Məhkəmə qərarları › İş №e-2(077)-71/2025

Şuşa Rayon Məhkəməsi Qərardad — İş №e-2(077)-71/2025

24.02.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şuşa rayonu İş № e-2(077)-71/2025 24.02.2025 ŞUŞA RAYON MƏHKƏMƏSİ X1 Bəşərəddin oğlunun sədrliyi, Qəribov Namiq Bəkir oğlunun katibliyi, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Prosesin gedişində İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron qaydada ərizə göndərərək iddiaçının iddiadan imtina etdiyini göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanuna müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmişdir. Lakin, iddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəməyə elektron qaydada ərizə göndərərək iddiaçının iddiadan imtina etməsinə dair ərizəsinin müdafiə etdiyini göstərmiş və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 mülki işin icraatına xitam verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddiadan imtina ərizəsi qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 52.1-ci maddəsinə əsasən iİddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 261.0.4-cü maddəsinə görə isə, iddiaçı iddiadan imtina etmişsə və bu məhkəmə tərəfindən qəbul edilmişdirsə hakim iş üzrə icraata xitam verir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin52, 191, 261-264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş daşınmaz əmlak üzərində payın müəyyən edilməsi tələbinə dair” mülki iş üzrə iddiaçının iddiadan imtina ərizəsi qəbul edilsin və mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan (alındığı vaxtdan) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şuşa Rayon Məhkəməsinə şikayət verilə bilər. X2

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar