Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-248/2021 26.01.2021 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlu, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsinə baxaraq müəyyən etdi : “xxxx” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 və Cavabdeh2nə qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-dan 757.68 manat yol-nəqliyyat hadisəsi nəticəsində ödənilmiş sığorta ödənişinin məbləğinin və 30 manat dövlət rüsumunun, ümumilikdə 787.68 manatın tutularaq iddiaçı “xxxx” ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə göndərərək, 2(078)-248/2021 saylı mülki işin AR Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmasını xahiş etmişdir. Yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlirəm ki, iddiaçı 2(078)-248/2021 saylı mülki işin geri qaytarılmasını xahiş etdiyinə görə, kiçik iddialara dair işlər üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0 və 259.0.11-ci maddələrinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göstərilən hüquq norması analoji münasibəti tənzimləyən norma kimi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 13.4-cü maddəsinin tələbinə uyğun olaraq kiçik iddialara dair işlər üzrə iddia ərizəsinin baxılmamış saxlanılması barədə tətbiq olunmalı və iddiaçı məhkəməyə ərizə göndərərək 2(078)-248/2021 saylı mülki işin geri qaytarılmasını xahiş etdiyinə görə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Kiçik iddialara dair işlər üzrə iddia ərizəsi baxılmamış saxlanıldığına görə, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2021-ci il tarixli, **********14 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 və Cavabdeh2nə qarşı subroqasiya qaydasında pul tələbi barədə kiçik iddialara dair işlər üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən xx xxxxxx 2021-ci il tarixli, **********14 nömrəli qəbzlə ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Qabil Məmmədov.
Məhkəmə qərarları › İş №e-2(078)-248/2021
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-248/2021
26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver