Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-52/2023 16.01.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə müraciət edərək şifahi əqd əsasında Cavabdeh 416973******1908 nömrəli kartına 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına olan müddət ərzində geyim əşyalarının sifarişi ilə bağlı iddiaçı tərəfindən göndərilmiş 18000 manat pul məbləğinin qalan hissəsi olan 14300 manat pul məbləğinin cavabdehdən alınıb iddiaçıya verilməsi, qeyd olunan pul məbləğinin cavabdehdə qaldığı müddət üzrə Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun (7.75%) 400 manat və dövlət rüsumu olaraq ödənilmiş 165 manat pulun cavabdehdən alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə iş üzrə İddiaçı rəsmi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş vəkili və nümayəndəsi Vəkil vasitəsilə təmsil olunmuşdur. Məhkəmə işə İddiaçı iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi olduğu İddiaçı Cavabdeh ilə sosial şəbəkələr vasitəsilə tanış olmuşdur. Cavabdeh özünü kargo şirkətinin nümayəndəsi kimi təqdim etmiş və daşıma üçün sərfəli qiymətlər təklif etmişdir. Ona etibar edərək, şifahi razılaşma əsasında 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına olan müddət ərzində geyim əşyalarının sifarişi ilə bağlı onun 416973******1908 nömrəli kartına iddiaçı tərəfindən 18000 manat pul göndərilmişdir. Lakin uzun müddətdir ki, razılaşdırdıqları sifarişləri əldə edə bilməmişdir. Bununla əlaqədar Cavabdeh ilə əlaqə saxlayaraq məlumat almaq istəsə də, müxtəlif bəhanələr gətirərək sifarişlərin təqdimindən yayınmışdır. Cavabdeh üzərinə düşən öhdəlikləri icra etməkdən yayınır. İddiaçı Cavabdeh ödədiyi 18000 manat pulu geri qaytarmağı tələb etdikdə 3700 manat geri qaytarsa da, pulun qalan hissəsini ödəməkdən yayınır. Məsələ ilə bağlı iddiaçı Xətai Rayon Polis İdarəsinə müraciət edilmiş, Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Aslan Rəhimov tərəfindən aparılmış araşdırma nəticəsində müraciət mülki xarakterli olduğundan “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul etmişdir. Həmin qərarda əməldə cinayət tərkibi olmadığı üçün cinayət işi başlanması rədd edilməlidir. Daha sonra məsələnin həlli üçün cavabdehə pretenziya qaydasında faktiki yaşadığı ünvan olan Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr, Mir Cəlal 121B ünvanına məktub göndərilmişdir. Pretenziya məktubunda əşyaların sifarişi ilə bağlı ödənilmiş 18000 manatın qalan hissəsi olan 14300 manat pul məbləği cavabdehdən tələb edilmişdir. Cavabdeh tərəfindən məktub qəbul edilmiş, lakin cavabdehdən hər hansı bir cavab əldə edilməmişdir. 2022-ci ilin fevral ayından bəri iddiaçı ödədiyi pulu geri ala bilməmiş və faktiki olaraq bu məbləğə sərəncam hüququ Cavabdeh olmuşdur. Sədrlik edən tərəfindən verilən suallara aydınlıq gətirən Vəkil qeyd etmişdir ki, tərəflər arasında olan münasibət sahibkarlıq fəaliyyəti ilə bağlı olmamış, tərəflər arasında müqavilə münasibəti olmuşdur. Bu müqavilə mülki qanunvericilikdə olmayan, lakin ona zidd olmayan A tipli müqavilədir. Buna görə də iddiaçının tələbi əsassız varlanma münasibətindən yox müqavilə münasibətindən irəli gələn tələbdir. Vəkil sonda qeyd olunanların nəzərə alınaraq qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Növbəti məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçının vəkili və nümayəndəsi Vəkil məlumat verilməsinə baxmayaraq gəlməmiş, lakin elektron kabinet vasitəsilə ərizə göndərərək onun iştirakı olmadan işə baxılmasını, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə növbəti məhkəmə iclaslarının iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barədə heç bir məlumat verməmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış sübutları və işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, hazırki halda iddia tələbinin qanuni əsası tərəflər arasında bağlanan, Mülki Məcəllədə qeyd olunmayan, eyni zamanda mülki qanunvericiliyə zidd olmayan müqavilə münasibətləridir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtətəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Sübutlar tədqiq edilərkən və iş üçün əhəmiyyət kəsb edən faktlar müəyyən edilərkən məhkəmə maddi və prosessual hüquq normalarını rəhbər tutmalıdır. Bu normalara ciddi riayət olunması hakimin gəldiyi nəticələrin həqiqiliyinin zəruri şərtidir. Məhkəmə tərəfindən sorğu verilərək tələb edilən və mülki işin materiallarında olan cinayət işinin başlanılmasının rədd olunması barədə 29 may 2022-ci il tarixli qərardan aydın olur ki, vətəndaş İddiaçı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin müraciət edərək İnstaqram sosial şəbəkədə “Fit Shoping” səhifəsi açaraq xarici ölkələrdən alınmış geyim əşyalarının satışını təşkil edir. Təxminən 1 il öncə İnstaqramda “Singma Karqo” kimi qeydiyyatdan keçmiş, özünü şirkətin nümayəndəsi kimi təqdim edən Cavabdeh vasitəsi ilə bir neçə dəfə xarici ölkələrə sifariş etdiyi geyim əşyalar vaxtında gətirildiyindən, 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına olan müddət geyim əşyalarının sifarişi ilə bağlı Cavabdeh 416973 ******1908 hesab kartına 18000 (on səkkiz min) manat pulu köçürdükdən 4-5 ay sonra, sifariş edilmiş mallar çatdınlmadığı üçün ödəmiş olduğu pulu tələb etdikdə, Cavabdeh 3700 manatı qaytarsa da, qalan 14300 manat pulu qaytarmaqdan imtina etmişdir. Cavabdeh vədinə əməl etməyərək pulun geri qaytarılmaması əsasında araşdırma aparılmış və İddiaçı, Cavabdeh izahatları alınaraq işin xarakterinin mülki xarakterli mübahisə təşkil etdiyini bildirib cinayət işinin başlanması rədd edilmişdir. Polis Bölməsində araşdırma aparılan zaman vətəndaş Cavabdeh izahatında göstərmişdir ki, 2018-ci ilin avqust ayında İnstaqram səhifəsində “Siğma Kargo" səhifəsi açmış, adına olan 416973****1908 hesab kartına göndərilmiş pulun göndərilməsi müqabilində “Limak" "Camex" və “ASE" karqo şirkətləri vasitəsi İiə ABŞ, İngiltərə və Türkiyə Respublikasından eldə edir. Barəsində şikayət ərizəsi ilə müraciət etdiyi, İddiaçı İki ildir ki, tanıyır, sifariş etdiyi mallar vaxtında ona çatdırılmış və ona təhvil verilmişdir, 2021-ci İlin dekabr ayından 2022-ci ilin fevral ayınadək İddiaçı göndərmiş olduğu sifarişlərdə problemlər yaranmış, belə ki, 18000 manat dəyərində malın bir qismi gömrükdə, bir qismi “Limak" “Camex” və "ASE" kargo şirkətlərinin anbarında saxlanılmışdır. Sifariş edilmiş malları atası X2, anası X3 və bacısı X1 və öz adına sifariş verib ölkəyə gətirmiş, gömrük rüsumunu ödəyə bilməməsi şirkətin anbarlarında saxlanılmasına səbəb olmuş və Nuridədən aldığı 18000 manat pulun 4600 (dörd min altı yüz) manatını qaytarmışdır. Əlavə izahatında isə göstərmişdir ki, "Limak" “Camex” "ASE” kargo şirkətlərinə və' Dövlət Gömrük Komitəsinin anbarlarda malların saxlınması ilə bağlı sorğu cavabı yanlışdır. Qeyd etdiyi məbləğdə olan matlar “Limak" "Camex" “Az" kargo şirkətlərinin anbarında 1.400 manat dəyərində mallar isə gömrük anbarında saxlanılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Məhkəmə iş üzrə Cavabdeh Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə verdiyi izahatında 2021-ci İlin dekabr ayından 2022-ci ilin fevral ayınadək İddiaçı 18000 (on səkkiz min) manat pul aldığını iddianın etirafı kimi qiymətləndirir. Cavabdeh İddiaçı aldığı 18000 (on səkkiz min) manat pulun 4600 (dörd min altı yüz) manat hissəsinin qaytarmasına münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində araşdırma aparılan zaman izahatında 3700 manat (üç min yeddi yüz) pulunun cavabdeh tərəfindən qaytarıldığını bildirmişdir. Cavabdeh iddiaçının təsdiq etdiyi 3700 (üç min yeddi yüz) manat puldan qalan 900 (doqquz yüz) manat məbləğin qaytardığını bildirsə də bunun təsdiqi üçün məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Buna görə də məhkəmə iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarı sübut kimi qiymətləndirir və belə nəticəyə gəlir ki, İddiaçı aralarında bağlanmış şifahi müqavilə əsasında Cavabdeh 416973******1908 nömrəli kartına 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına olan müddət ərzində geyim əşyalarının sifarişi ilə bağlı 18000 manat pul verilməsi öz təsdiqini tapır. Həmin pulun 3700 (üç min yeddi yüz) manatı cavabdeh tərəfindən iddiaçıya geri qaytarılması iddiaçı tərəfindən təsdiq edildiyindən, məhkəmə hesab edir ki, qalan 14300 manat (on dörd min üç yüz) pul cavabdehdən alınıb iddiaçıya verilməlidir. Məhkəmə iddia tələbinin digər hissəsinə qeyd olunan pul məbləğinin cavabdehdə qaldığı müddət üzrə Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun (7.75%) 400 manat pulun alınıb verilməsinə münasibətdə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülkiəcəlləsinin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. “Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, mülki qanunvericilik öhdəliklərin icra edilməməsinə görə məsuliyyət müəyyən edir. Belə ki, MM-in 449.1-ci maddəsi nəzərdə tutur ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin normanın mənasına görə, borclu şəxs yalnız aşağıdakı dörd hərəkəti etməklə özgənin pul vəsaitindən faydalanır: qanunsuz saxlama; qaytarmaqdan boyun qaçırma; ödənilməsini digər şəkildə gecikdirmə; başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etmə və ya toplama. Qeyd olunmalıdır ki, faydalanmanın anlayışı mülki qanunvericilikdə verilməsə də, faydalanmanın hərfi mənasının öz tələbatı üçün istifadə olduğunu nəzərə alaraq, MM-in bu terminlə ayrılmaz əlaqədə olan “istifadə hüququna” həsr olunmuş 152.3-cü maddəsi buna müəyyən aydınlıq gətirir. Həmin maddəyə əsasən istifadə hüququ — əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə və başqa formalarda ola bilər. Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s. əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma Mülki Məcəllənin 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Həmçinin vəsaitdən qanunsuz istifadə nəticəsində kreditora zərər vurulubsa, o, Mülki Məcəlləsinin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malikdir. Bu baxımdan, MM-in 449.1-ci maddəsinə əsasən faydalanmağa görə faizlərin tutulması pul öhdəliyinin icra edilməməsi üçün tətbiq olunan sanksiya olmaqla mülkihüquqi məsuliyyət tədbiridir. Məsuliyyət isə tərəflərin münasibətləri çərçivəsində bir tərəfin öz öhdəliklərinə əməl etməməsi və müəyyən olunmuş razılaşmanı pozması, yəni təqsirli hərəkətə (hərəkətsizliyə) yol verməsi nəticəsində əmələ gələ bilər. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı məxsus olan pul vəsaitinin 2022-ci ilin fevral ayından qanunsuz saxladığı iş materialları ilə sübuta yetirildiyindən iddiaçı pul məbləğinin cavabdehdə qaldığı müddət üzrə Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun (7.75%) 400 manat pulun alınıb verilməsini tələb etməkdə haqlı olmuşdur. Buna görə də tələb həmin hissədə də uğurlu olduğundan təmin edilməlidir. Nəticə: Beləliklə, məhkəmə işin yuxarıda şərh olunmuş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh 14300 manat və həmin pul məbləğinin cavabdehdə qaldığı müddət üzrə Mərkəzi Bankın müəyyən etdiyi uçot faiz dərəcəsinə uyğun (7.75%) 400 manat olmaqla ümumilikdə 14700 (on dörd min yeddi yüz) manat pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni həll edərkən belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası-Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq iddia təmin olunduğundan İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə X4 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. İş üzrə Cavabdeh 14700 (on dörd min yeddi yüz) manat pul alınıb, İddiaçı verilsin. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə X4 və ya AsanPay vasitəsilə ********* nömrəli qəbzlə ödənilmiş 165 (bir yüz altmış beş) manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Gülnar Səfərəliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-52/2023
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-52/2023
16.01.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver