Məhkəmə qərarları › İş №e-2(078)-352/2024

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-352/2024

11.07.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-352/2024 11.07.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı nümayəndə vasitəsilə Cavabdeh qarşı iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, cinayət nəticəsində vurulmuş zərər olan 8000 (səkkiz min) manat pulun, hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 112 (yüz on iki) manat pulun, ümumilikdə 9112 (doqquz min yüz on iki) manat məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı İddiaçı sonuncunun qohumu X2 2 ay ərzində təqaüd düzəldəcəyi barədə yalan vəd verib inandırmaqla bu adla 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 24/a ünvanında yerləşən 6 saylı Notariat Ofisinin qarşısında ondan həmin dövrün rəsmi məzənnəsi ilə 7990 manat təşkil etmiş 4700 ABŞ dolları və 10 manat pul alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 8000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla, dələduzluq etmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 1(011)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh 07 dekabr 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Hökm ilə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 17 mart 2023-cü il tarixdən hesablanması müəyyən edilmişdir. Həmçinin hökmdə göstərilmişdir ki, iş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfləri yoxdur. Hökm qanuni qüvvəsini almış icraya yönəldilmişdir. O, cinayət işi üzrə mülki iddia verməmiş və bu günədək də 8000 manat pul ona qaytarılmamışdır. Məhkəmədə hüquqlarını təmsil və müdafiə etmək üçün Bakı şəhər 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə ilə 19 yanvar 2024-cü il tarixdə 1000 (bir min) manat dəyərində 74 saylı müqavilə bağlamış və 22 yanvar 2024-cü il tarixdə müqavilənin dəyəri 12 saylı Vəkil Bürosunun bank hesabına ödənilmişdir. Dövlət rüsumu haqqında qanuna əsasən 112 manat rüsum ödəmişdir. Cavabdeh onu məhkəməyə müraicət etmək məcburiyyətdə qoyduğu üçün hüquqi xidmətə görə və dövlət rüsumuna görə ödədiyi məbləğlərin də cavabdehdən tam şəkildə tutulmasını xahiş edir. Cavabdeh məhkəməyə 08 iyul 2024-cü il tarixdə ərizə göndərərək, İddiaçı şikayətinə görə ona Xətai Məhkəməsində 2 il iş oxunduğunu, azadlıqdan məhrum edildiyini, 1 il 4 aydır ki, məhkum olduğunu, Nazilə xanımla danışdığını və razılaşdığını, həbsdən çıxandan sonra həkimdən Nazilə xanımın pulunu alıb qaytaracağını, əgər həkim həbsdə olsa, o pulu az-az özünün qaytaracağını bildirmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə İddiaçı və iddiaçının vəkili və nümayəndəsi Nümayəndə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclaslarına gəlməmiş, lakin iddiaçının vəkili və nümayəndəsi Həmidov X3 məhkəmə informasiya sistemi vasitəsilə məhkəməyə xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə eyni məzmunlu ərizələr göndərərək iddianı müdafiə etdiklərini, onların iştirakları olmadan hazırlıq iclasının keçirilməsini və işin baxışa təyin edilməsini məhkəmədən xahiş etmiş, xx.xx.2024-cü il tarixdə isə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iddiaçı tərəfin iştirakı olmadan keçirilməsini, iddianı təmin edərək qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə məhkəməyə göndərdiyi ərizələri nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının və iddiaçının vəkili və nümayəndəsinin iştirakları olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə iştirakı təmin olunmuş Cavabdeh izahatında əslində pulu özünün həkimə verdiyini, iddiaçı ilə bir müddət əvvəl razılaşdıqlarını, ona cəzasının çəkib qurtardıqdan sonra onun pulunu həkimdən alıb verəcəyini dediyini, həkim verməsə özünün həmin pulu hissə-hissə verəcəyini, o, həbsdə olarkən Nazilənin iddia qaldırmasının düzgün olmadığını, 1 il 4 aydır ki, məhkum olduğunu, hal-hazırda iddiaçının pulunu ödəməyə imkanı olmadığını bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə iddia ərizəsini və işin məhkəmədə araşdırılmış hallarını nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)- 206/2023 saylı, 17 mart 2023-cü il tarixli hökmünə əsasən Cavabdeh özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə tanışı İddiaçı sonuncunun qohumu X2 2 ay ərzində təqaüd düzəldəcəyi barədə yalan vəd verib, inandırmaqla bu adla 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 24/a ünvanında yerləşən 6 saylı Notariat Ofisinin qarşısında ondan həmin dövrün rəsmi məzənnəsi ilə 7990 manat təşkil etmiş 4700 ABŞ dolları və 10 manat pul alıb ələ keçirərək, zərərçəkmiş şəxs İddiaçı ümumilikdə 8000 (səkkiz min) manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Cavabdeh 07 dekabr 2022-ci il tarixdən 22 fevral 2023-cü il tarixədək ev dustaqlığında saxlanıldığı 02 (iki) ay 15 (on beş) gün müddət ona təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmış və üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 8 yanvar tarixli Qərarında qeyd etmişdir ki, preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 183.2-ci maddəsinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1, 383.1, 408.3-cü maddələri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında qeyd etmişdir ki, preyudisiyanın subyektiv hədləri cinayət prosesində tərəf olaraq məhkəmədə öz mövqeyini bildirən və həmin mövqeyin əsaslandırılması üçün sübutlarını təqdim edən şəxslərin dairəsi ilə müəyyən edilir. Subyektiv hədlərə daxil olan fiziki şəxslər prosessual təminatların maksimal həcminə malik olmalı və həmin şəxslər sübutetmə predmetinə daxil olan halların toplanmasına və qiymətləndirilməsinə təsir etmək imkanına malik olmalıdırlar. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə qeyd edir ki, cavabdehin qeyd olunan əməli törətməsi, dələduzluq əməli nəticəsində iddiaçının 8000 (səkkiz min) manat məbləğində pulunu ələ keçirməsi qeyd olunan məhkəmə hökmü ilə təsdiq olunur və həmin hökm hazırda məhkəmə üçün cavabdehin iddiaçının pulunu dələduzluq yolu ilə ələ keçirməsinə dair hissədə məcburidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə cavabdeh törətdiyi hüquq pozuntusu nəticəsində iddiaçıya maddi ziyan (zərər) vurmuş, lakin həmin ziyan cavabdeh tərəfindən iddiaçıya ödənilməmişdir. Odur ki, iddiaçının zərərin əvəzini tam şəkildə tələb etmək hüququ yaranmışdır. Yuxarıda qeyd olunan iş materialı kimi mülki işə əlavə edilən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-206/2023 saylı, 17 mart 2023-cü il tarixli hökmündən də görünür ki, Cavabdeh tərəfindən İddiaçı 8000 (səkkiz min) manat məbləğində maddi zərər vurulmuşdur. İddiaçının digər tələbi isə hüquqi yardıma görə ödənilmiş 1000 (min) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 112 (yüz on iki) manat pulun cavabdehdən alınaraq ona ödənilməsidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 115.0 və 115.0.6-cı maddələrinin tələbinə əsasən, vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 112 (yüz on iki) manat məbləğində dövlət rüsumu və vəkilə hüquqi yardım üçün ödənilmiş 1000 (min) manat xidmət haqqı cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin edilməli; -8000 (səkkiz min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 112 (yüz on iki) manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 1000 (min) manat xidmət haqqının əvəzi alınaraq, İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia təmin edilsin. 8000 (səkkiz min) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İş üzrə Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 112 (yüz on iki) manat məbləğində dövlət rüsumunun və vəkilə hüquqi yardım üçün ödənilmiş 1000 (min) manat xidmət haqqının əvəzi alınaraq, İddiaçı ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar