Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1246/2023 29.08.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə iddiaçı X1 **-RP-***, **-SN-***, **-RE- *** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 39.600 manat, 90-RP941, **-SN-***, **-RE-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyəri üçün 30.000 manatın, ümumilikdə 69.600 manatın, 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə İddiaçı2 **-MO-***, **-FF-***, **-TA-***, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillər üçün 52.800 manat, **-MO-***, **-FF-***, **-TA-***, **-NV-*** dövlət qeydiyyat nişanlı avtomobillərin dəyəri üçün 40.000 manatın, ümumilikdə 92.800 manatın, 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə İddiaçı3 **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 13.200 manat, **-SA-*** dövlət qeydiyyat nişanlı avtomobilin dəyəri üçün 10.000 manatın, ümumilikdə 23.200 manatın; 1 il 10 ay ərzində cavabdeh tərəfindən şifahi razılaşmaya əsasən avtomobil idarə edildiyi təqdirdə İddiaçı4 **-UL-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün 13.200 manat, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili də İddiaçı4 vəsaiti hesabına aldığını və işçisi X2 adına qeydiyyata saldığını qeyd etmiş və bununla da həmin avtomobil üçün də İddiaçı4 əlavə olaraq, 13.200 manat məbləğində pul vəsaitinin, **-UL-*** və onun şəxsi vəsaiti hesabına alınmış dövlət qeydiyyat nişanlı avtomobil, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin alınması üçün çəkilmiş 20.000 manat məbləğin, ümumilikdə 46.400 manat məbləğin tutularaq iddiaçılara ödənilməsi və dövlət rüsumu üçün ödənilmiş 522 manat məbləğin cavabdehdən tutularaq İddiaçı4 ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. İddia ərizəsindən aydın olur ki, İddiaçı4 vəkili və nümayəndəsi Nümayəndə elektron imza ilə imzalamaqla Elektron Məhkəmə İnformasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə pul tələbinə dair iddia ərizəsini məhkəməyə göndərmişdir. Mülki prosessual qanunvericilikdə şəxsin məhkəməyə nümayəndə vasitəsi ilə müraciət etmək imkanı da nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 69.1-ci maddəsi ilə müəyyən olunur ki, hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Nümayəndə vasitəsi ilə məhkəməyə müraciət edildikdə isə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş bir sıra tələblər yerinə yetirilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirməlidir. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərini iş materialları ilə əlaqələndirən məhkəmə qeyd edir ki, iddiaçıların iddia ərizəsini vəkil Nümayəndə elektron imza ilə imzalasa da, onun qeyd olunan iddia ərizəsində göstərilmiş digər iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 adından iddia ərizəsini imzalamağa səlahiyyətinin olmasını təsdiq edən sənədlər (vəkil orderi və etibarnamə) iddia ərizəsinə əlavə edillməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi qeyd olunan iddiaçılara münasibətdə onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.2-ci maddələrinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə iddia ərizəsinin geri qaytarılması haqqında qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçılara izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı4 tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 16 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 522 (beş yüz iyirmi iki) manat dövlət rüsumu ona geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıların özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçılara geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı4 tərəfindən Hökumət ödəniş portalı vasitəsilə 16 avqust 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 522 (beş yüz iyirmi iki) manat məbləğində dövlət rüsumu ona geri qaytarılsın. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilərlər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-1246/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1246/2023
29.08.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver