Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-471/2025 14.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh X1 məxsus olan **-RP-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil, **- RE-*** qeydiyyat nişanlı, X6 markalı avtomobilin, İddiaçı3 məxsus olan **-SA-*** qeydiyyat nişanlı, X6 markalı avtomobilin, İddiaçı1 məxsus olan **-FF-*** qeydiyyat nişanlı, X6 markalı avtomobilin, **-TA-*** qeydiyyat nişanlı, X6 markalı avtomobilin, **-NV-*** qeydiyyat nişanlı, X6 markalı avtomobilin, **-MO-*** qeydiyyat nişanlı, X6 markalı avtomobilin, cavabdehin təşəbbüsü ilə X2 adına rəsmiləşdirilmiş lakin, İddiaçı4 vəsaiti hesabına alınmış **-BA-*** qeydiyyat nişanlı, X6 markalı avtomobilin, tam yararlı vəziyyətdə cavabdehin qanunsuz sahibliyindən alınaraq müvafiq qaydada iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin avtomobillər tam yararsız vəziyyətə düşdükdə və yaxud mövcud olmadığı təqdirdə avtomobillərin dəyərlərinin, yəni, hər bir avtomobil üçün 10.000 manat olmaqla, 80.000 manat məbləğin cavabdehdən tutularaq müvafiq qaydada iddiaçılara ödənilməsi, Cavabdeh 36 ay ərzində 1-ci bənddə qeyd olunan iddiaçılara məxsus avtomobilləri qanunsuz sahibliyində saxlamaqla, iddiaçıların əgər avtomobillər onlarda olardısa hər biri üçün alacağı aylıq 600 manat məbləğində əldə çıxmış faydaların, yəni, X1 məxsus olan **- RP-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil, **-RE-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil üçün 43200 manat, İddiaçı3 məxsus olan **-SA-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil üçün 21600 manat, İddiaçı1 məxsus olan **-FF-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil, **-TA-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil, **-NV-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil, **-MO-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil üçün 86400 manat, İddiaçı4 vəsaiti hesabına alınmış **-BA-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil üçün 21600 manat məbləğində əldən çıxmış faydanın müvafiq qaydada iddiaçılara ödənilməsi, Cavabdeh tərəfindən satılaraq ödənişi iddiaçılara qaytarılmamış, X1 məxsus **-SN-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil üçün avtomobilin dəyərinin, eyni zamanda İddiaçı4 məxsus **-UL-*** qeydiyyat nişanlı, X7 markalı avtomobil üçün avtomobilin dəyərinin, hər biri üçün 10.000 manat, ümumilikdə 20.000 manatın cavabdehdən tutularaq müvafiq qaydada iddiaçılara ödənilməsi, məhkəmə dövlət rüsumu üçün ödənilmiş 563 manat məbləğin cavabdehdən tutularaq İddiaçı4 ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində iddia ərizəsinin forma və məzmunu öz əksini tapıb. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.2.3-cü maddələrinə əsasən iddia ərizəsində iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədən verilmişdir. Belə ki, iddiaçı X3 iddia ərizəsində öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.1-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, İddiaçı4 tərəfindən X5 vasitəsilə 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 563 (beş yüz altmış üç) manat dövlət rüsumu İddiaçı4 qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçılar Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onların özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı4 tərəfindən X5 vasitəsilə 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 563 (beş yüz altmış üç) manat dövlət rüsumu İddiaçı4 geri qaytarılsın. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-471/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-471/2025
14.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver