Azərbaycan Respublikası adından QƏRARDAD Naxçıvan şəhəri İş № e-2(078)-503/2025 22.02.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Mən, Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızı iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsini nəzərdən keçirərək m ü ə y y ə n e t d i m: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh X1 məxsus olan **-RP-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil, **- RE-*** qeydiyyat nişanlı, X5 markalı avtomobilin, İddiaçı3 məxsus olan **-SA-*** qeydiyyat nişanlı, X5 markalı avtomobilin, İddiaçı1 məxsus olan **-FF-*** qeydiyyat nişanlı, X5 markalı avtomobilin, **-TA-*** qeydiyyat nişanlı, X5 markalı avtomobilin, **-NV-*** qeydiyyat nişanlı, X5 markalı avtomobilin, **-MO-*** qeydiyyat nişanlı, X5 markalı avtomobilin, cavabdehin təşəbbüsü ilə X2 adına rəsmiləşdirilmiş lakin, İddiaçı2 vəsaiti hesabına alınmış **-BA-*** qeydiyyat nişanlı, X5 markalı avtomobilin, tam yararlı vəziyyətdə cavabdehin qanunsuz sahibliyindən alınaraq müvafiq qaydada iddiaçılara verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, həmin avtomobillər tam yararsız vəziyyətə düşdükdə və yaxud mövcud olmadığı təqdirdə avtomobillərin dəyərlərinin, yəni, hər bir avtomobil üçün 10.000 manat olmaqla, 80.000 manat məbləğin cavabdehdən tutularaq müvafiq qaydada iddiaçılara ödənilməsi, Cavabdeh 36 ay ərzində 1-ci bənddə qeyd olunan iddiaçılara məxsus avtomobilləri qanunsuz sahibliyində saxlamaqla, iddiaçıların əgər avtomobillər onlarda olardısa hər biri üçün alacağı aylıq 600 manat məbləğində əldə çıxmış faydaların, yəni, X1 məxsus olan **- RP-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil, **-RE-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil üçün 43200 manat, İddiaçı3 məxsus olan **-SA-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil üçün 21600 manat, İddiaçı1 məxsus olan **-FF-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil, **-TA-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil, **-NV-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil, **-MO-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil üçün 86400 manat, İddiaçı2 vəsaiti hesabına alınmış **-BA-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil üçün 21600 manat məbləğində əldən çıxmış faydanın müvafiq qaydada iddiaçılara ödənilməsi, Cavabdeh tərəfindən satılaraq ödənişi iddiaçılara qaytarılmamış, X1 məxsus **-SN-*** qeydiyyat nişanlı, X5 markalı avtomobil üçün avtomobilin dəyərinin, eyni zamanda İddiaçı2 məxsus **-UL-*** qeydiyyat nişanlı, X6 markalı avtomobil üçün avtomobilin dəyərinin, hər biri üçün 10.000 manat, ümumilikdə 20.000 manatın cavabdehdən tutularaq müvafiq qaydada iddiaçılara ödənilməsi, məhkəmə dövlət rüsumu üçün ödənilmiş 563 manat məbləğin cavabdehdən tutularaq İddiaçı2 ödənilməsinə dair qətnamə çıxarılması məhkəmədən xahiş etmişdir. Məhkəməyə iddia ərizəsi daxil olduqda hakim onun Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində nəzərdə tutulmuş tələblərə əməl edilməklə verilib-verilməməsini yoxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri qanunvericiliyin tələbləri daxilində nəzərdən keçirən məhkəmə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə əsasən məhkəmə tərəfindən iddia ərizəsinin icraata qəbul edilməsi zamanı yoxlanılmalı məsələlərdən biri də iddia ərizəsinə əlavə edilməli sənədlərin mövcud olub-olmamasıdır. Belə ki, həmin Məcəllənin 150-ci maddəsində iddia ərizəsinə əlavə edilməli sənədlər qeyd olunmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1.2-ci maddəsinə əsasən bu sənədlərdən biri də dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəddir. İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 məhkəməyə ünvanladığı iddia ərizəsi və ona əlavə olunmuş sənədlərlə tanış olarkən müəyyən olunmuşdur ki, iddia ərizəsinə əlavə olunmuş İddiaçı2 tərəfindən X4 vasitəsilə 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 563 (beş yüz altmış üç) manat dövlət rüsumu Naxçıvan Şəhər Məhkəməsinin “14” fevral 2025-ci il tarixli, e-2(078)-471/2025 nömrəli iddia ərizəsinin geri qaytarılması haqqında qərardadı ilə İddiaçı2 geri qaytarılması qərara alınmışdır. Hazırki iddia ərizəsinə iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 yenə də 10 fevral 2025-ci il tarixli, ********** nömrəli qəbzin surətini əlavə etdiyindən və həmin sənədlə ödənilmiş dövlət rüsumunun geri qaytarılması qərara alındığından məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət rüsumunu ödəməmişdir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi miqdarında dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə müvafiq olaraq, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə həmçinin onu da qeyd edir ki, iddiaçılar Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə müraciət etdiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun özündə saxlanılmışdır. Ona görə də qeyd edilən sənədlərin iddiaçıya geri qaytarılmasına zərurət yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı1 Cavabdeh qarşı əmlak, əmlak tam yararsız vəziyyətə düşdükdə və ya mövcud olmadıqda əmlakın dəyərinin və əldən çıxmış faydanın ödənilməsi tələblərinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçılara izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Naxçıvan Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-503/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qərardad — İş №e-2(078)-503/2025
22.02.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver