Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2656/2025 14.08.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Həşimov Ağaxan Habil oğlunun katibliyi Ərizəçi3, Ərizəçilərin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə Ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi4, Ərizəçi1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi4, Ərizəçi1 “hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə Şəmkir rayonu Seyfəli kəndi ərazisində yerləşən 0.27 ha həyətyanı torpaq sahəsinə görə ərizəçilər Ərizəçi3, Ərizəçi2, Ərizəçi4, Ərizəçi1 və mərhum X4 adına tərtib olunmuş JN 2666F KOD 50413005 saylı Torpağa mülkiyyət hüququna dair şəhadətnamənin ərizəçilər Ərizəçi3, X11, Ərizəçi4, Ərizəçi1 və mərhum X6 məxsus olması faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçilər ərizələrini onunla əsaslandırılmışlardır ki, Ərizəçi3, oğlanları olan digər ərizəçilər Ərizəçi2, Ərizəçi4, Ərizəçi1 və mərhum həyat yoldaşı X4 adına Şəmkir rayon Aqrar İslahat Komissiyasının 23 oktyabr 1998-ci il tarixli 56 saylı qərarı ilə Şəmkir rayonunun Seyfəli kəndi ərazisində 0.27 həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə görə ərizəçilərin və mərhum həyat yoldaşı X4 adına JN2666F KOD 50413005 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamə tərtib olunmuşdur. Mərhum həyat yoldaşı X8 xx.xx.2018-ci ildə vəfat etmişdir. Ondan qalan miras əmlaka qanun üzrə vərəsəlik şəhadətnaməsi almaq istəyirlər. Lakin JN-2666F KOD 50413005 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə mərhum həyat yoldaşı Sünbül Tağı qızının soyadı Hüseynquliyeva, ata adı isə Tap kimi qeyd olunub. Eyni zamanda qeyd olunan şəhadətnamədə digər ərizəçilərin də soyadı yanlış olaraq Hüseynquliyev kimi qeyd olunmuşdur. Halbu ki, onların soyadı İsayevdir. Buna görə də qeyd olunan yanlışlığa görə ərizəçilər mərhum X3 miras qalmış torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarını qeydə aldıra bilmirlər. Həmin şəhadətnamədə olan yanlışlıq həmin torpaq sahəsinə görə mülkiyyət hüququna dair Çıxarış almaqlarına da mane olur. Bu səbəbdən də hazırkı ərizə ilə məhkəməyə müraciət edirlər. İstəyirlər ki, məhkəmə qeyd olunan sənədin ərizəçilərə və mərhum X6 məxsus olması faktını müəyyən etsin. Buna görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişlərdir. Ərizəçilərin nümayəndəsi (vəkili) Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə Ərizəçi3 ata adı səhvən “Elmaz” kimi qeyd edilmişdir. Halbuki bütün rəsmi sənədlərdə onun soyadı, adı, ata adı Ərizəçi3 kimi qeyd edilmişdir. Məhkəmə iclası zamanı Ərizəçi3 əsasən, ərizənin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, məhkəməyə təqdim edilmiş ərizədə qeyd edilən yanlışlığın aradan qaldırılması üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmiş, lakin həmin orqan yanlışlığın aradan qaldırılmasının onların səlahiyyəti daxilində olmaması səbəbindən bundan imtina etmişdir. Həmin sənəddə onun adı səhvən Elmaz olaraq göstərilmişdir, halbuki rəsmi sənəddə onun adı Elmasdır. JN-2666F KOD 50413005 saylı torpağa mülkiyyət hüququna dair şəhadətnamədə mərhum həyat yoldaşı Sünbül Tağı qızının soyadı Hüseynquliyeva, ata adı isə Tap kimi qeyd olunub. Eyni zamanda qeyd olunan şəhadətnamədə digər ərizəçilərin də soyadı yanlış olaraq Hüseynquliyev kimi qeyd olunmuşdur. Halbu ki, onların soyadı İsayevdir. Hazırda o mülkiyyətində olan torpaq sahəsi ilə bağlı hər hansı hüquqi hərəkət edə bilmir və bu səbəbdən məlum ərizə ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3, X11, Ərizəçi4, Ərizəçi1 və mərhum X6 məxsus olması faktının müəyyən edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı ərizəçilərin nümayəndəsi (vəkili) Nümayəndə ərizəçi ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, ərizəçilər onun qonşusudur. Ərizəçilərin Şəmkir rayonu Seyfəli kəndi ərazisində torpaq sahələri var. Onlar həmin torpaq sahəsini satmışlardır. Onlar satan zamanı torpaq sahəsində yalnız hörgü var idi. Torpaq sahəsi Elmasın, oğlanlarının və mərhum yoldaşının adına verilmişdir. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçilər onun qonşusudur. Ərizəçilərin Şəmkir rayonu Seyfəli kəndi ərazisində torpaq sahələri var. Məhkəmə iclasında iştirak edən və şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, ərizəçilər onun qonşusudur. Onlar Şəmkir rayonu, Seyfəli kəndində yaşayırlar. Elmasın mərhum həyat yoldaşının adı Sünbül, oğlanların adı isə Ayaz, Tunar, İsədir. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, mülkiyyətçi olan Ərizəçi3 adı “Elmaz”, mərhum arvadı Sünbül Tağı qızının soyadı Hüseynquliyeva, ata adı isə Tap, digər ərizəçilərin də soyadı yanlış olaraq Hüseynquliyev kimi qeyd olunmuşdur. İşdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, Ərizəçi3 ilə X8 arasında Şəmkir rayonu, Seyfəli kənd Sovetliyində xx.xx.1990-cı il tarixdə 100 nömrə ilə dövlət qeydiyyatına alınmış nikah bağlanmışdır. İşdə olan ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X8 xx.xx.2018-ci il tarixdə ölmüşdür. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli imtina məktubundan görünür ki JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş aparılması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMDK-nin yanında DƏDK və Reyestri publik hüquqi şəxsin 11 saylı Şəmkir Ərazi İdarəsinin səlahiyyəti daxilində olmadığından düzəliş edilməsindən imtina edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarı ilə ərizəçi və ailə üzvlərinə 0.27 ha həyətyanı torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə mülkiyyətçi olan Ərizəçi3 adı “Elmaz” kimi qeyd edilmiş, mərhum arvadı X1 Hüseynquliyeva, ata adı isə Tap, digər ərizəçilərin də soyadı yanlış olaraq Hüseynquliyev kimi qeyd olunmuşdur. Hazırda həmin torpaq sahəsi barədə aktda yalnışlıq olduğu üçün həmin torpaq sahəsi ilə bağlı heç bir hərəkət edə bilmir. JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədə düzəliş edilməsi üçün AR ƏMDK-i yanında DƏDRX-nin 11 saylı Ərazi idarəsinə müraciət etmişdir. Lakin xx.xx.2025-ci il tarixli məktubla imtina edildi və məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Hazırda ərizəçi JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamədəki ad, soyad və ata adı uyğunsuzluğu səbəbindən mülkiyyətində olan torpaq sahəsi üzərində hər hansı hüquqlarını həyata keçirə bilmirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 88– ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə ərizəçilərə və mərhum X6 məxsusdur. Azərbaycan Respublikası MPM–in 307.2.5–ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı hüquqi əhəmiyyətli faktların təsdiq olunması qaydasında həll edilə bilər. İş materialları ilə müəyyən olunur ki, ərizənin predmeti olan sənəd ərizəçiyə torpaq sahəsi üzərində bütün hüquqlarını həyata keçirmək üçün zəruridir. Bu səbəbdən JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamə hüquq müəyyənedici sənəd əhəmiyyətinə malikdir. Azərbaycan Respublikası MPM–in 308–ci maddəsində göstərilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. İş materiallarından müəyyən olunur ki, ərizəçinin JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3, X11, Ərizəçi4, Ərizəçi1 və mərhum X6 məxsus olmasını məhkəmədən kənar başqa qaydada əldə etmək imkanı olmamışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 307, 308, 310 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 23 oktyabr tarixli 56 saylı qərarına əsasən verilmiş, JN 2666F KOD 50413005 saylı Torpağın Mülkiyyətə verilməsinə dair şəhadətnamənin Ərizəçi3, X11, Ərizəçi4, Ərizəçi1 və mərhum X6 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-2656/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2656/2025
14.08.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver