Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-37/2022 17.01.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki işə kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəmədə iddia qaldıraraq,Cavabdeh 66,08 (altmış altı manat səkkiz qəpik) manat məbləğində sığorta ödənişinin və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC-yə məxsus ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi 01.06.2019-cu il tarixdə "xxxx" ASC tərəfindən 01.06.2019-cu il tarixdən 31.05.2020-ci il tarixədək “Avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmışdır.10.12.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi ** HZ *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 270 CDİ” markalı avtonəqliyyat vasitəsilə "xxxx" MMC–nin işçisi X1 tərəfindən idarə olunan ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi ilə toqquşmuş və yolnəqliyyat hadisəsi nəticəsində avtomobillərə ziyan dəymişdir.Baş vermiş yol nəqliyyat hadisə ilə əlaqədar Bakı şəhər DYPİ-nin əməkdaşları tərəfindən Cavabdeh barəsində 10.12.2019-cu il tarixli TP ******* saylı X6 haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh baş vermiş yol-nəqliyyat hadisəsində təqsirli bilinmişdir."xxxx" MMC tərəfindən tərtib olunmuş 21.04.2020-ci il tarixli 5023 saylı zərər aktına əsasən ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 66,08 manat müəyyən edilmişdir.İddiaçı "xxxx" ASC 27.07.2020-ci il tarixli sığorta aktına əsasən 66,08 manat məbləğində sığorta ödənişini ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün zərərçəkən "xxxx" MMC-nin hesabına köçürmüşdür.Köçürülmə həyata keçirildikdən sonra Cavabdeh mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir."xxxx" ASC tərəfindən 66,08 manat məbləğində vəsaitin sığortalı "xxxx" MMC-nin bank hesabına ödənilməsi barədə Cavabdeh müvafiq bildiriş göndəilmiş,lakin cavabdeh dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi 17 dekabr 2021-ci il tarixdə məhkəməyə daxil olmuş və həmin tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşıəsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Məhkəmə Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, iddiaya qarşı etirazının olmamasını və iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı, həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iddiaçının təqdim etdiyi sənədləri tədqiq edərək toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məcmusu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin birinci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - «Paşa Sığorta ASC-nin 01.06.2019-cu il tarixli avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsindən görünür ki,"xxxx" MMC-nin mülkiyyətində olan ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi 01.06.2019-cu il tarixdən 31.05.2020-ci il tarixədək icbari sığorta növündə sığortalanmışdır. - X4 İXP ******* saylı,10.12.2019-cu il tarixli protokolun surətindən görünür ki, Cavabdeh “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 327.1- ci maddəsinin tələbini pozmuş, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 -ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. - X6 Haqqında Qərarın surətindən görünür ki,10.12.2019-cu il tarixdə Bakı şəhər DYPİ ** HZ *** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 270 CDİ” markalı dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə barəsində 40 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. - "xxxx" MMC tərəfindən tərtib olunmuş 21.04.2020-ci il tarixli 5023 saylı zərər aktından görünür ki, ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə 66,08 manat məbləğində ziyan xərci dəydiyi hesablanmışdır. - "xxxx" ASC-nin 27.07.2020-ci il tarixli sığorta aktından görünür ki, ümumi məlumatlara əsasən sığortalı "xxxx" MMC,sığortalanmış avtomobil ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi,sığortanın müddəti 01.06.2019-cu il tarixdən- 31.05.2020-ci il tarixədək, 10.12.2019-cu il tarixdə baş vermiş hadisə nəticəsində ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsinə dəymiş ziyanın ümumi məbləği 66,08 manat müəyyən edilmişdir. - 21.09.2020-ci il tarixli məktubdan görünür ki,"xxxx" ASC-nin 35090AZNHC********** saylı hesabından "xxxx" MMC-nin AZ59AZRT********************02 saylı hesabına 66,08 manat məbləğində pul vəsaiti köçürülmüşdür. - İcbari Sığorta Bürosunun internet səhfəsindən çıxarışdan görünür ki,** HZ *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin 10.12.2019-cu il tarixdə icbari avtoməsuliyyət sığortası müqaviləsi barədə məlumat tapılmamışdır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinin tələblərinə görə Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ əmlak sığortası üzrə sığorta ödənişini vermiş vermiş sığortaçı reqres qaydasında ona verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər,o şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən başqa şəxs tərəfindən vurulmuş zərərərin həcminə,həmdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər daxildir. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan 3-cü şəxsə qarşı malik olduğu hüquqlarından və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi ilə hüquq əmlak sığortası üzrə sığortaçı ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və ya müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya,həmçinin qanunvericiliyə əsasən,dəymiş zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edilə bilər. Həmin Məcəllənin 1096.1-cı maddəsinə əsasən,mülki hüquq pozuntusu (delilkt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli,hüquqa zidd əməldir.Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə,mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin ,habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən,ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar,bu şərtlə ki,zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən,başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə,əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə,ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib qanunvericiliyin tələblərini nəzərə alaraq müəyyən etmişdir ki, "xxxx" MMC-nin mülkiyyətində olan ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı avtonəqliyyat vasitəsi 01.06.2019-cu il tarixli avtonəqliyyat vasitələrinin tam sığorta şəhadətnaməsinə əsasən 01.06.2019-cu il tarixdən 31.05.2020-ci il tarixədək icbari sığorta növündə sığortalanmış və 10.12.2019-cu il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində sığortalı avtonəqliyyat vasitəsinə dəymiş 66,08 manat məbləğində ziyan "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə ödənilmişdir.Qeyd edilən yol-nəqliyyat hadisəsində Cavabdeh 10.12.2019-cu il tarixli TP ******* saylı X6 haqqında qərara əsasən təqsirli bilinmiş və cavabdehin hadisə baş verən zaman icbari avtoməsuliyyət sığortası müqaviləsinin olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki,tərtib edilmiş X6 haqqında qərara əsasən hadisənin törədilməsində Cavabdeh təqsiri sübuta yetirildiyindən,vurulmuş ziyan sığortaçı "xxxx" ASC tərəfindən sığortalı "xxxx" MMC-yə ödənildiyindən Cavabdeh ** JH *** dövlət qeydiyyat nişanlı “İveco Urbanway” markalı dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 66,08 manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənnin 77-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki,iddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,iddia təmin edilməli,Cavabdeh 66,08 manat məbləğində pul vəsaiti və ödənilmiş 30,40 manat dövlət rüsumu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 211,220, 227, 233, 284-1, 284-5,284-6 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 66,08 (altmış altı manat səkkiz qəpik) manat məbləğində sığorta ödənişi və ödənilmiş 30,40 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutulub "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Şuşa Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(077)-37/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-37/2022
17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver