Məhkəmə qərarları › İş №e-2(078)-1734/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-1734/2023

30.11.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-1734/2023 30.11.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, İddiaçı Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin bərpa edilməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçı Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum əri X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0074 ha torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən azad edilməsi, torpaq sahəsində inşa edilmiş tikililərin onun hesabına sökülməsi, texniki pasportda göstərilən ölçüdə tikilinin tikilib ona təhvil verilməsi və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsinin tələblərinə riayət edilmədən verilmişdir. Belə ki, İddiaçı iddia tələbində torpaq sahəsində inşa edilmiş cavabdehə məxsus tikililərin sökülməsini qeyd etsə də, həmin tikililərin mövcudluğu ilə bağlı sənədləri iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı mərhum əri X2 mülkiyyətində olmuş texniki pasportda göstərilən ölçülərdə tikililərin tikilib ona təhvil verilməsini bildirsə də, həmin tikililərin texniki göstəriciləri ilə əlaqədar rəsmi sübutları təqdim etməmişdir. İddia ərizəsinə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin mütəxəssislərinin həmin mübahisəli torpaq sahəsinə baxıb müvafiq araşdırmadan sonra rəsmiləşdirdikləri sübutlar təqdim olunmamışdır. Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin məktubunda Cavabdeh mövcud vəziyyətə uyğun olaraq mülkiyyət şəhadətnaməsinin verildiyi qeyd olunsa da, həmin sənədlər təqdim olunmamışdır. Həmçinin İddiaçı məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsində İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun ödənildiyi göstərilmiş, lakin Naxçıvan Şəhər Məhkəməsinin 02 oktyabr 2023-cü il tarixli, 2(078)-1433/2023 nömrəli qərardadı ilə İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulmuş və qərardad icraya yönəldilmişdir. Bununla da, iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilməmişdir. İddia ərizəsinə əlavə edilmiş sənədlər yoxlanılarkən İddiaçı dövlət rüsumunu ödəməkdən azad olunan şəxslərin dairəsinə daxil olduğu müəyyən edilməmişdir. Ona görə də, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. 89.3-cü maddəsində imperativ qaydada müəyyən olunmuşdur ki, məhkəməyə yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 149.2.5-ci maddəsi ərizəyə əlavə edilən sənədlərin siyahısını iddia ərizəsinin tərkib hissəsi kimi müəyyən etmişdir. Bu baxımdan lazımi sübutların əslinin və yaxud lazımi qaydada təsdiq edilmiş surətinin təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilən sənədlərin geri qaytarılması üçün əsasdır. 150.0.2-ci maddəsinə görə, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. 151.1-ci maddəsinə görə, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1, 152.1.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə və müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddia ərizəsi geri qaytarıldığına görə, İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Ona görə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2,152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: İddiaçı Cavabdeh və Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinə qarşı torpaq sahəsinin qanunsuz sahiblikdən azad edilməsi, torpaq sahəsində qanunsuz tikilinin sökülməsi, əvvəlki tikilinin bərpa edilməsi və zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı tərəfindən 27 sentyabr 2023-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu geri qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, o rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar