Məhkəmə qərarları › İş №e-2(076)-944/2025

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №e-2(076)-944/2025

23.06.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № e-2(076)-944/2025 23.06.2025 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məhəmmədi Həvayət Kəmaləddin qızının sədrliyi, Niftalıyev Kənan Nazim oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia qaldıraraq, Cavabdeh 13500 (on üç min beş yüz) manat pulun alınaraq ona ödənilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o cavabdeh X2 ev təmiri ilə bağlı qapı-pəncərə ustası kimi tanınmışdır. O, iddiaçının evində olan qapı və pəncərələri hazırlamaq və yerləşdirmək üçün işlə tanış olmuş və 13.500 (on üç min beş yüz) manat müqabilində bu işləri görəcəyini bildirmişdir. İddiaçı da hissə-hissə olmaqla ona 13.500 manat məbləğində pul vermişdir. Bundan sonra material və rəng seçimi tərəflər arasında razılaşdırılmışdır. Müddət məsələsinə gəlincə, tərəflər arasında dəqiq tarix müəyyən edilməmişdir. Belə ki, iddiaçı həmin dövrdə Göygöl Rayon Məhkəməsinin sədri vəzifəsində çalışdığından başqa mənzildə yaşayırdı və qapıların quraşdırılmasına tələsmirdi. Tərəflər belə razılığa gəlmişdilər ki, cavabdeh qapıları lazımi qaydada hazırlayıb quraşdıracaq. 2018-ci ildə iddiaçının qızının xəstələnməsi, Türkiyə Respublikasına müalicə məqsədilə gedib-gəlməsi, daha sonra isə qızının vəfat etməsi və yas mərasimlərinin keçirilməsi səbəbilə bir müddət bu məsələyə qayıtmaq mümkün olmamışdır. 2013-cü ildən 2018-ci ilədək cavabdeh qapıları nə hazırlamış, nə də quraşdırmışdır. Qızının vəfatından sonra məsələ ilə yenidən maraqlanan iddiaçı cavabdehlə əlaqə saxlamış, cavabdeh isə qapıların hazır olduğunu və yaxın vaxtda gətirib quraşdıracağını bildirmişdir. Lakin sonradan dəfələrlə edilən zənglərə və xatırlatmalara baxmayaraq, cavabdeh hər dəfə müxtəlif səbəblər göstərmiş və işi yekunlaşdırmamışdır. Daha sonra bildirmişdir ki, emalatxanası yanıb və bir müddət bərpa işləri aparmalıdır. İddiaçı Şəmkir Rayon Polis Şöbəsinə müraciət etməmişdən əvvəl cavabdehlə bir daha əlaqə saxlamış və cavabdeh yenidən işləri hazırlayıb təhvil verəcəyini desə də, verdiyi vədə əməl etməmişdir. Nəticədə iddiaçı Şəmkir Rayon Polis Şöbəsinə şikayət ərizəsi təqdim etmişdir. Şöbədə aparılmış araşdırma nəticəsində 29 avqust 2023-cü il tarixli qərarla cinayət işinin başlanmasından imtina edilmiş, məsələnin mülki xarakterli olduğu bildirilmişdir. Araşdırma zamanı cavabdeh Qələndərov Ramal qeyd etmişdir ki, aldığı pulun müqabilində qapıları hazırlayıb, lakin bir neçə il əvvəl onları quraşdırmaq istədikdə qapıların əyildiyini və həmin qapıları yenidən düzəltmək istəmədiyini bildirib. İddiaçının fikrincə, cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi, yəni 13.500 manat müqabilində sifariş edilmiş işi tamamlamaqdan imtina etdiyi üçün, aldığı məbləği – 13.500 manatı geri qaytarmalıdır. Qeyd edilənlərə əsasən Cavabdeh 13500 (on üç min beş yüz) manat pulun alınaraq ona ödənilməsi və onun tərəfindən ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulub, ona ödənilməsi barədə qətnamə çıxarılmasının xahiş etmişdir. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini, iddia tələbini müdafiə etdiyini və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı və Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iş materiallarını araşdıraraq, habelə mübahisəli münasibətləri tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı şikayəti əsasında Şəmkir Rayon Polis Şöbəsi tərəfindən toplanılmış materiallar əsasında qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 13-də yaşayan İddiaçı ərizə ilə Şəmkir RPŞ-nə müraciət edərək Ramal adlı Şəmkir rayon sakininə ona məxsus evin qapılarını düzəldib gətirib quraşdırması məqsədilə 13500 manat pul verdiyini, lakin Ramalın vədinə əməl etməyərək onu aldatdığını və dələduzluq etdiyini bildirmiş və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. İlkin yoxlama zamanı X1 izahatının alınması məqsədilə istifadəsində olan mobil nömrə ilə əlaqə saxlanılmış, öz növbəsində Cavabdeh barəsində şikayət edən İddiaçı tanıdığını, ondan aldığı pulun müqabilində taxta qapıları düzəltdiyini, lakin bir neçə il öncə gətirib quraşdırmaq istəyərkən uzun müddət başının qarışıq olduğunu və işlərinin olduğunu dediyi üçün qapıları quraşdıra bilmədiyini, uzun müddət qaldığı üçün taxta qapıların bir qədər quruyub ǝyildiyini, lakin hazırda İddiaçı həmin qapıları istəmədiyini, buna görə aralarında narazılıq yarandığını, yenidən qapıları düzəltmək istəmədiyini, hazırda Bakı şəhərində yaşadığı və işlədiyi üçün izahat vermək məqsədilə Şəmkir RPŞ-nə gələ bilməyəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulanqaydalara uyğun müəyyənləşdirilir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olanşəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnubərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcmininmüəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 752.1-ci maddəsinə əsasən Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işiicra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. 762.1-ci maddəsinə əsasən Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdeh X3 iddiaçı ilə 13.500 manat müqabilində evdəki qapı və pəncərələrin hazırlanıb quraşdırılması barədə razılaşmışdır. Pul iddiaçı tərəfindən ödənilmiş, lakin cavabdeh tərəfindən götürülmüş öhdəlik icra olunmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddiasının təsdiqi kimi Cavabdeh Şəmkir RPİ-də verdiyi izahatını mötəbər sübut kimi qəbul edilməlidir. Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, 13500 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı xeyrinə verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli və Cavabdeh vurulmuş ziyana görə 13500 manat pul alınıb İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 13500 (on üç min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 132 (bir yüz otuz iki) manat pul alınaraq İddiaçı verilsin. Qətnamənin rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həvayət Məhəmmədi

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar