Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3466/2024 19.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı1, İddiaçı4 Cavabdeh qarşı ölçmə işlərinin aparılmasında maneənin aradan qaldırılması qarşı, üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı1, İddiaçı4 Cavabdeh qarşı, üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması məqsədi ilə yerində müayinə edilərək ölçülməsinə Cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, X5 xx.xx.2023-cü il tarixində vəfat etmişdir. Vəfatından sonra xx.xx.2023-cü il tarixində miras əmlak iddiaçılar - İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 (bundan sonra “iddiaçılar”) tərəfindən Şəmkir Rayon 1 saylı notariat ofisinin xüsusi notariusunun iştirakı ilə qəbul edilmişdir (müvafiq sənədlər iddiaərizəsinə əlavə edilir). Hazırda Cavabdeh sahibi olduğu və faktiki olaraq yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin üzərində hüquqlarının dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bununla bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə edilmiş xx.xx.2024-cü il tarixli, ********** saylı və xx.xx.2024-cü il tarixli, ********** saylı məktublarına cavab olaraq bildirilmişdir ki, fərdi yaşayış evinin üzərində hüquqların dövlət qeydiyyatına alınması məqsədilə ünvanda yerləşən yaşayış evinin yerində müayinə olunaraq ölçülməsi zərurəti yaranmışdır. Hər iki müraciətin icrası yaşayış evinin qapısının bağlı olması səbəbindən mümkün olmamışdır. Şəmkir Rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində 464 saylı miras işi açılmış və iddiaçılar - İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 mərhumun vərəsələri olaraq müəyyən edilmişdirlər. Bununla bağlı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin mərhum X2 miras əmlaka dair vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsi iddiaçılar vasitəsi ilə ölmüş şəxsin - mərhum X4 adına çıxarış təqdim edilməlidir. Lakin Cavabdeh dəfələrlə müxtəlif bəhanələr gətirərək (evin açarı Bakı şəhərində olduğundan təqdim etmək imkanı yoxdur, evin qapısı bağlıdır və s.) yaşayış evinin yerində müayinə olunaraq ölçülməsinə mane olmuşdur. Bu hal uzun müddətdir davam edir. Bu bərədə Cavabdeh dəfələrlə şifahi məlumat verilmiş və bu halların aradan qaldırılmasını xahiş edilmişdir. Lakin keçən müddət ərzində cavabdeh bu maneələrdən çəkinməmişdir. Cavabdeh vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsi və icrası ilə bağlı iddiaçıların hüquqlarının icrasına, daşınmaz əmlakın inventarizasiyası ilə bağlı sənədlərin hazırlanması üçün müvafiq orqanın mütəxəssislərinə mane olmaqla, iddiaçının qanunvericilik normaları ilə qorunan hüquqlarını pozur. Odur ki, məhkəmədən, Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evində ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdeh tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. İddiaçıların nümayəndəsi (vəkili) Vəkil məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə göndərərək üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı1, İddiaçı4, Cavabdeh, DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişlərdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi məhkəməyə məktub ünvanlayaraq üzürlü səbəb göstərməklə məhkəmə iclasında nümayəndəsinin iştirakı olmadan prosesin keçirilməsini və qanunauyğun qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, mübahisəli fərdi yaşayış evində qapının bağlı olması və ərazidə mübahisəli halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X5 öldükdən sonra onun əmlakı üzrə İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 qanun üzrə vərəsə kimi tanınmışlar. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir Rayon 1 saylı notariat ofisində xx.xx.2023-cü il tarixində 464 saylı miras işi açılmış və iddiaçılar - İddiaçı3, İddiaçı1, İddiaçı2 və İddiaçı4 mərhumun vərəsələri olaraq müəyyən edilmişdirlər. Bununla bağlı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin mərhum X2 miras əmlaka dair vərəsəlik hüququ barədə şəhadətnamənin verilməsi iddiaçılar vasitəsi ilə ölmüş şəxsin - mərhum X4 adına çıxarış təqdim edilməlidir. Lakin Cavabdeh tərəfindən fərdi yaşayış evində yerində müayinə olunaraq ölçülməsinə mane olmuşdur. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdeh iddiaçılarn mülkiyyət hüququnu pozur, onların mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçıların qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçıların bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onların bu hüququnu həyata keçirmələrinə maneçilik yaradır. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdeh tərəfindən iddiaçıların mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maneə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə Cavabdeh tərəfindən yaradılan maneə aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-3466/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3466/2024
19.12.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver