Məhkəmə qərarları › İş №e-2(078)-292/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-292/2023

30.05.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-292/2023 30.05.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Məmmədov Qabil Neymət oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq müəyyənetdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat pul vəsaitinin, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 122.12 (yüz iyirmi iki manat on iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə göndərərək, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu, iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxış iclası iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-yə məxsus plastik kart istifadəçisi olduğunu, iddiaçı tərəfindən verilmiş plastik kartın cavabdeh tərəfindən istifadə edildiyini, Cavabdeh ona məxsus kart hesabından ona aid olmayan bankın vəsaitini bir neçə dəfə əməliyyatlar apararaq istifadə etdiyini, cavabdehin həmin kart hesabından (borcluya məxsus kart hesabının nömrəsi ********************) 07-08 mart 2022-ci il tarixləri aralığında müxtəlif əməliyyatlar apardığını, məbləğin bir qismini ATM-dən məxaric etdiyini, mobil operatorlara və kredit müqavilələrinə ödənişlər etdiyini, həmçinin kart hesabından digər kart hesablarına köçürmələr etdiyini, nəticədə Cavabdeh banka cəmi 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat ziyan vurduğunu, bank tərəfindən cavabdehə borcunun olması ilə bağlı bildiriş göndərildiyini və borcun ödənilməsi ilə bağlı cavabdehin atasına və həyat yoldaşına məlumat verildiyini, borclu Cavabdeh həyat yoldaşının borcu etiraf edərək hazırda xarici ölkədə olduğunu, borcu bir dəfəyə ödəmək imkanının olmadığını bildirdiyini, hissə-hissə ödəməyinə söz verdiyini, lakin borclu tərəfindən bu günə kimi heç bir ödəniş edilmədiyini, cavabdeh tərəfindən əsassız varlanma nəticəsinə əldə olunmuş vəsait qaytarılmadığından hazırda ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək zərurətinin yarandığını, cavabdehin heç bir əsas (müqavilə və ya qanuni əsas) olmadan texniki səhv baş verdiyinə görə iddiaçının hesabına əsassız varlandığını, cavabdehin iddiaçının hesabına əsassız varlandığını nəzərə alaraq cavabdehin əldə etdiklərini iddiaçıya qaytarmaqla mülki hüquqi vəzifəsini yerinə yetirməli olduğunu, bunun nəticəsi olaraq cavabdehin hüquqazidd yolla əldə etdiklərindən məhrum olmalı, onlardan əsassız olaraq məhrum olmuş iddiaçının isə itirdiklərini əldə etmiş olmalı və qanunçuluğun bərpa edilməli olduğunu, bankdan istifadə etdiyi, bu günə kimi qaytarmadığı pullara görə cavabdehin həmin vəsait məbləğindən faizləri də iddiaçıya ödəməli olduğunu, bunları nəzərə alaraq, Cavabdeh İddiaçı ASC-nin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat pul vəsaitinin, həmin vəsaitin məbləğindən ödənildiyi günə qədər bank uçot dərəcəsi üzrə hesablanacaq faizlərin və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 122.12 (yüz iyirmi iki manat on iki qəpik) manat dövlət rüsumunun Cavabdeh tutulub İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini хаhiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о, məhkəmə baxış iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə baxış iclası cavabdehin iştirakı olmadan keçirilmişdir. Cavabdeh məhkəməyə ərizə göndərərək, Naxçıvanda olmadığı üçün məhkəmədə iştirak edə bilmədiyini, 24 avqust 2021-ci ildə ailə həyatı qurub Bakı şəhərinə köçdüyünü, 04 dekabr 2021-ci il də həyat yoldaşı ilə birlikdə xarici ölkəyə gəldiklərini, 2 ay qaldıqdan sora müvəqqəti çətinliyə görə yenidən Bakıya qayıtdığını və orada yaşadığı müddətdə yoldaşının Moskva şəhərindən (şəxsi СБЕР БАНК kartından) onun şəxsi kartına (**********531788) fərqli məbləğlərdə olmaqla pul köçürtdüyünü, 07 mart 2022-ci ildə həmin puldan Q.Qarayev metrosu yaxınlığında Kapital Bank bankomatından pul çıxardıb apteke girdiyini, sonra yenidən 2 dəfə Yeni Ramana qəsəbəsində bankomat vasitəsilə pul çıxartdığını, kartdan karta köçürmə etdiyini, bu əməliyyatların hamısında həmin vəsaitlərin onun kartında göründüyünü, axırıncı məbləği 08 mart 2022-ci ildə N.Nərimanov metrosu yaxınlığında çıxartdığını, pul çıxartdığı bankomatların hamısının nəzarət kameraları ilə təchiz olunduğunu, bir neçə saatdan sora çıxartdığı məbləğin onun kartında mənfi kimi eks olunduğunu, həmin gün X3 filialına yaxınlaşdığını, kart və şəxsiyyət vəsiqəsi ilə birlikdə baş verən prosesləri bankın nümayəndəsinə danışdığını, kartını ondan aldığını, bir az aralıda, 3-4 stol o terefde oturan bir bəyə yaxınlaşdığını, nə isə danışıb geri qayıtdığını, ona cavabının “sizlik burda heç nə yoxdu, müharibə şəraitindən asılı olaraq bu 2 dövlət arasında olan anlaşılmamazlıqdı” olduğunu, sonra yenidən dəfələrlə telefon vasitəsilə Kapital Banka müraciət elədiyini və qaneedici cavab almadığını, sonra yenidən Moskva şəhərinə gəldiyini və 2022-ci ilin iyun ayında Kapital Bankdan onun atası İsmayılov Tahirə zəng gəldiyini, atası vasitəsilə Kapital Bank əməkdaşı ilə əlaqə saxladıqlarını, bank əməkdaşının ona “bəs onun kartına heç vaxt pul oturmayıb, həmin müddətdə onun kartında pul olmayıb” deyə bildirdiyini, amma hamısı olmasa belə, bir qismi şəkil formasında onun kartında pul əks olunduğunu, içində pul olmayan bir kartla bu qədər əməliyyat etməyin mümkün olmadığını, Kapital Bankdan kredit də götürdüyünü, bir kart da götürüb vaxtında ödəniş edib bağladığını və hazırda yenə də ödəniş etdiyini, xaricdə yaşasa da vətəninə, dövlətinə bağlı bir vətəndaş olduğunu, bu işin araşdırılmasında ona köməklik göstərilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli, 385 nömrəli ekspert rəyinə əsasən, birinci sual üzrə: Cavabdeh kart hesabında 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat məbləğində əməliyyat aparılmışdır. Üçüncü sual üzrə: Cavabdeh hesabından pul çəkilməsi əməliyyatı olmuş, nəticədə 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat pul vəsaitinin kart hesabından çıxarılması öz əksini tapmışdır. İkinci və dördüncü suallar üzrə: Cavabdeh 11 fevral 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək cavabdeh tərəfindən kart hesabına köçürülməmiş 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat pul vəsaitinin kart hesabından çıxarılması öz əksini tapmışdır. Çıxarılan bu məbləğin qərardadın verildiyi tarixə bank uçot dərəcəsi üzrə hesablanacaq faiz borcu 885.54 (səkkiz yüz səksən beş manat əlli dörd qəpik) manat təşkil edir. Məhkəmə iddia ərizəsinə, toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Kоnstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən, mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Kоnstitusiyasından, qanunlarından və digər nоrmativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq оlunmasıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlar tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə hazırki mülki iş üzrə yuxarıda göstərilən maddi və prosessual qanunvericilik normalarına istinad edərək belə nəticəyə gəlir ki, iddia təmin edilməklə, Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat məbləğində pul vəsaiti, 885.54 (səkkiz yüz səksən beş manat əlli dörd qəpik) manat məbləğində faiz borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 122.12 (yüz iyirmi iki manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, iddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 28 aprel 2023-cü il tarixli, 385 nömrəli ekspert rəyinə əsasən, birinci sual üzrə: Cavabdeh kart hesabında 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat məbləğində əməliyyat aparılmışdır. Üçüncü sual üzrə: Cavabdeh hesabından pul çəkilməsi əməliyyatı olmuş, nəticədə 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat pul vəsaitinin kart hesabından çıxarılması öz əksini tapmışdır. İkinci və dördüncü suallar üzrə: Cavabdeh 11 fevral 2022-ci il tarixdən 09 mart 2022-ci il tarixədək cavabdeh tərəfindən kart hesabına köçürülməmiş 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat pul vəsaitinin kart hesabından çıxarılması öz əksini tapmışdır. Çıxarılan bu məbləğin qərardadın verildiyi tarixə bank uçot dərəcəsi üzrə hesablanacaq faiz borcu 885.54 (səkkiz yüz səksən beş manat əlli dörd qəpik) manat təşkil edir. Məhkəmə ekspert rəyini mötəbər sübut kimi qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 433.1-ci maddəsinə əsasən, borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. 439.4-cü maddəsinə əsasən, öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-in 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına əsassız varlanma nəticəsində əldə etdiyi 10706.03 (on min yeddi yüz altı manat üç qəpik) manat məbləğində pul vəsaiti, 885.54 (səkkiz yüz səksən beş manat əlli dörd qəpik) manat məbləğində faiz borcu və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 122.12 (yüz iyirmi iki manat on iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınaraq, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Qabil Məmmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar