Məhkəmə qərarları › İş №e-2(078)-11/2025

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-11/2025

14.11.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-11/2025 14.11.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X8 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh, cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X13 və cavabdeh tərəfində mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin bərpa edilməsi və zərərin ödənilməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin bərpa edilməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X14 ona miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0074 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, texniki pasportda göstərilən ölçülərdə tikilinin tikilib ona təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbini əsaslandıraraq qeyd etmişdir ki, Naxçıvan şəhəri, Lermontov küçəsi, 0,0074 ha həyətyanı torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 12,95 kv.m yaşayış, 7,01 kv.m köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X18 adına 13 noyabr 2009-cu il tarixdə qeydiyyata alınmaqla hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Həmin ev həyat yoldaşına anası tərəfindən hədiyyə olunmuşdur. Ev tikili hazır olmuş, təmiri olmamışdır. Gələcəkdə evi təmir edib istifadə etmək məqsədləri olmuş, lakin, mərhum əri Ə.Ağayev 11 dekabr 2015-ci il tarixdə vəfat etdiyindən evin təmiri bir müddət mümkün olmamışdır. 2023-cü ilin may ayında, o, Naxçıvanda olarkən evinin söküldüyünü, torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu və həmin sahədə yeni yaşayış evinin tikildiyini görmüşdür. Evin sökülməsi və yerində qanunsuz tikilinin tikilməsi barədə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göndərdiyi ərizəsinə cavab verilərək Cavabdeh satın aldığı torpaq sahəsini hasarlayarkən ərindən ona miras qalmış torpaq sahəsində yerləşən 19,50 kv.m tikili sökülmüş və torpaq sahəsinin çox hissəsi (60 kv.m) çəkilmiş hasarın içərisinə salınmış, qalan hissəsi isə hasardan kənarda qaldığı bildirilmişdir. Eyni zamanda hasardan kənarda qalan 14,24 kv.m torpaq sahəsi də Cavabdeh tərəfindən zəbt edilmişdir. Nə mərhum əri Ə.Ağayev, nə də özü tərəfindən cavabdehə heç bir torpaq sahəsi satılmamış, cavabdeh tərəfindən saxta sənədlər əsasında mübahisəli torpaq sahəsində tikinti işləri aparmışdır. Belə ki, cavabdeh Y.X2 aldığı sahənin koordinatları düzgün hesablanarsa saxta sənəd verilərək ona miras qalmış daşınmaz əmlakın yoxa çıxarılması sübuta yetiriləcəkdir. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət xidməti tərəfindən verilən saxta sənəd əsasında hələ də qeydiyyatda olduğu evin sökülməsinə, ona məxsus torpaq sahəsinin zəbt olunmasına səbəb olmuşdur. Cavabdehlə aparılan danışıqlar nəticə vermədiyindən o konstitusion hüququ olan, mülkiyyət hüququnun müdafiə və bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin həmin torpaq sahəsində özbaşına inşa etdiyi tikili onun hesabına sökülərək boşaldılmalı və sökdüyü ona miras qalmış evi bərpa etməlidir. Göründüyü kimi iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən qanunsuz olaraq özbaşına tikili inşa etməsi mülkiyyət hüququna açıq-aşkar qanunsuz və əsassız müdaxilə, mülkiyyət hüquqlarının pozulmasıdır. 31 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə vəsatət təqdim edərək, Cavabdeh öz mülkiyyətində hasar tikdirdiyi zaman onun evinin yerində hovuz tikdirdiyini, Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin yenidən əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsini, ona aid olan torpaq sahəsinin koordinatlarının tam şəkildə müəyyən edilməsi üçün Naxçıvan şəhər Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə göstəriş verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 31 oktyabr 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında İddiaçı məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, məhkəmə təqdim etdiyi vəsatətdə qeyd etdiyi Naxçıvan şəhər Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti ilə bağlı olan hissə ilə əlaqədar aidiyyəti məhkəmə orqanına müraciət edəcəyini nəzərə alaraq, Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin yenidən əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(078)-426/2024 nömrəli qərardadı ilə İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizəsinin təmin edilməsi və iddia tələbinə mərhum əri X14 iddiaçıya miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0074 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, texniki pasportda göstərilən ölçülərdə tikilinin tikilib iddiaçıya təhvil verilməsi, Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin yenidən əvvəlki vəziyyətdə tikilərək iddiaçıya təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması həddində baxılması qərara alınmışdır. Cavabdeh 15 oktyabr 2025-ci il tarixdə məhkəməyə vəsatət göndərərək vəsatətdə qeyd etmişdir ki, iddiaçı X19 ona qarşı “əri X14 ona miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0074 ha torpaq sahəsinin qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, texiniki pasportda göstərilən ölçülərdə tikilini tikib ona təhfil verilməsi tələbi” barədə iddia tələbi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin növbəti iclası 12 noyabr 2025-ci il tarixə, saat 14:00 təyin edilmişdir. Belə ki, iddia tələbi üzrə sözügedən torpaq sahəsini 2022ci iln sentyabr ayında ev alqı satqısı ilə məşğul olan (makler) Şahid ona göstərmişdir. Həmin vaxt orada köhnə tikililər var idi. Şahlar ona demişdir ki, “bu məhəllənin hamısını almışıq. Ordakıların hamısı qohum olduğu üçün biz onlarla belə razılaşmışıq ki, həmin köhnə evləri söküb yerində evlər tikəcəyik, qabaqda sənin evin olacaq, arxada əlavə evlər tikəcəyik”. Oraya baxandan sonra beh vermiş, onlar işlərin görməyə başlamışdır. Onlara “gedək alqısatqı edək sonra evi tikməyə başlayım” demişdir. Şahlar da ona “qeydiyyatda adam çoxdur onları çıxarmaq üçün vaxt lazımdır” demişdir. Həmin vaxt ziyarətə getdiyi üçün özü gələnə qədər alqı-satqı etməsi üçün Şahlara etibarnamə vermişdir. Özü qayıdıb gəlmiş, onların alqısatqı etmədiklərini görmüşdür. Niyə etmədiklərini soruşmuş, alqı-satqıya sahibkarın özünün gəlməli olduğunu ona görə də özlərinin edə bilmədiklərini demişlər. Torpağı alqı-satqı etməyə getmişlər. Torpağı ona satan Gülşən xanım “mənim torpağımı qaytarıb verərsiniz mənim özümə” demişdir. Şahlar “ona arxadakı torpaq sahəsini bölüb verəcəyik” demişdir. Onlar öz aralarında razılaşmışlar. Evi tikilib qutarandan sonra onlar Naxçıvan şəhər prokurorluğuna müraciət etmişlər. Naxçıvan şəhər prokuroru və torpaq komitəsinin gəlib baxıb və orada ölçü apardıqdan sonra həyətinin küncünün onun ərazisinə düşdüyü müəyyən edilmişdir. Orada “mən bu dəqiqə bunu söküm mənim torpağımın çıxarışın verin” demişdir. Həmin ərəfədə prokurorun yanında “bizə vaxt ver biz Şahlardan pulumuzu alsaq heç, alanmasaq sən sökərsən” demişlər. Prokurorda gülmüş, “siz caamatı oynadırsız” demişdir. İki ay keçdikdən Torpaq komitəsinin əməkdaşları gəlib, sökməsini demişlər. Özü də sökmüşdür. Yenidən ölçüb onun çıxarışını vermişlər. Bir gün Gülşən və Gülnarə xanım onu çağırıb “Şahlardan pulu ala bilmirik, gəl köməklik elə Şahlara deyək ki, bizim pulumuzu versin” demişlər. Özü də Şahları ora aparmış, o da “mən Əlibadda bunlara 1 otaqlı ev verim getsinlər ora məndən əl çəksinlər” demişdir. Bunlar razılaşmışlar. Lakin iddiaçın bunların heç birini məhkəmədə demir. Allah şahiddir ki, özünün orada olan söküntülərdən xəbəri yoxdur. İddiaçı məhkəmə iclası zamanı verdiyi izahatında iddianı müdafiə etdiyini, iddia ərizəsində ətraflı fikirlərini çatdırdığını, məhkəmədə iddia qaldırdıqdan sonra cavabdehin yeni sənəd aldığını, həqiqətən də onun əmlakının zəbt olunduğunu, köhnə kadastr ölçülərinə görə Cavabdeh onun əmlakını zəbt etdiyini, naturada ölçü getməyini istədiyini, Yuşənin təqdim etdiyi sənədlərlə özünün əlindəki sənədlərin eynilik təşkil etmədiyini, yerli və beynəlxalq sənədlərdə vətəndaşın əmlakının toxunulmaz olduğunun göstərildiyini, ilk növbədə özünün məhkəmə ekspertizası tələb etdiyini, çünki məhkəmə ekspertizasının bunu təmin edəcəyini, kadastra uyğun olaraq koordinatların göstərilməli olduğunu, torpaq komitəsinin verdiyi sənəddə dörd sot on kvadratmetr (410 m2) göstərildiyini, özünün torpağının ortada olduğunu, Yuşənin torpağı ilə onun torpağını birləşdirəndə 4 sot 10 kv.m alındığını, özünün əmlakının qanunsuz dövriyyə olunduğunu, özünün dəfələrlə cavabdehə yaxınlaşıb “mənim əmlakım sizdədir” dediyini, cavabdehin israrla sənədinin qaydasında olduğunu dediyini, hazırki mövcud vəziyyətdə 74 kv.m torpağın olmadığını, bələdiyyə torpağını da həmin ölçüyə qatdığını dediklərini, özünün torpağı ölçülürsə özünün də ölçü zamanı dəvət edilməli olduğunu, evinin birdən-birə hovuza döndüyünü, Torpaq Komitəsinin işçilərinin kadastr verən zaman onun evini gördüklərini və heç maraqlanmadıqlarını, evin sahibinin razılığı olmadan torpağı başqasına verdiklərini, özünün konstitusion hüququnun pozulduğunu, özünün daşınmaz əmlakının toxunulmaz olduğu barədə dövlətin imza etdiyini, ona görə də tələbləri olacağını, bunların məhkəməni yanıltmaq istəyərək bələdiyyə torpağını özünün torpağı kimi qəbul etdiklərini, baldızı ilə cavabdeh arasında olan danışığa əsasən 250 m2 cavabdehin götürəcəyini və 200 m2 hissəni geri qaytaracağını, indiyə kimi onun torpağı qayıtmadığını, baldızının hər şeydən məhrum olduğunu, baldızının inanıb imza etdiyini, evinin hovuza döndüyünü, özünün torpaq sahəsinin ölçüsünün az olduğunu, cavabdehin dörd mərtəbə evi tikən zaman ondan razılıq almaığını, özünün bir ildir öz əmlakına daxil ola bilmədiyini, mütəxəssisin düzgün rəy vermədiyini, heç kəsin “mən bilmədən etmişəm” deyə bilməyəcəyini, çünki kadastr olduğunu, özünün əmlakının qaytarılmalı olduğunu, cavabdehlə qohum olmadıqlarını, mütəxəssis rəyinin onu qane etmədiyini, torpağın ona qaytarılmadığını, baldızının dəfələrlə “qardaşımın torpağına toxunmayın” dediyini, qarşı tərəfin isə həmin torpağa toxunmadığını bildirdiyini, cavabdehin Gülşəndən onun payını aldığını, özünün payını isə almadığını, ekspertizanı hər şeyin dəqiq olması üçün istədiyini, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə getdiyini, orada ona sənədinin onun xəbəri olmadan dəyişdirildiyini, hüquqlarının pozulduğunu öyrəndiyini, elektron bazada dəyişiklik etdiklərini, özünün hüquqlarını pozduqlarını, onu elektron bazaya daxil edib, adından müvafiq sənədləşmə etdiklərini, cinayət işlədiklərini, divar çəkib, sökdüklərini, qanunsuzluq etdiklərini, özünün əmlakının ortadan getdiyini, saxta sənədlə ekspertiza aparıldığını, sənəddə olan dəyişiklikdən xəbəri olmadığını, özünün sənədinin 2009-cu ilin sənədi olduğunu, Torpaq komitəsinin əmlakının zəbt olunması ilə bağlı ona sənəd verdiyini, sənədi ola-ola alqı-satqı etdiklərini, evi Yuşənin başqa şəxsə satdığını, kadastrda hər şeyin olduğunu, sənədləşmə işləri aparılanda da hər şeyi qarşı tərəfin gördüyünü, özünün şifahi olaraq qarşı tərəfə müraciət edib torpaq sahəsinin qanunsuz olaraq onların adına keçirildiyini dediyini, daha sonra prokurorluğa müraciət etdiyini, İcra Hakimiyyəti tərəfindən gəlib həmin sahəyə baxdıqlarını, Torpaq məsələləri dövlət xidmətinin məktubu olduğunu, Əkbər müəllimlə danışdığını, onun sənəddə dəyişikliyin özləri tərəfindən edilmədiyini bildirdiyini, Mülki Məcəllənin 70, 73, 107, 157.1 və 157.2-ci maddələrində əks olunan hüquqlarının cavabdeh tərəfindən kobud şəkildə pozulduğunu, 2009-cu ilin sənədi olduğunu, həmin sənədə əsasən hal-hazırda mübahisə predmeti olan torpaq sahəsinin özünün mülkiyyətində olduğunu, cavabdeh tərəfindən elektron bazaya müdaxilə olunduğunu və orada dəyişiklik edildiyini, sənəddə saxtalaşdırılma edildiyini, ekspertiza keçirilirkən, eynilə məhkəmədə də 2009-cu ilin sənədinə istinad edilmədiyini, özünün qüvvədə olan sənədi olduğunu, ümumiyyətlə bir sənədin etibarlı olması üçün onun arxiv təsdiqinin olmalı olduğunu, arxiv təsdiqi olmayan sənədin etibarsız olduğunu, 2023-cü ilin sənədinin özündən xəbərsiz alındığını, 2 çıxarış olduğunu, bir kadastr nömrəsi ilə əmlak alındığını, sonra həmin nömrənin dəyişdirildiyini, yeni torpaq sahəsi yaradılmış olduğunu və özünün hüququnun itirildiyini, 2023-cü ilin avqust ayından sonra gedib söküb yeni çıxarış aldıqlarını, özünün evini itirdiklərini, 2 çıxarışı birləşdirdiklərini, əmlakını əlindən almaq üçün saxtalaşdırma etdiklərini, arxiv təsdiqi olan sənədi kənara qoyduqlarını, özünün icazəsi və ərizəsi olmadan elektron bazada dəyişiklik etdiklərini, ən ali hüququn əmlak hüququ olduğunu, özünün əlindən həmin hüququnu aldıqlarını, sənədin saxtalığı ilə bağlı tədbir görülməli olduğunu, düzgün sənədlər əsasında qərar verilməsini istədiyini, bunun üçün işin dayandırılmasını istədiyini, ancaq iddia ərizəsini geri götürməyəcəyini, Şahid bildirdiklərinin yalan olduğunu, özünün pul istəmədiyini, elə söz də demədiyini, hamının həmin şəxsin yalançı olduğunu bildiyini, haqq-ədalətin öz yerini tapması üçün məhkəməyə müraciət etdiyini, özünün sadəcə əmlakının yerində olmasını istədiyini, pul tələbi olmadığını, dediklərinin nəzərə alınaraq iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclası zamanı verdiyi izahatında iddianı qəbul etmədiyini, özünün torpağı alıb ev tikdiyini, kimsənin evini sökmədiyini, torpağı zəbt etmədiyini, aldığı torpaq sahəsinin son verilən çıxarışda azaldığını, 2022-ci ilin noyabr ayında Gülşən xanımın həmin həyəti ona göstərdiyini, köhnə tikilinin yerində olduğunu, heç nəyin sökülmədiyini, razılaşdıqlarını, alqı-satqıya getmək qərarına gəldiklərini, Gülşən xanımın ona burada qeydiyyatda çox adam olduğunu, ərizələri yığmalı olduğunu və ərizəni alanadək isə həyəti sökəcəklərini dediyini, yanvar ayının ortaları ölkəyə qayıtdığını və fevral ayında alqı-satqı etmək üçün getdiklərini, alqı-satqıdan qayıdanda həmin həyətin hasarının çəkildiyini, arxa tərəf hasarın isə çəkilmədiyini, alqı-satqıda torpaq hasarlanması barədə razılıqları olduğunu, həyətin hasarını Şahların çəkdiyini, həmin həyətdə nə sökülübsə xəbəri olmadığını, Naxçıvan Şəhər Prokurorluğuna şikayət olunduğunu, həyətə baxış keçirildiyini, özünün prokurora “əgər mənə səhv sənəd verilibsə buranı sökməyə hazıram” dediyini, prokurorluğun sökməməyini, qərar çıxmağını gözləməyini bildirdiyini, özünün evə qaz, işıq çəkdirmək üçün müraciət edən zaman onun torpağını yenidən ölçüb sənədini dəyişdiklərini, əgər iddiaçının evini sökübsə bərpa etməyə hazır olduğunu, mütəxəssis rəyinə etiraz etmədiyini, özü müraciət etsə də ona torpaq olmadığını dedikləri üçün bir hissədən imtina etdiyini, ona torpaq komitəsindən “həmin ərazidə torpaqlar qarışıqdır, biz həmin ölçünü sənə verə bilməyəcəyik” dediklərini, dəfələrlə müraciət etdiyini, özünə İcra Hakimiyyətindən layihə-smeta verdiklərini, layihəsi olduğunu, layihəni torpaq komitəsinə çıxarış almaq üçün verdiyini, torpağı özünün ölçüb zəbt etmədiyini, özünün müraciət etdiyini, alqı-satqı müqaviləsi ilə, torpaq komitəsinin həmin ölçülərdə ona yer verdiyini, hasarı özünün çəkmədiyini, ona hasar çəkilib verildiyini, alqısatqını Gülşən xanımla etdiklərini, 2022-ci ilin noyabr ayında həmin torpaq sahəsinə maklerlə birlikdə baxdığını, daha sonra özünün Naxçıvan şəhəri ərazisində olmayacağı üçün maklerə etibarnamə verdiyini, 2023-cü ilin fevral ayında alqı-satqı olduğunu, söküntünü özünün etmədiyini, fəhlələr tərəfindən başqasının sifarişi ilə edildiyini, özü alanda sökülmüş vəziyyətdə olduğunu, bunu makler Şahid təsdiq edə biləcəyini, özünün evi hasarın içində hazır aldığını, özünün ustaları da görmədiyini, sadəcə olaraq pulunu verib evini tikdirdiyini, polisdə də eyni şəkildə izahat verdiyini, torpaqdan imtina etmək üçün ərizə də verdiyini, əgər həmin söküntüdə özünün payı varsa, ziyanı qarşılamağa hazır olduğunu, lakin özünün söküntüdən xəbəri olmadığını, şahidin də dediklərini təsdiq etdiyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X27 məhkəmə iclası zamanı verdiyi izahatında özünün mübahisəli evi aldığını, bütün sənədləşmə işlərini qanuni şəkildə etdiyini, başqa heç nədən məlumatı olmadığını, iddiaçı ona məxsus olduğunu iddia etdiyi torpaq sahəsini satırsa, ondan almağa hazır olduğunu, mübahisənin həlli üçün bunu edə biləcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh tərəfində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X11 məhkəmə iclası zamanı verdiyi izahatında mübahisənin yaranmasında təşkilatın nöqsanı olduğunu, torpaq sahəsində ölçülər düzgün aparılmadığından mübahisə yarandığını, mütəxəssisin məhkəməyə təqdim etdiyi rəyə etirazı olmadığını, mütəxəssis rəyində məsələyə konkret olaraq münasibətlərini bildirdiklərini, bu məsələlərin 2009-cu ildən başladığını, 2009-cu ildə münasibət bildirən zaman faktiki vəziyyət ilə bölgü aparılan zaman yerində sxem-plan ölçü çıxarılsa indi bu qarışıqlığın olmayacağını, əgər bölgülərə fikir verilsə hər birində 147 m2 yol verildiyinin görüləcəyini, bu məsələyə münasibət bildirilməmiş notarius hərəkəti aparıldığını, buradan da hüquqlar yarandığını, Dövlət reyestri haqqında qanunda notarius sənədi ilə daşınmaz əmlak hüququnun qeydə alındığının göstərildiyini, özlərinin də həmin sənədi qeydiyyata aldıqlarını, sənədlərin 2009-cu ildə aparılan əməliyyata istinadən verildiyini və faktiki vəziyyətin yenə nəzərə alınmadığını, daha sonra alqı-satqı olduğunu, alqı-satqı vaxtı notariusun da, alıcının da plan-ölçünü verilməsi ilə bağlı tələb qoymadığını, əgər burada mübahisə 130 m2 torpaqdırsa 130 m2-dən imtina olunması barədə ərizəni vətəndaşdan gələcəkdə onlardan məhkəmə qaydasında həmin 130 kv.m torpaq sahəsini tələb etməməsi üçün aldıqlarını, sənədləri faktiki vəziyyətə uyğun olaraq ölçüb verdiklərini, şəxsin notariusda 457 m2 torpaq aldığını, mülkiyyəti qeydiyyatdan keçirməyə gələn zaman isə qeydiyyatdan keçirərkən bu yerin kəsir olduğunun məlum olduğunu, şəxsin torpaqdakı əyrilikləri çıxaraq hasar çəkdirdiyi üçün torpağın bir hissəsinin hasardan qıraqda qaldığını, iddiaçının torpağının yerində olduğunu, torpağın üzərindəki tikiliyə isə söküldüyü üçün münasibət bildirdiklərini, iddia tələbini qəbul etmədiklərini, iddiaçı əgər texniki cəhətdən sənədləri mübahisələndirirsə İnzibati Məhkəməyə aidiyyəti olaraq müraciət edə biləcəyini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid ifadəsində özünün Cavabdeh evinin tikintisində iştirak etdiyini, Yuşədən qabaq Gülşən xanımı tanıdığını, Gülşən xanımın ata evi olduğunu, onun da arxa tərəfində onun qardaşı, yəni Gülnarə xanımın yoldaşına məxsus olan toyuq damı kimi bir yer olduğunu, orada toyuq saxladıqlarını, həmin yerin sökülməsini Gülnarə və Gülşən xanımın dediyini, özünün də fəhlələrə sökdürdüyünü, Yuşənin heç nədən xəbəri olmadığını, söküntü aparılan zaman Gülşən xanımın qardaşının da evi həmin tikiliyə bitişik olduğu üçün onun damının bir hissəsi yanlışlıqla söküldüyü üçün qardaşının problem yaratdığını, 1998-ci ildən həmin ailənin torpaqla bağlı problemləri olduğunu, hər kəsin evinin bir-birinin həyətində tikildiyini, lakin bu problemdən bəhs etmədiklərini, özlərinin sonradan bu problemi bildiklərini, yenə də evi tikdiklərini, torpaq sahəsini özünün tapdığını, ancaq pulu olmadığı üçün almadığını, Yuşənin də sifarişi ilə həmin evi özünün tikdiyini, lakin o evi hazır gördüyünü, onun söküntüdən xəbəri olmadığını, Yuşənin göstərişi ilə nəyisə sökmədiyini, ona Gülnarə xanımın “bizə tərəf dur, onun pulunu alaq” dediyini, heç işçilərin də pulunun verilmədiyini, iddiaçı tərəfin oyuna saldığını, evi tikdiyinə də peşman olduqlarını bildirdi. 01 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən mütəxəssis X20 əvvəlki texniki pasportlara baxdıqlarını, köhnə tikilinin yerində mövcud olmadığını, 28 m2 tikilinin əvvəlki sənəddə olduğunu, sənədlərin eynilik təşkil etmədiyini, torpaq sahəsinin düzgün olmadığını, 2009-cu ildə müqavilə bağlandığını, torpaq sahəsinə müqaviləyə uyğun olaraq sənəd verilmədiyini, Gülşənin satdığı torpaq sahəsi sənəddə olsa da naturada həmin ölçünün düz olmadığını, sahə olaraq olsa da ölçü olaraq olmadığını, əvvəlcə ölçünün düz olduğunu, daha sonra tikinti getdiyini, hasar çəkildiyini, hasar çəkilən zaman 130 m2 digər tərəfdə qaldığını, sonradan ölçülən zaman 130 m2 Gülşənin tərəfində qaldığının məlum olduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2009-cu il tarixli, MH seriyalı, ******* nömrəli çıxarışın təsdiq edilmiş surətindən görünür ki, X18 Naxçıvan şəhəri, Lermontov küçəsində mülkiyyətində olan 0.0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı, 12.95 kv.m yaşayış, -- kv.m qeyri-yaşayış, 7.01 kv.m köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X18 adına daşınmaz əmlakın dövlət reyestrində 18/3 nömrəli reyestr kitabının 492 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 noyabr 2009-cu il tarixli Daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0.0074 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 1 otaqlı, 12.95 m2 yaşayış və 7.01 m2 köməkçi sahədən ibarət fərdi yaşayış evi X18 mülkiyyətindədir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 30 dekabr 2015-ci il tarixli, AZ-İ seriyalı, 779463 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 11 dekabr 2015-ci il tarixdə ürək xəstəliyi səbəbindən Gürcüstan Respublikasında vəfat etmiş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 30 dekabr 2015-ci il tarixdə, 621 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə edilmiş 02 noyabr 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X18 vərəsəsi ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçıdır (AA*******, xx.xx.2023 - Asan 5, FİN:1CONWTH, d/t:xx.xx.1959) və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak NMR DƏDRX tərəfindən xx.xx.2009 tarixdə X25 verilmiş **********42-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Naxçıvan şəhəri, Lermontov küçəsində yerləşən, yaşayış sahəsi 12.95 kv.m, yardımçı sahəsi 7.01 kv.m, 1 otaqlı 48C saylı fərdi yaşayış evi və mülkiyyətində ümumi sahəsi 0.0074 ha olan torpaq sahəsindən ibarətdir. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş xx.xx.2023 tarixli qeydiyyat nömrəsi **********JJ70701 olan arayışa əsasən vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək Naxçıvan şəhəri, Lermontov küçəsində yerləşən 48C saylı fərdi yaşayış evi və mülkiyyətində ümumi sahəsi 0.0074 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilməmiş, həbs altında deyil və özgəninkiləşdirilməsinə qadağan qoyulmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 06 iyun 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 4 ünvanında 74,24 m² torpaq sahəsində yerləşən, ümumi sahəsi 19,96 m² olan fərdi yaşayış evinə Xidmətin mütəxəssisləri tərəfindən İddiaçı iştirakı ilə yerində baxış keçirilmişdir. Baxış zamanı tikilinin haliyədə mövcud olmadığı, torpaq sahəsinin sərhədlərinin dəyişdirildiyi aşkar olunmuşdur. "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll olunduğundan, aidiyyəti üzrə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanmış 24 avqust 2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Naxçıvan şəhəri, 3-cü küçədə X21 mülkiyyətində ümumi sahəsi 2652 m2 olan fərdi yaşayış evi vərəsələr arasında bölünərkən 3-cü küçə (əvvəlki Lermontov 48C) 18C ünvanında yerləşən 74,24 m2 torpaq sahəsi və orada yerləşən evin bir hissəsi Naxçıvan şəhər 2 saylı dövlət notariat kontorunun 21 iyul 2009-cu il tarixli 4/Ə-01-140 nümrəli bağışlama müqaviləsinin əsasında X25 verilmiş və onun adına Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 13 noyabr 2009-cu il tarixli hüquqların dövlət qeydiyyatına alınmasına dair çıxarış verilmiş və **********42-10301 reyestr nömrəli texniki pasport tərtib olunmuşdur. Fərdi yaşayış evinin 456,89 m2 həyətyanı torpaq sahəsi və orada yerləşən evin bir hissəsi həmin müqavilə əsasında X15 verilmiş, həyətin qalan hissəsi isə digər vərəsələr arasında bölünmüşdür. X26 vərəsəliklə ona çatan həyətyanı torpaq sahəsini tikililərlə birlikdə Naxçıvan şəhər 1 saylı dövlət notariat kontorunun 7 fevral 2023-cü il tarixli 4Ə-45 nömrəli alqı-satqı müqaviləsinin əsasında Kəngərli rayonu Qıvraq qəsəbəsinin sakini Cavabdeh satmışdır. Ərizə ilə əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən xx.xx.2023-cü il tarixdə nümayəndənin və qonşuların da iştirakı ilə naturada araşdırma işləri həyata keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, İddiaçı mülkiyyətində olan həyətyanı torpaq sahəsində mövcud olmuş tikililər sökülmüş və torpaq sahəsinin sərhədləri dəyişmişdir. Həm naturada, həm də Xidmətin məlumat bazasında və arxivində saxlanılan sənədlər əsasında aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Cavabdeh satın aldığı həyətyanı torpaq sahəsini hasarlayarkən X18 mülkiyyətində olan həyətyanı torpaq sahəsində yerləşən 28,50 m2 tikili (1 otaqlı, 1 mərtəbəli) sökülmüş və torpaq sahəsinin çox hissəsi (60 m2) çəkilmiş hasarın içərisinə salınmış, qalan hissəsi isə hasardan kənarda qalmışdır. Xidmətin mütəxəssisləri tərəfindən alıcıya məxsus torpaq sahəsinin sərhədləri olduğu kimi, mövcud vəziyyətə uyğun olaraq ölçülmüş və 0,041 hektar həyətyanı torpaq sahəsinə dair Cavabdeh adına xx.xx.2023-cü il tarixli A 033383 nömrəli torpaq sahəsinin planı və ölçüsü verilmişdir. Yuxarıda qeyd edilənlərə əsaslanaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyi qeyd edilərək, İddiaçı aidiyyəti üzrə müraciət etməyi tövsiyə olunmuşdur. İş materiallarına əlavə edilmiş 07 fevral 2023-cü il tarixli, 4Ə-45 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X1 şəhəri, 3-cü küçə, ev 48 ünvanında 0.0457 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 93.78 m2, yaşayış sahəsi 40.88 m2, yardımçı sahəsi 52.9 m2 olan 2 otaqlı fərdi yaşayış evini 10000.00 (on min manat sıfır qəpik) manat məbləğində Cavabdeh satmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 6 ünvanında yerləşən 0.0326 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 300 m2 olan fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə 29 dekabr 2023-cü il tarixdə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 18/57 nömrəli reyestr kitabının 11240 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş 28 dekabr 2023-cü il tarixli Daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, ünvan 6 ünvanında yerləşən 326.27 m2 torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən ümumi sahəsi 300 m2 olan fərdi yaşayış evi və Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 noyabr 2009-cu il tarixli Daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətindən görünür ki, Naxçıvan şəhəri, Lermontov küçəsi, ev 48 ünvanında yerləşən 0.0457 ha torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində yerləşən 2 otaqlı, ümumi sahəsi 93.78 m2 olan fərdi yaşayış evi X12 mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 13 may 2024-cü il tarixli, 04/356 nömrəli məktubda qeyd edilmişdir ki, Cavabdeh Ağayeva (Gülməmmədova) Gülşən Bəhlul qızından Naxçıvan şəhər 1 saylı DNK-nın 07 fevral 2023-cü il tarixli, 4Ə-45 nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin planı və ölçüsü naturadaki ölçülərlə uyğunsuzluq təşkil edir. Cavabdeh bəhs olunan alqı-satqı müqaviləsi ilə 457,0 m2 torpaq sahəsi satın alsa da, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023-cü il tarixli ərizəsi ilə əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən torpaq sahəsinə naturada baxış keçirilən zaman sərhəd döngə nöqtələrinin yerinin dəyişdirildiyi və yeni tikilmiş hasar daxilində 326,27 m2 torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Cavabdeh 326,27 m2 torpaq sahəsinin mülkiyyətinə verilməsinə etirazının olmadığını və gələcəkdə o torpaq sahəsinə dair heç bir iddiasının olmayacağını bildirmiş, faktiki istifadə vəziyyətinə dair 28 dekabr 2023-cü il tarixli, 21470 invertar nömrəli daşınmaz əmlakın texniki pasportu hazırlanaraq ona təqdim olunmuşdur. X18 mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətində sərhəd ölçüləri Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 noyabr 2009-cu il tarixli, 14185 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunda qeyd edilən ölçülərlə uyğunsuzluq təşkil etsə də onun faktiki istifadəsində 74,24 m2 torpaq sahəsi mövcuddur. 23 avqust 2023-cü il tarixdə İddiaçı nümayəndəsi X22, qonşuların və mütəxəssislərin iştirakı ilə bəhs edilən əraziyə təkrar baxış keçirilmiş, yenidən ölçmə işləri aparılmışdır. Xidmətin informasiya bazasında saxlanıla məlumatlar araşdırılarkən məlum olmuşdur ki, ərazidəki mövcud tikililər sökülmüş, torpaq sahələrinin sərhədləri dəyişdirilmişdir. İş materiallarına əlavə edilmiş 03 avqust 2024-cü il tarixli, 4Ə-1307 reyestr nömrəli Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Məmmədov X28 şəhəri, 3-cü küçə, ev 48X ünvanında yerləşən, ümumi sahəsi 0.0326 ha olan torpaq sahəsini və ümumi sahəsi 300 m2 olan 5 otaqlı fərdi yaşayış evini 85000.00 (səksən beş min manat sıfır qəpik) manat məbləğində X3. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X42 tərəfindən İddiaçı ünvanlanmış 18 sentyabr 2025-ci il tarixli məktubda qeyd edilmişdir ki, iddia etdiyi ərazidə Cavabdeh Ağayeva (Gülməmmədova) Gülşən Bəhlul qızından Naxçıvan şəhər 1 saylı DNKnın 07 fevral 2023-cü il tarixli 4Ə-45 nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin plan və ölçüsü naturadaki ölçülərlə uyğunsuzluq təşkil edir. Cavabdeh bəhs olunan alqı-satqı müqaviləsi ilə 457,0 m2 torpaq sahəsi satın alsa da, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023-cü il tarixli ərizəsi ilə əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən torpaq sahəsinə naturada baxış keçirilən zaman sərhəd döngə nöqtələrinin yerinin dəyişdirildiyi və hasar daxilində 326,27 m2 torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Cavabdeh 326,27 m2 torpaq sahəsinin mülkiyyətinə verilməsinə etirazının olmadığını bildirmiş, faktiki istifadə vəziyyətinə dair 28 dekabr 2023-cü il tarixli 21470 invertar nömrəli daşınmaz əmlakın texniki pasportu hazırlanaraq ona təqdim olunmuşdur. 23 avqust 2023-cü il tarixdə nümayəndəsi X22, qonşuların və mütəxəssislərin iştirakı ilə bəhs edilən əraziyə təkrar baxış keçirilmiş, yenidən ölçmə işləri aparılmışdır. Xidmətin informasiya bazasında saxlanılan məlumatlar araşdırılarkən məlum olmuşdur ki, ərazidəki mövcud tikililər sökülmüş, torpaq sahələrinin sərhədləri dəyişdirilmişdir. X18 mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətində sərhəd ölçüləri Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 noyabr 2009-cu il tarixli 14185 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunda qeyd edilən ölçülərlə uyğunsuzluq təşkil etsə də, onun faktiki istifadəsində texniki pasportda göstərilən miqdarda (74,24 m2) torpaq sahəsi mövcuddur. Məhkəmə İddiaçı mərhum əri X14 ona miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0074 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi, Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin yenidən əvvəlki vəziyyətdə tikilərək ona təhvil verilməsini tələb etməsinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş Naxçıvan şəhər İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mütəxəssisi baş məsləhətçisi X20 tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Naxçıvan şəhər Məhkəməsinin icraatında olan 2(078)- 426/2024 nömrəli mülki işlə əlaqədar 15 mart 2024-cü il tarixdə Naxçıvan şəhəri 3-cü küçədə yerləşən torpaq sahəsinə tərəflərin, Naxçıvan şəhər Məhkəməsinin hakimi Qabil Məmmədovun və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin baş məsləhətçisi X10 iştirakı ilə naturada baxış keçirilmişdir. Baxış keçirildikdən sonra torpaq sahəsinin arxiv sənədləri araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, 21 iyul 2009-cu ildə bağlanmış bağışlama müqaviləsi tərtib olunarkən bölgü plan ölçü tərtib olunmamış amma buna baxmadan natoriat kontoru müqaviləni bağlamışdır. Həmin müqavilə 2009-cu ildə orada göstərilən şəxslərə münasibətdə qeydiyyata faktiki vəziyyət nəzərə alınmadan müqavilədəki hüquqi sahələrə uyğun olaraq aparılmış, sonra X7 mülkiyyətində olan 457.00 m2 torpaq sahəsini Naxçıvan şəhəri 1 saylı DNK-nın xx.xx.2023-cü il tarixli, 4Ə- 45 qeydiyyat nömrəli alqı satqı müqaviləsi əsasında Cavabdeh satmışdır. Alqı-satqıdan sonra mülkiyyətçi torpaq sahəsini hasarlayan zaman özbaşına qonşu mülkiyyətçi X25 məxsus 74.00 m2 torpaq sahəsinin bir (55.00 m2) hissəsinə keçilmişdir. Mülkiyyətçi Cavabdeh xidmətə torpaq sahəsinin qeydiyyatı üçün müraciət edəndə məlum olmuşdur ki, mülkiyyətçi yenidənqurma işləri apararkən sərhədləri pozmuş və X25 məxsus torpaq sahəsinin bir hissəsinə keçilmişdir. Ona görə də alqı satqıda görsədilən ərazi plan ölçü verilən zaman mülkiyyətçinin razılığı ilə azalaraq qeydiyyata alınmışdır. X4 məxsus torpaq sahəsinin bir hissəsi də söküntü işləri aparılaraq alıcı tərəfindən iddiaçıya qaytarılmışdır. Mülkiyyətçi fərdi yaşayış evinin qeydiyyata alınması üçün xidmətə müraciəti zamanı torpaq sahəsinə yenidən baxış keçirilmişdir. Baxış zamanı yeni tikili və sərhədlər nəzərə alınaraq ölçülər aparılmış və məlum olmuşdur ki, ərazi azalaraq 326.27 m2 təşkil edir. Bu barədə mülkiyyətçi Cavabdeh məlumat verilmiş və onun notarial qaydada razılığı ilə faktiki vəziyyətə uyğun olaraq texniki pasport və çıxarış verilmişdir. Buradan da belə görünür ki, mülkiyyətçi öz iradəsi ilə 130.73 m2 kəsir hissəni sərhədlərindən qıraqda saxlamışdır. Həmin kəsir hissə isə satıcı X5 istifadəsindədir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-426/2024 nömrəli, 01 aprel 2024-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək, ekspertizanın aparılması Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 oktyabr 2024-cü il tarixli, 1082 nömrəli məhkəmə ekspertizasına dair rəydə qeyd olunmuşdur ki, rəyin tədqiqat hissəsində göstərilənləri, baxış zamanı, mülki iş materiallarında olan zəruri məlumatları və Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin şəxsi imzası ilə təsdiq edilmiş 13 may 2024-cü il tarixli 04/356 saylı mütəxəssis məktubunu nəzərə alaraq, Cavabdeh Ağayeva (Gülməmmədova) Gülşən Bəhlul qızından Naxçıvan şəhər 1 saylı DNK-nın 07 fevral 2023-cü il tarixli, 4Ə-45 nömrəli alqı-satqı müqaviləsi əsasında aldığı torpaq sahəsinin plan və ölçüsü naturadakı ölçülərlə uyğunsuzluq təşkil edir. Cavabdeh bəhs olunan alqı-satqı müqaviləsi ilə 457,0 m2 torpaq sahəsi satın alsa da, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair sərhəd döngə nöqtələrinin yerinin dəyişdirildiyi və yeni tikilmiş hasar daxilində 326,27 m2 torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Nurlan Fətəliyevin şəxsi imzası ilə təsdiq edilmiş 13 may 2024-cü il tarixli 04/356 saylı mütəxəssis məktubunu nəzərə alaraq, X18 mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətində sərhəd ölçüləri Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 noyabr 2009-cu il tarixli, 14185 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunda qeyd edilən ölçülərlə uyğunsuzluq təşkil etsə də, onun faktiki istifadəsində texniki pasportda göstərilən miqdarda (74,24 m2) torpaq sahəsi mövcuddur. Texniki pasportda göstərilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə münasibətdə 15,6 m2-i bələdiyyə mülkiyyətində, 8,2 m2-i X12 istifadəsindədir. Həmçinin əvvəl Gülşən Ağayevanın istifadəsində olan 23,8 m2 torpaq sahəsi faktiki olaraq Əkbər Ağayevin istifadəsindədir. Həmçinin iş üzrə cavabdeh tərəf Cavabdeh mülkiyyətində olan torpaq sahəsi X25 məxsus torpaq sahəsi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Həmçinin Naxçıvan Şəhər Məhkəməsinin 31 oktyabr 2024-cü il tarixli, e-2(078)- 426/2024 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə-tikinti texniki ekspertizası təyin edilərək, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 10/3295 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Cavabdeh X9 alqı-satqı sahəsinin müqaviləsi əsasında aldığı torpaq sahəsi plan və ölçüsü faktiki yerləşdiyi torpaq yerində (naturada) ölçüləri ilə üst-üstə düşmür. Belə ki, xx.xx.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən Cavabdeh satılan torpaq sahəsi 457 m² (0,0457 ha), xx.xx.2023-cü il tarixli **********39 reyestr nömrəli "Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Cavabdeh mülkiyyətində olan torpaq sahəsi 0,041 ha, xx.xx.2023-cü il qeydiyyat tarixli 104013003KSPO0302 reyestr nömrəli çıxarışa əsasən, X16 mülkiyyətinə verilmiş torpaq sahəsi 0.0326 ha, faktiki istifadəsində olan torpaq sahəsi isə 365.6 m² (0,0366 ha)-dir. X25 (İddiaçı) məxsus Naxçıvan şəhəri, Lermontov küçəsi, 0.0074 ha həyətyanı torpaq sahəsinin **********42-10301 reyestr nömrəli texniki pasportdakı ölçüləri və konfiqurasiyası yerində (naturada) konfiqurasiya və ölçüləri ilə üst-üstə düşmür. Belə ki, Texniki pasportda qeyd olunan tikili sökülmüş, torpağın sərhədləri dəyişdirilmiş və Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron bazasında sahəsi saxlanılmaqla konfiqurasiya və ölçülərində dəyişiklik edilmişdir. Mülki iş materiallarında olan, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza məlumatlarına əsasən Cavabdeh mülkiyyətində olan 326 m² (0,0326 ha) torpaq sahəsi X25 (İddiaçı) məxsus 74 m² (0.0074 ha) torpaq sahəsi ilə üst-üstə düşmür. Belə ki, həmin sahələr bitişik qonşu sahələrdir. Həmçinin qeyd olunur ki, X18 mülkiyyətinə verilmiş 74 m² torpaq sahəsinin 15.4 m² hissəsinin Cavabdeh faktiki istifadəsində olduğu müəyyən olunmuşdur. Həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 10/3295 nömrəli ekspert rəyinə əlavə edilmiş Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti sektorunun aparıcı məsləhətçisi Vəliyəddin Allahverdiyev tərəfindən tərtib edilmiş mütəxəssis rəyində qeyd edilmişdir ki, Naxçıvan Şəhər Məhkəməsinin icraatında olan İddiaçı Cavabdeh qarşı "torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin və bərpa edilməsi zərərin ödənilməsi tələbi”nə dair mülki işə baxılması ilə əlaqədar naturada aparılan ölçmə-dəqiqləşdirmə işləri və Xidmətin informasiya bazasında mövcud olan məlumatlar əsasında aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, Cavabdeh Ağayeva (Gülməmmədova) Gülşən Bəhlul qızından Naxçıvan şəhər aldığı 1 saylı DNK-nın 07 fevral 2023-cü il tarixli 4Ə-45 nömrəli alqı-satqı müqaviləsi əsasında torpaq sahəsinin hüquqi sənəddəki ölçüləri naturadakı ölçülərlə uyğunsuzluq təşkil edir. Cavabdeh bəhs olunan alqı-satqı müqaviləsi ilə 457,0 m² torpaq sahəsi satın alsa da, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasına dair xx.xx.2023-cü il tarixli ərizəsi ilə əlaqədar Xidmətin mütəxəssisləri tərəfindən torpaq sahəsinə naturada baxış keçirilən zaman sərhəd daxilində döngə nöqtələrinin yerinin dəyişdirildiyi və yeni tikilmiş hasar 326,27 m² torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Cavabdeh 326,27 m² torpaq sahəsinin mülkiyyətinə verilməsinə etirazının olmadığını və gələcəkdə torpaq sahəsinə dair heç bir iddiasının olmayacağını bildirmiş, faktiki istifadə vəziyyətinə dair 28 dekabr 2023-cü il tarixli, 21470 invertar nömrəli daşınmaz əmlakın texniki pasportu hazırlanaraq ona təqdim olunmuşdur. X18 mülkiyyətində olan torpaq sahəsinin faktiki istifadə vəziyyətində sərhəd ölçüləri Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 11 noyabr 2009-cu il tarixli, 14185 inventar nömrəli daşınmaz əmlakın texniki pasportunda qeyd edilən ölçülərlə uyğunsuzluq təşkil etsə də, onun faktiki istifadəsində texniki pasportda göstərilən miqdarda (74,24 m²) torpaq sahəsi mövcuddur. Texniki pasportda göstərilən torpaq sahəsinin faktiki istifadə vəziyyətinə münasibətdə 15,6 m²-i bələdiyyə mülkiyyətində, 8,2 m²-i X12 istifadəsindədir. Həmçinin əvvəl Gülşən Ağayevanın istifadəsində olan 23,8 m² torpaq sahəsi faktiki olaraq Əkbər Ağayevin istifadəsindədir. Yuxarıda qeyd edilən mütəxəssis rəylərindən və ekspert rəylərindən də Cavabdeh mülkiyyətində olan 326 m² (0,0326 ha) torpaq sahəsinin X25 (İddiaçı) məxsus 74 m² (0.0074 ha) torpaq sahəsi ilə üst-üstə düşmədiyi məlum olmuşdur. Yəni, iddiaçı istər iddia ərizəsində, istərsə də məhkəmə iclaslarında qeyd etdiyi özünə məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilməsi halını təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, həmçinin məhkəmə tərəfindən alınmış mütəxəssis rəylərində və təyin edilmiş tikintitexniki ekspertizaları üzrə alınmış ekspert rəylərində də həmin hal təkzib olunmuş, həmçinin işin məhkəmədə araşdırılması zamanı da həmin hal öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə onu da qeyd edir ki, iddiaçı ünvan 1 ünvanda yerləşən 0,0074 ha torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsini və Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin yenidən əvvəlki vəziyyətdə tikilərək iddiaçıya təhvil verilməsini də xahiş etsə də, özünə məxsus olan ünvan 1 ünvanda yerləşən 0,0074 ha torpaq sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikinti olduğunu, həmçinin Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin cavabdeh tərəfindən söküldüyünü təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş, işin məhkəmədə araşdırılması zamanı da iddiaçının qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə iclasında iştirak edən cavabdeh özünün evi hasarın içində hazır aldığını, özünün ustaları da görmədiyini, sadəcə olaraq pulunu verib evini tikdirdiyini, lakin özünün söküntüdən xəbəri olmadığını bildirmiş, şahid qismində dindirilən Şahid da həmin halları təsdiq edərək Gülşən xanımın ata evi olduğunu, onun da arxa tərəfində onun qardaşı, yəni Gülnarə xanımın yoldaşına məxsus olan toyuq damı kimi bir yer olduğunu, orada toyuq saxladıqlarını, həmin yerin sökülməsini Gülnarə və Gülşən xanımın dediyini, özünün də fəhlələrə sökdürdüyünü, Yuşənin heç nədən xəbəri olmadığını Yuşənin göstərişi ilə nəyisə sökmədiyini, ona Gülnarə xanımın “bizə tərəf dur, onun pulunu alaq” dediyini bildirmişdir. Həmçinin məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 22 iyul 2025-ci il tarixli, 10/3295 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, X18 mülkiyyətinə verilmiş 74 m² torpaq sahəsinin 15.4 m² hissəsinin Cavabdeh faktiki istifadəsində olduğunun müəyyən olunur. Məhkəmə ekspert rəyinin həmin hissəsində qeyd edilən məsələni digər iş materiallarına əlavə olunmuş digər sənədlər və mütəxəssis rəyləri ilə əlaqəli şəkildə tədqiq etmiş və ekspert rəyinin həmin hissəsi iş materialları ilə uyğunsuzluq təşkil etdiyindən ekspert rəyinin həmin hissəsi ilə razılaşmır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 103-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. İddiaçı isə mərhum əri X14 ona miras qalmış ünvan 1 ünvanda yerləşən 0,0074 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin yenidən əvvəlki vəziyyətdə tikilərək iddiaçıya təhvil verilməsi ilə bağlı iddia tələbinin əsaslılığını təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, İddiaçı ünvan 1 ünvanda yerləşən 0,0074 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin yenidən əvvəlki vəziyyətdə tikilərək iddiaçıya təhvil verilməsi tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia rədd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 100 (bir yüz) manat miqdarında dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə ekspertiza xərci ilə bağlı məsələni həll edərkən belə qənaətə gəlir ki, iddia rədd edilməli olduğundan məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına və təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 200 (iki yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən 0,0074 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin yenidən əvvəlki vəziyyətdə tikilərək iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilməli; -iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməli; -iddia rədd edilməli olduğundan məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməli; -iddia rədd edilməli olduğundan təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 200 (iki yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddiaçı Cavabdeh qarşı ünvan 1 ünvanda yerləşən 0,0074 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin cavabdehin hesabına sökülməsi və Naxçıvan şəhəri, Lermontov küçəsi 0,0074 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 1 otaqlı 12.95 m2 yaşayış, 7.01 m2 köməkçi sahədən ibarət 48C nömrəli fərdi yaşayış evinin yenidən əvvəlki vəziyyətdə tikilərək iddiaçıya təhvil verilməsi tələbinə dair iddiası rədd edilsin. İddianın verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia rədd edildiyindən məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 20 (iyirmi) manat İddiaçı tutularaq Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İddia rədd edildiyindən təkrar məhkəmə tikinti-texniki ekspertizasının aparılması üçün ekspertiza xərci olan 200 (iki yüz) manat İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar