Məhkəmə qərarları › İş №e-2(078)-1257/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1257/2024

03.10.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1257/2024 03.10.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh adına olmuş və onun tərəfindən ödənilmiş EQ16077963 saylı protokol üzrə 69 (altmış doqquz) manat, EQ16130346 saylı protokol üzrə 54 (əlli dörd) manat, EQ16139667 saylı protokol üzrə 13.4 (on üç manat qırx qəpik) manat, EQ16178670 saylı protokol üzrə 13.2 (on üç manat iyirmi qəpik) manat, EQ16211480 saylı protokol üzrə 390 (üç yüz doxsan) manat olmaqla, cəmi 539.6 (beş yüz otuz doqquz manat altmış qəpik) manat və dövlət rüsumu olaraq ödədiyi 30 (otuz) manat məbləğin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini əsaslandıraraq bildirmişdir ki, sərəncam xarakterli etibarnamə (ümumi) üzrə mülkiyyətində olmuş Toyota Prius markalı, 77XD341 dövlət qeydiyyat nişanlı avtomobil üzrə Cavabdeh ona sürücü kimi işləmək üçün müraciət etmiş və ona xx.xx.2023-cü il tarixdə nəqliyyat vasitəsindən istifadə edilməsi (sürmə) etibarnaməsi əsasında maşını icarəyə vermişlər. Lakin bir müddət keçdikdən sonra cavabdeh maşını pis günə qoymuş və avtomobillə müxtəlif qaydalar pozduğu üçün ona inzibati protokollar tərtib olunmuşdur. Cavabdehə dəfələrlə cərimələrini ödəməsini bildirməyinə baxmayaraq, cavabdeh hər dəfəsində ödəyəcəyini bildirib, müxtəlif bəhanələrlə cəriməni ödəməkdən boyun qaçırmışdır. Cavabdehin cərimələri ödənilmədikcə, həmin cərimələrə görə ona əlavə faizlər hesablanmış və həmin cərimələr onun avtomobili ilə törədildiyi üçün cavabdehin cərimələrinə görə maşına həbs qoyulacağı bildirilmişdir. Məcbur olaraq avtomobilinin üzərinə həbs qoyulub, duracağa yerləşdirilməsinin qarşını ala bilmək üçün cavabdehin adına olan EQ16077963 saylı protokol üzrə 69 manat, EQ16130346 saylı protokol üzrə 54 manat, EQ16139667 saylı protokol üzrə 13.4 manat, EQ16178670 saylı protokol üzrə 13.2 manat, EQ16211480 saylı protokol üzrə 390 manat olmaqla, cəmi 539.6 manat cavabdehin cəriməsini ödəmişdir. Həmin cərimələr üzrə ödədiyi 539.6 manat cavabdehdən tutularaq ona geri qaytarılmalıdır. Qeyd olunan iddia ərizəsi Naxçıvan Şəhər Məhkəməsinin 20 avqust 2024-cü il tarixli qərardadı ilə icraata qəbul edilmişdir. 03 oktyabr 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı və Cavabdeh mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və cavabdehin iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 20 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək, cavabdehlə hazırda aralarında barışıq əldə etdiklərini, pulun bir hissəsinin cavabdeh tərəfindən ödənildiyini, digər hissəsinin də yaxın günlərdə ödəniləcəyini, bu səbəbdən işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən məhkəməyə göndərilən ərizəni mülki iş materialları və qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0. və 259.0.11-ci maddələrinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən X4 vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Məhkəmə həmçinin onu da qeyd edir ki, Qasımov X2 Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı borcun alınması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən X4 vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar