Məhkəmə qərarları › İş №e-2(076)-4087/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-4087/2025

14.01.2026 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-4087/2025 14.01.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Yusifli Seymur Mübariz oğlunun sədrliyi Əmiraslanova Esmira Sarif qızının katibliyi ilə Ərizəçi İddiaçı nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə Ərizəçi İddiaçı “Doğumun qeydə alınması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə mülki iş üzrə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası Şəmkir rayonu, Sarıtəpə kənd sakini X4 25 noyabr 1937-ci il ildə Ermənistan Respublikasının Yexiqnadzor rayonunun Ələyaz kəndində doğulmasının qeyd edilmə faktının müəyyən olunmasıına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı ərizəçi İddiaçı nümayəndəsi (vəkili) X14 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Ərizəçi İddiaçı, Maraqlı şəxslər Maraqlı şəxs1nə və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər, Maraqlı şəxs1 və 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi məhkəməyə məktub ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini və işə onların iştirakları olmadan baxılmasını xahiş etmişlər. İddiaçı isə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat daxil olmamışdır. Məhkəmə işə ərizəçi və maraqlı şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, X6 onun atasıdır. 1937-ci ildə Ermənistanda Yexiqnadzor rayonunun Ələyaz kəndində anadan olmuşdur. Ermənistandan çıxan zaman qaça-qaç olduğundan sənədləri götürə bilməmişlər. Atasının doğum haqqında şəhadətnaməsini gördüyünü, lakin ermənilər qəflətən hücum etdikləri üçün götürə bilməyiblər oranı tərk ediblər. Ermənistanda olarkən ata babası X2 və ata nənəsi X3 qəbir üstünə gediblər qəbir daşlarının üstündə babasının 14 oktyabr 1940-cı il tarixdə, nənəsinin 20 dekabr 1974-cü il tarixdə vəfat etdiyi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 Hüseynovın ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin (vəkili) izahatını, şahidlərin ifadəsini, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, ərizəçinin tələbi haqlı olduğundan təmin edilməlidir. Belə ki, İşdə olan AZE № 01511608 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1937-ci il tarixdə Ermənistan Respublikası Yexieqnadzor rayonunda doğulmuşdur. İşdə olan nikah haqqında şəhadətnamədən görünür ki, X6 ilə X15 arasında xx.xx.1960–cı il tarixdə Ermənistan SSR-də rəsmi nikah bağlanmışdır. İşdə olan ölüm haqqında şəhadətnamələrin surətindən görünur ki, mərhum X6 xx.xx.2025-ci il tarixdə, mərhum X11 xx.xx.2013-cü il tarixdə, vəfat etmişdir. İşdə olan 1 saylı Gəncə Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisi tərəfindən ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ərizəçiyə mərhum X4 doğun fatını, ata və anasının ölüm faktının müəyyən olunması üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunur ki, ərizəçinin atası mərhum 25 noyabr 1937-ci ildə Ermənistan Respublikası Yexiqnadzor rayonun Ələyəz kəndində anadan olmuşdur. ərizəçi mərhum atasının qanuni vərəsəsidir. Lakin doğum haqqında şəhadətnaməni notariat ofisinə təqdim edə bilmədiyi üçün atadan qalan miras əmlaka qanun üzrə vərəsə tanına bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (Bundan sonra MPM) 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308–ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktı o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 №-li qərarının 4.3-cü bəndində göstərilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına hüquq normaları baxımından qiymət verərək hesab edir ki, ərizəçinin məhkəməyə müraciət etməsinə mərhum atası X4 25 noyabr 1937-ci il ildə Ermənistan Respublikasının Yexiqnadzor rayonunun Ələyaz kəndində doğulmasının qeyd edilmə faktının müəyyən olunmaması səbəb olmuşdur. Ərizəçi həmin faktın məhkəmədən kənar təsdiqini başqa vasitələrlə əldə edə bilmir. Odur ki, məhkəmə hesab edir ki, X4 25 noyabr 1937-ci il tarixində Ermənistan Respublikasının Yexqinadzor rayonun Ələyaz kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233, 311 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : Ərizə təmin edilsin. X4 25 noyabr 1937-ci il tarixində Ermənistan Respublikasının Yexqinadzor rayonun Ələyaz kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Seymur Yusifli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar