Məhkəmə qərarları › İş №e-2(076)-3308/2024

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3308/2024

31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3308/2024 31.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi Niftalıyev Kənan Nazim oğlunun katibliyi İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 nümayəndəsi X2 Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Cavabdeh qarşı sağlam 2 (iki) baş təkə, 20 (iyirmi) baş keçi və 400 kq qarışıq yemin natura şəklində qaytarılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 Cavabdeh qarşı sağlam 2 (iki) baş təkə, 20 (iyirmi) baş keçi və 400 kq qarışıq yemin natura şəklində qaytarılması tələbinə dair iddia ərizəsi ilə Şəmkir Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən eyni növlü və keyfiyyətli 2-3.5 yaş aralığında sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam 2 (iki) baş təkə, 20 (iyirmi) baş keçi və 400 kq qarışıq yemin natura natura şəklində Agentliyə qaytarılması və məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi ilə bağlı qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, özünüməşğulluq proqramı çərçivəsində vətəndaş Cavabdeh (FİN:xxxxxxx) ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 (bundan sonra - Agentlik) Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanan “Özünüməşğulluğa kömək göstərilməsinə dair” 27 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11523 nömrəli müqaviləyə əsasən Agentlik tərəfindən Cavabdeh “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlər, yəni 20 (iyirmi) baş keçi, 2 (iki) baş təkə və 400 kq qarışıq yem natura şəklində verilmişdir. Tərəflər arasında yuxarıda qeyd edilən əmlakların təhvil verilməsinə dair imzalanmış 2022-ci il 27 sentyabr tarixli aktla vətəndaş Cavabdeh “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan və istifadəyə yararlı aktivləri əldə etdiyi müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın tələblərinə əsasən, özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib-edilməməsi, habelə istifadənin biznes-plana uyğun olub-olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 2024-cü il 12 fevral tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Keçicilik təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 20 (iyirmi) baş keçi və 2 (iki) baş təkə aşkar edilməmişdir. Cavabdeh ünvanlanmış 2024-cü il 15 may tarixli 3-17-2/2-N-28624/2024 nömrəli xəbərdarlıq məktubu ilə monitorinq zamanı aşkar olunmayan aktivin natura şəklində Agentliyə geri qaytarılması təklif edilmiş, əks halda məhkəmə qaydasında bərpası istiqamətində qanunvericilikdə nəzərdə tutulan üsul və vasitələrdən istifadə ediləcəyi bildirilmişdir. Qeyd edilən xəbərdarlıq məktubu ilə əlaqədar Cavabdehtərəfindən hərəkətsizlik göstərilərək maddi aktivin natura şəklində Agentliyə geri qaytarılması təmin edilməmişdir. Odur ki, yuxarıda qeyd edilən işin faktiki hallarına görə iddia ərizəmiz təmin edilməli, Cavabdeh tərəfindən eyni növlü və keyfiyyətli 2-3.5 yaş aralığında 2 (iki) baş təkə , 2-3.5 yaş aralığında 20 (iyirmi) baş keçi, 400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 nümayəndəsi X5 məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinə uyğun izahat verib iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qəbul etmədi və izahatında göstərdi ki, həqiqətən “özünüməşğulluğa kömək göstərilməsinə dair" 27 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11523 nömrəli müqaviləyə əsasən iddiaçı tərəfindən ona 2 (iki) baş təkə, 20 (iyirmi) baş keçi və 400 kq yem natura şəklində verilmişdir. Həmin heyvanlardan 6 baş keçi təhvil aldıqdan 1 gün sonra tələf olmuşdur. Onun maddi imkanı olmadığından digər heyvanları biri dörd Aydan sonra 2 baş inəklə dəyişmişdir. Həmin heyvanların dəyişməkdə məqsədi ailə üzvlərinə baxmaq üçün 2 baş inək almışdır. Qalan 400 kq qarışıq yemi isə heyvanlar onda olduğu müddətdə onlara istifadə etmişdir. Hazırda iddianı əsaslı hesab etmir və rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan və Cavabdeh ilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X1 Mərkəzi Mühasibatlıq və Təyinat filialı arasında bağlanmış “Özünüməşğulluğa kömək göstərilməsinə dair" 27 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11523 nömrəli müqavilədən və ona əlavə edilmiş təhvil–təslim aktından görünür ki, 2 (iki) baş təkə, 20 (iyirmi) baş keçi və 400 kq yem özünüməşğulluq proqramı çərçivəsində natura şəklində cavabdehin istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2024–cü il tarixli “özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin yekun monitorinqi aktı”ndan görünür ki, Cavabdeh verilmiş 400 kq qarışıq yemin və 65 ədəd yemin (ot və yonca qarışığı) istifadə edilməsi, 2 baş təkə və 20 baş keçi isə mövcud olmaması müəyyən edilmişdir. İşdə olan və cavabdehə ünvanlanmış xəbərdarlıq məktubundan görünür ki, özünüməşğulluğun təşkili məqsədilə Cavabdeh istifadəsinə verilmiş və təyinatı üzrə istifadə edilməyən əmlakın 30 iş günü ərzində Agentliyə qaytarılması, əks halda məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Eləcə də, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007–ci il tarixli qərarında Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən «sübut etmə yükü təkzib edənin deyil, iddia edən tərəfin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir–birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Ona görə də məhkəmə ilk növbədə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə inamlı nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, hazırki mübahisə üzrə iddia ərizəsində göstərilən 2 (iki) baş təkə, 20 (iyirmi) baş keçi və 400 kq yem natura şəklində cavabdehdə olmasını sübutetmə yükü iddiaçının üzərinə düşür. Beləliklə, məhkəmə müəyyən etdi ki, “Özünüməşğulluğa kömək göstərilməsinə dair" 27 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11523 nömrəli müqaviləyə əsasən 2 (iki) baş təkə, 20 (iyirmi) baş keçi və 400 kq yem özünüməşğulluq proqramı çərçivəsində natura şəklində cavabdehin istifadəsinə verilmişdir. Bundan sonra özünüməşğulluq proqramı çərçivəsində şəxslərə verilən aktivlərin təyinatı üzrə istifadə edilib–edilməməsi, habelə istifadənin biznes–plana uyğun olub–olmamasının yoxlanılması ilə bağlı Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən monitorinqlər keçirilmiş və 12 fevral 2024–cü il tarixli yekun monitorinqi aktına əsasən Cavabdeh verilmiş “Keçiçilik təsərrüfatı” zərfinə daxil olan aktivlərdən 400 kq qarışıq yemi istifadə edilməsi, 2 (iki) baş təkə və 20 baş (iyirmi) baş keçi isə mövcud olmaması aşkar edilmişdir. Məhkəmə iclası zamanı hər iki tərəf bu halların mövcudluğunu mübahisəsiz qəbul etdiyindən, məhkəmə bu faktı işin mübahisə edilməyən faktiki halları kimi qəbul edir və araşdırmır. Lakin cavabdeh tərəfindən müqavilənin şərtləri pozulmuş və istifadəyə götürülmüş iribuynuzlu heyvanlar təyinatı üzrə istifadə edilməmişdir. Nəticədə cavabdeh müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Belə ki, tərəflər arasında bağlanmış 27 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11523 nömrəli müqavilənin 3.3–cü bəndində özünüməşğulluğa cəlb edilmiş şəxsin vəzifələri qeyd edilmiş, həmin vəzifələr–əmlakı biznes–planda göstərilən məqsədlə, təyinatına uyğun istifadə etmək, əmlakın verildiyi müddətdə onun saxlanılması, istifadəsi, (yetişdirilməsi və yemləndirilməsi), habelə əmlaka ziyan vurulmasının qarşısının alınması, korlanmaması və ya məhv olmaması üçün müqavilə ilə müəyyən edilmiş təlimata riayət etmək, əmlakı üçüncü şəxslərin istifadəsinə və sərəncamına verməmək, müqavilə əsasında verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq, monitorinq zamanı ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu, o cümlədən bu Müqavilənin 3.3.1–3.3.3–cü yarımbəndlərinə nəzərdə tutulmuş vəzifələri yerinə yetirmədiyi aşkar edildikdə, vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına köçürmək, təhvil aldığı əmlakda hər hansı bir qüsur aşkar olunduğu halda bu barədə məlumatı, habelə qüsurları təsdiq edən sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Əmlakı təhvil aldıqdan ən geci 30 (otuz) gün ərzində Filiala təqdim etmək, əmlakın sonradan korlanma və məhv olması hallarında bu barədə dərhal Filiala məlumat vermək, habelə məhv olma hallarının yaranmasını və səbəblərini təsdiq edən «sənədləri (aktlar, mütəxəssis rəyi, foto şəkil və s.) Filiala təqdim etmək, bu Müqavilə bağlandıqdan sonra 5 (beş) iş günü müddətində seçilmiş özünüməşğulluq istiqamətinə uyğun olaraq ailə kəndli təsərrüfatı kimi uçota durmaq və ya fərdi sahibkar kimi qeydiyyatdan keçmək, bu barədə məlumatı elektron kabinetində yerləşdirmək, müqavilə müddətində fəaliyyəti ilə bağlı, o cümlədən ona verilmiş əmlaka dair məlumatları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil etmək, yaşayış yerini və (və ya) ona verilmiş əmlakdan istifadə yerini dəyişdikdə, bu barədə məlumatı 10 (on) iş günü müddətində elektron kabinetində yerləşdirmək, müqavilə müddəti ərzində Filialın nümayəndəsinə monitorinqin, o cümlədən elektron monitorinqin həyata keçirilməsinə, bu zaman video və foto çəkilişlərin aparılmasına şərait yaratmaq, əmlakın istifadə edildiyi və ya yerləşdirildiyi məkanda aydın görünən yerdə tərəfindən quraşdırılmış iştirakçı–məlumat lövhəsinin Müqavilə müddətinin sonunadək saxlanılmasını təmin etməkdən ibarət olmuşdur. Həmçinin, qeyd olunan müqavilədə özünüməşğulluğa cəlb olunmuş şəxsin hüquqları təsbit edilmiş, həmin hüquqlar– özünüməşğulluğun təşkili məqsədilə verilmiş əmlakdan təyinatı üzrə məhdudiyyətsiz istifadə etmək, özünüməşğulluğun təşkili məqsədilə verilmiş əmlakdan əldə edilmiş qazancdan məhdudiyyətsiz istifadə etməkdən ibarət olmuşdur. Tərəflər arasında bağlanmış müqavilədən görünür ki, cavabdeh üzərinə bir sıra öhdəliklər, o cümlədən ona verilmiş əmlakdan təyinatına uyğun istifadə etməyi, əks halda verilmiş əmlakdan 1 (bir) il ərzində üzrlü səbəb olmadan istifadə etmədikdə, həmin əmlakı və yaxud onun dəyərini əmlak qaytarılan vaxt müəyyən edilmiş bazar qiymətinə uyğun olaraq Filialın təqdim etdiyi X1 xəzinədarlıq orqanında olan xəzinə hesabına ödəməklə qaytarmaq öhdəliyini götürmüşdür. Buna baxmayaraq, cavabdeh ona verilmiş əmlakdan təyinatına uyğun istifadə etməmiş, habelə heyvanları iddiaçıya geri qaytarmamışdır. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.1–ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. “Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanunun 24.1.4–cü maddəsinə əsasən, seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün işsiz şəxslərə natura şəklində material, avadanlıq və digər əmlak 1 (bir) il müddətinə müqavilə əsasında verilir. Həmin Qanunun 24.1.5–ci maddəsinə əsasən, Agentlik özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4–cü maddəsində göstərilən müddət ərzində (1 (bir) il monitorinqini aparır. Həmin Qanunun 24.4–cü maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs ona verilmiş əmlaka müqavilə müddətində qəsdən ziyan vurduqda və ya həmin əmlakdan təyinatı üzrə istifadə etmədikdə Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq vurulmuş ziyanın əvəzini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) ödəməlidir. Həmin Qanunun 24.7–ci maddəsinə əsasən, özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qanunun 24.3–cü və 24.4–cü maddələrinə uyğun olaraq ona verilmiş əmlakın dəyərini qaytarmaqdan və ya həmin əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən imtina etdikdə tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020–ci il 13 may tarixli 168 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşsiz şəxslərin özünüməşğulluğunun təşkili Qaydası”nın 8.1–ci bəndinə əsasən Agentliyin müvafiq yerli qurumları tərəfindən 1 (bir) il müddətində özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin monitorinqi (o cümlədən elektron monitorinqi) aparılır və müqavilə müddətinin sonuna həmin şəxsin fəaliyyəti təqdim edilmiş biznes–plana uyğun olduqda, özünüməşğulluğun təşkili üçün verilmiş əmlak təhvil–təslim aktı əsasında özünüməşğulluğa cəlb olunmuş şəxsin mülkiyyətinə verilir. Həmin Qaydaların 8.3–cü yarımbəndinə əsasən, monitorinq zamanı özünüməşğulluğa cəlb olunmuş şəxsin ona verilmiş əmlakdan təyinatı üzrə istifadə etmədiyi və ya həmin əmlaka qəsdən ziyan vurduğu aşkar edildikdə, həmin şəxs vurulmuş ziyanın əvəzini Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq Agentliyin hesabına köçürməlidir. Həmin Qaydaların 9.2–ci yarımbəndinə əsasən, Qanunun 24.7–ci maddəsinə əsasən özünüməşğulluğa cəlb olunmuş şəxs bu Qaydanın 8.3–cü və 8.4–cü bəndlərinə uyğun olaraq əmlaka vurulmuş ziyanın əvəzini ödəməkdən və ya ona verilmiş əmlakın dəyərini qaytarmaqdan imtina etdikdə, tərəflər arasında yaranmış mübahisələr məhkəmə qaydasında həll olunur. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 2 (iki) baş təkə və 20 (iyirmi) baş keçi özünüməşğulluq proqramı çərçivəsində cavabdehin mülkiyyətinə deyil, sadəcə istifadəsinə verilmişdir. Bu baxmayaraq, həmin əmlak təyinatı üzrə istifadə edilməmişdir, bu səbəbdən iddiaçı həmin əmlakı natura şəklində cavabdehdən tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1–ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2–ci maddəsinə əsasən sahiblik hüququ–əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3–cü maddəsinə əsasən istifadə hüququ–əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Həmin Məcəllənin 385.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442.1–ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımi şəkildə icra edilməməsi başa düşülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, “Özünüməşğulluğa kömək göstərilməsinə dair" 27 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11523 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli 2-3 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam 2 (iki) baş təkə və 20 (iyirmi) baş keçi natura şəklində cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Bununla belə məhkəmə iddianın “400 kq qarışıq yemin natura şəklində Agentliyə qaytarılması” hissəsini əsaslı hesab etmir. Belə ki, iddiaçı tərəf 400 kq qarışıq yem natura şəklində cavabdehdən alınaraq Agentliyə qaytarılmasını tələb etsə də, işin araşdırılmış halları ilə həmin yemin heyvanlara istifadə edilib–edilməməsi müəyyən edilməmişdir. Bu səbəbdən iddianın həmin hissədə təmin edilməsini məhkəmə əsaslı hesab etmir. Həmçinin, məhkəmə iddianın “məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsi” hissəsini də əsaslı hesab etmir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.7–ci bəndinə əsasən sosial müdafiə vasitələrinin tələbi barədə iddialar üzrə – sosial təminat orqanları dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X4 də iddia ərizəsində məhz həmin Qanunu əsas tutaraq dövlət rüsumu ödəməkdən azad olunmasını qeyd etmiş və iddia ərizəsinin verilməsi üçün hər hansı məhkəmə xərci ödəməmişdir. Buna baxmayaraq, məhkəmə xərclərinin cavabdehdən tutularaq Agentliyə ödənilməsini xahiş etmiş, həmin xərclərin nədən ibarət olmasını qeyd etməmiş və bununla bağlı hər hansı ödəniş qəbzi təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddianın həmin hissədə təmin edilməsi əsaslı və qanuni deyildir. Beləliklə, məhkəmə qeyd edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, “Özünüməşğulluğa kömək göstərilməsinə dair" 27 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11523 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli 2-3.5 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam 2 (iki) baş təkə və 20 (iyirmi) baş keçi natura şəklində cavabdehdən alınaraq iddiaçıya verilməli, iddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki–Prosessual Məcəllənin 88–ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4–cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM–in 218.3–cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh “Özünüməşğulluğa kömək göstərilməsinə dair" 27 sentyabr 2022-ci il tarixində 2022/ÖM/11523 nömrəli müqaviləyə əsasən eyni növlü və keyfiyyətli 2-3.5 yaşa qədər sağlamlıq haqqında baytarlıq arayışı olan sağlam 2 (iki) baş təkə və 20 (iyirmi) baş keçi natura şəklində alınaraq iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X3 verilsin. İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar