14 və X11 ilə xx.xx.2012-ci ildə nikah bağlamışdılar. Nikah bağlanan sonra ərə ”Musayev”, arvada “ Musayeva” soyadı verilmişdir. Qeyd edilmişdir ki, nikaha E.B Musayevin xx.xx.2021-ci ildə ölməsi ilə bağlı xitam verilmiş və ölüm xx.xx.2021-ci ildə 1417 №-li akt qeydi ilə Şəmkir rayon qeydiyyat şöbəsində dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 2(076)-170/2024 nömrəli Şəmkir Rayon Məhkəməsinin qərardadından görünür ki, ərizəçi Cavabdeh atalığın etiraf edilməsi faktının müəyyən edilməsinə dair ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir şəhəri Natəvan küçəsi 91 nömrəli evdə yaşamış mərhum X8 X3 vilayətində anadan olmuş Cavabdeh atası olmadsı faktının müəyyən olunmasının etiraf edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab etmişdi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 15 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh X1, anası X2 olmaqla xx xxxx 1991-ci il tarixdə Rusya Federasiyasının Tversk vilayətində anadan olması faktı müəyyən edilmiş və Cavabdeh həmin qətnamə əsasında doğum haqqında şəhadətnamə verilmişdir. Həmin doğum haqqında şəhadətnamədə Cavabdeh X1 olduğu göstərilmişdir. Ona görə ərizəçi Cavabdeh atalığın etiraf edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməsinə qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə məhkəmə iş üzrə icraata xitam verir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 9.1-ci bəndində göstərilmişdir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını aparan orqanlar (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri) tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin aparılması, qeydlərin aparılmasından imtina olunması və ya həmin qeydlərdə düzəlişlərin edilməsindən imtina olunması, yaxud vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı maraqlı şəxslərlə həmin orqanlar arasındakı mübahisələrə, habelə adın, ata adının və soyadın dəyişdirilməsindən imtina olunması ilə bağlı verilən iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. Hazırkı mübahisə doğum haqqında bərpa akt qeydini-yəni atalıq qeydini X12 münasibətdə ləğv edilməsi, yəni düzəliş edilməsi ilə bağlı olduğundan və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 9.1-ci bəndində qeyd edildiyi kimi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitablarında (akt kitablarında) qeydlərin düzgün olmamasının müəyyən edilməsi ilə bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxıldığından iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-in 261, 263-264, 266-269cu maddələrinə əsasən, məhkəmə q ə r a r a a l d ı: İddiaçı X10 Cavabdeh qarşı “doğum bərpa akt qeydinin qismən ləğv olunması” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-2648/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-2648/2024
02.08.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver