Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-306/2024 22.08.2024 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Şuşa Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyıt hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 660 A (yeni qayda ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi, giriş 14 ) ünvanında yerləşən bağ sahəsindən çıxarılması barədə qətnamə qəbil edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 39.1-ci maddəsinə görə, daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən aidiyyət qaydaları pozulmuşdur. Belə ki, əsas iddia tələbi daşınmaz əşyanın başqasının qeyriqanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaqla bağlı olduğundan iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən iddia ərizəsini daşınmaz əşyanın olduğu yerə görə məhkəməyə verməlidir. İş materiallarından görünür ki, mübahisənin predmetini Cavabdeh mülkiyyıt hüququ əsasında İddiaçı məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, 660 A (yeni qayda ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Rauf Kazımovski küçəsi, giriş 14 ) ünvanında yerləşən bağ sahəsindən çıxarılması təşkil edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2 iyun 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, “Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri). Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsini və əlavə olunmuş sənədləri araşdırıb, sadalanan qanunvericilik normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mübahisə ilə bağlı formalaşdırdığı hüquqi mövqeyinə əsaslanaraq hesab edir ki, hazırda qeyd edilən iddia tələbi daşınmaz əşyanın qanuni sahibinin hüquqlarının pozulmasını aradan qaldırmaqla əlaqədar olduğundan, iddia ərizəsinə cavabdehin rəsmi qeydiyyat ünvanı üzrə deyil, daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəmə tərəfindən baxılmalıdır. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalı və ona yenidən daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “bağ sahəsindən çıxarılma tələbinə dair” iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən aidiyyəti üzrə, yəni daşınmaz əmlakın yerləşdiyi yer üzrə məhkəməyə müraciət edə bilər. İddiaçı tərəfindən dövlət büdcəsinə “X2” ödəniş sistemi vasitəsilə Şuşa Rayon Məhkəməsinin hesabına xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzə əsasən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. Qərardadın rüsumun qaytarılması hissəsində icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyi Şuşa rayonu üzrə Maliyyə İdarəsinə həvalə edilsin. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(077)-306/2024
Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-306/2024
22.08.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver