Məhkəmə qərarları › İş №e-2(078)-350/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-350/2024

21.02.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-350/2024 21.02.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi ilə, İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh5, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Qəzəfər qızına qarşı əqdin etibarsız hesab edilməsi, eyni zamanda cavabdehiddiaçı Cavabdeh5 iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 11 sentyabr 2018-ci il tarixində İddiaçı adından Cavabdeh1 ilə Cavabdeh5 arasında bağlanılmış Naxçıvan şəhəri 3 saylı notariat ofisinin xüsusi notariusu X4 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-80 № ilə qeyd edilmiş AN-İ ******* №-li “Daşınmaz əmlakın alqısatqı müqaviləsi” bağlandığı andan etibarsız hesab edilərək daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh5 adına olan qeydiyyatın ləğv edilməsi; 14 noyabr 2019-cu il tarixində Cavabdeh5 ilə Cavabdeh3 arasında bağlanılmış, Naxçıvan şəhəri 1 saylı notariat ofisinin xüsusi notariusu X3 tərəfindən təsdiq edilmiş və reyestrdə 4Ə-344 № ilə qeyd edilmiş AN-İ ******* №-li “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlandığı andan etibarsız hesab edilərək daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh3 adına olan qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh5 nümayəndəsi X2 məhkəməyə xx.xx.2024-cü il tarixli qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək ərizədə qarşılıqlı iddia ərizəsinin icraata qəbul olunması, qarşılıqlı iddia ərizəsi üzrə İddiaçı 86 (səksən altı min) manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, qarşılıqlı iddia ərizəsi xx.xx.2024cü il tarixdə məhkəməyə daxil olmuşdur. Məhkəmənin 16 fevral 2024-cü il tarixli qərardadı ilə qarşılıqlı iddia ərizəsi icraata qəbul olunaraq mülki işə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh5, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Qəzəfər qızına qarşı əqdin etibarsız hesab edilməsi, eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh5 iddiaçıcavabdeh İddiaçı qarşı pul tələbi çərçivəsində baxılmasına qərar verilmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası 21 fevral 2024-cü il tarixdə saat 10:00-a təyin olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər göstərilən tarixdə məhkəmə iclasına gəlməmiş, lakin iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəmənin elektron ünvanına xx.xx.2024-cü il tarixdə ərizə göndərərək iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda cavabdeh-iddiaçı Cavabdeh5 nümayəndəsi X2 məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə təqdim edərək qarşılıqlı iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi Vəkil və cavabdeh-iddiaçı Cavabdeh5 nümayəndəsi X1 ərizəsini nəzərdən keçirib belə nəticəyə gəlir ki, ilkin və qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər Azərbaycan Republikası Mülki- Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Belə ki, həmin maddənin məzmununa əsasən işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, ilkin iddia ərizəsi üzrə iddiaçı-cavabdeh İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Eyni zamanda qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh-iddiaçı Cavabdeh5 nümayəndəsi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 9059 qəbz nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: İddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh5, cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Qəzəfər qızına qarşı əqdin etibarsız hesab edilməsi, eyni zamanda cavabdehiddiaçı Cavabdeh5 iddiaçı-cavabdeh İddiaçı qarşı pul tələbinə dair ilkin və qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İlkin iddia ərizəsi üzrə iddiaçı-cavabdeh İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixdə Hökümət ödəniş portalında və ya AsanPay vasitəsilə ********** qəbz nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Eyni zamanda qarşılıqlı iddia ərizəsi üzrə cavabdeh-iddiaçı Cavabdeh5 nümayəndəsi X2 tərəfindən xx.xx.2024-cü il tarixdə "xxxx" ASC Naxçıvan filialına 9059 qəbz nömrəsi ilə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı çıxaran məhkəməyə verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar