Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-448/2023 15.12.2023 ŞUŞA RAYON MƏHKƏMƏSİ X4 Bəşərəddin oğlunun sədrliyi, Mehdiyeva Aynur Yasən qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin "xxxx" Departamentinin Şuşa Avtonəqliyyat Müəssisəsinin icra orqanının rəhbəri Cavabdeh “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” ərizəsi üzrə mülki işə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" Departamentinin Şuşa Avtonəqliyyat Müəssisəsinin Dövlət Sosial Müdafiə Fonduna olan 7316,03 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsasladırmışdır ki, Vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə vergi ödəyicisi olan "xxxx" Departamentinin Şuşa Avtonəqliyyat Müəssisəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 7316,03 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 3792,57 manat, faizlər üzrə 1874,46 manat, digər üzrə 1649,00 manat) borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2019-cu il tarixli **********232000 nömrəli bildiriş, xx.xx.2023-cü il tarxili **********563000 nömrəli xəbərdarlıq məktubu göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Cavabdehin icra orqanının rəhbəri olduğu ""xxxx" Departamentinin Şuşa Avtonəqliyyat Müəssisəsi qeyri-kommersiya hüquqi şəxs olduğundan və yaranmış sosial öhdəliyinin sahibkarlıq fəaliyyətindən irəli gəlmədiyi müəyyən edildiyindən hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı işə ümumi yuristiksiyalı məhkəmədə baxılmalıdır. Reyestr məlumatlarına əsasən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Cavabdeh ünvan 1 ünvanında yaşayır. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi eyni zamanda ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasında iştirak etmək üçün vaxt imkanının az olmasını nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iş materiallarını araşdırıb və sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, "xxxx" Departamentinin Şuşa Avtonəqliyyat Müəssisəsinin (VÖEN: **********) vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2023-cü il tarixə Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 7316,03 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 3792,57 manat, faizlər üzrə 1874,46 manat, digər üzrə 1649,00 manat) məbləğində borcu vardır. Hüquqi şəxs haqqında məlumatdan görünür ki, "xxxx" Departamentinin Şuşa Avtonəqliyyat Müəssisəsinin icra orqanının rəhbəri olan Cavabdehdur və o, ünvan 1 ünvanında qeydiyyatdadır. xx.xx.2019-cu il tarixli **********232000 nömrəli bildirişin və xx.xx.2023-cü il tarxili **********563000 nömrəli xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh Dövlət Sosial Müdafiə Fonduna olan borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borc ödənilmədiyi halda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məqsədilə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 73-cü maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aiddir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin Vergi Məcəlləsində göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 1.4-cü maddəsinə əsasən Vergi Məcəlləsinin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə görə vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya, Mülki və X1 məhkəmə tərkibinin “Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin maraqlı şəxs X2 qarşı iş üzrə” xx.xx.2023-cü il tarixli, e-2- 2(102)-145/2023 saylı Qərarında göstərilmişdir ki, “MPM-in 25.2 və 26.2-ci maddələrinin tələblərinə görə, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlərlə əlaqədar verilən ərizələrdə nəzərdə tutulan ödənilməmiş borclar sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda, həmin ərizələrə kommersiya məhkəmələrində, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda isə ümumi məhkəmələrdə baxılmalıdır... Təşkilatı-hüquqi forması “digər qeyri-kommersiya təşkilatlı” olan və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeçiliyində dövlət adından yaradılan "Sumqayıt Tibb Mərkəzi" X6 tərkibində fəaliyyət göstərən Hüquqi şəxsin Dövlət Sosial Müdafiə Fonduna, İşsizlikdən Sığorta Fonduna və İcbari Tibbi Sığorta Fonduna ödənilməmiş məlum borcları sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranmış olduğu halda –hazırkı ərizəyə Sumqayıt Kommersiya Məhkəməsində baxıla bilərdi. Bununla belə, ərizənin məzmunu və iş materiallarına görə qeyd olunan borcların sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranması təsdiq olunmur və bunu müəyyən etmək səlahiyyəti olan ərizəçi isə həmin borcları qeyri-sahibkarlıq fəaliyyət üzrə yaranan borc hesab edərək, məlum ərizə ilə ümumi məhkəməyə müraciət etmişdir. Qarışıq məhkəmə tərkibi qeyd edir ki, sahibkarlıq fəaliyyəti ilə əlaqədar olmadıqda bu kimi ərizələrə ümumi (rayon, şəhər) məhkəmələrdə baxılmalıdır (MPM-nin 25.2-ci maddəsi).” Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutları məcmu halında qiymətləndirib, sadalanan qanunvericilik normalarına əsaslanmaqla hesab edir ki, "xxxx" Departamentinin Şuşa Avtonəqliyyat Müəssisəsinin icra orqanının rəhbəri olan Cavabdeh məcburi dövlət sosial sığorta haqqı üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi nəticəsində onun Dövlət Sosial Müdafiə Fonduna ümumilikdə 7316,03 manat (məcburi dövlət sosial sığorta haqqı üzrə 3792,57 manat, faizlər üzrə 1874,46 manat, digər üzrə 1649,00 manat) məbləğində borcunun olması, edilmiş xəbərdarlıqlara baxmayaraq həmin borcun ödənilməməsi faktı tam olaraq müəyyən edilmişdir. Ona görə də, ərizə təmin edilərək borclu hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-7.4-cü maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Ailə Məcəlləsinin MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Dövlət Sosial Müdafiə Fonduna olan 7316,03 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə "xxxx" Departamentinin Şuşa Avtonəqliyyat Müəssisəsinin icra orqanının rəhbəri Cavabdeh (Doğulduğu tarix -xx.xx.1951-ci il, doğulduğu yer - Azərbaycan, Ağdam rayonu, Əfətli kəndi, şəxsiyyətini təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi - AZE, *******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №e-2(077)-448/2023
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-448/2023
15.12.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver