Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3880/2025 08.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borc” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 banka məxsus ünvan 1i ünvanında 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 banka məxsus ünvan 1i ünvanında 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(076)-195/2017 saylı qətnaməsinə uyğun olaraq X3 məxsus ünvan 2i ünvanında 0.2136 ha torpaq sahəsində yerləşən xüsusimülkiyyətdə olan ümumisahəsi 132 kv.m olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixli 26/03 saylı ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması üçün hərracın yekunları barədə protokola və xx.xx.2021- ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqaviləyə əsasən satılmışdır. Alqısatqı nəticəsində əmlaka mülkiyyət hüququ İddiaçı ASC-yə keçmiş və bu hüquq xx.xx.2021ci il tarixdə Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 59.3-cü maddəsinə əsasən “İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsiniən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürülmüş sayılırlar.” Qanundan da göründüyü kimi cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 və digərləri yaşayış sahəsini 1 (bir) ay ərzində boşaltmalı olduqları halda bu günədək vəzifələrini icra etməmişlər. Qeyd edilənlərə əsasən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 banka məxsus ünvan 1i ünvanında 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m olan fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməsi, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 banka məxsus ünvan 1i ünvanında 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m olan fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması və yaşayış sahəsinin boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin ediməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdeh X5 iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 məhkəməyə etiraz ərizəsi ünvanlayaraq, evdə qeydiyyat olan şəxslərin evi tərk etmək barədə notariat qaydasında hər hansı öhdəlik götürmədiklərindən İddiaçı ASC–nin onlara qarşı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə çıxarma tələbinə dair iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan X6 və Cavabdeh1 tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli ərizələrdən görünür ki, həmin şəxslər X2 mülkiyyətində olan əmlakın ipoteka ilə yüklü edilməsinə etiraz etməmişlər və həmin əmlaka tutma yönəldildikdə onu qeyd-şərtsiz tərk edəcəklərini öhdələrinə götürmüşlər. İş materiallarında olan Şəmkir rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(076)- 195/2017 saylı qətnaməsindən görünür ki, İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, iddiaçı "xxxx" АSC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 017CASA********** saylı kredit müqaviləsi, 21 avqust 2013-cü il tarixli, 017CASA********** saylı kredit müqaviləsinin resturizasiyana dair 29 may 2015-ci il tarixli və 16 dekabr 2015ci il tarixli razılaşma ləğv edilməsi; cavabdeh X1 21 avqust 2013-cü il tarixli, 017CASA********** saylı kredit müqaviləsi üzrə 11505.03 manat əsas borc, 1186.61 manat daiz borcu, 10 manat cərimə borcu, cəmi 12701.64 (on iki min yeddi yüz bir manat altmış dörd qəpik) manat borc, 20 manat dövlət rüsumu alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 300 manat ekspertiza xərci alınıb "xxxx" MMC-yə verilməsi; ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan ünvan 1ində 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m. yaşayış sahəsi, 54.7 kv.m. yardımçı sahəsi və 77.03 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi açıq hərracdan satılması və həmin əmlakın satışından əldə olunmuş vəsait əmlakın satışından əldə olunmuş vəsait hesabına 21 avqust 2013-cü il tarixli, 017CASA********** saylı kredit müqaviləsi üzrə cəmi 12701.64 (on iki min yeddi yüz bir manat altmış dörd qəpik) manat borc, 20 manat dövlət rüsumu alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 300 (üç yüz) manat ekspertiza xərci alınıb "xxxx" MMC-yə verilməsi; ipoteka ilə yüklü edilmiş fərdi yaşayış ecinin hərracda ilkin satış qiyməti 44000 manat müəyyəndləşdirilməsi barədə qətnamə qəbul edilmişdir. İş materiallarında olan “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi”nin hərracın yekunları haqqında xx.xx.2021–cı il tarixli 26/03 nömrəli protokolundan görünür ki, ünvan 1ində yerləşən fərdi yaşayış evini İddiaçı ASC 28050.00 manata satın almışdır. İş materiallarında olan xx.xx.2021–ci il tarixli, ********** qeydiyyat nömrəli, **********72-10301 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”dan görünür ki, ünvan 1ində 0.2136 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə İddiaçı ASC–nin adına qeyd edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şəmkir rayon Məhkəməsinin 17 iyul 2017-ci il tarixli 2(076)-195/2017 saylı qətnaməsinə əsasən İddiaçı ASC-nin iddiası qismən təmin edilərək, iddiaçı "xxxx" АSC ilə cavabdeh X4 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 017CASA********** saylı kredit müqaviləsi, 21 avqust 2013-cü il tarixli, 017CASA********** saylı kredit müqaviləsinin resturizasiyana dair 29 may 2015-ci il tarixli və 16 dekabr 2015-ci il tarixli razılaşma ləğv edilməsi; cavabdeh X1 21 avqust 2013-cü il tarixli, 017CASA********** saylı kredit müqaviləsi üzrə 11505.03 manat əsas borc, 1186.61 manat daiz borcu, 10 manat cərimə borcu, cəmi 12701.64 (on iki min yeddi yüz bir manat altmış dörd qəpik) manat borc, 20 manat dövlət rüsumu alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 300 manat ekspertiza xərci alınıb "xxxx" MMC-yə verilməsi; ipoteka ilə yüklü edilmiş X2 mülkiyyətində olan ünvan 1ində 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m. yaşayış sahəsi, 54.7 kv.m. yardımçı sahəsi və 77.03 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi açıq hərracdan satılması və həmin əmlakın satışından əldə olunmuş vəsait əmlakın satışından əldə olunmuş vəsait hesabına 21 avqust 2013-cü il tarixli, 017CASA********** saylı kredit müqaviləsi üzrə cəmi 12701.64 (on iki min yeddi yüz bir manat altmış dörd qəpik) manat borc, 20 manat dövlət rüsumu alınıb "xxxx" Açıq Səhmdar Cəmiyyətinə və 300 (üç yüz) manat ekspertiza xərci alınıb "xxxx" MMC-yə verilməsi; ipoteka ilə yüklü edilmiş fərdi yaşayış ecinin hərracda ilkin satış qiyməti 44000 manat müəyyən edilməsi qət edilmiş, həmin qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilməsi üçün Şəmkir Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. İcra prosesi zamanı ipoteka predmeti olan ünvan 1iндя 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m. yaşayış sahəsi, 54.7 kv.m. yardımçı sahəsi və 77.03 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi 28050 manata "xxxx" ASC tərəfindən alınmış və onun mülkiyyət hüququ araq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. İddiaçı "xxxx" ASC həmin fərdi yaşayış evinin mülkiyyətçisi olduğundan, cavabdehlərin ona məxsus yaşayış evində pasport qeydiyyatında qalaraq, orada yaşamağa davam etmələri, evi tərk etməmələri iddiaçının mülkiyyətində olan evə sahiblik, istifadə və sərəncam hüquqlarının tam həyata keçirməsinə mane olduğundan, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. (Konstitusiya. mad. 29.) Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 228.4-cü maddəsinə görə yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. “İpoteka haqqında” Qanunun 59.3.2-ci maddəsinin tələbinə görə, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduğu və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükləri halda ipoteka predmetinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin maddənin mənasına görə, ipoteka qoyan və onun ailə üzvləri və digər şəxslər aşağıdakı hallardan biri mövcud olduqda yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər: 1) yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulduqda, 2) ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdükdə. Hazırki mülki iş üzrə “İpoteka haqqında” Qanunun 59.3.2-ci maddəsində göstərilən birinci hal mövcuddur. Belə ki, ipoteka predmeti olan Cavabdeh2 məxsus olmuş ünvan 1ində 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m. yaşayış sahəsi, 54.7 kv.m. yardımçı sahəsi və 77.03 kv.m. olan 2 otaqlı fərdi yaşayış evi məhz kreditin qaytarılması üçün ipoteka qoyulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Tərəflər arasında ipoteka müqaviləsi xx.xx.2013-cü il tarixdə bağlandığına görə hazırki mübahisəyə xx.xx.2018-ci il tarixədək qüvvədə olan “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsi tətbiq olunmalıdır. Həmin maddəyə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti olan fərdi yaşayış evi kreditin qaytarılması üçün Cavabdeh2 tərəfindən ipoteka qoyulduğundan, iddiaçı cavabdehlərin məhkəmə qərarı əsasında məcburi qaydada fərdi yaşayış evindən çıxarılmasını tələb etməkdə haqlıdır. Odur ki, iddia təmin olunmalı, cavabdehlərin İddiaçı ASC-nin mülkiyyətində olan ünvan 1ində 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m. yaşayış sahəsi, 54.7 kv.m. yardımçı sahəsi və 77.03 kv.m. olan 2 otaqlı fərdi yaşayış evindən istifadə hüquqlarına xitam verilməli, cavabdehlər həmin fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılmaqla fərdi yaşayış evi boşaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissəsinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələbinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: İddia təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus ünvan 1ində 0.2136 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 132 kv.m. olan fərdi yaşayış evindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 istifadə hüquqlarına xitam verilsin və onlar əşyaları ilə birlikdə həmin fərdi yaşayış evindən çıxarılmaqla fərdi yaşayış evi boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. Qətnamədən həmin qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir rayon Məhkəməsi vasitəsi ilə Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet üzərindən Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-3880/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3880/2025
08.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver