Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-354/2024 14.03.2024 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 12000 (on iki min) manat məbləğin və tərəfindən ödənilmiş 126 (yüz iyirmi altı) manat dövlət rüsumunun tutularaq onun xeyrinə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbi əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, Cavabdeh çoxsaylı müraciəti əsasında "xxxx" ASC-dən 15.000 (on beş min) manat məbləğində vəsait kredit müqaviləsi ilə rəsmiləşdirilməklə tərəfindən götürülmüş və 12.000 (on iki min) manat məbləğində vəsait isə cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli yazılı razılaşmaya əsasən ona borc olaraq verilmişdir. Sözügedən razılaşmanın tələblərinə əsasən 30 (otuz) ay müddətində aylıq 520 (beş yüz iyirmi) manat olmaqla ona ödəniş edilməli idi. Lakin, bugünkü tarixədək cavabdeh tərəfindən yazılı razılaşmaya əsasən heç bir ödəniş icra edilməmiş və bununla da yazılı razılaşmanın şərtləri pozulmuşdur. Artıq 6 aydır ki, heç bir ödəniş icra etmir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli pretenziya məktubundan cavabdehə müqavilə üzrə ödənişlərin xx.xx.2024-cü il tarixinədək etməyini xahiş etmiş, əks təqdirdə tərəfindən yazılı razılaşma ilə nəzərdə tutulmuş qaydada ona verdiyi 12.000 (on iki) manat məbləğində borcun və dəymiş zərərin ödənilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edəcəyini qeyd etmişdir. İddia ərizəsinə əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş GJE seriyalı, 129689 nömrəli poçt qəbzindən görünür ki, sözügedən pretenziya məktubu xx.xx.2023-cü il tarixində qeydiyyatda olduğu ünvan ünvan 1ddətin keçməsinə, dəfələrlə edilmiş şifahi xəbərdarlıqlara və tərəfindən göndərilmiş pretenziya məktubu ilə ödəniş tələbimə baxmayaraq cavabdeh tərəfindən hərəkətsizlik nümayiş etdirilmiş və heç bir ödəniş icra edilməmişdir. 14 mart 2024-cü il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı, iddiaçının vəkil və nümayəndəsi Nümayəndə və Cavabdeh mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş məhkəmə iclasına gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakları olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İddiaçı 26 fevral 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək Naxçıvan Şəhər Məhkəməsində pul tələbi ilə iddia qaldırdığını, hazırda Cavabdeh ona olan 12000 manat borcunu ödədiyindən iddiasından imtina etdiyini bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin iddiaçının nümayəndəsi Nümayəndə 14 mart 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək cavabdeh tərəfindən borc məbləğinin tam formada iddiçıya geri qaytarıldığını, borc məbləği tam formada ödənildiyi üçün, mülki iddiaya baxılması zərurətinın aradan qalxdığını, qeyd olunanları nəzərə alaraq iddiadan imtina etdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. İddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki və ya kommersiya mübahisələrinə dair işlərin başlanması bir qayda olaraq, öz adından ərizə ilə məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini bu imtinanın məhkəmə tərəfindən qəbul edildiyi təqdirdə iş üzrə icraata xitam verilməsinin əsası kimi nəzərdə tutur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə iddiadan imtinaya dair ərizəni araşdırıb hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından həmin imtina məhkəmə tərəfindən qəbul olunmalı və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən iş üzrə iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.4-cü maddələrinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılmalıdır. Göstərilən xüsusatları və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261, 262-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərarverdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə İddiaçı iddiadan imtinası qəbul olunsun və iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsilə xx.xx.2024-cü il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 126 (yüz iyirmi altı) manat məbləğində dövlət rüsumu İddiaçı geri qaytarılsın. Tərəflərə izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-354/2024
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-354/2024
14.03.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver