Azərbaycan Respublikası adından QƏRARDAD Şəmkir rayon İş № e-2(076)-4898/2025 30.12.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Şəmkir rayon məhkəməsinin Hakimi Heydərova Nazlı Azər qızı, İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı cinayət işinin açılması tələbinə dair iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı cinayət işinin açılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 Azərbaycan Respublikasının və X1 Sərhəd xidmətlərindən onun tərəfindən etibarnamə verilmədən hansı sənədlərlə keçirildiyinin təqdim edilməsi, təqdim edilmədiyi halda uşağın anası Cavabdeh1 (Hacıyeva) və nənəsi Cavabdeh2 məsuliyyətlərinin müəyyənləşdirilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, hazırkı iddia tələbinin əsasını X3 adlı uşağın Azərbaycan Respublikasının və X1 Sərhəd xidmətlərindən iddiaçı tərəfindən etibarnamə verilmədən keçirilməyilə bağlı mübahisə təşkil edir. Mübahisə iddia tələbinin mahiyyətinə, subyekt tərkibinə görə məhkəmə icraatı qaydasında baxıla bilməz. İddia ərizəsi və tələbindən görünür ki, iddiaçı cavabdehin hərəkətlərini qanunsuz hesab edərək, tərkibində cinayət əməli olduğunu iddia edərək, cavabdehin məsuliyyətə cəlb edilməsini tələb edir. İddiaçının ərizəsinə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalısı yolverilməzdir. Göründüyü kimi, iddiaçının tələbi törədilməsi ehtimal olunan cinayətlə bağlı olduğundan, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırki ərizəyə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, iddiaçıya müvafiq ibtidai istintaq orqanına müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 oğluna və Cavabdeh2 qarşı cinayət işinin açılması tələbinə dair ərizəsinin iddianın yolverilməzliyinə görə icraata qəbulundan imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiyaçıya izah edilsin ki, müvafiq ibtidai istintaq orqanına müraciət etmək hüququ vardır. Qərardaddan, rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemi vasitəsilə) Şəmkir Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-4898/2025
Şəmkir Rayon Məhkəməsi Qərardad — İş №e-2(076)-4898/2025
30.12.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver