Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-3955/2024 31.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Musayev Taleh Valeh oğlunun sədrliyi İbrahimli Güləsər Rəhim qızının katibliyi Ərizəçi: Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, borclu Cavabdeh dövlət büdcəsinə olan vergi borcunun ödənilməsini təmin etmək üçün onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsi ərizəsini onunla əsaslandırmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2024- cü il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən), "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 633,36 manat, dövlət büdcəsinə 9459,2 manat məbləğində (o cümlədən, vergilər üzrə 8661,34 manat, faizlər üzrə 797,86 manat) , İşsizlikdən sığorta fonduna 25,35 manat, İcbari Tibbi Sığorta Fonduna 101,88 manat, Şəmkir Rayon Bələdiyyəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 4727,09 manat olmaqla, ümumilikdə 14946,88 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********223200 xx.xx.2024-cü il tarixli **********516500, xx.xx.2024- cü il tarixli **********203600, xx.xx.2024-cü il tarixli **********288600, xx.xx.2024-cü il tarixli **********349500 xx.xx.2024cü il tarixli **********042100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Odur ki, icra orqanının rəhbəri kimi Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi X2 məhkəmə iclası zamanı ərizənin dəlillərini müdafiə edərək təmin edilməsini və vergi ödəyicisi olan hüquqi şəxslər tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 9459,2 manat olmaqla, Dövlət Sosial Müdafiə Fonduna olan 5360,45 manat, İşsizlikdən sığorta fonduna olan 25,35 manat, İcbari Tibbi Sığorta Fonduna olan 101,88 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Cavabdeh barəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə, Azərbaycan Respublikası MPM–in 355–7.2–ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan Şəmkir rayon Mahmudlu Bələdiyyəsinə aid şəxsi hesab vərəqəsindən görünür ki, Şəmkir rayon Mahmudlu Bələdiyyəsi yerli özünü idarə etmə orqanı olmaqla, vergi ödəyicisidir. İşdə olan hüquqi şəxs haqqında məlumatdan görünür ki, Şəmkir rayon Mahmudlu Bələdiyyəsinə xx.xx.2004–cü il tarixdə ********** VÖEN verilmiş, təşkilatı–hüquqi forması yerli özünü idarə etmə orqanıdır. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla, vergi ödəyicisidir. İşdə olan "xxxx" MMC-yə aid hüquqi şəxs haqqqında məlumatdan görünür ki, "xxxx" MMC təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla, xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN verilmişdir. İşdə olan şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla, ********** nömrəli VÖEN verilmiş və vergi ödəyicisidir. İşdə olan vergi borcunun ödənilməsinə dair bildirişlərdən görünür ki, hüquqi şəxslərə vergi borcu xatırladılaraq, vergi borcunun ödənilməsi tələb olunmuşdur. İşdə olan xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borcunun ödəmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, "xxxx" MMC-yə xx.xx.2017-ci il tarixdə ********** nömrəli VÖEN, Şəmkir rayon Mahmudlu Bələdiyyəsinə xx.xx.2004–cü il tarixdə ********** VÖEN, "xxxx" MMC-yə, ********** nömrəli VÖEN verilmişdir. Vergi ödəyicisi olan həmin hüquqi şəxslər vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə vergi borcu yaranmışdır. Belə ki, hüquqi şəxslər tərəfindən ümumilikdə 9459,2 manat olmaqla, Dövlət Sosial Müdafiə Fonduna olan 5360,45 manat, İşsizlikdən sığorta fonduna olan 25,35 manat, İcbari Tibbi Sığorta Fonduna olan 101,88 manat məbləğində borc yaranmışdır. Həmin borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədilə vergi ödəyicisinə bildiriş göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1–ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3–cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1–ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub– olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15–3–cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanının hüququdur. Azərbaycan Respublikası MPM–nin 305.1.12–ci maddəsinə əsasən məhkəmə vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xüsusi icraat qaydasında işlərə baxır. Həmin Məcəllənin 355–5.1–ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355–5.2–ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 355–7.4–cü maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Odur ki, məhkəmə hesab edir ki, vergi ödəyicisi olan "xxxx" MMC, "xxxx" MMC və Şəmkir rayon Mahmudlu Bələdiyyəsinin rəhbəri Cavabdeh vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün vergi borcunun ödənilməsini təmin etmək məqsədilə onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–nin 213, 216–220, 233, 355–5, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Vergi ödəyicisi olan "xxxx" MMC, "xxxx" MMC və Şəmkir rayon Mahmudlu bələdiyyəsinin rəhbəri, xx.xx.1984–cü il təvəllüdlü Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi Taleh Musayev
Məhkəmə qərarları › İş №e-2(076)-3955/2024
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-3955/2024
31.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver