Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-4039/2024 23.10.2024 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ X10 Mirzağa oğlunun sədrliyi Quluyeva Zərnişan Firdovsi qızının katibliyi ilə X1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsini məhkəmə iclasında nəzərdən keçirərək MÜƏYYƏN ETDİ : X2 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizə ilə Şəmkir Rayon Məhkəməsinə müraciət etmişdir. Ərizənin məhkəmənin icraatına qəbulu araşdırılarkən müəyyən olunmuşdur ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə nəzərdə tutulmuş zəruri tələblərə əməl edilmədən məhkəməyə verilmişdir. Belə ki, ərizənin giriş hissəsindən və ərizəyə əlavə edilmiş 732341 saylı pasportun surətindən görünür ki, X2 Rusiya Federasiyasının vətəndaşı olmaqla, RF, X4, Nadım rayonu, Pandoqu qəsəbəsi, Lenin küçəsi, ev-12, mənzil-9 ünvanında qeydiyyatda dayanır. Halbuki, Azərbaycan Respublikası MPM-in 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Ərizəçi ərizənin giriş hissəsində Şəmkir rayonu, Zəyəm qəsəbəsində faktiki yaşamasını qeyd etsə də, bununla bağlı məhkəməyə hər hansı sənəd təqdim etməmişdir. Göründüyü kimi hazırki ərizə onun üçün prosessual qanunvericiliklə müəyyən olunmuş zəruri tələblərin pozulması ilə Şəmkir Rayon Məhkəməsinə verilmişdir və ona görə də ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılmalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, ərizəçi vəkil Nümayəndə etibarnamə versə də, iş materiallarında olan xx.xx.2024-cü il tarixli 508 saylı orderin surətindən görünür ki, orderdə “Hüquqi yardım göstərilən şəxs” qrafasında ərizəçinin adı deyil, hazırki mülki işdə prosessual statusu məlum olmayan “X6”nun adı qeyd edilmiş, ərizəçinin adı isə “Tapşırığın məzmunu və işin mərhələsi” qrafasında qeyd edilmişdir. Bu isə onu deməyə əsas verir ki, zəruri sənədlər ərizəçi tərəfindən lazımi qaydada ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsində göstərilmişdir ki, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ : X1 hüquq müəyyənedici sənədin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan, rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. X12
Məhkəmə qərarları › İş №e-2(076)-4039/2024
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-4039/2024
23.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver