Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-368/2025 03.03.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçılar İddiaçı2, İddiaçı1 və onların nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2 Furudin oğluna, Cavabdeh1 və Cavabdeh3 qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı2, İddiaçı1 cavabdehlər Cavabdeh2 Furudin oğluna, Cavabdeh1 və Cavabdeh3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndinin ərazisində yerləşən, iddiaçıların mülkiyyətində olan cəmi 24 ha torpaq sahəsinə hasar (barı) çəkilməsinə maneə törədən Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 Firuddin oğlu tərəfindən törədilmiş maneələrinin və həmçinin torpaq sahəsinə gələn suyun arxınını qəsdən dayandıran cavabdehlər Cavabdeh2, Cavabdeh1 Firuddin oğlu tərəfindən törədilmiş maneələrinin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş **********95 daşınmaz əmlakın reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışı əsasında İddiaçı1 və Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən 0.12 ha yaşayış məntəqələrin torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş **********70 daşınmaz əmlakın reyestr nömrəli, xx.xx.2017-ci il tarixli çıxarışı əsasında İddiaçı2 xüsusi mülkiyyətlərindədir. Həmin torpaq sahələri tor setka ilə hasarlanmışdır. Heyvanlar tor setkanın üstündən məhləyə keçdiklərindən, tor setka əyilmişdir. Heyvanlar məhlədə olan meyvə ağaclarının əksəriyyətini qırıb məhv etmişdir. Bundan başqa məhlə yiyəsiz olduğundan kənar şəxslər tərəfindən meyvə yığılıb aparıldığından oradan məhsul götürə bilməmişlər. Bundan əlavə məhləyə cavabdehlər tərəfindən zibillər atıldığından iddiaçılar məcbur qalıb özlərinə məxsus torpaq sahəsini divar hasar hördürmək qərarına gəlmişlər. Lakin cavabdehlər heç bir əsas səbəb olmadan iddiaçılara öz hesablarına barı çəkilməsinə imkan verməmiş, hasar çəkən ustaları oradan qovalamışlar. Həmçinin cavabdehlərdən Cavabdeh2 və Cavabdeh1 qardaşları meyvə ağacları olan məhləyə gələn suyun da məhləyə girməsinə icazə vermirlər. hətta məhlədə yerləşən çox illik meyvə ağacların dibini yandırıb qurutmuşlar. İddiaçılar cavabdehlərə iradlarını bildirəndə cavabdehlərdən Cavabdeh2 orada dava-dalaş yaratmış, həmin davada iddiaçılara xəsarətlər yetirmiş və İddiaçı1 mülkiyyətində və ona məxsus VAZ- 21012 markalı, 57 CE-969 dövlət nömrə nişanlı avtomobilin qabaq şüşəsini daş atıb sındırmış iddiaçılara zərər vurmuşlar. Hazırda bu məsələ ilə bağlı iş polisdədir. İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəmə iclası zamanı iddianı müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdilər və cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyun izahat verərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh2 Furudin oğluna, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Ötən məhkəmə iclasında Cavabdeh2 izahatında bildirmişdir ki, iddianı qəbul etməyib onunla əsaslandırdı ki, iddiaçılara məxsus torpaq sahəsində hasarın tikilməsində maneə yaratmamış, habelə hasarı köhnədən istifadə edilmiş yolda tikmək istəmişlər. Əvvəllər çəkilmiş dəmir setkanın yerindən hasarın tikilməsi istəmişdir. Ötən məhkəmə iclasında Cavabdeh1 Firuddin oğlu izahatında bildirdi ki, iddianı qəbul etməyərək, iddiaçılara verilmiş torpaq sahəsinin sərhədləri düzgün qoyulmamışdır. Qonşuluqda olan ona məxsus torpaq sahəsinə gedən yolları zəbt etmişlər və mübahisəsi gedən torpaq sahəsinə su arxı olmamışdır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materialarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiqli surətindən görünür ki, Şəmkir rayon, Yuxarı Seyfəli kəndində yerləşən, **********70 reyestr nömrəli 0.12 ha olan torpaq sahəsi İddiaçı2 tam mülkiyyətindədir. İş materialarında olan RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışın təsdiqli surətindən görünür ki, Şəmkir rayon, Yuxarı Seyfəli kəndində yerləşən, **********95 reyestr nömrəli 0.12 ha olan torpaq sahəsi İddiaçı1 tam mülkiyyətindədir. İş materiallarında olan AN 138615 nömrəli torpaq sahəsinin palnından görünür ki, İddiaçı1 məxsus olan Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən **********95 reyestr nömrəli 0,12 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İş materiallarında olan AN 217526 nömrəli torpaq sahəsinin palnından görünür ki, İddiaçı2 məxsus olan Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən **********70 reyestr nömrəli 0,12 ha torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 3-21-3-40/2-M-0169 nömrəli Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 11 Saylı Şəmkir Ərazi İdarəsi tərəfindən verilmiş məktubun surətindən görünür ki, **********70 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı2 məxsus olan Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində yerləşən torpaq sahəsinin naturada tanıdılması Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" X6 11 Saylı Şəmkir Ərazi İdarəsinin əməkadaşları tərəfidən həyata keçirilərək akt tərtib edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Yuxarı Seyfəli kən İƏD üzrə nümayəndəsi X4 İddiaçı2 qzının və İddiaçı1 iştirakları ilə akt tərtib olunmuş ki, İddiaçı2 şəxsi mülkiyyətində olan Seriya RX ******* nömrəli çıxarışda göstərilən torpaq sahəsinin qanuni olaraq hasarlanması zamanı qonşuları X2, Cavabdeh2 və Cavabdeh1 Firuddin oğlu maneçilik törətmiş və həmin hasarlanma işi dayanmışdır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, Şəmkir rayonunun Yuxarı Seyfəli kənd ərazisində yerləşən **********70 və **********95 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasında ümumilikdə 0.24 ha torpaq sahəsi iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətindədir. Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 Firuddin oğlu həmin torpaq sahəsinə hasar çəkilməsində maneələr yaratmışlar. İddiaçılar cavabdehlər tərəfindən hasarın çəkilməsində və su axınının qarşısının alınmasına yaradılan maneələrin aradan qaldırılmasını xahiş etdi. Beləliklə, məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdehlər iddiaçıların mülkiyyət hüququnu pozur, onun mülkiyyət hüququnu həyata keçirməyə maneə olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdanist ifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçının qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdehlər iddiaçıların bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onun hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdehlər isə onun bu hüququnu həyata keçirməsinə maneçilik yaradır. İnsan Hüquqları və X3 X1 1 saylı Protokolunun1–ci maddəsindəgöstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadəhüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququnatəminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququda əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia hasarın tikilməsi hissəsi əsaslıdır, cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahəsinin hasarlanmasına yaratdığı maneə aradan qaldırılmalıdır. Məhkəmə, iddia tələbinin torpaq sahəsinə gələn suyun arxınını qəsdən dayandıran cavabdehlər Cavabdeh2, Cavabdeh1 Firuddin oğlu tərəfindən törədilmiş maneələrinin aradan qaldırılmasına aid olan hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. (Azərbaycan Respublikası MPMnin 76.1.və 76.2. maddələri). Məhkəmə qeyd edir ki, məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Qayda olaraq sübutetmə yükü əvvəlcə iddiaçının üzərinə düşür. Lakin bu ümumi qaydanın bəzi istisnaları vardır. Əgər sübutetmə yükü qanunla başqa tərəfin üzərinə qoyulubsa, yaxud şəxs qanuni və ya faktiki prezumpsiyaya, yaxud normal bir vəziyyətin əksi olan hala istinad edirsə ümumi qayda işləmir. Prezumpsiya dedikdə isə, bəlli bir (əsas qaydanın təməlini təşkil edən) hadisədən hərəkət edilərək bəlli olmayan digər bir halın təsbit olunması başa düşülür. Başqa sözlə, şəxs prezumpsiyanın nəticəsini deyil, onun təməlini təşkil edən halı sübut etməklə prezumpsiyanın nəticəsini ayrıca sübut etmək yükündən azad olur. Yuxarıdakı hüquqi mövqeyi hazırkı işin müəyyən edilmiş hallarına tətbiq etdikdə aydın olur ki, tələb edilən əşyaların mövcud olması, cavabdehin sahibliyində olması və bu sahibliyin qanunsuz xarakter daşıması hallarının mövcudluğuna MM-in 157.2-ci maddəsinin bağladığı hüquqi nəticə iddiaçının xeyrinə bir vəziyyət əmələ gəldiyi üçün həmin halları sübuta yetirmək yükü də məhz iddiaçının üzərinə düşür. Digər tərəfdən bu ümumi qaydadan istisna təşkil edən (sübutetmə yükünü cavabdehə keçirən) hallar aşkar edilməmişdir. Bundan başqa hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübütla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçılar tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş, həmin torpaq sahəsinə su arxının olmasını, su arxının cavabdehlər tərəfindən qarşısının kəsilməsi halını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа İnsаn Hаqlаrı üzrə Avropа Məhkəməsi qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, həmçinin təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə məhkəmə yаlnız tərəflərin təqdim etdikləri sübutlаrı аrаşdırmаlı və onlаrdаn istifаdə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından iddiaçılara məxsus torpaq sahələrinə su axınını cavabdehlər Cavabdeh2, Cavabdeh1 Firuddin oğlu qəsdən dayandırılması sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı iddia ərizəsində göstərilən torpaq sahələrinə su axınını cavabdehlər Cavabdeh2, Cavabdeh1 Firuddin oğlu qəsdən dayandırmasına dair sübutlarını iddia ərizəsinə əlavə etməmiş, məhkəmə iclası zamanı iddianı qeyd olunan hissədə təsdiq edə biləcək sübutları təqdim etməsi məhkəmə tərəfindən təklif olunmasına baxmayaraq, iddiaçı bu sübutları məhkəməyə təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Şəmkir rayon, Yuxarı Seyfəli kəndində yerləşən iddiaçılar İddiaçı2 və İddiaçı1 məxsus **********70 və **********95 reyestr nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışlara əsasında ümumilikdə 0.24 ha torpaq sahəsində hasar çəkilməsinə cavabdehlər Cavabdeh2, Cavabdeh1 Firuddin oğlu və Cavabdeh3 tərəfindən yaradılan maneə aradan qaldırılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-368/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-368/2025
03.03.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver