Məhkəmə qərarları › İş №e-2(076)-2765/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2765/2024

24.09.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2765/2024 24.09.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, Ərizəçi İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi İddiaçı “atalığın etiraf edilməsi faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi İddiaçı “qohumluq faktının müəyyən edilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin atası X15 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı 21 mart 1957-ci ildə Şəmkir rayonu Düyərli kəndində doğulmuş, X20 M.Əli qızı atası X5r. X20 M.Əli qızı 1999-cu ildə vəfat etmiş, atası X12 xx.xx.2006-cı ildə vəfat etmişdir. İddiaçı doğum haqqında şəhadətnaməsi olmadığından Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışda X20 M.Əli qızı qeyd edilmiş, ata qrafasında ata adı qeyd edilməmişdir. Valideyinlərinin vəfatından sonra qanun üzrə vərəsəlik qaydasında açılmış miras əmlakın qəbul edilməsi mərhələsində ərizəçinin atasının məhz X12 olması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Şəmkir rayon Qeydiyyat Şöbəsinin xx.xx.2021-ci il tarixli, 4148 saylı arayışından məlum olur ki, X12 ilə Verdiyeva Həmayə M.Əli qızının nikahı haqqında xx.xx.1966-cı il tarixdə 22 № akt qeydi tərtib edilmişdir. Onların birgə nikahından 1951-ci il təvəllüdlü X8, 1955-ci il təvəllüdlü X9 (vəfat etmiş), 1957-ci il təvəllüdlü İddiaçı, 1959-cu il təvəllüdlü X10 (vəfat etmiş), `1961-ci il təvəllüdlü X13, 1964-cü il təvəllüdlü X2, 1966-cı il təvəllüdlü X16 (vəfat etmiş), X14 (vəfat etmiş) uşaqları olmuşdur. Həmin şəxslərin qohumluq münasibətində və İddiaçı atası X3 olması faktı onların və yaxın qohumlarının ifadələri ilə təsdiqini tapır. Bununla yanaşı ərizəçi X6 aid Şəmkir rayonu Düyərli kəndində tərtib edilmiş 385 saylı təsərrüfat kitabında ailə üzvləri sırasında ərizəçi İddiaçı qeyd edilmişdir. Ərizəçi valideyinləri vəfat etdikdən sonra da həmin evdə yaşamış, ailə qurmuş və iki övladı doğulmuşdur. Mülki Məcəllənin 1136-cı maddəsinə görə nikahdan kənar uşaq o halda atasının vərəsəsi sayılır ki, atalıq qanunda nəzərdə tutulmuş qaydada müəyyənləşdirilmiş olsun. Əgər həmin uşaq atasından əvvəl ölərsə, onun uşaqları atalarına çatası mirasdan pay tələb edə bilərlər. Göründüyü kimi, adları çəkilən bacıqardaşlar və 385 saylı təsərrüfat kitabında göstərilən qeydlər ərizəçinin atası X3 olması faktı təsdiqini tapdığı halda o, miras əmlak hissəsindən qanun üzrə vərəsəlik qaydasında pay əldə etmək hüququnu qazanmış olur. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil tələbin dəqiqləşdirilməsi barədə ərizə verərək, X7 ərizəçi İddiaçı atası olmasını etiraf etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı və nümayəndəsi (vəkili) Vəkil ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Maraqlı şəxs Şəmkir Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etmədiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 bildirdi ki, İddiaçı onun dostudur, qardaşı Zamanla yaxın münasibəti olub, onların xeyir və şərlərində iştirak etmişdir. Hüseyn Məmmədov onun atasıdır. Atası 2006-cı ildə vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, İddiaçı onun qardaşıdır. Onların atası X12, X20 M.Əli qızıdır. Belə ki, iş materiallarında olan X19 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2900 nömrəli arayışın surətindən görünür ki, İddiaçı xx xxxx 1957-ci il tarixdə Şəmkir rayonunda anadan olmuşdur. Bu barədə 21 mart 1957-ci il tarixdə Şəmkir rayonunun Düyərli kənd icra nümayəndəliyində 87 nömrəli doğum haqqında akt qeyd tərtib olunmuşdur. Ata qrafası boş, ana qrafasında Məmmədova Həmaya M.Əli qızı qeyd olunmuşdur. İş materiallarında olan Şəmkir Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4148 nömrəli arayışdan görünür ki, X15 və Verdiyeva Həmayə M.Əli qızının 09 aprel 1966-cı il tarixdə 22 nömrəli nikah haqqında akt qeydi tərtib olunmuşdur. Nikah Şəmkir rayonu Düyərli kənd icra nümayəndəliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə “Mamedov”, arvada “Mamedova” soyadı verilmişdir. Qeyd: Ər xx.xx.2006-cı il tarixdə vəfat etmişdir. Mərhum barəsində xx.xx.2006-cı il tarixdə 07 saylı ölüm akt qeydi Şəmkir rayonu Düyərli kənd icra nümayəndəliyi tərəfindən qeyd edilmişdir. Arvad xx.xx.1999-cu il tarixdə vəfat etmişdir. Mərhum barəsində xx.xx.1999-cu il tarixdə 09 saylı ölüm akt qeydi Şəmkir rayonu Düyərli kənd icra nümayəndəliyi tərəfindən qeyd edilmişdir Məhkəmə, ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatını və şahidlərin ifadələrini dinləyərək, işdə olan sənədləri tədqiq etməklə, toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə müvafiq olaraq uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır (maddə 46.3). Uşaq, aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər (maddə 45). Mülki işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi 21 mart 1957-ci ildə Şəmkir rayonu Düyərli kəndində doğulmuş, X20 M.Əli qızı, atası X11r. Ərizəçinin X20 M.Əli qızı xx.xx.1999-cu ildə, atası X15 xx.xx.2006-cı ildə vəfat etmişlər. İddiaçı doğum haqqında akt qeydində X20 M.Əli qızı qeyd edilmiş, ata qrafasında isə ata adı qeyd edilməmişdir. X1 ərizəçi İddiaçı atası olması faktı müəyyən olunmadığı üçün ərizəçi atasının vəfatından sonra ondan qalmış miras əmlaka vərəsə tanınmaqla bağlı hüquqlarından istifadə edə bilmir. Qeyd edilən hüquqi faktın müəyyənləşdirilməsində ərizəçinin məqsədi mərhum atası X4 miras qalmış əmlaka vərəsə tanınmaqla bağlıdır. Hansı ki, həmin hüquqi faktın məhkəmədən kənar digər orqanlarda müəyyən edilməsi mümkün deyildir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsaəsn hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3 və 217.4-cü maddələrinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 305.1.1-ci maddəsində deyilir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən atalığın etiraf olunması faktının müəyyən edilməsi barədə işlərə baxır. (MPM maddə 307.2.10) 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ərizəçi İddiaçı atası olmasını etiraf etməsi faktı ərizəçinin və ərizəçinin nümayəndəsinin izahatı ilə yanaşı, şahidlərin ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən, ərizəçi isə həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən, ərizə təmin edilməli, həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. 05 mart 2006-cı il tarixdə vəfat etmiş X7 xx xxxx 1957-ci ildə anadan olmuş İddiaçı atası olmasını etiraf etməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar