Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-374/2024 19.03.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Nəcəfli Rizvan Ramazan oğlunun katibliyi ilə, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddia ərizəi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 10.000 manat, Cavabdeh3 11.000 manat və Cavabdeh2 qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə təxminən 1 il bundan əvvəl tanışı Əli İmranovun işlədiyi Nəsimi rayonu, 4-cü mkr ərazisində yerləşən “Qartal Restoranında” tanış olmuşdur. Sonradan onunla münasibətləri daha sıx olaraq, aralarında olan münasibətləri sevgi münasibətlərinə çevrilmişdir. Onun işsiz olmaqla, maddi vəziyyəti ağır olduğundan ona azyaşlı övladları ilə birlikdə yaşadığı mənzilin kirayə haqlarının verilməsinə və onun digər maddi xərclərinin təminatına köməklik göstərmişdir. Eləcə də, ona şəxsi avtomaşın alınması və onun adına “Gözəllik salonunu” açmaq üçün lazım olan bütün maddi vəsaitləri öz şəxsi qazancı hesabına ödəmişdir. Hazırda onun ona xəyanəti səbəbindən o onunla bütün münasibətləri kəsmişdir və həmin şəxsdən tamamilə kənarlaşmışdır. Bundan qəzəblənən Cavabdeh1 əsassız şikayətlərlə müxtəlif instansiyalara, o cümlədən, Nəsimi rayon Polis İdarəsinə müraciətlər etmiş, lakin ərizəsində göstərilən xüsusatlar öz təsdiqini tapmadığından Nəsimi rayon RPİ-nin Təhqiqat Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd olunmuş və aralarında olan mübahisələr mülki mühakimə xarakterli olduğundan aidiyyatı məhkəməyə müraciət etmək hüquqları olması onlara izah edilmişdir. Həmçinin iddiaçı “İNEX MMC” Cavabdeh1 qarşı “borcun tutulması” tələbi ilə bağlı məhkəməyə müraciət etmiş və o də həmin işə 3-cü şəxs qismində cəlb olunmuşdur. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qətnaməsi ilə Cavabdeh1 xx.xx.2023-cü il tarixli 2033 nömrəli nisyə alqı satqı müqaviləsi üzrə aldığı “Alexandrite Pro” cihazın 65.000 manat dəyərindən ödənilməmiş qalan 32.082 manat əsas borc, hesablanmış 437,70 manat cərimə və ödənilmiş 187,56 manat dövlət rüsumu olmaqla, cəmi 32.707,26 (otuz ikimin yeddi yüz yeddi manat 26 qəpik) manat pul tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən də görünür ki, cavabdehlə onun arasında olan “Alexandrite Pro” lazer epilyasiya cihazına olan ödənişlə bağlı da mübahisə vardır. Eləcə də, Məhkəmənin diqqətinə onu da çatdırır ki, onlar Cavabdeh1 ilə yaxın münasibətdə olarkən, təxminən 2022-ci ilin avqust ayında Cavabdeh1 ona 40.000 manat pul lazım olduğunu bildirərək borc istəmiş, o da həmin pulun ona nə üçün lazım olduğunu soruşanda o bildirmişdir ki, onun ailə üzvlərinin maddi vəziyyəti yaxşı deyil və imkansız olduqlarına görə Tovuz rayonunda mağaza icarəyə götürüb, Türkiyədən Türk tekstili gətirib satmaq istəmələrini və bu işdə onların yaxşı səriştələri olduqlarını bildirmişdir. Eyni zamanda cavabdeh qeyd etmişdir ki, ona bu pulu borc olaraq verərsə, borcu 1 il ərzində qaytaracaqdır. İddiaçı qeyd edilən pul vəsaitini borc olaraq verəcəyinə söz verdikdən sonra Ulduz öz anası Almaz və bacısı Zərnişana məxsus şəxsiyyət vəsiqələrini ona telefon vasitəsilə göndərib ondan xahiş etmişdir ki, həmin borc pulu Tovuz rayonuna, anası və bacısının adlarına göndərsin, o da 2022-ci ilin avqust ayında işgüzar əlaqələrdə olan yaxın tanışı Əlidən xahiş etmişdir ki, Ulduzun anası Cavabdeh3 və bacısı Zərnişanın adına 40.000 manat pul göndərsin. Əli də onun xahişi ilə 3-4 gün ərzində Almazın və Zərnişanın adına Kapital bank vasitəsilə 39.000 manat pul göndərmişdir, həmin vəsaitin 28.000 manatı Zərnişanın adına, qalan 11.000 manatı isə Almazın adına köçürülmüşdür. Köçürülən pul vəsaitləri onlar tərəfindən təhvil alınmışdır. Cavabdeh1 sonradan ondan yenidən əlavə 10.000 manat borc pul istəyərk bildirmişdir ki, Türkiyədən mal gətirilməsinə görə pul çatmır və həmin məbləği versə, onu da 1 ilərzində qaytaracaq. O da, Ulduza inandığı üçün hissə-hissə olmaqla, iki dəfəyə 8.000 manat, qalan hissəsini isə irili-xırdalı olmaqla, Ulduzun bank hesabı kartına ümumilikdə 10.000 manat pul vəsaitini borc olaraq köçürmüşdür. Yuxarıda qeyd edilənləri Nəsimi Rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin hazırda qüvvədə olan “Cinayət işi başlanmasının rədd edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarının əsaslandırıcı hissəsində şərh edilən hallar, eləcə də, şahid X3 da təsdiq edə bilər. Cavabdehlərə vermiş olduğu borc məbləğinin qaytarılması barədə onlara şifahi, daha sonra isə borcun qaytarılmasına dair müddət təyin edilməklə xəbərdarlıq edilmiş, lakin bu günədək həmin borc məbləği qaytarılmamışdır. Odur ki, hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh1 10.000 AZN, Cavabdeh3 11.000 AZN və Cavabdeh2 qızından 28.000 AZN, ümumilikdə cavabdehlərdən müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsinə dair məhkəmə tərəfindən qətnamə qəbul olunmasını xahiş etmişdir. Hazırlıq iclasında İddiaçı və onun nümayəndəsi Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada 49.000 AZN pulun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə baxış iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Cavabdeh1 ilə tanış olduqdan sonra ona və azyaşlı uşaqlarına o baxmışdır. Belə ki, Cavabdeh1 heç bir yerdə işləməmiş, onun işləməsi üçün əvvəlcə kursa göndərmiş daha sonra onun üçün icarəyə obyekt axtarmağa başlamışdır. Obyekt sahibi ilə o özü danışmış, icarə haqqını da daim özü ödəmişdir. Bundan başqa Cavabdeh1 ilə yaxın sevgi münasibətləri olduğundan ona avtomobil alması üçün ilkin ödəniş kimi 8300 manat məbləğində pul vermişdir. Daha sonra avtomobil kreditlə alındığından aylıq ödənişlərindən 11 ay ödənişi o özü etmişdir. Eyni zamanda Ulduzun gözünün müalicəsi üçün 4000 manat, daha sonra estetik əməliyyatı üçün 7000 manat pul ödəmişdir. Eyni zamanda salonu icarəyə götürüldükdən sonra salonun içindəki avadanlıqları, eyni zamanda lazer epilyasiya aparatını o öz vəsaiti hesabına almış, pulunu özü ödəmişdir. Eyni zamanda izahatında qeyd etdiklərindən əlavə də Ulduz və onun uşaqları üçün tanışlıqları müddətində öz ailəsi kimi yaxından maddi köməklik göstərmişdir. İddia ərizəsində qeyd edilmiş məbləğlər, yəni Ulduzun bacısı və anasının adına göndərilmiş 39 000 manat məbləğində pul və Ulduzun adına ola kart hesabına göndərilmiş 10000 manat pul cavabdehlərə borc kimi vermişdir. 39 000 manat pulu özü Bakı şəhərində olmadığı üçün onun yaxın tanışı Əli İmranov onun tapşırığı ilə göndərmiş, 10000 manatı da Əli və onun özü müxtəlif vaxtlarda göndərmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclası zamanı iddianı qəbul etməyərək, bildirdi ki, o əvvəllər ailəli olmuş və 2016-cı ildən rəsmi olaraq ailəsindən boşanmışdır. Birgǝ nigah dövründən iki oğlu və bir qızı var. O ailəsindən boşandıqdan sonra uşaqlarını dolandırmaq məqsədi ilə gözəllik salonunda işləmişdir. Əvvəllər dırnaq ustası işləmişdir. Lakin sonradan müstəqil olaraq icarəyə götürdüyü gözəllik salonunda qaynaqçı və lazer epilasiya aparatı işlədərək fəaliyyət göstərmişdir. O təxminən 1 ilə yaxındır ki, Nəsimi rayonu ərazisində yerləşən Qartal restoranında olarkən İddiaçı ilə tanış olmuşdur. Onunla tanışlığı sonradan qeyri-rəsmi ər-arvad münasibətlərinə çevrilmişdir. Həmin gündən etibarən onlar mütəmadi olaraq görüşmüşlər. Bir yerdə qalmışlar. Pərviz həyat yoldaşı ilə yaşamadığını bildirərək onunla ailə quracağını demişdir. Buna görə də o, Pərvizlə yaxın münasibətdə olmuşdur. Pərviz onu daima qısqanmış və hara getməsi ilə maraqlanmışdır. Hər bir yerə birlikdə getmişlər, birlikdə alış veriş etmişlər. Hətta öz ailə üzvləri ilə də, qardaşı, bacısı, anası ilə də onu tanış etmişdir. 2023-cü ilin fevral ayının sonlarında o Nəsimi rayonu, 4-cü mik-r Mir Cəlal küçəsində yeni tikilmiş binanın 1-ci mərtəbəsində yerləşən obyekti icarəyə götürərək "Diamond Bealuty" gözəllik salonu kimi işlətməyə başlamışdır. Gözəllik salonunu Səadət adlı xanımdan icarə müqaviləsi əsasında götürmüş və hər ay 1000 manat müqabilində icarə haqqı ödəməklə razılaşmışlar. O salonu götürdükdən sonra həmin salonda Lazer aparatı olmadığı üçün lazer aparatı almaq qərarına gəlmişdir. Salonu götürdükdən bir neçə gün sonra Aleksandrit pro markalı lazer aparatını kreditlə almışdır. Lazer cihazını aldıqda şirkət ilə aralarında müqavilə bağlanmış və həmin müqavilə əsasında ümumi dəyəri 65000 manat olan cihaza görə ilkin ödəniş olaraq 35000 manat pul ödəmiş və qalan hissəsini isə hər ay 1460 manat aylıq ödəniş etmək şərti ilə alaraq cihazı şirkətin öz nümayəndələri gəlib həmin lazer cihazını gözəllik salonunda quraşdırmışlar. Son vaxtlar Pərvizlə münasibətləri pisləşdiyindən ondan ayrılmaq qərarına gəlmişdir. Pərvizlə münasibətləri yaxşı olan zaman Pərviz daim ona maddi kömək etmiş, əvəzsiz olaraq pul və digər qiymətli hədiyyələr bağışlamışdır. Onun adına olan kart hesabına göndərilmiş 10000 manat 2023-cü il yanvar ayından mart ayına qədər onun xərcləməsi üçün əvəzsiz olaraq göndərilmişdir. Pərvizin iddia ərizəsində qeyd etdiyi 39 000 manatla bağlı qeyd edir ki, Pərviz tez tez rayonlarda işi ilə əlaqədar olmuş, 2022-ci ilin avqust ayında X4 ərazisində olan zaman o da özü anası Cavabdeh3 yaşadığı Tovuz rayonunda olmuş, Pərviz həmin vaxt şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, işi ilə əlaqədar pul lazım olduğundan işçisi Əlinin onun hesabına pul göndərməsini, onun isə pulu çıxarıb ona verməsini bildirmişdir. O da şəxsiyyət vəsiqəsi üzərində olmadığından Pərviz ondan pulların anası və bacısının hesabına göndərilməsini xahiş etmiş, o da razılaşmışdır. Anası və bacısına 2022-ci ilin avqust ayında müxtəlif vaxtlarda 39 000 manat pul göndərilmiş, həmin pulu Pərvizin özü ilə banka gedərək çıxarmış, elə həmin vaxt da pulları Pərvizin özünə vermişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh2 və Cavabdeh3 Cavabdeh1 izahatındakı xüsusatlara uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X3 ifadəsində iddiaçının izahatında qeyd etdiyi xüsusatlara uyğun ifadə verərək əlavə olaraq bildirdi ki, o Pərvizə dəfələrlə Ulduzun ondan istifadə etməsini və ondan uzaq durmasını demişdir. Lakin Pərviz hər dəfə ona inandığı üçün ondan ayrılmamışdır. 2022-ci ilin avqust ayında Pərviz ondan xahiş etmişdir ki, Pərvizin onda olan pulundan Ulduza 40000 manat borc pul versin. Daha sonra isə bildirmişdir ki, Pərviz həmin pulun bir hissəsini Ulduzun anası Almaz xanıma, qalan hissəsini isə Ulduzun bacısı Zərnişana göndərsin. O da 2022-ci ilin 23 avqust tarixində 14000 manat pulu Kapital Bank vasitəsi ilə Zərnişana göndərmişdir. Zərnişan da həmin pulu Bankdan təhvil almışdır. Daha sonra isə 26 avqust 2022-ci il tarixdə Ulduzun anası Almazın adına 14000 manat və 30 avqust 2022-ci il tarixdə isə yenidən 11000 manat pulları Kapital bank hesabı ilə göndərmişdir. Cavabdeh3 həmin pul vəsaitlərini bankdan təhvil almışdır. Ümumilikdə Pərvizin tapşırığı ilə 39000 manat pulu Ulduzun bacısı və anasının adına göndərmişdir. Əlavə olaraq isə irili xırdalı müxtəlif məbləğlərdə Ulduzun bank kartı hesabına pullar göndərmişdir. Pərviz kənd təsərrüfatı mallarının alışı satışı ilə məşğul olur və işi ilə əlaqədar tez tez rayonlarda olur. İşi ilə əlaqədar Pərviz Şəmkir rayonunda olarkən ona xahiş etmişdir ki, Ulduz Şəmkirə gəlir və ona çatdırmaq üçün Ulduza 10000 manat pul versin. O da Pərvizin onda olan 10000 manat pulunu Ulduza vermişdir ki, Pərvizə çatdırsın. Ulduz isə Pərvizə çatacaq pulun 3000 manatını götürərək özünə İphone 14 pro markalı mobil telefon almışdır və 7000 manatını Pərvizə çatdırmışdır. X5 kreditlə ilkin ödənişini 8000 manat ödəməklə Chevrolet markalı avtomaşın alıb ona vermişdir. Ulduzla Pərviz arasında yaxın münasibət olduğundan daim Pərviz ona inanaraq Ulduz və uşaqlarına əvəzsiz pul xərcləmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Cavabdeh1 lazer epilyasiya aparatının İddiaçı Musafir oğlu tərəfindən “Diamond Beauty” gözəllik salonundan oğurlanması, özbaşınalıq edilməsi, hədə-qorxu ilə əmlakının ələ keçirilməsi barədə şikayətində göstərdiyi xüsusatlar sübuta yetmədiyindən, toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Diamond Beauty” gözəllik salonunun qapısının qıfılının qəsdən zədələnməsi ilə bağlı Pərviz Allahvediyevin əməlində CM-nin 186-cı maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibinin olmaması müəyyən edildiyindən, onun barəsində həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilmiş, “Diamond Beauty” gözəllik salonunun qapısının qıfılının qəsdən zədələnməsi nəticəsində mülkiyyətçiyə dəymiş ziyan ödənildiyindən və sonuncu İddiaçılə barışdığından, həmin xüsusatla bağlı İXM-nin 39.2-ci maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilmiş, İddiaçı və Cavabdeh1, aralarında yaranmış mübahisələrin mülki xarakterli olması və həmin mübahisələrin həll edilməsi üçün mülki mühakimə qaydasında aidiyyəti məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli hesabdan çıxarışdan görünür ki, X3 tərəfindən Cavabdeh2 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində, Cavabdeh3 hesabına xx.xx.2022-ci il tarixdə 14.000 manat məbləğində və xx.xx.2022ci il tarixdə 11.000 manat məbləğində pul köçürürülmüşdür. İş materiallarında olan qəbzlərin sürətindən görünür ki, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 300 manat, xx.xx.2023-cü il tarixində 100 manat, xx.xx.2023-cü il tarixində 4000 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023-cü il tarixində 500 manat, xx.xx.2023cü il tarixində 400 manat, xx.xx.2023-cü il tarixində 500 manat Q****** U****** E***** məxsus bank kartına pul köçürülmüşdür. Beləliklə, araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh1 2022-ci ilin may ayında tanış olaraq faktiki ailə münasibətlərində olmuşlar. Belə ki, tanış olduqdan sonra mütəmadi görüşərək bir yerdə yaşamış, Cavabdeh1 P. Allahverdiyev ailə üzvləri ilə də tanış etmişdir. Faktiki ailə münasibətlərində olan zaman İddiaçı Cavabdeh1 “Gözəllik salonu” icarəyə götürülməsinə, eyni zamanda gözəllik salonu üçün müəyyən avadanlıqların pulunu ödəyərək köməklik etmişdir (cinayət işinin başlanmasının rədd edilməsi qərarında şahidlərin ifadələri). Bundan başqa faktiki münasibətləri zamanı İddiaçı Cavabdeh1 və uşaqlarının gündəlik xərclərinin ödənilməsində yaxından iştirak etmişdir. Bundan başqa iddiaçı X1 tapşırığı ilə X3 xx.xx.2022-ci il tarixdə Cavabdeh2 14 000 manat, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 14 000 manat və xx.xx.2022-ci il tarixdə Cavabdeh3 11 000 manat pul göndərmişdir(İşə əlavə edilmiş xx.xx.2023-cü il tarixli hesabdan çıxarış). İşə əlavə edilmiş qəbzlərlə, eyni zamanda tərəflərin izahatı ilə müəyyən olunur ki, xx.xx.2023-cü il xx.xx.2023-cü il tarix aralığında İddiaçı ümumi 10 600 manat məbləğində pulu Cavabdeh1 kart hesabına göndərmişdir. Hazırda iddiaçı qeyd olunan cavabdehlərə göndərilmiş pul məbləğlərinin cavabdehə borc kimi verilməsi əsas gətirərək bildirmişdir ki, cavabdehə qeyd etdiyi məbləğlərdən əlavə də maddi köməklik göstərməsini, cavabdehə maşın almasını, cavabdehin “Gözəlllik salonu” açmasında maddi olaraq yaxından köməklik göstərmiş, qeyd etdiklərini yaxın münasibətləri olduğundan əvəzsiz etdiklərini, lakin U. Qurbanovanın bacısı və anasının hesabına göndərdiyi 39 000 manat məbləğində pulu, eyni zamanda U. Qurbanovanın kart hesabına göndərdiyi pulu Cavabdeh1 ilə yaxın münasibətlərinə inanaraq cavabdehlərə şifahi olaraq borc kimi verdiyini bildirmişdir. Cavabdehlər isə iddianı qəbul etməyərək, iddia tələbinin əsassız olduğunu, iddiaçının qeyd etdiklərinin doğru olmadığını, qeyd edilən məbləğlərin borc kimi verilmədiyini bildirmişlər. İzahatlarında Cavabdeh1 kart hesabına ayrı-ayrı vaxtlarda göndərilmiş 10 600 manatın faktiki ailə münasibətlərində olduqlarından ona maddi kömək üçün göndərilməsini, digər cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hesabına göndərilmiş cəmi 39000 manatın isə İddiaçı özünün şəxsiyyət vəsiqəsinin üzərində olmadığından onun xahişi ilə onların hesabına göndərilməsini və həmin məbləğləri Cavabdeh1 vasitəsilə İddiaçı verilməsini bildirmişlər. Məhkəmə ilk növbədə iddianın hüquqi əsası kimi aşağıdakı normaları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 739.1-ci maddəsinin tələbinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 666-cı maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Məhkəmə qeyd edir ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından 39 000 manat və 10000 manat məbləğində pulun cavabdehlərə borc kimi verilməsi halını sübut etmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə qeyd edir ki, Cavabdeh2 hesabına 28 000 manat, Cavabdeh3 hesabına 11 000 manat, Cavabdeh1 kart hesabına isə 10000 manat pulun göndərilməsi halı işdəki sübutlar və tərəflərin izahatı ilə öz təsdiqini tapsa da, iddiaçı həmin məbləğlərin onun tərəfindən cavabdehlərə məhz borc kimi verilməsi halını sübut edəcək hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Eyni zamanda məhkəmə cavabdehlərin etirazına münasibət bildirərək qeyd edir ki, cavabdehlər cəmi 39000 manatın İddiaçı özünün şəxsiyyət vəsiqəsinin üzərində olmadığından onun xahişi ilə cavabdehlər Cavabdeh3 və Cavabdeh2 hesabına göndərilməsini qeyd etsələr də qeyd etdikləri halı, yəni Pərviz Allahverdiyə verilməsi məqsədilə onların hesabına göndərilməsini təsdiq edəcək sübutları məhkəmə təqdim edə bilməmişlər. Cavabdeh1 onun kart hesabına göndərilmiş 10 000 manat məbləğində pul vəsaitini iddiaçı P. Allahverdiyevin onunla yaxın münasibətdə olması səbəbindən əvəzsiz olaraq göndərməsini qeyd etmişdir. Hazırki işdə tərəflər arasında yaranmış mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçılə Cavabdeh1 arasında yaxın və etibarlı münasibət (faktiki ailə) yaranmış, bunun nəticəsində də iddiaçı P. Allahverdiyev özünün də izahatında qeyd etdiyi kimi dəfələrlə müxtəlif vaxtlarda Cavabdeh1 pul və digər qiymətli hədiyyələr vermişdir. Hazırki iddia tələbində iddiaçının qeyd etdiyi xx.xx.2023-cü il xx.xx.2023-cü il tarix aralığında Cavabdeh1 kart hesabına göndərilmiş olan 10 600 manat məbləğində pul və iddiaçı X1 tapşırığı ilə X3 tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh2 14 000 manat, xx.xx.2022-ci il tarixdə Cavabdeh3 14 000 manat və xx.xx.2022-ci il tarixdə Cavabdeh3 11 000 manat göndərilmiş pul Cavabdeh1 borc kimi deyil, hədiyyə kimi verilmişdir. Belə ki, daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə (real bağışlama müqaviləsi bağlananda), yəni bağlanarkən icra edilən bağışlama müqaviləsi şifahi formada bağlanır ( Azərbaycan Respublikası Mülki Məcəllənin 668.1.3-cü maddəsi) Çox vaxt bağışlama müqavilələri bağlanarkən həm də icra edilir. Bu qayda əsasən real bağışlama müqavilələrinə aiddir. Bu cür müqavilələrdə müqavilənin bağlanması ilə hədiyyənin verilməsi arasında vaxt müddəti (vaxt «məsafəsi») olmur. Ona görə də real bağışlama müqaviləsi, bir qayda olaraq, heç bir öhdəlik hüquq münasibəti yaratmır. Göründüyü kimi İddiaçılə Cavabdeh1 arasında etibarlı münasibət yaranmış, P. Allahverdiyev dəfələrlə Cavabdeh1 əvəzsiz olaraq qiymətli hədiyyələr vermişdir. Sonradan münasibətləri pozulduğundan iddiaçı P. Allahverdiyev Cavabdeh1 verdiyi hədiyyələri geri istəmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 673.1-maddəsinə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 666.1, 670.1, 670.3 və 673.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 19 dekabr 2012-ci il tarixli qərarında izah olunmuşdur ki, MM-in 673.1-ci maddəsində qeyd edilən “bağışlamaqdan imtina” müddəası əmlak bağışlanana qədər edilən imtinanı deyil, əmlak bağışlanandan və o, hədiyyə alanın mülkiyyətinə keçdikdən sonra edilən imtinanı ehtiva edir. Həmin maddəyə əsasən hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə; hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda; o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər. İddiaçı iddia ərizəsində və izahatında qeyd olunan maddədə göstərilən əsasların hər hansının mövcudluğunu iddia etməmiş və bu hallarla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, tərəflər arasında olan şifahi bağışlama müqaviləsində cavabdehlər üzərinə hər hansı öhdəlik götürməmiş (işdə iştirak edən şəxslərin izahatı) və belə öhdəliyin pozulması mümkün deyil. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinəəsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Məhkəmə şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216- 220, 357-361-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc məbləğinin qaytarılması” tələbinə dair iddiası təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-374/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-374/2024
19.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver