Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № e-2(077)-71/2022 05.05.2022 ŞUŞA RAYON MƏHKƏMƏSİ Şuşa Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, X3 iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC «subroqasiya qaydasında pul tələbi»nə dair məhkəmədə iddia qaldıraraq,Cavabdeh 4370 (dörd min üç yüz yetmiş) manat məbləğində sığorta ödənişinin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 64,10 (altmış dörd manat on qəpik) manat məbləğində dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki,"xxxx" ASC-də 31.08.2020-ci il tarixli PGU********** nömrəli sığorta şəhadətnaməsinə əsasən 02.09.2020-ci il tarixdən – 02.09.2021-ci il tarixədək avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış X5 məxsus Cavabdeh tərəfindən idarə olunan «Mercedes Benz E240» markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 13 iyul 2021-ci il tarixdə Bakı şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X6 mülkiyyətində olan “Opel Astra” markalı ** FU *** dövlət qeydiyyat nişanlı,X1 mülkiyyətində olan “Ford Transit” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı və X2 mülkiyyətində olan “Opel Astra” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşaraq onu zədələmişdir.Xətai rayon DYPŞ-nin qərarı ilə Cavabdeh qeyd olunan yol-nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir.Hadisə baş verərkən Cavabdeh avtomobili etibarnamə olmadan (nikah haqqında şəhadətnamə əsasında) idarə etmişdir.Zərərçəkənlərin avtomobilinin zədələnməsi ilə bağlı "xxxx" ASC tərəfindən 4370 manat məbləğində sığorta ödənişi ödənilmişdir.Qeyd edilənlərə əsasən,zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadisəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq,məhkəmə iclasına gəlməmiş,lakin nümayəndəsi ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.Məhkəmə Azərbaycan Respublikası MPMnin 185.4-cü maddəsinə əsasən işə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia tələbini qəbul etməyərək bildirdi ki,mərhum arvadı X9 ilə birgə nikah dövründə qeyd edilən avtomobili almışlar,arvadı vəfat etdikdən sonra qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alanadək avtomobili nikah haqqında şəhadətnamə əsasında idarə etmişdir və qeyd edilən yol-nəqliyyat hadisəsi həmin zaman baş vermişdir. Məhkəmə cavabdehin izahatını dinləyib,işdəki sənədləri tam,hərtərəfli araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan: - 31.08.2020-ci il tarixli PGU********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki,"xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış icbari sığorta müqaviləsinə əsasən «Mercedes Benz E240» markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobil 02.09.2020-ci il tarixdən 02.09.2021-ci il tarixədək 5000 manata qədər sığortalanmışdır. - Xətai rayon DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş 16.07.2021-ci il tarixli TP4075191 saylı inzibati xəta haqqında protokoldan görünür ki,Cavabdeh 13.07.2021-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. - "xxxx" ASC-nin 18.08.2021-ci il tarixli PGU-212400 nömrəli sığorta ödənişi ilə bağlı aktından görünür ki,13.07.2021-ci il tarixdə «Opel Astra» markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilə 2600 manat məbləğində zərər dəymiş,sığorta ödənişi alan şəxs X10 müəyyən edilmişdir. - "xxxx" ASC-nin 18.08.2021-ci il tarixli PGU-212399 nömrəli sığorta ödənişi ilə bağlı aktından görünür ki,13.07.2021-ci il tarixdə «Ford Transit» markalı ** CJ *** dövlət qeydiyyat nişanlı avtomobilə 1100 manat məbləğində zərər dəymiş,sığorta ödənişi alan şəxs X7 müəyyən edilmişdir. - "xxxx" ASC-nin 18.08.2021-ci il tarixli PGU-212401 nömrəli sığorta ödənişi ilə bağlı aktından görünür ki,13.07.2021-ci il tarixdə «Opel Astra» markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobilə 670 manat məbləğində zərər dəymiş,sığorta ödənişi alan şəxs X8 müəyyən edilmişdir. - Qanun üzrə vərəsəlik hüququ haqqında 24.07.2021-ci il tarixli şəhadətnamənin surətindən görünür ki,06.08.2020-ci il tarixdə vəfat etmiş X4 vərəsələri Cavabdeh müəyyən edilmiş və o AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş 13.09.2017-ci il tarixli AC967436 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100611A612692,mühərrikin nömrəsi **********9759 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240 minik” markalı ** KP *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə tam hissədə pay almışdır. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etmişdir ki,Cavabdeh 31.08.2020-ci il tarixdə PGU********** saylı icbari sığorta müqaviləsinə əsasən istifadəsində olan «Mercedes Benz» markalı ** KP *** dövlət qeydiyyat nişanlı avtomobili 1 il müddətinə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalamışdır.Sığorta müddətində 13.07.2021-ci il tarixdə Cavabdeh Bakı şəhəri,Xətai rayonu ərazisində hərəkətdə olarkən yol hərəkət qaydalarını pozmuş və nəticədə X6 mülkiyyətində olan “Opel Astra” markalı ** FU *** dövlət qeydiyyat nişanlı,X1 mülkiyyətində olan “Ford Transit” markalı ** CJ *** dövlət qeydiyyat nişanlı və X2 mülkiyyətində olan “Opel Astra” markalı ** KV *** dövlət qeydiyyat nişanlı avtomobillərlə toqquşmuşdur.Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli bilinmiş və "xxxx" ASC tərəfindən maddi ziyan dəymiş avtomobillərə ümumilikdə 4370 manat məbləğində sığorta ödənişi ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1159.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı 1159.1.1-ci maddəsinə görə birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. “İcbari Sığortalar” haqqında Azərbaycan Respublikasının Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, «Mercedes Benz» markalı ** KP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mərhum sahibi X9 06.08.2020-ci il tarixdə vəfat etmiş,onun ölümündən əvvəl və sonra da qeyd edilən nəqliyyat vasitəsi faktiki olaraq əri Cavabdeh istifadəsində olmuşdur.Qanunvericiliyin tələbinə əsasən vərəsə faktiki olaraq əmlakı istifadə etməyə başladıqda onu qəbul etmiş sayıldığından Cavabdeh nəqliyyat vasitəsini idarə etməyə hüququ olmayan şəxs kimi hesab etmək olmaz.Ona görə də,məhkəmə hesab edir ki,13.07.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh «Mercedes Benz» markalı ** KP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə etməyə hüququ olmaması əsası iddiaçı "xxxx" ASC-nin ona qarşı subroqasiya hüququnu yaratmadığından iddia tələbi təmin olunmamalıdır. Həmçinin iş materiallarında olan 31.08.2020-ci il tarixli PGU********** saylı icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki,iddiaçı "xxxx" ASC «Mercedes Benz» markalı ** KP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini mərhum sahibi X9 öldükdən sonra Cavabdeh adına sığortalamışdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 77, 88, 106, 172-179, 182, 183, 192, 209-214, 216-220 və 360-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia təmin edilməsin. İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı «subroqasiya qaydasında pul tələbi»nə dair iddia tələbi təmin edilməsin. Ödənilmiş 64,10 manat dövlət rüsumu "xxxx" ASC-yə aid edilsin. Qətnamədən, qətnamə təqdim olunan (alınan) gündən bir ay müddətində Şuşa rayon məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(077)-71/2022
Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(077)-71/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver