Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-144/2024 16.05.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X11 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızına və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müracət edərək cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızından və Cavabdeh3 Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 641/2019 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən, yəni, xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddətdə, ona məxsus mənzildən qanunsuz istifadə etmələrinə görə vurulmuş ziyana görə hər ay üçün 500 manat kirayə haqqı olmaqla, cəmi 20 ay 10 günə görə 10167 manat, 127,50 manat dövlər rüsumu, mənəvi zərərə görə 2000 manat və hüquqi yardıma görə 320 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüquqi əsasında ona məxsus Bakı şəhəri, Y.Yasamal-1 küçəsi, ev 7, 72 saylı mənzildən sahiblik və istifadə hüququndan qanunsuz olaraq məhrum olunmuşdur və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcüddur. Mübahisə ondan ibarətdir ki, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızı və Cavabdeh3 qanuni qüvvəyə minmiş məhkəmə qərarını icra etmirlər, yuxarıda qeyd edilən mənzili boşaldıb ona təhvil verməkdən boyun qaçırırlar. Yasamal rayon məhkəməsinin 2(004)-641/2019 saylı xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən cavabdehlərin Y.Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və ona təhvil verilməsi qət edilmişdir. Qətnamədən şikayət verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Lakin üstündən 1 il 8 ay keçməsinə baxmayaraq həmin qətnamə icra olunmur, cavabdehlər qanunsuz olaraq qərarı icra etmirlər və bunun nəticəsində ona maddi və mənəvi zərər vururlar. Cavabdehlər qətnamə qanuni qüvvəsini aldığı gündən xx.xx.2019-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək olan müddət ərzində qanunsuz istifadə edirlər, bu qanunsuz istifadə hələ də, davam edir. Cavabdehlərin qanunsuz əməllərindən (hərəkətsizliklərindən) maddi zərərlə yanaşı mənəvi iztirab çəkir, hər dəfə bir evdən başqa evə köçmək taqətində deyil, mənəvi cəhətdən tam olaraq sarsılmışdır. Cavabdehlərin qanunsuz hərəkətləri mülkiyyət hüququnu pozur, ona həm maddi zərər vurur həm də mənəvi iztirab çəkməyə məcbur edir. Qanuni qüvvəyə minmiş məhkəmə aktının icra edilməməsi onda qanunun olmaması ilə eyni təsürat yaradır. Bu səbəbdən hesab edir ki, dəymiş mənəvi zərərə və iztiraba görə cavabdehlər ona 2000 manat məbləğində təzminat ödəməlidirlər. Cavabdehlər Cavabdeh4 və Cavabdeh1 iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək göstərdilər ki, Cavabdeh4 Şuşa şəhərindən məcburi köçkün, İ Qarabağ müharibəsi veteranıdır. Cavabdeh1 İİ Qarabağ Vətən müharibəsi veteranı Füzuli, Xocavənd rayonlarının və Şuşa şəhərinin azad olunması uğrunda gedən döyüşlərin iştirakçısıdır. Ailələri 1992-ci ildən Şuşa şəhərindən məcburi köçkün olaraq, Yasamal rayonu, Yeni Yasamal 1, bina 7, mənzil 72 də məskunlaşmışlar. İstifadəyə verilməyən yarım tikilidə öz vəsaitləri hesabına şərait yaratmışlar. Məskunlaşdıqdan 6 ay sonra, 1992-ci ilin noyabr ayında Cahangirov Mişanın adına Yeni Yasamal 1, bina 7, mənzil 72-yə order verilib. X16 idarəsinin işçisi olduğu üçün ailəsi ilə birlikdə Nərimanov prospektində Azərbaycan Dəniz Gəmiçilik idarəsinin ailəvi yataqxanasında 2 otaqlı evi olmuşdur. Yeni Yasamaldaki yarım tikili olduğu üçün razılıq vermişdir ki, Şuşa şəhərinə qayıdana kimi qalsınlar. Binada məcburi köçkünlərin yaşadığı evlərin sahibləri Yasamal rayon İcra Hakimiyyətinə şikayət etmiş, məcburi köçkünlərə qonşu binadan ev verib köçürmüşdürlər. Lakin, Mişa bundan xəbərdar olsa da şikayət etməmiş və razı olmuşdur ki, burdan Şuşaya gedənə kimi qalsınlar. Hal-hazırda yaşadıqları binada onlar kimi məcburi köçkünlər yaşayır. Şuşaya tezliklə qayıdıb evi təhvil verəcəklər.Evin ilk sahibi Cahangirov Mişa rəhmətə gedəndən sonra arvadı İddiaçı mənzili adına keçmişdir. Qarşı tərəfin vəkili Vəkil bütün məhkəmə proseslərində Xaniça xanımın tək imkansız olduğunu, başqa yaşayış yerinin olmadığını və ona imkansız olduğu üçün pulsuz vəkillik etdiyini deyərək hakimlərinin apardıqları işləri başqa səmtə yönəltmişdir. Xanica xanımın oğlu X9 "xxxx" MMCnin rəhbəri X2 cangüdənidir, şəkilləri əlavə olunub. xx.xx.2020-ci il tarixli ev kirayəsi müqaviləsinə əsasən Bakı şəhər Nərimanov rayon T.Əliyev küçəsi 54 nömrəli evin 22 saylı mənzili ev sahibi kimi göstərilən X1 Asiyat Paxradinovnanın yaxın qohumudur. İlkin məhkəmə prosesində bu hallar araşdırılmadan və məhkəmə olan gün xx.xx.2021-ci il tarixdə açıq ürək əməliyyatı olduğu üçün məhkəmə prosesində iştirak etməmişlər. Qətnamədə vəkil İlham Mehdiyevin təqdim etdiyi sənədlərdəki məlumatlar həqiqəti əks etdirməmişdir. X10 xx.xx.1996cı ildə vəfat etmişdir. Cavabdeh2 2017-ci ildən ailəlidir və başqa ünvanda ünvan 1ayəsi ödəyir (maaşının 50 % miqdarında) Cavabdeh3 2019-2022-ci illər ərzində İqtisad Universitetinin tələbəsi olduğu halda onun hər ay maaşından 50 % ev kirayəsi tutulur. Evin işiq pulu, qaz pulu qəbzi, sayğaclar da Cavabdeh4 adınadır. 2020-ci ilin sentyabrından hesablanaraq bu günə kimi borc yığılıb. Hər ay ailə üzvlərinin maaşlarının 50 faizi miqdarında təxminən ayda 800 manata yaxın aylıq ev kirayəsi tutularaq İddiaçı verilir.Ailə üzvlərinin əmək haqqlarından ümumi olaraq 2023-cü ilin sentyabr ayından xx.xx.2024-cü ilə kimi 4891.33 manat ev kirayəsi ödəmişlər. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq izahatında göstərmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X7, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızına, Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə baxılan dövrdə də iddiaçının nümayəndəsi və vəkili qismində iştirak etmişdir. İddia ərizəsinin verildiyi dövr üçün pul tutulması xahiş olunmuşdur. Lakin, sonradan cavabdehlərin qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrasına mane olmalarını, süni əngəllər yaratmalarını, bu məqsədlə özlərinə məxsus olan əmlakı başqalarının adlarına özgəninkiləşdirilmələrini, həmçinin, cavabdehlərin iddiaçıya qarşı mənzilin təmirinə sərf etdikləri pulun tutulması barədə iddia qaldırmalarını nəzərə alaraq hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh4 iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazda göstərilənlərə uyğun izahat verərək, iddianın əsassız olduğuna görə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızına və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, işə gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin – vəkilinin və Cavabdeh4 izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı Huseynovnanın cavabdehler Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X7, Xanhuseynova (Məhərrəmzadə) Amalya Pərviz qızına və Cavabdeh3 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılması tələbinə dair” iddiası təmin edilərək, cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X4, Xanhuseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi, 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsi qət edilmişdir. Qətnamə qanun qüvvəyə minmiş və icra edilməsi üçün Yasamal rayon İcra şöbəsinə göndərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-564/2021 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X7, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızına, Cavabdeh3 qarşı “pul tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdehlər Cavabdeh4, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızının, Cavabdeh1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızının və Cavabdeh3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, iddiaçının xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X5 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh4, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh3 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)- 9595/2021 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh4 və Cavabdeh1 apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)- 641/2019 saylı qətnaməsinin ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı Huseynovnanın cavabdehlər Cavabdeh4, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh3 qarşı cavabdehlərdən Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə birdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2.000 manat pulun tutulması barədə iddiasının rədd edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli 2(102)-2692/2022 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(103)-9595/2021 saylı qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 5645/2022 saylı qətnaməsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli, 2(004)-641/2019 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-1771/2023 saylı qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh4, Cavabdeh1, tərəfindən birgə qaydada verilmiş kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)-5645/2022 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli, və i. a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştrakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. MPM-nin 233.3-cü maddəsinə görə isə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarında göstərilir ki, “Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir. Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “"xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 30 yanvar 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2020-ci il tarixli Qərarında göstərilir ki, “Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, işə baxan bütün məhkəmələr tərəfindən hər hansı bir iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı və ya hökmü ilə müəyyən edilmiş hallar yoxlanılmadan sübut kimi qəbul olunmalıdır.” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “C.İsmayılzadənin şikayətinə dair” xx.xx.2007-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzib olunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.İbrahimovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 21 iyun 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2017-ci il tarixli Qərarında göstərilmişdir ki, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) presedent təcrübəsində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından “res judicata” prinsipinə hörmət edilməsini ehtiva edən qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının bir qayda olaraq dəyişdirilmədən saxlanılmasını nəzərdə tutan preyudisiallıq və qanunun aliliyinin fundamental aspektlərindən olan hüquqi müəyyənlik prinsiplərinin təmin edilməsinə xüsusi önəm verilmiş, yalnız məhkəmə səhvlərinin düzəldilməsi və işin düzgün həlli üçün əhəmiyyət kəsb edən hallar aşkar olunduqda belə qərarlara yuxarı instansiya məhkəməsi tərəfindən yenidən baxılmasının mümkünlüyü əks olunmuşdur (Xotulyeva Rusiya Federasiyasına qarşı iş üzrə 30 iyul 2009-cu il tarixli, Kondraşov və digərləri Rusiya Federasiyasına qarşı iş üzrə 8 yanvar 2009-cu il tarixli Qərarlar).” Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin l hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. Beləliklə, məhkəmə baxışı zamanı mülki işin araşdırılmış sübutlarla müəyyən edilmiş mübahisəsiz halları bundan ibarət olmuşdur ki, İddiaçı cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X10, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı, Cavabdeh3 qarşı “pul tutulması” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh4, Məhərrəmova (Hüseynova) Kəbutər Əvəz qızı, Cavabdeh1, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı və Cavabdeh3 Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzili boşaldılaraq ona təhvil verilənədək hər ay üçün 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqı və digər xərclərə görə bitrdəfəlik ödəmə qismində 30 manat dövlət rüsumunun və vurulmuş mənəvi zərərə görə 2.000 manat pul tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini mənzilinin cavabdehlər tərəfindən qanunsuz zəbt edilməsi, mənzilin boşaldılaraq ona təhvil verilməsi barədə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin olmasına baxmayaraq, cavabdehlərin qətnaməni icra etməməsi nəticəsində kirayədə qalmağa məcbur olması, bu səbəbdən də, maddi və mənəvi zərərə məruz qalması ilə əsaslandırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-564/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehlərin Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal-1 küçəsi 7 saylı evin 72 saylı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və iddiaçıya təhvil verilməsinə dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsi icra olunan günə kimi, iddiaçının xx.xx.2020-ci il tarixli kirayə müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, T.Əliyev küçəsi, 54 nömrəli evin 22 nömrəli mənzilindən istifadəyə görə mənzilin sahibi X5 xx.xx.2020-ci il tarixdən başlayaraq hər ay üçün ödədiyi 350 manat kirayə haqqı və 49 manat vergi ödənişi olmaqla, cəmi 399 manat kirayə haqqının və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmiş və qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Hazırda İddiaçı yenidən cavabdehlər Cavabdeh4, Cavabdeh5, Cavabdeh1, X10, Xanhüseynova (Məhərrəmzadə) Amalya Pərviz qızı, Cavabdeh3 qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-641/2019 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən, yəni, xx.xx.2019-cü il tarixindən xx.xx.2020-ci il tarixinə qədər olan müddətdə, ona məxsus mənzildən qanunsuz istifadə etmələrinə görə vurulmuş ziyana görə hər ay üçün 500 manat kirayə haqqı olmaqla, cəmi 20 ay 10 gün görə 10167 manat, 127,50 manat dövlər rüsumu, mənəvi zərərə görə 2000 manat və hüquqi yardıma görə 320 manat məbləğində pulun müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia tələbini əvvəlki iddia tələbinin eyni ilə əsaslandırmışdır. İddiaçı hazırkı tələb ilə çıxış edərkən həmin dövrdə real olaraq hansı maddi ziyana məruz qalmasına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Halbuki, preyudisiallıqla bağlı mülki-prosessual qanunvericiliyin tələblərinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, həmçinin, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin öz qərarlarında formalaşdırdıqları hüquqi mövqeyə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh4,Cavabdeh5, Cavabdeh1, Xanhüseynova (Məhərrəmova) Amalya Pərviz qızına və Cavabdeh3 qarşı “maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair” iddiası təmin edilməsin. İddianın verilməsi üçün ödənilmiş 127,50 (bir yüz iyirmi yeddi manat 50 qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №e-2(077)-144/2024
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-144/2024
16.05.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver