Məhkəmə qərarları › İş №e-2(078)-3/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-3/2024

02.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-3/2024 02.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə, Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pulun, əldə çıxmış faydaya görə 8700x5:100=435x5=2175 (iki min yüz yetmiş beş) manat, ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun, cəmi 11000 (on bir min) manatın tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, 2017-ci il tarixdə Cavabdeh ilə instaqram sosial şəbəkəsi vasitəsilə tanış olmuşdur. Cavabdeh özünü DİN-in 511 saylı cavabdeh Yol Polis tağımının komandiri və Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mütəllim Məmmədovun oğlu olduğunu və nə köməyə ehtiyac olarsa, ona deməyini bildirmişdir. Ona inanaraq hissə-hissə olaraq 2017-ci ildə ona qohumu X2 Xətai Rayon Məhkəməsində olan mülki işinin həlli üçün ilkin olaraq X2 imkanı olmadığından onun əvəzinə öz hesabına 5000 (beş min) manat, daha sonra kart ödənişi vasitəsilə 1000 (bir min) manat , vəkil ödənişi üçün 400 (dörd yüz) manat, məhkəmə ekspertizası üçün X4 vasitəsilə 300 (üç yüz) manat, daha sonra 2000 (iki min) manat, özünün Nəsimi Rayon Məhkəməsində olan ev məsələsinin həlli üçün cavabdehin ondan istədiyi 3000 (üç min) manatdan 300 (üç yüz) manat ödənişi, avtomobilin həbsdən çıxarılması üçün 600 (altı yüz) manat və özü pulu olmadığından və gecə qalmağa yer tapmadığı üçün Gənclik metrosunun qarşısında 100 (yüz) manat olmaqla, cəmi 10000 (on min) manat pul vermişdir. Verdiyi pulların müqabilində işlər həll edilmədiyi üçün cavabdehə verdiyi pulların geri qaytarılmasını dəfələrlə tələb etsə də, hər dəfə onu yubadaraq bu gün sabah qaytaracağını bildirsə də, bu günə kimi qaytarmamışdır. Buna görə də, məcbur olub Xətai Rayon Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. xx.xx.2021-ci il tarixdə Xətai Rayon Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis polkovnik-leytenantı Teymur Ağamirov tərəfindən onun şikayəti əsasında toplanmış materiala baxılaraq Cavabdeh əməlində cinayət tərkibi olmadığı əsas gətirilərək cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar çıxarılmışdır. Eyni zamanda qərarda qeyd edilmişdir ki, onun mülki qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Bu səbəbdən də, mülki qaydada məhkəməyə iddia tələbi ilə müraciət etmişdir. Xətai Rayon Polis İdarəsində araşdırma aparılarkən cavabdeh xx.xx.2021-ci il tarixdə borclu olduğu 10000 (on min) manat puldan 1300 (min üç yüz) manat məbləğində pulu geri ödəmiş və qalan 8700 (səkkiz min yedi yüz) manat pulu isə geri qaytarmamışdır. Eyni zamanda Cavabdeh həmin tarixdə iltizam yazaraq ona 10000 (on min) manat məbləğində borcu olduğunu etiraf edərək həmin borcdan 1300 (min üç yüz) manat məbləğində pulu qaytardığını, qalan borcu isə ayda 600 manat məbləğində olmaqla, hissə-hissə ödəyəcəyinə söz vermişdir. Lakin cavabdeh hər dəfə borcu ödəməkdən yayınmışdır. Dəfələrlə cavabdehlə əlaqə saxlayaraq onun pulunu qaytarmasını tələb etsə də, o onu hər dəfə müxtəlif bəhanələrlə yubatmış, borcu ödəməmişdir. Cavabdeh ona 8700 (səkkiz min yeddi yüz) manat pulu ödəməlidir. Eyni zamanda 5 (beş) il üçün əldən çıxmış faydaya görə verdiyi pul müqabilində illik 5% olmaqla, 8700x5:100=435x5=2175 (iki min yüz yetmiş beş) manat ona ödənilməlidir. İddiaçı məhkəmə baxış iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat vermiş və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh 07 iyun 2024-cü il tarixdə Naxçıvan Muxtar Respublikasə Ədliyyə Nazirliyinin Qarışıq Rejimli Cəzaçəkmə müəssisəsində səyyari keçirilən məhkəmə baxış iclasında iştirak edərək verdiyi izahatında göstərmişdir ki, iddianı qismən qəbul edir. 10 aydır cəza çəkir. Şərur Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum etmə cəzası verilib. Onu Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə çağırmışlar, orada ifadə verdikdən sonra qayıtmışdır. 2016-cı ildə Mətanət xanımı instaqram sosial hesab üzərindən tanımışdır. Tanışlıqları 2016-2019-cu ilə qədər sürmüşdür. Aralarında tanışlıq münasibəti olmuşdur. Orada 6000 manat pul məsələsi var. Ancaq ona aidiyyəti olmamışdır. Mətanət xanımın ev məsələsi var idi. Özünü Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Mütəllim Məmmədovun oğlu kimi tanıtmamışdır. Mətanətin qohumu X3 Xətai Rayon Məhkəməsində olan mülki işinin həlli üçün vəkil haqqı olaraq ilkin olaraq X3 imkanı olmadığından onun əvəzinə Mətanət xanım pul vermişdir. Ancaq vəkilə pul veriləndə o da iştirak etmişdir. O polis rəisinin sürücüsü işləyib. Mətanət xanım bu məsələni ona bildirəndə o da tanıdığı vəkil olduğunu deyibdir və vəkillə onu tanış edibdir. Həqiqətən də Mətanət öz işinə aid apellasiya məhkəməsində iddiasını qazanmışdır. Qabilin işi həll olmayan zaman o pulunu istəmişdir. O da pulu vəkildən tələb etmişdir. Vəkillə Mətanətin arasında vasitəçi olmuşdur. Mətanət ona həqiqətən maşının cərimə meydançasından çıxarılması üçün 600 manat pul vermişdir, o da maşının cəriməsini 600 manat ödəyib həbsdən çıxarmışdır. Mətanətin rəfiqəsi onu öyrətmişdir ki, o iddiada belə yazsın. Mətanətə olan 10000 manat pulu qəbul edir. Lakin Mətanət tərəfindən pullar ona verilməmişdir. O puldan 1300 manatını qaytarmışdır. 8700 manat borcu vardır. Mətanət onun ailəsini, xəstə anasını narahat edir, onlara zəng edib pul tələb edir. Reallıqda pul ona deyil, onun vasitəsilə verilib. Lakin Mətanət ailəsini narahat etməsin deyə borcunu qəbul edir. Qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını, iddia ərizəsini, işdə olan sübutları, işin bütün faktiki hallarını hərtərəfli və obyektiv araşdıraraq iddianın qismən təmin edilməsi nəticəyə gəlir. Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(078)-1109/2022 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə hazırlıq iclasında baxılarkən aşkar edilən cinayət tərkibinin əlamətləri barədə araşdırma aparılması üçün Xətai Rayon prokurorunа məlumat verilməsi qərara alınmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, 2(078)-1109/2022 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işin icraatı xüsusi qərardadla müəyyən edilmiş halların həll edilməsi və nəticəsi barədə məlumat verilənədək dayandırılmışdır. Naxçıvan Şəhər Məhkəməsinin 23 aprel 2024-cü il tarixli, 2(078)-3/2024 nömrəli qərardadı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 15 mart 2024-cü il tarixli qərarından aydın olur ki, İddiaçı müraciəti əsasında Cavabdeh əməlində cinayət tərkibi olmadığından göstərilən xüsusatlar mülki xarakterli olduğundan cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə görə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 89-cu maddəsinə əsasən, yazılı sübutlar- iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda qeyd olunan prosessual normaların məzmunundan göründüyü kimi həmin normalar sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə tədqiq edilmiş iş materiallarını yuxarıda sadalanan maddi və prosessual normalarla əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı qaytarılmalıdır. İddia əldən çıxmış faydaya görə qeyd edilən hissədə rədd olunmalıdır. Cavabdeh məhkəmə iclasında iddiaya münasibətini bildirərək pulun ona deyil, onun vasitəsilə verildiyini bildirmiş, daha sonra iddiaçının onun ailəsini narahat etməməsi üçün borcu qəbul etdiyini qeyd etmişdir. Məhkəmə bu halda cavabdehin fikrini borcun etirafı kimi qiymətləndirmir və işin təqdim edilmiş sübutlar əsasında araşdırılaraq düzgün nəticəyə gəlinməsini zəruri hesab edir. İş materiallarından göründüyü kimi Cavabdeh öz xətti ilə iltizam yazaraq İddiaçı 10000 (on min) manat borcunun olmasını etiraf etmiş, borcundan 1300 manat pul qaytarmış və hər ay 600 manat qaytaracağına söz vermişdir. Bundan əlavə iş materiallarında olan tərəflər arasında vatsap yazışmalarında cavabdeh iddiaçıdan aldığı pulları qaytaracağını göstərmişdir. Belə olan halda məhkəmə belə hesab edir ki, hazırki pul tələbinə müqavilə münasibətləri deyil, müqavilədənkənar münasibətlər-əsassız varlanma öhdəlikləri tətbiq edilməlidir. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə görə borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Hazırda tərəflər arasında yazılı borc müqaviləsinin mövcud olmaması işin mübahisəsiz halıdır. Bu halda isə əsassız varlanma münasibətləri tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1-ci maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə iddia tələbinin ikinci hissəsi-cavabdehdən 8700 manat pulun əldən çıxmış faydasına görə 5 % hesablanmaqla 2175 (iki min yüz yetmiş beş) manat əldən çıxmış faydanın alınması ilə bağlı gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Azərbаycаn Respublikаsı Mülki Məcəllənin zərərin əvəzinin ödənilməsini müəyyən edən 21-ci mаddəsinə görə hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpа etmək üçün çəkdiyi və yа çəkməli olduğu xərclər, əmlаkındаn məhrum olmаsı və yа əmlаkının zədələnməsi (reаl zərər), hаbelə hüququ pozulmаsаydı, həmin şəxsin аdi mülki dövriyyə şərаitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fаydа) bаşa düşülür. “Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21 və 23-cü mаddələrinin şərh edilməsinə dаir” Azərbаycаn Respublikаsı Konstitusiyа Məhkəməsinin 31 mаy 2002-ci il tаrixli qərаrının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbаycаn Respublikаsı Mülki Məcəlləsinin 21-ci mаddəsinin müddəаlаrı yаlnız reаl zərərin, hаbelə əldən çıxmış fаydаnın ödənilməsini nəzərdə tutur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Hazırki iddia tələbində iddiaçı əldən çıxmış faydanın tələb edilməsinə münasibətdə sübutlarını təqdim etməmişdir. Ona görə də iddia həmin hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia qismən təmin olunduğundan İddiaçı tərəfindən Hökumət Ödəniş portalında ********* nömrəli qəbzlə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 98.90 (doxsan səkkiz manat doxsan qəpik) hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlımünаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 8700 (səkkiz min yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı qaytarılsın. İddia qalan hissədə rədd olunsun. İddiaçı tərəfindən Hökumət Ödəniş portalında ********* nömrəli qəbzlə ödənilmiş 125 (bir yüz iyirmi beş) manat dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə uyğun olaraq 98.90 (doxsan səkkiz manat doxsan qəpik) hissəsi Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar