Məhkəmə qərarları › İş №e-2(076)-2785/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-2785/2025

22.07.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-2785/2025 22.07.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, İddiaçı Sığorta ASC-nin Cavabdeh qarşı “əsassız varlanmaya dair pul tələbi barədə” iddiasına dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Sığorta ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz E240” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə artıq ödənilmiş 1140 (min yüz qırx manat) manat pulun və ödənilmiş 31.40 (otuz bir manat qırx qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Mercedes Benz E240” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə İddiaçı Sığorta Şirkəti ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növündə sığortalanmış “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin toqquşması ilə yol nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü təqsirli bilinmişdir. Belə ki, iş materiallarına da əlavə edilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışdan (forma 4) və iş materiallarında olan TP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, hadisənin baş verməsində “VAZ 2106” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X4 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. “Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə” hesabata əsasən, “Mercedes Benz E240” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1140 AZN ziyan dəymişdir. Zərərçəkən, hazırki iş üzrə Cavabdeh tərəfindən təqdim olunan bank hesabına xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən, yanlışlıqla 2280 AZN, yəni real zərər məbləğin 2 misli qədər ödəniş edilmişdir. Beləliklə, əsas öhdəlik məbləğindən 1140 AZN artıq ödəniş cavabdehə məxsus bank hesabına ödənilmişdir. Beləliklə Cavabdeh əsassız olaraq varlanmışdır. Tərəfilərindən Cavabdeh həm şifahi, həm də yazılı qaydada müraciət olunmasına baxmayaraq tələb olunan məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görülməmiş, artıq ödənilən pul geri qaytarılmamışdır. Fikrimizcə, hazırki situasiyada Cavabdeh əsassız varlanan şəxsdir və öhdəlikdən kənar olaraq ödənilmiş 1140 manat pul ondan tutulmalıdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının təqdim etdiyi sənədlərin tədqiqi nəticəsinə əsaslanaraq hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan Gəncə şəhəri, DYPŞ-nin inspektoru, polis leytinantı X2 xx.xx.2024-cü tarixli, TP seriyalı ******* nömrəli və İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb edilib 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. İşdə olan İddiaçı Sığorta Şirkəti ASC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, nəqliyyat vasitəsinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin məbləği 1140 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli Kapital Bank rekvizitindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 AZ37NABZ******************** saylı hesabına 2280 manat məbləğində vəsait ödənilmişdir. İşdə olan İddiaçı Sığorta ASC tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2025-ci il tarixli pretenziya məktubundan görünür ki, həmin məktubla 1140 manat ödənilməli olduğu halda səhvən 1140 manat, ümumi olaraq 2280 manat sığorta ödənişi həyata keçirildiyi bildirilmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Sığorta ASC tərəfindən səhvən əlavə olaraq həyata keçirilən 1140 manat artıq sığorta ödənişini 10 iş gün müddətində İddiaçı Sığorta ASC-nə ödənilməsini xahiş etmişdir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə, cavabdehə qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquq və vəzifələrin yaranmasının əsaslarından biridir. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz E240” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə 1140 AZN ziyan dəymişdir. Dəymiş ziyanın məbləği 1140 manat müəyyən edilmiş olsa da, İddiaçı Sığorta ASC tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixli ödəniş qəbzinə əsasən 2280 AZN, yəni real zərər məbləğin 2 misli qədər ödəniş edilmişdir. Ona görə də hazırda İddiaçı Sığorta ASC Cavabdeh artıq ödənilmiş 1140 manat məbləği geri tələb edir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan normalara əsaslanaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1140 (bir min yüz qırx) manat məbləğində pul alınıb iddiaçının hesabına ödənilməlidir. Ödənilmiş 31,4 (otuz bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz E240” markalı, ** VZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə artıq ödənilmiş 1140 (bir min bir yüz qırx) manat məbləğində pul alınıb İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Cavabdeh 31,4 (otuz bir manat qırx qəpik) manat məbləğində dövlət rüsumu alınıb İddiaçı Sığorta Şirkəti ASC-nə ödənilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar