Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-632/2025 27.02.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Heydərova Nazlı Azər qızının sədrliyi Heydarov Cəmil Elxan oğlunun katibliyi İddiaçı: İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, (üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı, (üçüncü şəxs qismində DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi cəlb edilməklə) “Ölçmə işlərinin aparılmasına yaradılan maneənin aradan qaldırılması tələbi”nə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən mərhum X4na məxsus Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evinin üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün zəruri olan, ölçmə işlərinin aparılmasına üçüncü şəxs DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X4, anası X5r. X4 ilə anası X3 birgə nikahlarından o, 1952-ci ildə İsmayıl, 1956-cı ildə Sabir, 1960-cı ildə Nəriman, 1963-cü ildə İlqar və İradə adlı övladları doğulmuşdur. X4 və anası X8 vəfat etmişlər. Cavabdehlər müvafiq olaraq onun qardaşı X6 arvadı və oğludur. Qardaşı özü Rusiya Federasiyası vətəndaşı olmaqla orada işləyir və yaşayır. Mərhum X4ndan Şəmkir rayonu Zəyəm qəsəbəsində 0.07 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras qalmışdır. Həmin torpaq sahəsi mərhum X4nun adına Şəmkir rayon Sabirkənd ZDS İK-nin 1963-1965-ci illərə dair təsərrüfatbaşına kitabının 418 nömrəli şəxsi hesabında qeyd edilmişdir. Şəmkir rayonu Zəyəm qəsəbəsi 1966-1967- ci illərdə Sabirkənd kənd sovetliyindən ayrılmışdır. Torpaq sahəsi üzərində mərhum X4 tərəfindən fərdi yaşayış evi inşa edilmişdir. Atam vəfat etdikdən sonra onun təsərrüfatında anası Gilas Əliyeva, qardaşı Vaqif Əliyev və o qalmışdır. Digər qardaşları və bacısı İradə təsərrüfatdan ayrılmışlar. Hazırda mərhum atasından miras qalmış əmlaka vərəsə tanınmışdır. Lakin, mərhum X4nun adına qeyd edilmiş 0.07 ha torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evinə onun mülkiyyət hüququ qeydə alınmadığından həmin əmlaklar mirasın kütləsinə daxil edilə bilmir. Ona görə 2024-cü ilin oktyabr ayında torpaq sahəsinə və fərdi yaşayış evinə mülkiyyət hüququ əldə etmək üçün sənədləri Azərbaycan Respublikası DƏDRX-nin 11 saylı Şəmkir Ərazi idarəsinə təqdim etmişdir. Lakin, torpaq sahəsi və fərdi yaşayış evində ölçmə işlərinin aparılmasına cavabdehlər şərait yaratmadığından və torpaq sahəsi ilə bağlı aralarında mübahisə olduğundan DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsi onun ərizəsinin icrasından imtina etmişdir və məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişlər ki, iddia tələbini qəbul etmirlər. Belə ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşımnaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də əmlak hüququ sahiblərinin mənafelərinin qorunması baxımından vacibdir. Bu qeydiyyat nəticəsində şəxsin qanunla müəyyən edilmiş qaydada və əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka dair hüquqlarının tanımnası bu hüquqların pozulmasının qarşısım alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları (mülkiyyət və s.) təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. İddiaçı iddia ərizəsinin ikinçi abzasında göstərmişdir ki, "mərhum atam X7 Şəmkir rayon Zəyəm qəsəbəsində 0,07 ha həvatvanı torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi miras qalmısdırHəmin torpaq sahəsi mərhum atam X9 adma Şəmkir rayon Sabirkənd ZDS İK-nun 1963-1965-ci illərə dair təsərufatbasma kitabının 418 nömrəli şəxsi hesabında qeyd edilmişdir. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin Şəmkir Filialımda mühafizə olunan sabiq “İnqilab” adına kolxozun qaytarılmamış torpaq kitabında “X20” oğlunun adına 0,07 ha həyatyanı torpaq sahəsi qeyd edilib. Qeyd olunan torpaq sahəsinin X10 məxsuz olması faktını Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti necə müəyyən etmişdir ?. Bundan başqa X10 məxsuz Şəmkir rayon Sabirkənd ZDS İK~nun 1963-1965-ci illərə dair təsərufatbasına kitabının 418 nömrəli şəxsi hesabında torpaq sahəsi qeyd edilsəydi. Şəmkir Rayon Aqrar İslahat Komisiyası tərəfindən X9 adma torpağın mülkiyyətə verilməsinə dair “Səhadətnamə”tərtib edilərdi. Onlar belə hesab edir ki, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evinin dövlət qeydiyyatına alınması üçün ölçmə işlərinin aparılmasına maniənin aradan qaldırılması tələbinə dair iddia ərizəsini əsassız qanuna zidd olduğu üçün bütövlükdə rədd edilməlidir. İddiaçı məhkəmə iclası zamanı iddianı müdafiə edərək əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Şəmkir rayonu, Zəyəm qəsəbəsində yaşayır, cavabdehlər lazımi işlərin aparılmasına imkan vermir, aidiyyəti dövlət orqanının əməkdaşlarına. maneələr yaradır. Odur ki məhkəmədən, ölçmə işlərinin aparılmasında DƏDRX–nin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarına cavabdehlər tərəfindən yaradılan maneənin aradan qaldırılması haqda qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Üçüncü şəxs DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, nümayəndənin iştirakını təmin etməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə işə iclasa gəlməyən cavabdehlərin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli nəzərdən keçirərək və işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarını qiymətləndirərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Daşınmaz əmlak üzərində hüququların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, mübahisəli fərdi yaşayış evində qapının bağlı olması və ərazidə mübahisəli halı olması səbəbindən ölçmə işlərinin aparılması mümkün olmamışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, X13 xx.xx.1993-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, vərəsəlik haqqında şəhadətnamənin verilməsi məqsədilə İddiaçı vasitəsilə ölmüş şəxsin adına çıxarış və ya forma 1 təqdim edilməsi üçün DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Zəyəm qəsəbəsi İƏD üzrə nümayəndəliyin arayışından görünür ki, mərhum X13 ölən günədək Zəyəm qəsəbəsi, Əzizbəyov küçəsi, ev 12 ünvanında yaşamışdır, vəfat etdikdən sonra təsərrüfatında X8, X14 və İddiaçı qalmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arxiv arayışının surətindən görünür ki, Sabirkənd ZDS İK-nin 1963-1965-ci illərə dair təsərrüfatbaşına kitabının 418 nömrəli hesabında olan X9 adına təsərrüfatı və X13, X8, X11, X14, İddiaçı, X12 və X15 olmaqla ailə üzvləri qeyd edilmişdir. Torpaq qrafasında 0.07 ha torpaq sahəsi qeyd edilib. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, X13 öldükdən sonra onun əmlakı üzrə İddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır. Həmçinin, məhkəmə iclası zamanı müəyyən edilmişdir ki, hazırda iddiaçının mülkiyyət hüquqlarının qeydiyyata alınmasına görə DƏDRX–nin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən müəyyən ölçmə işlərinin aparılması zərurəti yaranmış, lakin, cavabdehlər heç bir əsas olmadan tərəflərin hüquqlarını pozmaqla lazımi hərəkətlərin həyata keçirilməsinə maniəçilik törətmişdir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddianın dəlilləri əsaslıdır. Cavabdelər iddiaçının mülkiyyət hüququnu pozur, onların mülkiyyət hüququnu həyata keçirməyə mane olur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13–cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin İİİ hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası MM–in 152.1–ci maddəsinə əsasən mülkiyyət hüququ– subyektin ona mənsub əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda qeyd olunanlar onu göstərir ki, iddiaçıların qeyd olunan əmlak üzərində mülkiyyət hüququ əldə etməyə qanuni gözləntisi var və bu gözlənti həm milli, həm də beynəlxalq hüquq baxımından mülkiyyət hüququ kimi qiymətləndirilir. Cavabdeh iddiaçıların bu hüququnu həyata keçirməyə mane olur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçıların mübahisəli əmlak üzərində mülkiyyət hüququnu həyata keçirmək imkanı qanunla onların hüququ kimi nəzərdə tutulmuşdur. Cavabdeh isə onların bu hüququnu həyata keçirmələrinə maneçilik yaradır. İnsan Hüquqları və X2 X1 1 saylı Protokolunun 1–ci maddəsində göstərilmişdir ki, hər kəsin mülkiyyətindən maneəsiz istifadə hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29–cu maddəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası MM–in 157.4–cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 158.1 və 158.1.2–ci maddələrinə əsasən mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüquqları sayılır. Həmin Məcəllənin 158.4–cü maddəsinə görə mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır, cavabdehlər tərəfindən iddiaçının mübahisəli əmlak üzərində hüquqlarını həyata keçirməsinə yaratdığı maniə aradan qaldırılmalıdır. Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2–ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq QƏTETDİ: İddia təmin edilsin. Şəmkir rayonu, Zəyəm qəsəbəsində yerləşən 0.07 ha həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində inşa olunmuş fərdi yaşayış evində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinin əməkdaşlarının həyata keçirdiyi fəaliyyətə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tərəfindən yaradılan maniə aradan qaldırılsın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nazlı Heydərova
Məhkəmə qərarları › İş №e-2(076)-632/2025
Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-632/2025
27.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver