Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-4449/2025 17.11.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızı, ərizəçi İddiaçı (maraqlı şəxs "Şəmkir Rayon 1 Saylı Dövlət Notariat konturu) ölüm qeydə alınması faktının müəyyən olunmasına barədə ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, müəyyənetdi: Ərizəçi İddiaçı ölümün qeyd edilmə faktının müəyyən olunması barədə ərizə ilə Şəmkir rayon Məhkəməsinə müraciət edərək, mərhum atası, Şəmkir rayonu, Bayramlı kənd sakini X2 ögey anası X1 28 iyun 2024-cü ildə Rusiya Federasiyasında vəfatının qeydə alınma faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizə ərazi aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. Belə ki, ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, ərizəçinin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1ssual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, ərizəçi İddiaçı qeydiyyatı Kürdəmir rayonu, E. Rəhimov küçəsi, ev 25 ünvanı olduğundan, hazırki ərizəyə də ərazi aidiyyəti qaydalarına uyğun olaraq Kürdəmir Rayon Məhkəməsində baxılmalıdır. İddia ərizəsinin mümkünlüyündən bəhs edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 152.1.3, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Ərizəçi İddiaçı (maraqlı şəxs Şəmkir Rayon 1 Saylı Dövlət Notariat konturu) ölümün qeydə alınması faktının müəyyən olunması barədə ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Həvayət Məhəmmədi
Məhkəmə qərarları › İş №e-2(076)-4449/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-4449/2025
17.11.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver