Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-3834/2024 10.12.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X1 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" BOKT ASC–yə qarşı pul tələbinə dair iddia ərizəsini məhkəmənin hazırlıq iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 5.000 manat məbləğində pulun və 70 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b265 ünvanında yerləşən qeyri–yaşayış sahəsi xx.xx.2021–ci il tarixli icarə müqaviləsi əsasında ofis binası kimi təmir olunmuş vəziyyətdə "xxxx" BOKT ASC–nin icarəsinə verilmişdir. İcarə müqaviləsinin müddəti bitdikdən sonra cavabdeh sözügedən qeyri–yaşayış sahəsini ofis binası kimi istifadə etməyəcəyini və xx.xx.2024–cü il tarixdə qeyri–yaşayış sahəsini necə qəbul etmişdirsə, həmin vəziyyətdə təhvil–təslim aktı ilə ona təhvil verəcəyini bildirmişdir. Lakin qeyri–yaşayış sahəsi heç bir təhvil–təslim aktı olmadan ona təqdim edilmişdir. Sonradan həmin qeyri–yaşayış sahəsinə baxış keçirərkən məlum olmuşdur ki, cavabdeh orada bunker düəltmiş, arakəsmələr dağıdılmış, vitrin şüşəsinin biri çatlamış, təmir korlanaraq digər rəngə boyanmış və yararsız vəziyyətə salınmışdır. Nəticədə cavabdeh tərəfindən ona 5.000 manat dəyərində maddi ziyan vurulmuşdur. Odur ki, cavabdehdən 5.000 manat məbləğində pulun və 70 manat ödənilmiş dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2024–cü il tarixli qərardadı ilə Cavabdeh əsl cavabdeh "xxxx" BOKT ASC ilə əvəz edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki iş ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir İddiaçı və nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iddiaçının və nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin hazırlıq iclası zamanı müəyyən edilmişdir ki, xx.xx.2021–ci il tarixli icarə müqaviləsi əsasında Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b265 ünvanında yerləşən qeyri–yaşayış sahəsi ofis binası kimi "xxxx" BOKT ASC–nin istifadəsinə verilmişdir. Həmin müqavilənin 7.2–ci maddəsində qeyd edilmişdir ki, bu müqavilənni icrası zamanı baş verə biləcək bütün mübahisəli hallar tərəflər arasında danışıqlar yolu ilə həll edilir. Həmin müqavilənin 7.3–cü maddəsində qeyd edilmişdir ki, mübahisələr danışıqlar yolu ilə nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq mübahisənin baş verdiyi ərazi üzrə məhkəmədə həll olunur. Göründüyü kimi tərəflər arasında bağlanmış icarə müqaviləsində mübahisənin baş verdiyi ərazi üzrə məhkəmədə həll olunması barədə tərəflər razılaşmışlar. Mübahisə isə, yəni iddiaçının iddia etdiyi hallar icarə müqaviləsi əsasında "xxxx" BOKT ASC–nin istifadəsinə verilmiş, Gəncə şəhəri, Nizami rayonu, Atatürk prospekti b265 ünvanında yerləşən qeyri–yaşayış sahəsində baş vermişdir. Bu isə onu deməyə əsas verir ki, hazırki mülki işin Gəncə Şəhər Məhkəməsinə göndərilməsi əsaslı və qanunidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 40.1–ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 40.2–ci maddəsinə əsasən tərəflər öz aralarındakı saziş ilə işin ərazi aidiyyətini dəyişdirə bilərlər. Saziş yazılı şəkildə ifadə olunmalıdır. Həmin Məcəllənin 40.3–cü maddəsinə əsasən saziş tərəflər arasında gələcəkdə baş verə biləcək konkret mübahisə ilə bağlı əvvəlcədən, habelə məhkəmənin icraatında olan müəyyən məhkəmə işi ilə bağlı həmin iş üzrə məhkəmənin hazırlıq iclası keçirilənədək bağlana bilər. Həmin Məcəllənin 40.4–cü maddəsinə əsasən mübahisə üçün müstəsna aidiyyət nəzərdə tutulduğu halda bu Məcəllənin 40.1-40.3-cü maddələrinin qaydaları tətbiq oluna bilməz. Həmin Məcəllənin 45.2–ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21–ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3–cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, cavabdehin əsl cavabdeh, yəni "xxxx" BOKT ASC ilə əvəz edilməsini, Cavabdehin nümayəndəsi kimi nəzərə alınmasını və işin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etsə də, tərəflər arasında bağlanmış xx.xx.2021–ci il tarixli icarə müqaviləsinin 7.3–cü maddəsinə əsasən mübahisələr danışıqlar yolu ilə nizama salınmadıqda Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə uyğun olaraq mübahisənin baş verdiyi ərazi üzrə məhkəmədə həll olunması nəzərdə tutulduğundan, hazırki mülki iş Gəncə Şəhər Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 263, 264, 267 və 268–ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : İddiaçı cavabdeh "xxxx" BOKT ASC–yə qarşı pul tələbinə dair mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X2
Məhkəmə qərarları › İş №e-2(076)-3834/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-3834/2024
10.12.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver