Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-171/2022 24.01.2022 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızı, iddiaçı X8 X3 qarşı qanunsuz və səlahiyyətsiz şəxsin İttifaq üzvlərinə ünvanlamış olduğu qanunsuz məktubu və “Gəmiqaya Holdinq” X1 seçilməsi barədə İttifaq Nizamnaməsində nəzərdə tutulmuş qaydalar və şərtlər haqqında tələbinə dair məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyü məsələsini yoxayaraq müəyyən etdim: İddiaçı X2 Mahir Rafiq oğluna qarşı qanunsuz və səlahiyyətsiz şəxsin İttifaq üzvlərinə ünvanlamış olduğu qanunsuz məktubu və “Gəmiqaya Holdinq” X1 seçilməsi barədə İttifaq Nizamnaməsində nəzərdə tutulmuş qaydalar və şərtlər haqqında tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Gəmiqaya Holdinq” X1 seçilməsi qaydaları barədə İttifaqın Nizamnaməsinin və qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan X4 (Npvbədənkənar) qeyri-qanuni alınmış qərarının etibarsız hesab edilməsi barədə qətnamə və Mahir Abdullayevin əməllərində cinayət faktlarının olubolmamasının araşdırılması üçün istintaq orqanına göndərilməsinə dair xüsusi qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, e-2(078)-171/2022 nömrəli qərardadı ilə iddia ərizəsi məhkəmə aidiyyatı qaydaları pozulması əsası ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələbinə əsasən geri qaytarılmışdır. İş üzrə iddiaçı X8 vəkili və nümayəndəsi Vəkil həmin qərardaddan şikayət verərək qərardadın ləğv olunmaqla işin icraata götürülməsi barədə qərardad çıxarılması, mövqeləri ilə razılaşmadığı təqdirdə məhkəmə aidiyyəti ilə bağlı qərar verməsi üçün işi Ali Məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmənin 24 yanvar 2022-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək Naxçıvan Şəhər Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli, e-2(078)-171/2022 nömrəli qərardadı ləğv edilmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsi məhkəmənin icraatına daxil olarkən aidiyyət qaydaları müzakirə edilərək iddia ərizəsi geri qaytarılmışdır. Hazırki vəziyyətdə iddia ərizəsi ümumi məhkəmənin səlahiyyətinə aid olması və bu barədə qərardad qəbul edilməsi nəzərə alınaraq iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyü məsələsi yoxlanılmalıdır. Belə ki, ərizə daxil olduqda hakim onun verilməsi zamanı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilibverilməməsini yoxlayır. Azərbaycan Respublikası MPM-in 149.2-ci maddəsinə görə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) ərizədə göstrilməlidir. Lakin iddia ərizəsinə nəzər salındıqdan aydın olur ki, ərizənin forma və məzmununa riayət edilməmiş, nə iddiaçıya dair məlumatlar tam şəkildə göstərilməmiş (sadəcə ünvanı göstərilmiş, həmin ünvan N.Tusi küçəsi qeyd edilmiş, ev, döngə, nömrə göstərilməmişdir, digər məlumatlar isə ümumiyyətlə qeyd edilməmiş), iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsini imzalasa da özünə münasibətdə hər hansı məlumat göstərməmiş, cavabdehə dair məlumatlarda isə yenə də Naxçıvan şəhəri göstərilmiş, hansı ünvanda yerləşməsi barədə hər hansı qeyd göstərilməmişdir. Azərbaycan Respublikası MPM-in 149.2.3-cü maddəsinə görə ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutlar siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onarın hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsindən aydın olur ki, ərizə eyni zamanda qeydi-konkretdir. Belə ki, iddia ərizəsində tələb olaraq başlıq “qanunsuz və səlahiyyətsiz şəxsin İttifaq üzvlərinə ünvanlamış olduğu qanunsuz məktubu və “Gəmiqaya Holdinq” X1 seçilməsi barədə İttifaq Nizamnaməsində nəzərdə tutulmuş qaydalar və şərtlər haqqında” qeyd edilsə də iddia ərizəsinin xahiş hissəsində “Gəmiqaya Holdinq” X1 seçilməsi qaydaları barədə İttifaqın Nizamnaməsinin və qanunvericiliyin tələbləri kobud şəkildə pozulduğundan X4 (Npvbədənkənar) qeyri-qanuni alınmış qərarının etibarsız hesab edilməsi barədə qətnamə və Mahir Abdullayevin əməllərində cinayət faktlarının olub-olmamasının araşdırılması üçün istintaq orqanına göndərilməsinə dair xüsusi qərardad qəbul edilməsi” qeyd edilmişdir. Həmçinin iddiaçı etibarsız hesab edilməsini xahiş etdiyi qərarın konkret olaraq nə vaxt, hansı tarixdə qəbul edilməsi barədə hər hansı məlumat qeyd etməmiş, eləcə də etibarsız hesab edilməsini xahiş etdiyi qərarı iddia ərizəsinə əlavə etməmişdir. Eyni zamanda iddia ərizəsinin məzmununda iddiaçı tələblərinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutlar siyahısını qeyd etməmiş, ərizənin xahiş hissəsinin sonunda iddia ərizəsinə əlavə edilən sənədləri qoşma olaraq göstərmişdir. MPM-in 152.1.1-ci maddəsinə müvafiq olaraq iddia ərizəsinin həmin Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilən sənədləri geri qaytarır. Buna görə də hesab edirəm ki, yuxarıda göstərilən hüquq normaları baxımından iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Buna görə də iddiaçı X8 vəkili və nümayəndəsi Vəkil tərəfindən X7 və ya AsanPay vasitəsilə 28.12.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qərara aldım: İddiaçı X8 cavabdeh X3 qarşı Qanunsuz və səlahiyyətsiz şəxsin ittifaqın üzvlərinə ünvanlamış olduğu qanunsuz məktubu və Gəmiqaya Holdinq X1 seçilməsi barədə ittifaq nizamnaməsində nəzərdə tutulmuş qaydalar və şərtlər tələbinə dair ərizəsi geri qaytarılsın. İddiaçı X8 vəkili və nümayəndəsi Vəkil tərəfindən X7 və ya AsanPay vasitəsilə 28.12.2021-ci il tarixdə ********* nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. İddia ərizəsinin geri qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva
Məhkəmə qərarları › İş №e-2(078)-171/2022
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-171/2022
24.01.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver