Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-75/2025 24.04.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Naxçıvan Şəhər Məhkəməsinin hakimi Əliyeva Gülsüm Kamal qızının sədrliyi, X10 məhkəmə iclas katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, cavabdeh və digər cavabdehin nümayəndəsi X11 və Cavabdeh vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı nikah dövründə arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü və ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradan öhdəliklərin və əldə edilmiş əmlak aktivlərinin bölünməsi (onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsinə dair) tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n е t d i: İddiaçı Cavabdeh qarşı nikah dövründə arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü və ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradan öhdəliklərin və əldə edilmiş əmlak aktivlərinin bölünməsi tələbinə (onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsinə dair) tələbinə dair iddia ərizəsi ilə Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, keçmiş birgə nikah dövründə arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü və ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradan öhdəliklərin və əldə edilmiş əmlak aktivlərinin bölünməsi tələbinə (onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsinə) dair qətnamə qəbul edilməsini, qətnamədə aşağıdakı xərclər olan cəmi 166384.97 (bir yüz altmış altı min üç yüz səksən dörd manat doxsan yeddi qəpik) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsini, belə ki, iddiaçının ata həyətində olan torpaqda Culfa rayon Xanəgah kəndində olan qurulmuş təsərrüfatın iki tövlənin sökülməsi nəticəsində dəymiş ziyan olan ən az 50000 (əlli min) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, əlavə ən az 80 baş boğaz qoyunu həyətdən atası ilə aparıb sataraq ona vurduğu ən az 24000 (iyirmi dörd min) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, sözügedən ipoteka predmetinin yaranmış borcu üzrə 60453.97 (altmış min dörd yüz əlli üç manat doxsan yeddi qəpik) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi, xx.xx.2021-ci il tarixində Evim AVM-də "xxxx" MMC-dən ev əşyaları alındığına görə borcu 24150.00 (iyirmi dörd min bir yüz əlli manat sıfır qəpik) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, 25 avqust 2021-ci il tarixdə X21 tərtib olunmuş qaimə-fakturaya əsasən Kombi BYDHE + Radiator + otaq termostatı adında alınmış mallara görə 2440.00 (iki min dörd yüz qırx manat sıfır qəpik) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, 09 oktyabr 2021-ci il tarixdə Nurlu xalça aləmi mağazasından 17 adda İran və Türk xalçaları və o cümlədən oboy örtükləri alınmış mallara görə borcu 5100.00 (beş min bir yüz manat sıfır qəpik) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi, əmlakın sığortasının ödənilməsi məqsədilə 183.20 (bir yüz səksən üç) manat, ipoteka kağızının qeydiyyat rüsumu 5 (beş) manat, hesab açmaq üçün xidmət haqqı 2.50 (iki manat əlli qəpik) manat, İpoteka müqaviləsinin notarial qeydiyyatı üçün 25.30 (iyirmi beş manat otuz qəpik) manat, icbari mediasiya sessiyası üçün 25 (iyirmi beş) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, ödənilmiş dövlət rüsumu olan 456.38 (dörd yüz əlli altı manat otuz səkkiz qəpik) manatın, 1 (bir) manat bank xidmət haqqının və çəkilmiş digər xərclərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq iddia ərizəsində qeyd etmişdir ki, o, İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci ildə Naxçıvan şəhər Nikah evində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuşlar. Birgə nikahlarından 09 yanvar 2013-cü il təvəllüdlü X34 və 12 iyul 2017-ci il təvəllüdlü X29 doğulmuşdur. Cavabdehlə aralarında bağlanmış olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(078)-518/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh 26 aprel 2023-cü il tarixdə İddiaçı qarşı Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı adına olan ünvan 1 ünvanında yerləşən evə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsi və onun üzərində yerləşən 180.640 kv.m fərdi yaşayış evində ½ hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsi və onun üzərində yerləşən 180.640 kv.m fərdi yaşayış evinin birgə nikah dövründə qazanılmış hesab edilməklə, Cavabdeh həmin əmlakın ½ hissəsinə payının müəyyən edilməsi qət olunmuşdur. Həmin qətnaməni əsassız və qanunsuz hesab etdiyi üçün hazırda kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsində qeyd olunduğu kimi, iddia tələbini qəbul etmədiyini, X2 vəkili bildirərək qeyd etmişdi ki, mübahisəli daşınmaz əmlakın iş üzrə tərəflərin ümumi gəlirləri hesabına əldə olunmadığını, həmin daşınmaz əmlakın yalnız X2 gəliri hesabına əldə olunduğunu, iddiaçının ümumiyyətlə həmin daşınmaz əmlaka heç bir xərc sərf etmədiyini, iddiaçının həmin dövrdə ümumiyyətlə işləmədiyini, cavabdehin Niyazi həkimin evini ipoteka predmeti olaraq qoyub kredit götürdüyünü, həmin pulu evin tikintisinə sərf etdiyini, 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli alqı-satqı və ipoteka müqaviləsində ünvan 2 ünvanında yerləşən daşınmaz əmlakın əslində X2 mülkiyyətinə keçmədiyini, 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli kredit müqaviləsi üzrə götürülmüş 48000 (qırx səkkiz min) manat kreditin ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 180.64 kv.m olan fərdi yaşayış evinin tikilməsi üçün xərcləndiyini, iddiaçının nümayəndəsinin də məhkəmə iclasında izahatında 61000 (altmış bir min) manat pulun evin tikintisi üçün Mustafayeva Zeynəbin ona verdiyini təsdiq etdiyini, bunun elə qeyd olunan evin cavabdehin gəliri hesabına əldə olunmasını təsdiq edən sübut olduğunu məhkəmədə bildirmişdir. X1 həmin işin məhkəmə iclası zamanı verdiyi ifadəsində Zeynəb Mustafayevanın baş həkim olduğu xəstəxanada işlədiyini, ehtiyacı olduğu üçün yarı gün xəstəxanada işlədiyini, günün digər yarısında Zeynəb Mustafayevanın evində işlədiyini, maaşını və evin kommunal xərclərini Zeynəb Mustafayevanın ödədiyini, Cavabdeh sadəcə 2 ay həmin evdə gördüyünü, evdə tikinti olan zaman evi təmizləməyə getdiyini, evin tikintisinin aparılması üçün xərclərin Zeynəb Mustafayevanın çəkdiyini, Zeynəb Mustafayevanın həmin evi ipoteka ilə tikdiyindən məlumatı olduğunu, bunu ona Zeynəb Mustafayevanın özünün dediyini bildirmişdir. X3 həmin işin məhkəmə iclası zamanı verdiyi ifadəsində Gigiyena və Epidemiologiya Mərkəzində sürücü işlədiyini, Zeynəb Mustafayevanın ev və borcla bağlı ona pulları verdiyini, onun da bu pulları aparıb Cavabdeh verdiyini, evin tikintisinə rəhbərliyi iddiaçının atası Mustafayev Nəcəf etdiyindən 3-4 dəfə də evlə əlaqədar Zeynəb Mustafayevanın verdiyi pulu Mustafayev Nəcəfə çatdırdığını, Cavabdeh Zeynəb Mustafayevanın ata evində qaldığını, orada təsərrüfatla məşğul olduğunu, onun ferma saxladığını, ev tikilərkən Cavabdeh kənddə olduğunu, özünün cavabdehin 2 il sürücüsü işlədiyini, həmin 2 il ərzində evin tikintisinin getdiyini, ancaq sadəcə son 2-3 ay Cavabdeh həmin evdə gördüyünü, onun həmin dövrdə fermanın saxlanması ilə məşğul olduğunu, tikinti getdiyi müddət ərzində Mustafayev Nəcəfi həmin evdə gördüyünü, kənddə olan təsərrüfatın Cavabdeh olduğunu bildiyini, Zeynəb Mustafayevanın müxtəlif vaxtlarda ona 10000 (on min) manat və 7500 (yeddi min beş yüz) manat verdiyini və Cavabdeh borcu olduğuna görə verdiyini və aparıb Cavabdeh verməsini tapşırdığını bildirmişdir. X15 həmin işin məhkəmə baxışı zamanı keçirilən açıq məhkəmə iclasında verdiyi ifadəsində Əlinin Xanəgah kəndində Zeynəb Mustafayevanın atasının həyətində quşçuluq ferması açdığını, sonra həmin fermanı iribuynuzlu heyvan fermasına çevirdiyini, Əli ilə Zeynəbin münasibəti pozulduqdan sonra Əlinin qurduğu təsərrüfatı sökdüyünü, şəhərdə olan evdə gedən tikintidən məlumatının olmadığını bildirmişdir. Zeynəb Mustafayevanın vəkili izahatında X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında birgə nikah dövründə əldə edilməsinə, həmçinin onun üzərində yerləşən ümumi sahəsi 180.64 kv.m olan fərdi yaşayış evinin birgə nikah dövründə tikilməsinə baxmayaraq həmin daşınmaz əmlakın iş üzrə tərəflərin ümumi gəlirləri hesabına əldə olunmadığını, həmin daşınmaz əmlakın yalnız cavabdehin gəliri hesabına əldə olunduğunu, iddiaçının ümumiyyətlə həmin daşınmaz əmlaka heç bir xərc sərf etmədiyini, iddiaçının ümumiyyətlə həmin dövrdə işləmədiyini, cavabdehin Niyazi həkimin evini ipoteka predmeti olaraq qoyub kredit götürdüyünü, həmin pulu ev tikintisinə sərf etdiyini qeyd etməklə bərabər bununla bağlı məhkəməyə alqı-satqı müqaviləsi, kredit müqaviləsi və onlara əlavə edilmiş bir sıra sənədlər təqdim etmiş və onun vəsatəti əsasında şahidlər dindirilmişdir. Apellyasiya şikayətində Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv olunub iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrinin arayışından məlum olur ki, mübahisəli fərdi yaşayış evi "xxxx" ASC-də xx.xx.2046-cı il tarixədək girovdadır, lakin məhkəmə bu nüansa qiymət verməmiş və əsassız olaraq qətnamə qəbul etmişdir. Cavabdehlə iddiaçı arasında ailə münasibətləri xx.xx.2022-ci il tarixdə pozulmuş və ailə büdcələri bir olmamışdır. xx.xx.2022-ci il tarixdən bu günədək ünvan 1 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsi və onun üzərində yerləşən 180.640 kv.m fərdi yaşayış evinin girovdan azad edilməsi üçün cavabdeh hər ay minimum 388 manat pul ödəmələri aparmış, lakin məhkəmə bunlara qiymət verməyərək 2046-cı ilədək girovda olan evə ½ pay hüququ tanımaqla əsassız bir qərar qəbul etmişdir. Məhkəmə qeyd etdikləri halları (sübutları) tam, hərtərəfli araşdırmadan nəticəyə gəlmişdir. Apellyasiya şikayətinə baxış zamanı İddiaçı izahatında göstərmişdir ki, Əli ilə 2013-cü ildə ailə həyatı qurmuş, ailə qurandan həyat yoldaşından bir manat olsun pul almamış, bir ay müddətində bütün qızıllarını qarşı tərəfə təqdim etmiş və indiyə kimi onlardan bir xeyir görməmişdir. Övladlarını da özü işləyib saxlamışdır. O, dəfələrlə Əlinin bütün borclarını ödəmişdir, qohumları da bilir ki, bu insan bir qəpik olsun ona pul verməmişdir. Onun pulu və evi olmadığı üçün heç bir bank ona kredit verməmiş, həkim yoldaşının evini ipotekaya qoyması müqabilində bankdan kredit götürmüşdür. Sonra o tikdiyi evini girov qoymuş, həkim yoldaşının evini geri qaytarmışdır. Evi nikah vaxtı girov qoymuşlar. Əli 18 may 2021-ci ildə notariat orqanında həmin evin girov qoyulmasına imza edərək razılığını bildirmişdir. O torpaq alan vaxtı heç keçmiş qayınatası və yoldaşının bu söhbətdən xəbəri belə olmamışdır. Sadəcə bu gün onunla mübahisə aparırlar. Torpaq bələdiyyənin olmuş və o 2020-ci ilin 18 oktyabr tarixində həmin torpağın bir sotunu 300 manat olmaqla 3 sotuna 900 manat pulu özü ödəmişdir. Sonra Naxçıvanda tikintiyə baxan “Nəqşicahan” şirkətinin müdirindən evinin tikilməsi üçün briqada verilməsini xahiş etmiş, o da demişdir ki, “necə lazımdırsa, elə də edəcəyik, 3 aya evi yekunlaşdıracağıq”. Həmin zaman qayınatası və yoldaşı ona demişlər ki, “bir gəlin olaraq bu sənin işin deyil, biz özümüz bu məsələni yoluna qoyacağıq”. Sonra qayınatası və Əli kənddən uşaqlar tapıb gətirmiş, evin tikintisinə qayınatası nəzarət etmiş, ata-oğul həmin evdə işlədikləri dövrdə yarım kiloqram mismarın belə onunla qeydiyyatını aparmış, ev tikilən zaman həmişə onun üstündən pul yemişlər. Bütün tayfa bilir ki, o evə bunlar bir qəpik olsun, pul qoymamışlar. 2021-ci ilin mart-aprel aylarında evi tikməyə başlamışlar, o ipoteka ilə pul götürmüş və qazandığı pulları özü şəxsən gətirib qayınatasına təhvil vermişdir. O, nazir müavini işləmiş və saat 8-də işdən çıxmışdır. Həmin evə o, 150.000 manata yaxın pul xərcləmiş, həmin pulun 58.000 manatını ipoteka ilə kredit götürərək, 4000 manat ayda qazandığı maaşları, həmçinin lotereya oynayaraq və bəzi yerlərdən borc alaraq ödəmişdir. İddiaçı o evə pul xərcləməmişdir. Tikinti 2021-ci ildə sona çatmışdır. Evin mebelləri və pərdələrini özü şirkətdən almışdır. Şirkətlər də təsdiqləyə bilər ki, o evin mebellərini hələ 4 ay bundan əvvəl qurtarmışdır. Əli sözügedən evə bir qəpik belə olsun, pul qoymadığı halda həmin evdən necə pay tələb edə bilər? O, 3 ildir ki, ipoteka ödəyir və 3 ay həmin ipotekanı ödəməsə, bank evi satışa çıxaracaq. 3 il ərzində haradadırlar? Heç bilmirlər ki, o banka aylıq nə qədər kredit ödəyir, uşaqları necə saxlayır? 6 il ərzində onlarla yaşadığı müddətdə onları işə düzəldən, saxlayan o, bugünkü gündə onun tikdiyi evə onunla bərabər pay almaq istəyirlər. 80 baş mal-heyvan alıblar, həmin heyvanlar da onun bankdan götürdüyü 60.000 manat kreditlə baş tutmuşdur. İddiaçı Cavabdeh izahatında göstərib ki, onlar evi tikəndə həmin ev girovda olmamışdır. Ev sonradan girova salınmışdır. Həmin ipotekanın yarısını o da ödəmişdir (hansı qəbzlər var?). Onların bir dəftəri var, orada qeyd olunmuşdur ki, həmin evə 150.000 manat pul xərclənmişdir. Zeynəb 50.000-61.000 manat arası o evə, evin əşyalarına xərcləmişdir. O, evi banklardan atasının, qardaşının adına kredit götürərək (bu kreditlər haqqında kassa sənədləri yoxdur), öz heyvanlarını, maşınını, qardaşının maşınını sataraq (bu baş vermişdirsə belə o pulların evin tikintisinə sərf olunduğuna dair hansı sübutlar təqdim olunmuşdur - ???), işləyərək (harada işləmişdir - ?) tikmiş, həmin evə 100.000 manat pul xərcləmişdir. Bütün o evin tikintisində iştirak edənlər bilir ki, evi o tikmişdir. Evin əşyalarını - divan, kreslo, soyuducu, kondisioneri Zeynəb almışdır. Zeynəblə ayrılsalar belə, usta puluna qədər o vermişdir. İddiaçının nümayəndəsi Nəcəf Mustafayev izahatında göstərdi ki, onun iki ferması olmuş, hər birində 4000-5000 toyuq saxlanılmışdır. Həmin ferma Zeynəbin dədə evində yerləşmiş və sonra Zeynəb oranı sökdürmüşdür. Onun toyuq satmaqdan xeyli qazancı olmuş, Zeynəbin puluna onların heç vaxt ehtiyacları olmamışdır. Torpağın pulunu onlar verməmişlər. Zeynəb özü ona demişdir ki, “torpağın sotunu 14000 manat verib almışıq”. Müxtəlif vaxtlarda Zeynəbin sürücüsündən 2000, 3000, 5000 manat pullar almışdır. Bütün o tikintidə işləyən ustalar Zeynəbin kənddən ustaları olmuşdur. O evin tikintisində bir nəqliyyat xərci çıxmamışdır, çünki onun özünün “Ford” maşını olmuşdur. Evin döşəməsinə qədər özləri vurmuşlar. Onun həmin zamanlar maddi vəsaiti və iki evi olmuş, həmin evin tikilməsinə ehtiyacı olmamışdır. Zeynəbə demişdir ki, gəl, iki evdən birini ipotekaya qoy, Zeynəb də cavabında ona demişdir ki, “ata, Niyazi həkimlə danışmışam, onun evini girov qoyacayıq”. Həmin evə oğlunun və onun 100.000 manat xərc çəkmələri barədə dəftərdə məlumat var. Evin tikintisinə Zeynəb 64000 manat xərc çəkmiş, qalanını isə onlar özləri qarşılamışlar. İş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etməmiş və həmin sənədlərin məzmununa istinad olunmamışdır. Ər-arvad xx.xx.2012-ci il tarixdə nikah bağlayaraq ailə qurmuş, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Apellyasiya şikayətində ailə münasibətlərinin xx.xx.2022-ci il tarixdə pozulduğunu və ailə büdcələrinin bir olmadığını göstərmişdir. 10/12 A024430 nömrəli, xx.xx.2020-ci il tarixli “torpaq sahəsinin planı və ölçüsü”nə görə Naxçıvan şəhəri, Xətai məhəlləsi, 4/2B ünvanında yerləşən 0.034 ha torpaq sahəsi İddiaçı adına Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Dövlət Torpaq Kadastrı kitabında qeydə alınmışdır. MH seriyalı, ******* nömrəli “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dan aydın olur ki, ünvan 1 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsi və onun üzərində inşa edilmiş, sahəsi 180.64 m2 olan fərdi yaşayış evi xx.xx.2021-ci il tarixdə dövlət reyestrində İddiaçı adına qeydiyyata alınmışdır. Torpaq sahəsi və fərdi yaşayış evi nikahda olduqları müddətdə əldə edilməsinə baxmayaraq onlar ümumi gəlirlər hesabına deyil, yalnız İddiaçı gəlirləri və görünüş üçün bağlanmış alqı-satqı və ipoteka müqaviləsi əsasında bankdan aldığı kredit (pul) vəsaiti hesabına qazanılmışdır. Keçmiş ər məhkəmə iclasında bildirib ki, torpaq sahəsi və fərdi yaşayış evinin əldə olunduğu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş, gəlirlər əldə etmiş və həmin vəsaiti ailənin ümumi ehtiyaclarının ödənilməsinə, qeyd olunan fərdi yaşayış evinin inşa edilməsinə sərf etmişdir (təbii ki, heç bir sübut mövcud deyil). Tərəflər mübahisəli fərdi yaşayış evinin inşa edilib qurtarmasına 150.000 manat pul vəsaiti xərcləndiyini, keçmiş ər isə həmin vəsaitdən 64000 manatın İddiaçı tərəfindən, qalan məbləğin isə özü tərəfindən həyata keçirildiyini, nəqliyyat xərclərinin (inşaat materiallarının daşınması və s.) keçmiş ər yenə Cavabdeh tərəfdən qarşılandığını Cavabdeh özü tərəfdən göstərmişlər (təbii ki, heç bir sübut mövcud deyil). 2304/01/İPK nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ona məxsus daşınmaz əmlakı (Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 79, mənzil 37) alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiyməti 58000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 10000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 48000 manatı isə kreditor ipoteka saxlayan tərəfindən xx.xx.2021-ci il tarixli, 2304/01/İPK nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. 1805/01/İPK nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə görə ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlakı (ünvan 1) 1805/01/İPK nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin (illik 8 faiz dərəcəsi ilə verilmiş 48000 manatın) icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmiş, öhdəliyin icra müddəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən xx.xx.2046-cı il tarixədək müəyyən edilmişdir. Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Apellyasiya məhkəməsi İddiaçı apelyasiya şikayətinin təmin edilməməsini və Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-713/2023 nömrəli, 7 sentyabr 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət etmişdir. Məhkəmə göstərmişdir ki, “İddiaçı tərəfin məhkəmə iclasında göstərdiklərindən isə bəlli olur ki, mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin əldə olunduğu dövrdə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq (bu hal cavabdeh tərəfindən inkar olunmamışdır) gəlirlər əldə etmiş və həmin vəsait ailənin ümumi ehtiyaclarının ödənilməsinə, qeyd olunan fərdi yaşayış evinin inşa edilməsinə sərf olunmuşdur”. Halbuki, iddiaçı tərəfin məhkəmə iclasında göstərdiklərindən mübahisəli torpaq sahəsi və fərdi yaşayış evinin əldə olunduğu dövrdə iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq (??? – hansı sahibkarlıq fəaliyyətindən söhbət gedir, bunun dövriyyəsi nədən ibarət olmuşdur və bununla bağlı müvafiq lokal vergi orqanından hansısa reyestr və qeydiyyat haqqında sənədlər sübut qismində məhkəməyə təqdim olunmamışdır, yaxud bu qanunsuz sahibkarlıq olmuşdursa, bunu təsdiq edən hansı sənədlər və yaxud prosessual digər sübutlar məhkəməyə hər iki instansiya daxil olmaqla təqdim olunmamışdır ki, son nəticədə məhkəmə başqaca digər olması mümkün sübutlara baxmadan, tədqiq etmədən və qiymətləndirmədən bu qənaətə gəlməklə qərəzli olaraq iddiaçının mövqeyini dəstəkləmişdir və (bu hal cavabdeh tərəfindən inkar olunmamışdır (??? – bu haqda cavabdehin münasibəti soruşulmamışdır və bununla bağlı məhkəmə iclas protokollarına hər hansı qeyd aparılmamışdır və demək ki, bu qənaət də sübut qismində qəbul edilmək üçün əsaslı arqumentlərdən məhrumdur)) gəlirlər (??? – hansı gəlirlərdən söhbət gedir və bununla bağlı məhkəməyə hansı sübutlar təqdim olunmuşdur, ümumiyyətlə bu gəlirlər nədən və yaxud nələrdən ibarətdir ki, məhkəmə sözügedən “gəlirlərin” həqiqətən iddiaçı tərəfindən əldə edilmiş olmasına tam qənaət gətirmişdir. Məhkəməni belə bir əsassız və sübutlardan məhrum qənaətə gəlməyə hansı əsaslar sövq və təşviq etmişdir. Bu sualın cavabını da təəssüf ki, məhkəmə qətnaməsində tapa bilmirlər və bütün cəhdlər buna yönəlsə də, məhkəmə digər qənaətləri kimi bunlara da hansı sübut əldə etmə və tədqiqi metodologiyası ilə gəlmiş olduğunu izah etməyə təşəbbüs və o cümlədən ən kiçik cəhd belə göstərməmişdir, sözügedən məhkəmə qətnaməsinin hər hansı bir hissəsində bir dəfə olsun da belə cəhdin şahidi olmurlar) əldə etmiş (nağd, köçürmə və yaxud hansı yolla bu əldə etmə faktı baş tutmuşdur?) və həmin vəsaitin (hansı vəsaitdir bu və nə ilə sübut olunur?) ailənin ümumi ehtiyaclarının (hansı ehtiyaclar idi və bunlar nələrlə, yəni hansı sənədlərlə öz təsdiqini tapmışdır və yaxud da tapa bilərdi?) ödənilməsinə, qeyd olunan fərdi yaşayış evinin inşa edilməsinə sərf olunmuşdur (bu “faktı” təsdiq edən hansı sübutlar məhkəməyə təqdim olunmuşdu ki, məhkəmə bu qənaətə gəlmişdi?)” kimi qənaəti əsassız və iddiaçının mövcud olmayan, məhkəməyə təqdim olunmayan “sübutlarına” görə əsassız, yanıldıcı və qanunsuzdur. “Tərəflər mübahisəli fərdi yaşayış evinin inşa edilib qurtarmasına 150.000 manat pul vəsaiti xərcləndiyini, iddiaçı tərəf isə həmin vəsaitdən 64000 manatın cavabdeh tərəfindən, qalan məbləğin isə iddiaçı tərəfindən həyata keçirildiyini, nəqliyyat xərclərinin (inşaat materiallarının daşınması və s.) iddiaçı tərəfdən qarşılandığını göstərmişlər.” İddiaçının öz şəxsi maşını, avtonəqliyyat vasitəsi olmamışdır. Bunu cavabdeh məhkəmə iclasında qeyd etsə də, bu haqda müvafiq qeyd məhkəmə iclası protokolunda öz əksini tapmamışdır. Qeyd edilən avtomobil “Cahan” holdinq şirkətinin keçmiş “Çəmən” marketinin istifadəsində olmuşdur ki, iddiaçı həmin şirkətdə sürücü kimi və yaxud onun oxşarı vəzifədə işləmişdir. Bundan başqa nəzərdə tutulan avtomobil heç də iri qabaritli yükləri, xüsusən də ev tikintisi üçün zəruri olan materialları daşımaq gücünə malik olan avtomobil deyildir. İddiaçı tərəf isə həmin vəsaitdən 64000 manatın cavabdeh tərəfindən, mübahisəli fərdi yaşayış evinin inşa edilib qurtarmasına 150.000 manat pul vəsaiti xərcləndiyini, qalan hissənin isə özü tərəfindən həyata keçirildiyini bildirmişdir. Bununla bağlı yenə iddiaçı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Həmçinin məhkəmə Ailə Məcəlləsinin 32.3-cü maddəsi müəyyən edilmiş olan “nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzrlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir” prezumpsiyasına toxunsa da, əslində iddiaçının nikah dövründə müstəqil qazancı olmadığını qəbul etmişdir. Bunun üzrlü olması səbəbinin isə nədən ibarət olduğunu göstərməmişdir. Halbuki iddiaçı işləməmişdir, sahibkarlıq fəaliyyəti ilə bağlı iddiaları sadəcə atası səsləndirmişdir və həmçinin nə iddiaçının, nə də atasının hər hansı puluna cavabdehin ehtiyacı olmamışdır. Belə ki, o, açıq internet məlumatlarından da bilindiyi kimi, Naxçıvan MR Səhiyyə nazirinin müavini olmuşdur və bu yüksək vəzifəsinə görə də hər zaman yüksək əmək haqqı, mükafatlar və on üçüncü təbir edilən əmək haqları almışdır. Son nəticədə cavabdehin əmək haqqı ilə bağlı arayışın surəti hər iki instansiyada təqdim edilsə də, hər iki məhkəmə buna əhəmiyyət verməmişdir. İddiaçı evin tikintisinə hər hansı xərc sərf etməmişdir, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir və həmçinin cavabdehin sürücüsü işləmiş şahid də dəfələrlə əldən iddiaçının atasına tikinti üçün pullar verdiyini bildirmişdir. Habelə iddiaçı ümumiyyətlə hər hansı bir işdə işləməmişdir və uşaqlarla məşğul olmamışdır və sahibkarlıq fəaliyyəti və sair kimi üzrlü səbəblər olmadan işləməmiş və müstəqil qazanca da malik olmamışdır. İddiaçının atası tərəfindən aparılan quşçuluq işindən isə əldə olunmuş hər hansı gəlirlərdən cavabdehin özünün şəxsi və ümumi ailəsinin saxlanılmasına dair xərcləmələrinə heç bir məbləğdə vəsait sərf olunmamışdır. Və bu faktı da təkzib etməli olacaq sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin torpaq sahəsi də cavabdehin şəxsi vəsaiti hesabına alınmışdır və bunu iddiaçı tərəf də tam olaraq qəbul edir. Hazırkı vəziyyətdə evin yerləşdiyi torpaq sahəsinin qiyməti dəfələrlə əvvəlki start vəziyyətindən bahalıdır ki, bunu məhkəmə yenə qərar qəbul edərkən nəzərə almamışdır. Beləliklə də, ər-arvad arasında ümumi əmlakın bərabər bölünməsi nəzərdə tutulsa da istisna hallar mövcuddur. Bu müstəsna hal kimi Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə tənzimlənir. Bu barədə Ali Məhkəmənin “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” plenum qərar layihəsinin məzmunu da təsdiq edir. Qərara görə, maddəyə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və ya ərin (arvadın) diqqətəlayiq mənafeyini nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər: “payların qeyri-bərabər bölünməsi ailə üzvlərindən birinin əsassız şəkildə, üzrlü səbəb olmadan gəlir əldə etmədiyi hallarda da tətbiq edilə bilər. Eləcə də, ailə vəsaitinin pis vərdişlərə xərclənməsi halı nəzərə alınaraq əmlak bölgüsü qeyri-bərabər bölünə bilər. Hətta qanun deyir ki, ər və ya arvad ev təsərrüfatı ilə məşğul olur, uşaqlara qulluq etməsi səbəbindən işləmirsə, bu zaman həmin ər-arvad ümumi əmlakda bərabər paya malik hesab olunur. Lakin tərəflərdən biri hüquqlarından sui-istifadə edirsə, ailə təsərrüfatında əldə edilənləri ailə mənafeyinə zidd şəkildə xərcləyirsə, bu zaman əmlak bölgüsü qeyri-bərabər formada aparılır. İşin faktiki halları da göstərir ki, iddiaçı evin, ailənin və ev təsərrüfatının saxlanılması üçün hansısa iştirakını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir, üzrlü səbəblərdən işləmədiyinə dair məhkəməyə əsaslı sübutlar və həm də ümumiyyətlə sübut təqdim etməmişdir, özü hüquqlarından sui-istifadə etmişdir. Evin tikilməsində isə xüsusi rola malik olmamışdır və özünün və atasının da qeyd etdiyi kimi bununla bağlı onlara pullar ödənilmişdir. Həmçinin tərəflərdən biri olan iddiaçı hüquqlarından sui-istifadə etməklə, ailə təsərrüfatında yalnız cavabdehin əmək fəaliyyəti hesabına əldə edilənləri ailə mənafeyinə zidd şəkildə xərcləmişdir, bu barədə cavabdehlə söhbətdə onun mövqeyi belə olmuşdur və məhz buna görə də bu zaman əmlak bölgüsü qeyri-bərabər formada aparılmalı olmasına baxmayaraq hər iki instansiya məhkəməsi əsassız olaraq evdə payları bərabər bölmüşdür. Belə olan halda uşaqların ananın yanında qalmaqla bərabər həmin uşaqların yaşamaq, istifadə, müalicə və təhsil kimi hüquqlarının daha dar mənzildə aparılmasına gətirib çıxarmışdır. Həmçinin iddiaçı uzun müddətdir ki, xarici ölkədə yaşayır və özü şəxsən uşaqlarla bərabər yaşamır və ünsiyyət saxlamağa da cəhd etmir. Yalnız bərabər bölünən evə dair iddialarında iddiaçının atasının həmin evdə yaşamaq istəməsi, iki evi ola-ola, özünün deməsinə görə cavabdehin və azyaşlı uşaqlarının hüquqlarını pozmaqdadır. Həmçinin birgə nikah dövründə İddiaçı həm evin tikintisi zamanı, həm evə mebel əşyaları alınan zaman və həmçinin Cavabdeh təqribən 2013-2021-ci illərdə Culfa rayon Xanəgah kəndində yaşadığı və təsərrüfatla məşğul olduğu zaman onun təsərrüfatına alınan heyvanların alınması və saxlanması üçün tələb olunan vəsaitləri ödəmişdir və hazırda buna görə də yenə borcları yaranmışdır ki, yuxarıdakı qanunvericilik müddəalarından da göründüyü kimi, bunları da keçmiş ərindən tələb etmək hüququ vardır. Belə ki, mebel hissəsində iddiaçı Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında göstərib ki, onlar evi tikəndə həmin ev girovda olmamışdır. Ev sonradan girova salınmışdır. Həmin ipotekanın yarısını o da ödəmişdir (??? – hansı qəbzlər var?). Onların bir dəftəri var, orada qeyd olunmuşdur ki, həmin evə 150.000 manat pul xərclənmişdir. Zeynəb 50.000-61.000 manat arası o evə, evin əşyalarına xərcləmişdir. O, evi banklardan atasının, qardaşının adına kredit götürərək (bu kreditlər haqqında kassa sənədləri yoxdur axı - ???), öz heyvanlarını, maşınını, qardaşının maşınını sataraq (bu baş vermişdirsə belə o pulların evin tikintisinə sərf olunduğuna dair hansı sübutlar təqdim olunmuşdur - ???), işləyərək (harada işləmişdir - ?) tikmiş, həmin evə 100.000 manat pul xərcləmişdir. Bütün o evin tikintisində iştirak edənlər bilir ki, evi o tikmişdir. Evin əşyalarını - divan, kreslo, soyuducu, kondisioneri Zeynəb almışdır. Zeynəblə ayrılsalar belə, usta puluna qədər o vermişdir. İddiaçı Cavabdeh evin əşyalarını - divan, kreslo, soyuducu, kondisioneri Zeynəb almışdır ifadəsi ilə bu faktı etiraf etmişdir. Yuxarıda yazılanlardan göründüyü kimi, 2304/01/İPK nömrəli, xx.xx.2021-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsindən görünür ki, satıcı ona məxsus daşınmaz əmlakı (Naxçıvan şəhəri, İstiqlal küçəsi, bina 79, mənzil 37) alıcı-ipoteka qoyan İddiaçı mülkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiyməti 58000 manat müəyyən edilmiş, mənzilin dəyərinin 10000 manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 48000 manatı isə kreditor-ipoteka saxlayan tərəfindən xx.xx.2021-ci il tarixli, 2304/01/İPK nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmişdir. 1805/01/İPK nömrəli, xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsinə görə ipoteka qoyan İddiaçı mülkiyyət hüququ ilə ona məxsus olan daşınmaz əmlakı (ünvan 1) 1805/01/İPK nömrəli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin (illik 8 faiz dərəcəsi ilə verilmiş 48000 manatın) icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmiş, öhdəliyin icra müddəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən xx.xx.2046-cı il tarixədək müəyyən edilmişdir. Bunlardan anlaşılır ki, evin inşası üçün iddiaçı ən az 58 min manat kreditlərdən olmaqla evin inşasına da pul xərcləmişdir. Bundan başqa iddiaçının Culfa rayon Xanəgah kəndində olan təsərrüfatın qurulmasına və fəaliyyətinə pul xərcləmişdir. Lakin iddiaçı sonradan onun ata həyətində olan torpaqda qurulmuş təsərrüfatı söküb aparmışdır və əlavə ən az 80 baş qoyunu sataraq ona maddi ziyan vurmuşdur. Bundan başqa cehiz mallar da ev mebelləri də iddiaçının vəsaiti hesabına alınmışdır. Sözügedən ipoteka predmetinin, yəni daşınmaz əmlakın barəsində tərtib olunmuş ödəniş qrafikində göstərilmiş tələblərə görə verilmiş kreditin əsas məbləği 48000 (qırx səkkiz min) manatdır. İllik faizi 8 %, müddəti isə 300 aydır. Yekun ödənilməli olan faiz məbləği 62907.94 (altmış iki min doqquz yüz yeddi manat 94 qəpik) manatdır. Əsas borcun və yekun ödənilməli faiz məbləğinin birlikdə cəmi 110907.94 (bir yüz on min doqquz yüz yeddi manat 94 qəpik) manatdır. Kreditin ilkin ödənişi iddiaçı tərəfindən 10.000 (on min) manat məbləğində ödənilmişdir. Bu daşınmaz əmlakın ipoteka qoyulması nəticəsində yaranmış borc məbləği ilkin ödəniş hissəsi və Əsas borcun və yekun ödənilməli faiz məbləğinin birlikdə cəmi ilə 120907.94 (bir yüz iyirmi min doqquz yüz yeddi manat 94 qəpik) təşkil edir. Sözügedən borc keçmiş ər-arvad arasında bölünməli olduğundan bu borcu tərəflər arasında böldükdə hər tərəfin borcu 60453.97 (altmış min dörd yüz əlli üç manat 97 qəpik) təşkil edir. Bundan başqa iddiaçı xx.xx.2021-ci il tarixində Evim AVM-də "xxxx" MMC-dən ev əşyaları almışdır. Malların seriya nömrəsi zəmanət talonunda D-8-114 kimi göstərilmişdir. Həmin alqı-satqı nisyə satış müqaviləsi ilə həyata keçirilmişdir. Nisyə satış müqaviləsinə əlavə 1-də borcun məbləği 48300.00 (qırx səkkiz min üç yüz manat 00 qəpik) manat olaraq göstərilmişdir. Alınmış bu borc da birgə nikah dövründə olduğundan sözügedən borc keçmiş ər-arvad arasında bölünməli olduğundan bu borcu tərəflər arasında böldükdə hər tərəfin borcu 241450.00 (iyirmi dörd min bir yüz əlli manat 00 qəpik) təşkil edir. Bundan başqa iddiaçı 25 avqust 2021-ci il tarixdə X21 tərtib olunmuş qaimə-fakturaya əsasən Kombi BYDHE + Radiator + otaq termostatı adında malları almışdır. Alınmış malların qiyməti 4880.00 (dörd min səkkiz yüz səksən manat 00 qəpik) manat təşkil edir. Alınmış bu borc da birgə nikah dövründə olduğundan Sözügedən borc keçmiş ər-arvad arasında bölünməli olduğundan bu borcu tərəflər arasında böldükdə hər tərəfin borcu 2440.00 (iki min dörd yüz qırx manat 00 qəpik) təşkil edir. Bundan başqa iddiaçı 09 oktyabr 2021-ci il tarixdə Nurlu xalça aləmi mağazasından tərtib olunmuş qaiməfakturaya əsasən 17 adda İran və Türk xalçaları və o cümlədən oboy örtükləri adında malları almışdır. Alınmış malların qiyməti 10200.00 (on min iki yüz manat 00 qəpik) manat təşkil edir. Alınmış bu borc da birgə nikah dövründə olduğundan və sözügedən borc keçmiş ər-arvad arasında bölünməli olduğundan bu borcu tərəflər arasında böldükdə hər tərəfin borcu 5100.00 (beş min bir yüz manat 00 qəpik) təşkil edir. Naxçıvan MR Səhiyyə Nazirliyi tərəfindən 05 iyun 2023-cü il tarixdə verilmiş əmək haqqı haqqında arayışa əsasən iddiaçının 2020-ci ilin may ayından 2023-cü ilin may ayınadək almış olduğu əmək haqqı yekunda 119604.59 manat təşkil edir. Bu fakt sübut edir ki, iddiaçının kifayət qədər maddi imkanı olmuşdur və o bu xərcləri həqiqətən də özü çəkmişdir. Bundan başqa iddiaçı əmlakın sığortasının ödənilməsi məqsədilə ayrı-ayrı tarixlərdə 40, 158.40, 168 manat olmaqla 366.40 manat ödəmişdir. Cavabdehin bu xərcdə ödəməli olduğu borc 183.20 manat təşkil edir. Həmçinin ipoteka kağızının qeydiyyat rüsumu 5 manat və əlavə qeydiyyat üçün 5 manat olmuşdur. Cavabdehin ödəyəcəyi məbləğ bu xərcdə 5 manat təşkil edir. Hesab açmaq üçün xidmət haqqı 5 manatı da iddiaçı ödəmişdir ki, cavabdehin borcu 2.50 manat təşkil edir. İpoteka müqaviləsinin notarial qeydiyyatı üçünsə iddiaçı 50.60 manat ödəmişdir ki, bu xərcdə də cavabdehin ödəməli olduğu məbləğ 25.30 manat təşkil edir. Bundan başqa iddiaçı icbari mediasiya sessiyası üçün 50 manat daha ödəmişdir ki, bu xərcdə də cavabdehin ödəməli olduğu məbləğ 25 manat təşkil edir. Hesab edirik ki, keçmiş nikah dövründə arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü və ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradan öhdəliklərin və əldə edilmiş əmlak aktivlərinin bölünməsi tələbinə (onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsinə) dair qətnamə qəbul edilməlidir. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə 05 fevral 2025-ci il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, 09 oktyabr 2021-ci il tarixdə Nurlu xalça aləmi mağazasından 17 adda İran və Türk xalçaları və o cümlədən oboy örtükləri alınmış mallara görə borcu 5100.00 (beş min bir yüz manat sıfır qəpik) manat hissəsinin daha artırılaraq tələb hissəsinin bu epizodda 5900.00 (beş min doqquz yüz manat sıfır qəpik) manatın birinci Cavabdeh tutularaq iddiaçıya ödənilməsinə dair qətnamə qəbul edilməsini və elektron kabinetdə göndərdikləri iddia həcminin artırılması ərizəsinin nəzərə alınmamasını məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-75/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbinin həcminin artırılmasına dair ərizəsi təmin edilməsi və iddia tələbinə keçmiş birgə nikah dövründə arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü və ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradan öhdəliklərin və əldə edilmiş əmlak aktivlərinin bölünməsi tələbinə (onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsinə) dair qətnamə qəbul edilməsini, qətnamədə aşağıdakı xərclər olan cəmi 167184.97 (bir yüz altmış yeddi min bir yüz səksən dörd manat doxsan yeddi qəpik) manat pulun Cavabdeh alınaraq İddiaçı verilməsini, belə ki, iddiaçının ata həyətində olan torpaqda Culfa rayon Xanəgah kəndində olan qurulmuş təsərrüfatın iki tövlənin sökülməsi nəticəsində dəymiş ziyan olan ən az 50000 (əlli min) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, əlavə ən az 80 baş boğaz qoyunu həyətdən atası ilə aparıb sataraq ona vurduğu ən az 24000 (iyirmi dörd min) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, sözügedən ipoteka predmetinin yaranmış borcu üzrə 60453.97 (altmış min dörd yüz əlli üç manat doxsan yeddi qəpik) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi, xx.xx.2021-ci il tarixində Evim AVM-də "xxxx" MMC-dən ev əşyaları alındığına görə borcu 24150.00 (iyirmi dörd min bir yüz əlli manat sıfır qəpik) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, 25 avqust 2021-ci il tarixdə X21 tərtib olunmuş qaimə-fakturaya əsasən Kombi BYDHE + Radiator + otaq termostatı adında alınmış mallara görə 2440.00 (iki min dörd yüz qırx manat sıfır qəpik) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, 09 oktyabr 2021-ci il tarixdə Nurlu xalça aləmi mağazasından 17 adda İran və Türk xalçaları və o cümlədən oboy örtükləri Alınmış mallara görə borcu 5900.00 (beş min doqquz yüz manat sıfır qəpik) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi, əmlakın sığortasının ödənilməsi məqsədilə 183.20 (bir yüz səksən üç) manat, ipoteka kağızının qeydiyyat rüsumu 5 (beş) manat, hesab açmaq üçün xidmət haqqı 2.50 (iki manat əlli qəpik) manat, İpoteka müqaviləsinin notarial qeydiyyatı üçün 25.30 (iyirmi beş manat otuz qəpik) manat, icbari mediasiya sessiyası üçün 25 (iyirmi beş) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsini, ödənilmiş dövlət rüsumu olan 456.38 (dörd yüz əlli altı manat otuz səkkiz qəpik) manatın, 1 (bir) manat bank xidmət haqqının və çəkilmiş digər xərclərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi həddində baxılması qərara alınmışdır. İddiaçının vəkili və nümayəndəsi Nümayəndə 03 fevral 2025-ci il tarixdə məhkəməyə ikinci cavabdehin cəlb edilməsinə dair vəsatət göndərərək vəsatətdə qeyd etmişdir ki, İddiaçı tərəfindən Cavabdeh qarşı nikah dövründə arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü və ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradan öhdəliklərin və əldə edilmiş əmlak aktivlərinin bölünməsi tələbinə (onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsinə) dair iddia ərizəsinə əsasən başlanmış mülki iş hal-hazırda aidiyyatı üzrə məhkəmə icraatındadır. Məhkəmədə cavabdehin də bildirdiyi kimi, iddiaçının atasının mülkiyyətində olan Culfa rayon Xanəgah kəndində yerləşən həyətyanı evin həyətində tikilmiş olan iki ferma binasının sonradan cavabdeh və onun atası tərəfindən sökülərək bütün mal-materialların həmin ərazidən qanunsuz çıxarılaraq iddiaçının anasının və iddiaçının rəhmətə getmiş atasının iş üzrə maraqlı varislərinə vurulmuş olan külli miqdarda ziyan mövcuddur. Bundan başqa, bu iş üzrə dəymiş ziyanın ödənilməsi tələbi ilə iddiaçı və anası tərəfindən Culfa RPŞ-nə şikayət ərizəsi ilə müraciət edilsə də, işin mülki xarakterli olduğu qeyd edilərək iş üzrə cinayət işinin başlanmasından rədd edilmişdir. Həmçinin həmin ferma üzrə də aparılmış olan cavabdeh və onun atası tərəfindən 80 baş qədər boğaz qoyunun da qanunsuz olaraq çıxarılıb satılmış olması faktı həqiqi mülkiyyətçilərin maraqlarına, o cümlədən də iddiaçının maraqlarına ziyan vurmuşdur. Fakt üzrə ikinci cavabdeh qismində cəlb etmək istədikləri şəxs cavabdehin atası olan və işə nümayəndə qismində müdaxilə edən X17r. Onun faktiki yaşadığı ünvan Naxçıvan şəhəri, 58-ci məhəllə, ev 25-dir. İkinci şəxs nümayəndə olan cavabdehin atası X11 iddiaçının atasının mülkiyyətində olan Culfa rayon Xanəgah kəndində yerləşən həyətyanı evin həyətində tikilmiş olan iki ferma binasının sonradan cavabdeh və onun atası tərəfindən sökülərək bütün mal-materialların həmin ərazidən qanunsuz çıxarılaraq iddiaçının anasının və iddiaçının rəhmətə getmiş atasının iş üzrə maraqlı varislərinə vurulmuş olan külli miqdarda ziyanla əlaqədar olaraq və həmçinin həmin fermalardan cavabdeh və onun atası tərəfindən 80 baş qədər boğaz qoyunun da qanunsuz olaraq çıxarılıb satılmış olması faktı üzrə hazırkı baxılan iş üzrə ikinci cavabdeh qismində işə cəlb olunmasının təmin edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin e-2(078)-75/2025 nömrəli, 05 fevral 2025-ci il tarixli qərardadı ilə iddiaçının vəkili və nümayəndəsi Nümayəndə vəsatətinin təmin edilməsi və İddiaçı Cavabdeh qarşı nikah dövründə arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü və ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradan öhdəliklərin və əldə edilmiş əmlak aktivlərinin bölünməsi (onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsinə dair) tələbinə dair mülki iş üzrə X11 cavabdeh qismində mülki işə cəlb edilməsi qərara alınmışdır. Cavabdeh nümayəndəsi X24 28 oktyabr 2024-cü il tarixdə məhkəməyə etiraz ərizəsi göndərərək qeyd etmişdir ki, İddiaçı Naxçıvan şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh nikah dövründə arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü və ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradan öhdəliklərin və əldə edilmiş əmlak aktivlərinin bölünməsi tələbinə onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsinə aşağıdakı şəkildə öz etirazını bildirir. Məlum edir ki, İddiaçı Cavabdeh ilə xx.xx.2012-ci ildə Naxçıvan şəhər Nikah Evində rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahdan 09 yanvar 2013-cü il təvəllüdlü X34 və 12 iyul 2017-ci il təvəllüdlü X29 doğulmuşdur. İddiaçı ilə aralarında bağlanmış olan nikah Naxçıvan Şəhər Məhkəməsinin 31 may 2022-ci il tarixli 2(078)-518/2022 nömrəli qətnaməsi ilə pozulmuşdur. Cavabdeh 26 aprel 2023-cü il tarixdə İddiaçı qarşı Naxçıvan Şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı adına olan ünvan 6 ünvanında yerləşən evə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. O sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsi və onun üzərində yerləşən 180.640 kv.m fərdi yaşayış evində 1/2 hissədə payının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsi əsasında iddia tələbi əsaslı olduğundan təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilən apellyasiya və kassasiya şikayəti təmin olunmamışdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Naxçıvan Şəhər Məhkəməsinin payların müəyyən olunması ilə bağlı keçirdiyi iclasında evə 61000 manat pul vəsaitinin Mustafayeva Zeynəb tərəfindən çəkildiyini bildirmişdir. Bununla bağlı olaraq iddiaçı onu da qeyd etməmişdir ki, həmin məhkəmə baxışı iclasında tərəfindən yaşayış evinin tikilməsi ilə bağlı həmin tikintinin aparılmasını özündə təsdiq edən dəftəri də məhkəməyə təqdim etmişdir. İddiaçının vəkalətli nümayəndəsi olan Quliyev X23 Şəhər Məhkəməsinin icraatında olmuş, qanuni qüvvədə olan payların müəyyən olunması ilə bağlı qətnaməyə istinad edərək göstərmişdir ki, 16 oktyabr 2023-cü il tarixli daşınmaz əmlakın dövlət reyestrinin arayışına görə yaşayış evi "xxxx" ASC-də 23 aprel 2046-cı il tarixədək girovdadır, məhkəmə əsassız olaraq qətnamə qəbul etmişdir. Qanunun tələbinə əsasən bir məhkəmə baxışında müəyyən olunmuş hallar digər işdə preyudusial əhəmiyyət kəsb etməklə mübahisələndirilmir. İddia tələbi həmin hissədə yalnız qüvvədə olan Naxçıvan Şəhər Məhkəməsinin qətnaməsinin əsassız olması kimi səciyyələndirilir və heç bir hüquqi əsasa söykənmir. İddia tələbində qeyd olunur ki, Cavabdeh sözügedən evə bir qəpik də olsun pul vəsaiti qoymamışdır. Halbuki evə çəkilən xərclər birgə nikah dövründə aparılmışdır. Bundan başqa Əlinin həmin evə xərc çəkmədiyinə dair iddiaya hər hansı bir sübut təqdim etməmişdir. Nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ərarvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər- arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. İddia tələbi yaşayış evinə çəkilən xərcə dair hissədə sözçülükdən və rəqəm yığınından ibarət olmaqla heç bir hüquqi nəticənin əldə olunması üçün zəmanət yaratmır. İddia ərizəsinə həmçinin o da qeyd edilir ki, iş materiallarında olan və birinci instansiya məhkəməsində tədqiq edilən sənədlər məhkəmə kollegiyasının araşdırmasının predmetini təşkil etməmiş, həmin sənədlərin məzmununa istinad olunmamışdır. Qeyd etmək istəyir ki, payların müəyyən olunması ilə bağlı keçirilən məhkəmə iclasında, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasında işə yalnız məhkəməyə təqdim olunan sübutlar əsasında baxılmış və qanuni qərar qəbul edilmişdir. İddiaçı onu da israrla bildirir ki, evə çəkilən xərclər onun tərəfindən aparılmış və əşyalar onun tərəfindən alınmışdır. Lakin bunla bağlı olaraq o məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. İddia ərizəsində o da qeyd olunmuşdur ki, torpaq sahəsi və fərdi yaşayış evi nikahda olduqları müddətdə əldə edilməsinə baxmayaraq onlar ümumi gəlirlər hesabına deyil, yalnız İddiaçı gəlirləri və görünüş üçün bağlanmış alqı-satqı və ipoteka müqaviləsi əsasında bankdan aldığı kredit (pul) vəsaiti hesabına qazanılmışdır. Qeyd etmək istəyir ki, alqı-satqı müqaviləsi görünüş üçün bağlanmamış və mübahisələndirilməmişdir. Ona görə də həmin müqaviləyə görünüş üçün bağlanmış müqavilə olmasının deyilməsi yanlışlıqdır. İddiaya əsasən İddiaçı iş yerindən əmək haqqı alınmış və digər gəlirləri olmamışdır. İddiaçı belə bir gəlir əldə etmiş olsaydı bu barədə iddiaya sübut olaraq gəlirlərinin olması barədə sənəd təqdim etməliydi. Bundan başqa ipoteka ilə bağlı iddia tələbində qeyd olunan müddəalarla onu da bildirmək istəyir ki, ipoteka borcu birgə nikah dövründə yarandığından həmin borc keçmiş ər-arvadın borcu sayılmaqla bərabər sayılır. Həmin hissədə iddia tələbi tərəflərindən qismən qəbul olunur. İddia ərizəsinə nəzər yetirdikdə belə məlum olur ki, ərizə yalnız payların müəyyən olunması ilə bağlı Naxçıvan Şəhər Məhkəməsinin və bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının qüvvədə olan qətnamələrinin müzakirə olunmasından ibarətdir. İddia ərizəsində həmçinin qeyd olunur ki, Cavabdeh heç bir yerdə işləməmiş, uşaqlarla məşğul olmamış, sahibkarlıq fəaliyyəti və digər fəaliyyətlərlə məşğul olmamış, müstəqil qazanca malik olmamışdır. İddia ərizəsində bunlar sadalansa da həmin halları təsdiq edən sübutlar ərizəyə əlavə olunmamışdır. Onu da qeyd etmək istəyir ki, Naxçıvan Şəhər Məhkəməsində daşınmaz əmlaka payların müəyyən olunması ilə bağlı mülki işə baxılmışdır. Həmin işdə yaşayış evinə çəkilən xərclərlə bağlı tələb mövcud olmamışdır. İddia ərizəsində o da qeyd edilir ki, ipoteka üzrə yekun pul məbləği 110907.94 manatdır və hər bir şəxsin payı 60453.97 manat təşkil edir. Əsas borc isə 480000 manatdır. İpoteka krediti üzrə payların müəyyən olunması tələbi irəli sürülməli olduğu halda 60453.97 manat pul vəsaitinin Cavabdeh alınıb iddiaçıya verilməsi tələbi irəli sürülmüşdür. İddia tələbində həmçinin o da qeyd olunur ki, iddiaçının ata həyətində olan torpaqda Culfa rayonunun Xanəgah kəndində olan qurulmuş təsərrüfatın iki tövlənin sökülməsi nəticəsində dəymiş ziyan olaraq ən azı 50000 manat cavabdehdən alınıb iddiaçıya verilsin. Lakin tövlənin onun tərəfindən inşa olunmasını təsdiq edən sübutu məhkəməyə təqdim etməli olduğu halda bunu etmədən tövlənin sökülməsi ilə bağlı ona dəymiş ziyanının tələb olunması absurd fikirdən başqa bir şey deyildir. Onu qeyd etmək istəyir ki, tövlələr onun tərəfindən 2013-cü il tarixdə inşa olunmuş və iddiaçıya həmin tikililərin heç bir aidiyyəti yoxdur. Atasının ona verdiyi etibarnamə əsasında idarə edilmişdir. Tövlənin saxlanılması və heyvanların yedizdirilməsi ilə bağlı olunması ilə bağlı "xxxx" ASC-dən 2018-ci ildə 7000 (yeddi min) manat və sonradan isə 15000 (on beş min) manat kredit götürmüş və həmin ödəniş cədvəllərində tövlənin tikilməsi üçün pul vəsaitinin götürülməsi öz əksini tapır. Tövlələr və heyvanlar ona aid olmuş, Əliyə heç bir aidiyyəti olmamış, o sadəcə heyvanlara baxıcılıq etmişdir. Tövlələri özü tikmiş, özü də sökmüşdür və iş üzrə belə olan təqdirdə cavabdehlik Əliyə deyil, ona qarşı irəli sürülməli idi. Heyvanların və tövlənin iddiaçıya məxsus olması yalan və böhtandan başqa bir şey deyildir. Bundan başqa iddia tələbində 25 avqust 2021-ci il tarixdə X5imə-faktura əsasında alınmış mallara görə 2440 (iki min dörd yüz qırx) manatın cavabdehdən alınıb iddiaçıya verilməsi tələb olunur. Əgər həmin mallar birgə nikah dövründə alınmışdırsa, həmin əşyaların salamatlığı onlara zərər vurulmadan həyata keçə bilmirsə, evin istilik sistemini nizamlayırsa, iddiaçı həmin evdə yaşayıb istilik sistemindən yararlanırsa onda nə üçün həmin əşyaların dəyəri cavabdehdən alınıb iddiaçıya verilməlidir? İddia ərizəsində o da həmçinin qeyd edilir ki, Nurlu xalça aləmi mağazasından 17 adda türk xalçaları və oboy örtükləri alınmışdır ki, onların dəyəri 10200 (on min iki yüz) manat təşkil edir. Həmin xalçaların alınmasında Əli iştirak etməmiş, bundan xəbəri olmuş və həmin əşyaların özünə aid hissəsinin iddiaçıda saxlanılmasına etiraz etmir. Əmlakın sığortalanmasına görə tələb olunan 183.20 manat, ipoteka kağızının qeydiyyat rüsumu olaraq ödənilmiş 5 manat, hesab açmaq üçün xidmət haqqı 2.50 manat, ipoteka müqaviləsinin notariat qeydiyyatı üçün 25.30 manatın cavabdehdən alınıb iddiaçıya verilməsi tələbi isə nə qanunverciliyə, nə də ki, məntiqə uyğun deyildir. Qeyd olunanlara əsasən İddiaçı Cavabdeh nikah dövründə arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü və ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradan öhdəliklərin və əldə edilmiş əmlak aktivlərinin bölünməsi tələbinə onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsi barədə iddia tələbinin ipotekaya münasibətdə qismən təmin olunması, digər tələblərinin isə rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 24 aprel 2025-ci il tarixli, e-2(078)-75/2025 nömrəli qərardadı ilə İddiaçı tərəfindən 19 sentyabr 2024-cü il tarixli qəbzlə ödənilmiş 457 (dörd yüz əlli yeddi) manat məbləğində dövlət rüsumunun artıq ödənilmiş hissəsi, yəni 206.04 (iki yüz altı manat dörd qəpik) manatın ona geri qaytarılması qərara alınmışdır. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə Cavabdeh mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Cavabdeh nümayəndəsi X11 cavabdehin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında cavabdehlə münasibətlərinin alınmadığını, boşandıqlarını, bunun ayıb bir şey olmadığını, özünün heç nə istəmədiyini, cavabdeh tərəfin ondan əl çəkmədiyini, özünün də bu səbəbdən iddia qaldırdığını, evin mebellərini, kombi sistemini, xalçalar, digər ev əşyalarını özünün aldığını, çox borclar ödədiyini, Naxçıvanbank ASC-dən ipoteka ilə kredit götürdüyünü, hələ də kredit ödədiyini, cavabdehin vəsaiti olmadığı üçün ona deyil özünə ipoteka verdiklərini, indiyə qədər məhkəməyə gəlmədiyini, ehtiyac olmadığını düşündüyünü, bundan sonra bir qəpiyini də istəyəcəyini, Səhiyyə nazirinin müavini işlədiyi vaxt 4500 manat əmək haqqı aldığını, ev almaq üçün keçmiş səhiyyə naziri Niyazi həkimin evini ipoteka qoyaraq kredit götürdüyünü, 1 il sonra Niyazi həkimin evini ipotekadan çıxarıb öz evini qoyduğunu, bunlar barədə Cavabdeh da məlumatı olduğunu, evin pəncərəsi olmasa evi ipoteka predmeti kimi qəbul etmədiklərini dediklərini, Niyazi həkimin köməklik etdiyini, evə pəncərə qoyduqlarını, evin tikili olduğunu, kosmetik təmirinin olmadığını, 3 ay müddətinə kredit ödənilməsə evin hərraca çıxarılacağını, neçə ildir maraqlanmadıqlarını, atasının rəhmətə getdiyini, bunun etibarnamənin qüvvədən düşdüyü demək olduğunu, özünün də atasının vərəsəsi olduğunu, həmin fermaların özünün mülkü olduğunu, hər şeyin pulunu özünün verdiyini, 58000 manat ipoteka krediti götürdüyünü, hal-hazırda 37000 manat qaldığını, cavabdehlə 2022-ci ilin yanvar ayından ayrı olduqlarını, əslində 2021-ci ilin dekabr ayının 27-si mediasiya təşkilatına müraciət etdiyini, lakin o sənədi əldə edə bilmədiyini, 2021-ci ilin aprel ayında kredit götürüldüyünü, qohumlarının adına kredit götürdüyünü, Əlinin kabinetinin qabağına gəlib şikayət etməməyini istədiyini, evdən heç bir haqqının olmadığını, atası ilə bacara bilmədiyini, bu məsələni yoluna qoyacağını dediyini, evi pis vəziyyətə saldıqlarını, toyuqcücəni cavabdehin evdə saxladığını, sanitar qovşağın qapısına qədər sökdüklərini, mülkün öz mülkləri olduğunu, qohumları şahid olub deyə o mülkə cavabdeh olmadığını, cavabdeh X11 nə özünün, nə oğlunun vəsaiti olmadığını, evə pulu özünün gətirdiyini, ondan xəbərsiz qoyunlarını satdığını, cücələri də yox etdiyini, atasının ona etibarnamə verdiyini qeyd etdiyini, atasının vəfat etdiyini, bu səbəbdən də etibarnamədən söhbət gedə bilməyəcəyini, iki ferma olduğunu, birində cücə, digərində heyvan saxladıqlarını, özbaşına həyətə girdiyini, neçə illərdir özünün pul ödədiyini, evə şərik olursa, borca da şərik olmalı olduğunu, Əlinin heç yerdə işləmədiyini, tüfeyli həyat yaşadığını, özünün qazandığını, özünün vəsaiti hesabına olduğunu, pulu var idisə, onun həyətində ferma tikməməli olduğunu, borcuna şərik olub, 2047-ci ilədək də ipoteka kreditini onun kimi ödəməli olduğunu, əmlakına da ziyan vurduğunu, fermanın dövlət reyestrində qeydiyyata alınmadığını bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Nümayəndə izahatında qarşı tərəfin qüvvədə olan məhkəmə qətnamələrinə istinad etdiklərini, qətnamələrin preyudusial əhəmiyyəti olduğunu qeyd etdiklərini, həmin qətnamələrin yekun hissəsinin preyudusial əhəmiyyətli olduğunu, qətnamənin hamısının olmadığını, iddiaçının səhiyyə nazirinin müavini vəsifəsində çalışdığını, əmək haqqının, məzuniyyət pullarının, digər gəlirlərinin kifayət qədər çox olduğunu, pandemiya dövründə 2-3 qat əmək haqqılar verildiyini, İddiaçı həmin müddət ərzində 150000 manatdan çox gəlir əldə etdiyini, əmək haqqının 4000 manat, 4900 manat, 5000 manat, 7000 manat və s. olduğunu, qarşı tərəfin iddiaçının öz gəlirləri hesabına edildiyinə dair sübut təqdim etmədiyini bildirdiklərini, qeyd etdiklərinin hamısının əhəmiyyətli sübut olduğunu, iddiaçının səhiyyə nazirinin müavini işlədiyini, bundan aşkar sübut olmadığını, çünki gəlirlərinin kifayət qədər yaxşı olduğunu, mebel, kombi alınmasını təsdiq edən sənədlər, qəbzlər olduğunu, Cavabdeh və atası tərəfindən Xanəgah kəndində yerləşən tövlələrin söküldüyünü, icazə almadan sökülmənin özünün elə pozuntu olduğunu, qoyunların oğurlandığını, cavabdehin də Xanəgah kəndində iki ferma olduğunu bildirdiyini, bu barədə iddiaçının atasının vərəsələrindən biri olan iddiaçının anasının polis şöbəsinə müraciət etdiyini, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edildiyini, həmin fermalarda heyvanlar saxlanıldığını, çobanlar da olduğunu, onların məhkəmədə şahid kimi ifadə verəcəklərini, iddia tələbi ilə məhkəməyə müraciət etdiklərini, məhkəmə iclaslarını gedişində iddia tələbinin həcmini artırdıqlarını, ½ payın müəyyən olunmasını iddia ərizəsində göstərdiklərini, şahid ifadələri, izahatlarla tələblərinin sübuta yetdiyini, izahata istinad edilərsə, çoban heyvanların Əlinin heyvanları olduğunu qeyd etdiyini, 3-cü şəxsin burada hüququ olmadığını, əldə olunan əmlakın Əliyə məxsus olduğunu, birgə nikah dövründə əldə olunduğunu, ər-arvadın birgə əmlakı sayıldığını, Zeynəb həkimin yüksək vəzifədə işlədiyini, gəlirinin də çox olduğunu, qarşı tərəfin isə heç bir gəlir mənbəyini göstərmədiyini, iddiaçının gəlirləri hesabına alındığını, pandemiya dövründə bir neçə işdə işlədiyini, əmək haqqı ilə bağlı sübutlar da təqdim edildiyini bildirərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh və digər cavabdehin nümayəndəsi X24 izahatında iddiaçının 2012-ci ildə universiteti bitirdiyini, onu işə özünün düzəltdiyini, fermaya görə ipoteka götürdüyünü, iddiaçının atasının sağlığında da çox şey etdiyini, iddiaçının tələbini ipotekaya dair hissədə qismən qəbul etdiklərini, iddiaçının 64000-65000 manat xərc çəkdiyini, o vaxt özünün 2 evi olduğunu, Niyazi həkimin evini ipoteka predmeti kimi qoymağa ehtiyac olmadığını, fermada olan heyvanların özünün olduğunu, özünün öz heyvanlarını satdığını, iddiaçı ilə oğlunun 2022-ci ilin yanvar ayından ayrı olduqlarını, dekabr ayının sonlarından oğlunu evdən qovaladıqlarını, yəni əslində 2021-ci ilin dekabr ayından ayrı olduqlarını, oğlunun həmin evdə heç 2 ay yaşamadığını, öz şəxs vəsaiti hesabına fermanın tikintisini özünün apardığını, fermanın 2012-2013-cü illər arasında tikildiyini, bankdan kredit götürdüyünü, bir dəfə 15000 manat, bir dəfə də 5000 manat kredit götürdüyünü, özünün “Əylis Broyler”in direktoru işlədiyini, ona görə də vəsaiti olduğunu, 2009-cu ildən “Əylis Broyler”in direktoru işlədiyini, ferma tikiləndə də işlədiyini, oğlu Əlinin MTN-dən öz ərizəsi ilə çıxdığını, ona belə bir iş qurmaq istədiyini dediyini, özünün də razılaşdığını, hər şeyi özünün etdiyini, toyuqları da Kürdəmir rayonundan gətirdiyini, inqibator aparatları yığdırdığını, fermanın tikintisini də qırıq, yamaq materiallarla etdiyini, söküntünü özünün apardığını, sadəcə damın şiferlərini söküb oradan çıxdığını, fermanın elə videosu da olduğunu, fermada cücə olmadığını, əvvəlcə olduğunu, lakin sonradan Əlinin cücənin xeyir gətirmədiyini dediyini, heyvan aldıqlarını, Zeynəblə Əli boşanmamışdan qabaq cücələri ləğv etdiklərini, 70 baş qoyun aldıqlarını, Əli çobana əlavə pul verməmək üçün qoyunları onun adına göstərmələrini dediyini, ferma sökülməmiş heyvanlarını apardığını, 2021-ci ilin sonlarında heyvanlarını apardığını, fermanın özünün olduğunu, fermada İddiaçı heç bir haqqı olmadığını, onun olsa neçə illərdir özü və qohumlarının nəsə deyəcəyini, oğlunun o evdə 2 ay yaşadığını, Naxçıvana da gəlişinə icazə verilmədiyini, toyuqların onun vəsaiti hesabına alındığını, “Əylis Broyler”in direktoru özünün işlədiyini, bütün respublikanın yumurtalarını özünün verdiyini, çobanın izahatı da olduğunu, onun heyvanları saxladığını, fermaya 20 manat qiyməti olan kondisioner qoyduğunu, qiymətlərin də düzgün müəyyən edilmədiyini, iddia tələbini qəbul etmədiyini, hər bir əşyanın alınması ilə bağlı sübutlar olduğunu, oğlunun o evdə 2 ay yaşadığını, sonra buradan qovulduğunu, oğlunun 2 ay orada yaşayanda qayınanasının da onlarla yaşadığını, radiotarla kombinin bir yerdə alındığını, pulunun da bir yerdə verildiyini, ancaq pulunun çox yazıldığını, evin içində olan əşyalar olduğunu, hər kəsin də ½ payı müəyyən edildiyini, heyvanlara əsl baxan çobanın da izahatı olduğunu, digər çobanın da izahatı olduğunu, 200 manat özünün ona pul verdiyini, heyvanlara 2 dəfə ot verdiyini dediyini, yəni ətraflı şəkildə çobanların da izahat verdiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili Vəkil izahatında məhkəməyə göndərdikləri etiraz ərizəsində ətraflı olaraq hər şeyi qeyd etdiklərini, özlərində olan əmlakın öhdəliyinə ½ pay müəyyən olunmasını istəmələrinin hüquqi cəhətdən düzgün tələb olmadığını, şahidlərin də ifadələri arasında ziddiyyət olduğunu, bu səbəbdən iddianın rədd edilməli olduğunu, ipoteka ilə bağlı paylar müəyyən edildiyini, əşyalarla bağlı tələbi özlərinin qaldıra biləcəklərini, ipoteka borcu ilə bağlı hissəni qismən qəbul etdiklərini, fermanın mövcudluğu, kim tərəfindən tikilməsi, bu qoyunların ona məxsus olması, Nəcəf tərəfindən satılması ilə bağlı heç bir sübut olmadığını, ev əşyalarının iddiaçının istifadəsində olduğunu, digər tələbləri qəbul etmədiklərini bildirərək qanuni qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən X25 ifadəsində həyat yoldaşı dünyasını dəyişdikdən sonra Bakı şəhərində yaşadığını, bir gün ona Culfa rayonu, Xanağa kəndində yerləşən həyətlərinin dağıdılması ilə bağlı xəbər çatdığını, həyətin çox pis vəziyyətdə olduğunu, həyəti və evi ermənilərin işğal etdiyi torpaqlardan daha betər vəziyyətə saldıqlarını, həyətin çəkilişinin aparıldığını, necə pis vəziyyətdə olduğunun göründüyünü, Cavabdeh həmin evə qızlar gətirdiyini, evin artıq yaşanmalı vəziyyətdə olmadığını, Cavabdeh 79 baş heyvan alıb həyətə apardığını, çobanın da heyvanlara baxdığını, ancaq Mustafayev Nəcəfin gedib heyvanları apardığını, evi də sökdüklərini, fermanı Mustafayev Nəcəfin sökdüyünü, oğlu Eminin birinci fermanı tikdirdiyini, oğlu Eminin ticarətlə məşğul olduğunu, iki oğlunun da aralarında razılaşıb həyətin bacılarında qalmasına razılaşdıqlarını, ikinci fermanı qızının tikdirdiyini, fermanın tikintisinə nə qədər vəsait qoyulduğunu bilmədiyini, qızının əziyyət çəkməməsi, işinin çox olması ilə əlaqədar atasının Mustafayev Nəcəfə etibarnamə verdiyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X12 ifadəsində ona həyətin söküldüyünü dediklərini, həyəti pis vəziyyətə saldıqlarını, həyətdə ferma, təndirəsər, setkalar olduğunu, hamısının pis vəziyyətə düşdüyünü, fermanın tikintisində iştirak etmədiyini, bir il olar Naxçıvana gəlmədiyini, Zeynəb və Əlinin evli olduqları müddətdə bəlkə də 10 dəfə Naxçıvana gəldiyini, birinci fermanı qardaşının oğlu Eminin tikdirdiyini, Eminin ticarətlə məşğul olduğunu, ikinci fermanı Cavabdeh özünün tikdirdiyini dediyini, fermada heyvanlar olduğunu, onları gördüyünü, Cavabdeh heyvanlarının onun olduğunu, özünün aldığını dediyini, fermanın tikintisinin sonlarını gördüyünü, fermanın toyuq-cücə saxlamaq üçün tikildiyini, Emin Bakı şəhərində yaşadığı üçün Əli ilə toyuq-cücələrin saxlanılması üçün razılaşdığını, heyvanların saxlanmasına Əlinin nəzarət etdiyini, fermanın tikintisinə nə qədər vəsait qoyulduğunu bilmədiyini, kim tərəfindən fermanın sökülməsini bilmədiyini, ancaq Nəcəfin sökdüyünü dediklərini, bacısıgilin yüklərini götürmək üçün gəlib qapını açdıqlarını, Nəcəfin zəng edib qoyun qırxanı tapa bilmədiyini, bacısıgilin apardığını dediyini, sonradan qoyun qırxanı Əlinin satdığını öyrəndiyini, bunu Nəcəfə dediyini, Nəcəfin də Əlinin bunu ona dediyini, yadından çıxdığını dediyini, həyətdə 3-4 tonluq dəmir çən olduğunu, onu da satdıqlarını, ya da kiməsə bağışladıqlarını, halbuki Nəcəfin çəni yerin altına basdırdığını dediyini bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X13 ifadəsində Ferma olan həyətin ata həyətləri olduğunu, çox yaxşı həyət olduğunu, hal-hazırda isə pis vəziyyətdə olduğunu, cavabdeh tərəfin həyətdə olan hər şeyi sökdüyünü, özünün şəxsən tam olaraq görmədiyini, lakin hal-hazırda həyətin pis vəziyyətdə olduğunu, şəxsən fermanı kimin sökdüyünü görmədiyini, həyətin şəkillərini söküləndən sonra gördüyünü, bir dəfə də həyətə getdiyini, ancaq pis vəziyyətdə olduğu üçün narahat olduğundan çox qala bilmədiyini, tam olaraq həyətə getdiyi tarixi xatırlamadığını, lakin 1 il tamam olmadığını, həyətdə ferma tikildiyini, Sahibin usta işlədiyini, yoldaşı Gülağanın da onun fəhləsi olduğunu, fermanın Zeynəbin vəsaiti hesabına tikildiyini, 100 beçə kəsilib təmizlədiyini, Zeynəbin zəng edib Əlinin beçələri kəsdiyini, satacağını, təmizləməyə gücünün çatmadığını, kömək etməyini istədiyini, 3-4 dəfə təmizlədiyini, oranın qardaşının həyəti olduğunu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X31 ifadəsində Culfa rayon, Xanağa kəndində tikilən fermada fəhlə kimi işlədiyini, iki ferma tikildiyini, özünün birinci fermanın tikintisində iştirak etdiyini, fermanın 2013-cü ildə tikildiyini, tikdirəni bilmədiyini, ancaq ona işi qaynının oğlu Eminin dediyini, pulu qaynının oğlu Emindən aldığını, fəhlə kimi işlədiyini, ikinci tikilən fermanı görmədiyini, toyuq-cücə ferması olduğunu, sadəcə tikintisində iştirak etdiyini, sonradan görmədiyini, nə qədər toyuq-cücə saxlamalarını bilmədiyini, özünün fermanı tikdirəni bilmədiyini, Cavabdeh orada olduğunu, Cavabdeh tikintiyə müdaxiləsi olmadığını, sadəcə oralarda olduğunu bildirdi. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli Alqı-satqı və İpoteka müqaviləsindən görünür ki, həmin müqavilə mülkiyyətçi X6, ipoteka saxlayan Naxçıvan bank ASC adından X50 müavini X46 və alıcı (ipoteka qoyan) X18 arasında bağlanmış, satıcı ünvan 9vanında yerləşən daşınmaz əmlakı (ümumi sahəsi 83.27 kv.m, yaşayış sahəsi 61.93 kv.m, otaqların sayı 4, yerləşdiyi binanın mərtəbəliliyi 5) alıcı-ipoteka qoyan X2 mülkiyyətinə vermiş, daşınmaz əmlakın satış qiyməti 58000 (əlli səkkiz min) manat müəyyən edilmiş, mənzilin dəyərinin 10000 (on min) manatı alıcı-ipoteka qoyanın özü tərəfindən, 48000 (qırx səkkiz min) manatı isə kreditor-ipoteka saxlayan tərəfindən 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli Kredit Müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilmiş, kreditin məbləği 48000 (qırx səkkiz min) manat, kreditin qaytarılma tarixi 25 il müddətinə, 23 aprel 2046-cı il tarixədək, kredit üzrə illik 8 faiz dərəcəsinə hesablanan faizlər, kredit üzrə 370.47 (üç yüz yetmiş manat qırx yeddi qəpik) manat məbləğində olan annuitet ödənişlər müəyyən edilmiş və əsas borc və faizlərin hər növbəti ayın 5-dək bərabər hissələrlə ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 23 aprel 2021-ci il tarixli, MPİ 000295 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X7 məxsus ünvan 9vanında yerləşən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 48000 manat məbləğində sığorta olunmuş, sığorta haqqı 158.40 (yüz əlli səkkiz manat qırx qəpik) manat təşkil etmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli, NS/MPİ/21/000076 nömrəli İpotekaya qoyulan daşınmaz əmlakın yanğın və digər əlavə risklərdən sığortası haqqında müqaviləydən görünür ki, sığortalının təklifinə əsasən "xxxx" ASC-yə ipoteka qoyulan 58000 (əlli səkkiz min manat) manat dəyərində olan, ünvan 9vanında mülkiyyətində olan 4 otaqlı, 83.27 kv.m ümumi, 61.93 kv.m yaşayış, 21.34 kv.m yardımçı sahədən ibarət olan mənzili 12 aylıq "xxxx" ASC-nin 10 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiqlənmiş Əmlakın Yanğın və digər əlavə risklərdən sığortası Qaydalarına, şərtlərinə və tələblərinə uyğun olaraq yanğın, partlayış, ildırım vurma (əsas təminatlar), zəlzələ və vulkan püskürməsi, daxili su və tüstü sığorta risklərindən qismən sığorta edir. Sığorta məbləği 48000 (qırx səkkiz min) manat, sığorta haqqı bir il üçün sığorta məbləğinin 0,33 %-ni (158.40 manat) təşkil edir. Şərtsiz azadolma isə 0,00%-ni (0 manat) təşkil edir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, 23 aprel 2021-ci il tarixdə X18 tərəfindən ipoteka qoyulan əmlakın sığortası üçün 158.40 (bir yüz əlli səkkiz manat qırx qəpik) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC ilə X18 arasında bağlanmış 22 aprel 2021-ci il tarixli, 004884 nömrəli X28 görünür ki, bu müqaviləyə görə bank müştəriyə (hesabın sahibinə) Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada bank hesabı açmağı, açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba mədaxil etməyi, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair Müştərinin sərəncamlarım yerinə yetirməyi, müştəri isə hesabdakı pul vəsaiti ilə əməliyyatlarının aparılması üzrə bank xidmətlərinin haqqını ödəməyi öhdəsinə götürür. İş materiallarında olan "xxxx" ASC ilə X18 arasında bağlanmış 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli Kredit müqaviləsinin 1.1ci bəndindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq borcalana/borcalanlara məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 48000 (qırx səkkiz min) manat məbləğində illik 8 (səkkiz) faiz dərəcəsi ilə 300 (üç yüz) ay müddətinə ipoteka krediti vermişdir. Həmin müqavilənin 1.3-cü bəndindən görünür ki, kredit borcalana/borcalanlara ünvan 7 ünvanında yerləşən və mülkiyyət hüquqları Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən 17 may 2012-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa/hüquqların qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli Kredit müqaviləsinə Əlavədən (ödəniş cədvəli) görünür ki, X18 həmin müqavilədə nəzərdə tutulmuş kredit məbləğini xx.xx.2021-ci il tarixdə 135.80 manat, xx.xx.2021-ci il tarixdən xx.xx.2046-cı il tarixədək aralığında hər ay 370.47 manat və xx.xx.2046-cı il tarixdə isə 372.08 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə X18 arasında olan 23 aprel 2021-ci il tarixli Razılaşmadan görünür ki, 48000 (qırx səkkiz min) manat məbləğində ipoteka kreditinin verilməsinə dair 23 aprel 2021-ci il tarixli 2304/01/İPK nömrəli kredit müqaviləsi üzrə X45 tərəfindən yenidən maliyyələşdirmə həyata keçirilmədiyi təqdirdə və ya yenidən maliyyələşdirildikdən sonra hər hansı bir səbəbdən X45 tərəfindən ayrılmış vəsaitin geri alınması halında kreditdən istifadəyə görə faiz dərəcəsi 16%-lə hesablanacağı və borcalanın bu Razılaşmanın 1-ci bəndində göstərilən hal baş verdikdə kreditdən istifadəyə görə qeyri-şərtsiz olaraq 16% ödəyəcəyini öhdəsinə götürmüşdür. İş materiallarında olan "xxxx" ASC ilə X18 arasında bağlanmış 18 may 2021-ci il tarixli, 1805/01/İPK nömrəli İpoteka Müqaviləsindən görünür ki, həmin müqavilə ipoteka saxlayan Naxçıvan bank ASC adından X50 müavini X46 və alıcı (ipoteka qoyan) X18 arasında bağlanmış, ipoteka qoyan X7 mülkiyyət hüququ ilə məxsus olan daşınmaz əmlakı (ünvan 1) 1805/01/İPK nömrəli Kredit Müqaviləsinə əsasən yaranmış öhdəliyinin (illik 8 faiz dərəcəsi ilə verilmiş 48000 manatın) icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmiş, öhdəliyin icra müddəti kredit müqaviləsinə uyğun olaraq vəsaitlərin ipoteka qoyana faktiki təqdim edildiyi tarixdən xx.xx.2046-cı il tarixədək müəyyən edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 27 may 2021-ci il tarixli, MPİ 000355 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X7 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 48000 manat məbləğində sığorta olunmuş, sığorta haqqı 168.00 (yüz altmış səkkiz) manat təşkil etmişdir. İş materiallarında olan 27 may 2021-ci il tarixli, NS/MPİ/21/000088 nömrəli İpotekaya qoyulan daşınmaz əmlakın yanğın və digər əlavə risklərdən sığortası haqqında müqavilədən görünür ki, sığortalının təklifinə əsasən "xxxx" ASC-yə ipoteka qoyulan 58000 (əlli səkkiz min) manat dəyərində olan, ünvan 1 ünvanında mülkiyyətində olan 4 otaqlı, 180.64 kv.m ümumi, 58.95 kv.m yaşayış, 121.69 kv.m yardımçı sahədən ibarət olan fərdi yaşayış evi 12 aylıq "xxxx" ASC-nin 10 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən təsdiqlənmiş Əmlakın Yanğın və digər əlavə risklərdən sığortası Qaydalarına, şərtlərinə və tələblərinə uyğun olaraq yanğın, partlayış, ildırım vurma (əsas təminatlar), zəlzələ və vulkan püskürməsi, fırtına (tufan, qasırga), daxili su və tüstü, nəqliyyat vasitələrinin dəyməsi sığorta risklərindən qismən sığorta edir. Sığorta məbləği 48000 (qırx səkkiz min) manat, sığorta haqqı bir il üçün sığorta məbləğinin 0,35 %-ni (168 manat) təşkil edir. Şərtsiz azadolma isə 0,00%-ni (0 manat) təşkil edir. İş materiallarında olan 27 may 2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, 27 may 2021-ci il tarixdə X18 tərəfindən ipoteka qoyulan əmlakın sığortası üçün 168 (bir yüz altmış səkkiz) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Naxçıvan Muxtar Respublikasının Dövlət Sığorta Xidməti” publik hüquqi şəxsinin 17 may 2021-ci il tarixli, AAG seriyalı, 166929 nömrəli, mədaxil qəbzindən görünür ki, X7 məxsus ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak üçün sığorta məbləği 20000 (iyirmi min) manat, ödənilən məbləğ 40 (qırx) manat təşkil etmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, 23 aprel 2021-ci il tarixdə X18 tərəfindən ipoteka kağızının əlavə qeydiyyata alınması üçün rüsum olaraq 2 (iki) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, 23 aprel 2021-ci il tarixdə X18 tərəfindən hesab açmaq üçün bank xidmət haqqı olaraq 5 (beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli xəzinə mədaxil orderindən görünür ki, 23 aprel 2021-ci il tarixdə X18 tərəfindən alınacaq daşınmaz əmlak üzrə ilkin ödəniş olaraq 10000 (on min) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan 23 aprel 2021-ci il tarixli xəzinə mədaxil orderinə əsasən, 23 aprel 2021-ci il tarixdə X18 tərəfindən ipoteka kağızının əlavə qeydiyyata alınması üçün rüsum olaraq 5 (beş) manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan X37 tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli, ******* nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı Kombi BYDHE + Radiator + otaq termostatı adında malları almış və alınmış malların qiyməti 4880 (dörd min səkkiz yüz səksən) manat təşkil etmişdir. İş materiallarında olan 18 may 2021-ci il tarixli, BA seriyalı, 028423 nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, X2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 20000 manat məbləğində sığorta olunmuş və sığorta haqqı 40 (qırx) manat təşkil etmişdir. İş materiallarında olan Naxçıvan MR Səhiyyə Nazirliyinin 05 iyun 2023-cü il tarixli, 11/27 nömrəli arayışından görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək Naxçıvan MR Səhiyyə nazirinin müavini-Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində işləmişdir. Həmin arayışa əlavə edilmiş hesablanmış əmək haqqı cədvəlindən görünür ki, İddiaçı 2020-ci ilin may ayından 2023-cü ilin aprel ayınadək ümumilikdə 119604,59 (bir yüz on doqquz min altı yüz dörd manat əlli doqquz qəpik) manat əmək haqqı almışdır. İş materiallarında olan Culfa Rayon İcra Hakimiyyəti Xanəgah kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik tərəfindən verilmiş 20 sentyabr 2023-cü il tarixli, 07/13 nömrəli məktubdan görünür ki, aparılmış araşdırmalar zamanı kənd sakinlərinin bildirdiyinə görə Cavabdeh təqribən 2013-2021-ci illərdə Culfa rayon Xanəgah kəndində yaşadığı və təsərrüfatla məşğul olduğu müəyyən olunmuşdur. Lakin onun təsərrüfatında neçə baş heyvan olması barədə məlumat əldə etmək mümkün olmamışdır. İş materiallarında olan X37 ilə X18 arasında bağlanmış kredit şərtləri ilə alqı-satqı haqqında 1 nömrəli Müqavilənin 1.1-ci bəndindən görünür ki, satıcı “kombi radyator” adlı malı alıcıya verməyi, alıcı isə bunun müqabilində satıcıya bu müqavilənin 1.2-ci bəndində müəyyən edilmiş qaydada və müddətdə alınan malın qiymətinin tam şəkildə və vaxtında ödənilməsini öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən alınan mal kombi radyator, qiyməti 6000 manat, ilkin ödəniş 500 manat, 11 ay müddətinə (xx.xx.2021xx.xx.2022) faizsiz aylıq ödəniş 500 manat təşkil edir. İş materiallarında olan “Nurlu mebel” tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 11800 manat dəyərində 19 ədəd xalça, daroşqo adlı ev əşyaları almışdır. Ödəniş qrafiki hər ay üçün 500 manat olmaqla, 24 ay üçün tənzimlənmişdir. İddiaçı bu borcdan indiyə kimi 11800 manat məbləğində ödəniş etmişdir. Hazırda onun 0 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan “Röyal Pərdə” tərəfindən verilmiş 30 sentyabr 2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 3800 manat dəyərində 25 sayda pərdə jalüz aksesuar almışdır. Ödəniş qrafiki hər ay üçün 300 manat olmaqla, 12 ay üçün tənzimlənmişdir. İddiaçı bu borcdan indiyə kimi 3800 manat məbləğində ödəniş etmişdir. Hazırda onun 0 manat məbləğində borcu qalmışdır. İş materiallarında olan “X51” MMC tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixdə 46.200 manat dəyərində 39 adda müxtəlif ev əşyaları almışdır. 27 mart 2024-cü il tarixədək 39.200 manat ödəniş etmiş və 7000 manat borcu qalmışdır. İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli zəmanət talonundan görünür ki, X18 17 noyabr 2021-ci il tarixdə “Evim” AVM-dən seriya nömrəsi D-8-114 olan ev əşyaları adlı mallar almış və həmin mallara zəmanət talonu verilmişdir. İş materiallarında olan Culfa Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 12 dekabr 2024-cü il tarixli çıxarışdan görünür ki, X22 ilə X25 arasında 03 dekabr 1984-cü il tarixdə nikah bağlanmışdır. İş materiallarında olan Culfa Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı Eltun Məmmədovun 04 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, HK-1-165/24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X11 əməlində İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmadığı müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməmişdir. İş materiallarında olan Culfa Rayon prokuroru, kiçik ədliyyə müşaviri X35 17 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi haqqında qərarından görünür ki, HK-1-165/24 nömrəli material üzrə Culfa Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı Eltun Məmmədovun 04 oktyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı əsassız və qanunsuz olduğundan ləğv edilmiş, toplanmış yoxlama materialı əlavə araşdırma aparılaraq qanuni və əsaslı qərar qəbul edilməsi üçün Culfa Rayon Polis Şöbəsinə göndərilmişdir. İş materiallarında olan Naxçıvan MR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 noyabr 2024-cü il tarixli, 1360 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən tədqiqat obyektlərinin 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 98290 (doxsan səkkiz min iki yüz doxsan) manat müəyyən olunur. 01 adda fermadan sökülərək material formasında daşınmış 5x10 sm ölçüsündə olan dəmir dirək haqqında kifayət qədər məlumat (uzunluğu) olmadığından qiymətləndirmə aparılmamışdır. İş materiallarında olan Culfa Rayon Polis Şöbəsinin İstintaq və Təhqiqat Qrupunun təhqiqatçısı, polis leytenantı Eltun Məmmədovun 16 noyabr 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, HK-1-165/24 nömrəli material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, X11 əməlində İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozulmadığı müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməmişdir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 180.64 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış hesab edilməklə, Cavabdeh həmin əmlakın 1/2 hissəsinə payının müəyyən edilməsi qət edilmişdir. Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məhkəmə qətnaməsi ilə müəyyən edilən hallar ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Bundan əlavə olaraq məhkəmə onu da qeyd edir ki, “Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd olunur ki, mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazın predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmənin yuxarıda qeyd olunan normativ hüquqi aktları qeyd etməkdə məqsədi tərəflərinin nəzərinə çatdırmaqdır ki, Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallar hazırki vəziyyətdə işə baxan məhkəmə üçün məcburi xarakter daşıyır. Məhkəmə İddiaçı iddia tələbinin “X37”ndən alınmış “Kombi BYDHE + Radiator + otaq termostatı” adında mallara görə 2440.00 (iki min dörd yüz qırx manat sıfır qəpik) manat pulun Cavabdeh alınaraq ona ödənilməsinə münasibətdə aşağıdakıları qeyd edir. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 180.64 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış hesab edilməklə, Cavabdeh həmin əmlakın 1/2 hissəsinə payı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh 1/2 payı olduğundan məhkəmə belə hesab edir ki, iddiaçının dəyərinin yarısının ödənilməsini tələb etdiyi “Kombi BYDHE + Radiator + otaq termostatı” tərəflərin ümumi istifadəsində olduğundan həmin əşyaların dəyərinin yarısı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində qeyd olunur ki, hər kəsin hüquq və azadıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1 və 4.2-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Ailə Məcəlləsinin 31.1 və 31.2-ci maddələrinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin məcəllənin 32.2-ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.), ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Həmin Məcəllənin 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. İş materiallarında olan X37 tərəfindən verilmiş 25 avqust 2021-ci il tarixli, ******* nömrəli qaimə-fakturadan görünür ki, İddiaçı Kombi BYDHE + Radiator + otaq termostatı adında malları almış və alınmış malların qiyməti 4880 (dörd min səkkiz yüz səksən) manat təşkil etmişdir. Qeyd edilənləri və hazırki daşınmaz əmlakın tərəflərin paylı mülkiyyətində olmasını, həmin istilik sisteminin evdə mövcud olduğunu nəzərə alan məhkəmə belə hesab edir ki, “X37”ndən alınmış “Kombi BYDHE + Radiator + otaq termostatı” adında mallara görə 2440.00 (iki min dörd yüz qırx manat sıfır qəpik) manat cavabdehdən alınaraq iddiaçıya verilməlidir. İddiaçının iddia tələbinin Culfa rayon, Xanəgah kəndində-iddiaçının ata həyətində olan torpaqda qurulmuş təsərrüfatın-iki tövlənin sökülməsi nəticəsində dəymiş ziyan olan ən az 50000 (əlli min) manatın və ən az 80 baş qoyunu Cavabdeh həyətdən atası X24 ilə aparıb sataraq ona vurduğu ən az 24000 (iyirmi dörd min) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi hissəsinə münasibətdə isə məhkəmə belə qeyd edir ki, İddiaçı tərəfindən Culfa rayon, Xanəgah kəndində olan iki tövlənin Cavabdeh ilə birgə nikah dövründə tikilməsini, birgə nikah dövründə birgə xərc çəkdikləri əmlaklar olduğunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin 80 baş qoyunun özünə məxsus olmasını, özü tərəfindən alınmasını təsdiq edən heç bir sübutu da məhkəməyə təqdim etməmişdir. Cavabdeh tərəf isə həmin halları öz izahatlarında və məhkəməyə göndərdiyi etiraz ərizəsində təkzib etmiş, hətta cavabdeh X24 həmin tövlələri özünün tikdiyini, həmçinin həmin qoyunları da özünün aldığını bildirmişdir. İddiaçı tərəfin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş X25 ifadəsində Cavabdeh 79 baş heyvan alıb həyətə apardığını bildirmişdir. Məhkəmə iddiaçı tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X14 ifadəsinin sübut kimi qəbul edilənliyinə münasibətdə isə qeyd edir ki, iddiaçı ilə yaxın qohumluq münasibətlərində olduğundan, hazırki vəziyyətdə mübahisə predmeti olan 80 baş qoyunun satılmasına görə 24000 (iyirmi dörd min) manatın cavabdehdən alınaraq iddiaçıya verilməsi iddiaçı üçün maddi qazanca səbəb olduğundan, həmçinin iddiaçı tərəf həmin qoyunların birgə nikah dövründə əldə edilməsini təsdiq edən başqa mötəbər sübut təqdim etmədiyindən, həmçinin cavabdeh izahatında bu halı təkzib etdiyindən, məhkəmə şahidin ifadəsini sübut kimi qəbul edilən saymır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 62-ci maddəsinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Həmin Məcəllənin 104.1-ci maddəsinə əsasən şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin tələbinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının Mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Həmçinin həmin Qərarda formalaşdırılmış hüquqi mövqeyə əsasən Mülki-Prosessual Məcəllənin 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edib-etməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir. Bu zaman hakimin tərəflərlə apardığı müzakirə, iddianın uğurluluğu perspektivi barədə izahlar verməsi və bununla bağlı işin məhkəmədən kənar həlli (barışıq yolu ilə) istiqamətində müzakirələr aparması hakimin baxılan məsələyə dair yekun qərar üzrə fikir bildirməsi kimi qiymətləndirilməməli və hakimə etiraz üçün əsas olmamalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. "Avşar Türkiyəyə qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi göstərir ki, sübutları qiymətləndirən zaman məhkəmə "əsaslı şübhə yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi Culfa rayon, Xanəgah kəndində-iddiaçının ata həyətində olan torpaqda qurulmuş təsərrüfatın-iki tövlənin sökülməsi nəticəsində iddiaçıya dəymiş ziyan olan ən az 50000 (əlli min) manatın və ən az 80 baş qoyunu Cavabdeh həyətdən atası X24 ilə aparıb sataraq ona vurduğu ən az 24000 (iyirmi dörd min) manatın cavabdehlər Cavabdeh və X8 alınaraq İddiaçı verilməsinə dair hissədə əsassız olduğundan rədd edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinin ipoteka predmetinin yaranmış borcu üzrə 60453.97 (altmış min dörd yüz əlli üç manat doxsan yeddi qəpik) manatın Cavabdeh alınaraq ona ödənilməsinə münasibətdə aşağıdakıları qeyd edir. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli qərarının 6.35-ci bəndində qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinə əsasən, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onların paylarına uyğun olaraq müəyyən edilir. Ailə Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli qərarının 6.39-cu bəndində qeyd edilmişdir ki, ər-arvadın ümumi öhdəliklərinin bölünməsi qaydalarına istinadla kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) kreditor (kreditorlar) qarşısında icra edilməmiş öhdəliyinin arvaddan (ərdən) alınaraq, ona verilməsinin qanuni və müqavilə əsası yoxdur. Lakin kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) nikah münasibətlərinə faktiki xitam verildikdən və ya nikah rəsmi pozulduqdan sonra kredit müqaviləsi üzrə öhdəliklərin qalan hissəsini ayrıca vəsaiti hesabına tam və ya qismən ödədiyi müəyyən edilərsə, məhkəmə ödənilmiş məbləğin ümumi öhdəlikdəki paya uyğun hissəsinin ərdən (arvaddan) tutularaq, qarşı tərəfə ödənilməsi barədə iddianı təmin edə bilər. Tərəflərin ümumi əmlak üzərində payları daha əvvəl müəyyən edilmədiyi halda, işə baxan məhkəmə öhdəliklərdəki payları bərabər bölməli, iş üzrə Ailə Məcəlləsinin 37.2-ci maddəsində sadalanan şərtlər mövcud olduqda isə kredit müqaviləsi üzrə tərəf olan ərin (arvadın) icra etdiyi öhdəliklər üzrə tərəflərin paylarını qeyri-bərabər bölə bilər. Yuxarıda qeyd edilənlərə münasibətdə məhkəmə belə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah münasibətlərinə faktiki olaraq 2021-ci ilin dekabr ayında xitam verilmişdir. Belə ki, tərəflərin məhkəməyə verdiyi izahatlarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah münasibətləri 2021-ci ilin dekabr ayından pozulmuşdur. Həmçinin iş materiallarına əlavə edilmiş X4 18 oktyabr 2023-cü il tarixli arayışından görünür ki, Mənsumova X20 Əli Nəcəf oğlu ilə aralarında bağlanılmış nikahın pozulması məqsədilə 18 yanvar 2022-ci il tarixdə X9 müraciət etmişdir. İş materiallarına əlavə edilmiş hesabdan çıxarışlardan xx.xx.2021-ci il tarixdə 1000 (bir min) manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək müddət ərzində İddiaçı tərəfindən kredit borcundan 12778.20 (on iki min yeddi yüz yetmiş səkkiz manat iyirmi qəpik) manat, xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək 2984.84 (iki min doqquz yüz səksən dörd manat səksən dörd qəpik) manat və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixi də daxil olmaqla 596.52 (beş yüz doxsan altı manat əlli iki qəpik) manat olmaqla, ümumilikdə 17359.56 (on yeddi min üç yüz əlli doqquz manat əlli altı qəpik) manat ödəniş etməsi məlum olur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikah münasibətlərinə faktiki olaraq xitam verildikdən sonra İddiaçı tərəfindən ödənilmiş kredit borcunun yarısı Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Belə ki, 2021-ci ilin aprel ayından 2021-ci ilin dekabr ayınadək iddiaçı tərəfindən ödənilmiş məbləğ olan 7000 (yeddi min) manat tərəflər həmin müddət ərzində birgə təsərrüfat apardığından çıxılmalı və tərəflər birgə təsərrüfat aparmadıqları müddət ərzində, yəni 2021-ci ilin dekabr ayından 2025-ci ilin aprel ayı da daxil olmaqla iddiaçı tərəfindən ödənilmiş 17359.56 (on yeddi min üç yüz əlli doqquz manat əlli altı qəpik) manat pulun yarısı olan 8679.78 (səkkiz min altı yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Həmçinin məhkəmə onu da qeyd edir ki, İddiaçı 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli ipoteka müqaviləsini bağlamaq üçün ilkin ödəniş kimi ödədiyi 10000 (on min) manat məbləğində pulun yarısının da Cavabdeh alınaraq ona verilməsini tələb etsə də həmin müqavilənin predmeti ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak deyil ünvan 9vanında yerləşən mənzil olmuşdur. Həmçinin həmin pulun ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka xərclənməsini, o cümlədən tərəflərin birgə nikahda olduqları müddət ərzində əldə edilmiş başqa əmlaka xərclənməsini təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etməmiş və məhkəmədə işin araşdırılması zamanı elə bir hal öz təsdiqini tapmamışdır. Bu səbəbdən iddia həmin hissədə rədd edilməlidir. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Konstitusiya Məhkəməsinin 2021-ci il 23 iyul tarixli Qərarında ifadə edilmiş hüquqi mövqelərə əsasən, Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ərarvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir. Şəxsi xarakterli öhdəliklərin icrası üçün ərin (arvadın) şəxsi əmlakı kifayət etmədikdə kreditor (kreditorlar) ödəməni ər-arvadın ümumi əmlakında müvafiq tərəfin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verə bilər. Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ər-arvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Lakin bu bölgü kreditor (kreditorlar) qarşısında ər-arvadın birgə borclu olması halını aradan qaldırmır. “Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “12” mart 2024-cü il tarixli qərarının 6.40-cı bəndində qeyd edilmişdir ki, ər-arvaddan birinin bağladığı müqavilə ilə alınmış vəsait ailə ehtiyacları üçün istifadə olunduqda onların hər ikisi kreditor (kreditorlar) qarşısında birgə borclu kimi çıxış edirlər. Bu halda borc müqaviləsinin tərəfi olan ərin (arvadın) öhdəliyi əqddən, müqavilədə tərəf kimi göstərilməyən ərin (arvadın) kreditor (kreditorlar) qarşısında öhdəliyi isə qanundan irəli gəlir. Belə ki, birgə öhdəliyin müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlməsi mümkündür (Mülki Məcəllənin 500.2ci maddəsi). Bu səbəbdən Ailə Məcəlləsinin 41.2-ci maddəsində nəzərdə tutulmuşdur ki, ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə ilk növbədə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət etmədikdə isə, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. 6.41. O da nəzərə alınmalıdır ki, borca münasibətdə payların müəyyən olunması ərin və arvadın bir-birlərinə qarşı tələblərinin həcmi (daxili münasibət) baxımından əhəmiyyət kəsb edir. Pay nisbəti birgə borcluların kreditor (kreditorlar) qarşısındakı məsuliyyətinin (xarici münasibətin) həcmini müəyyənləşdirmir. Bu səbəbdən ər (arvad) icra etdiyi öhdəliyin ərin (arvadın) payına düşən hissəsini ondan tələb edə biləcəyi halda, kreditor pay nisbətindən asılı olmayaraq bütün borcu ərdən (arvaddan) həm birlikdə, həm də ayrı-ayrılıqda tələb edə bilər. Çünki birgə borcluluqda kreditor (kreditorlar) öz arzusu ilə istənilən borcludan həm tam, həm də hissə-hissə icranı tələb edə bilər və öhdəlik tam icra edilənədək birgə borcluların öhdəlikləri qüvvədə qalır (Mülki Məcəllənin 500.1-ci maddəsi). Məhkəmə araşdırması zamanı cavabdeh tərəf 2021-ci ilin dekabr ayından etibarən iddiaçı ilə Cavabdeh aralarında birgə ailə təsərrüfatının aparılmadığını qəbul etmişdir. Konstitusiya Məhkəməsi 2021-ci il 23 iyul tarixli qərarında vurğulamışdır ki, ər-arvadın nikah dövründə qazandıqları əmlak hesabına icra edilmiş öhdəliklərlə bağlı tərəflərin bir-birinə qarşı tələbinin təmin edilməsi istisna edilir. Yəni ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Belə olan halda "xxxx" ASC ilə X18 arasında bağlanmış 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli kredit müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilməli olan 110907.94 (bir yüz on min doqquz yüz yeddi manat doxsan dörd qəpik) manat məbləğində pulun ödənilməmiş hissəsi olan 86548.38 (səksən altı min beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcunun ödənilməsi ilə bağlı cavabdehin bərabər payı müəyyən olunmalıdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda istinad olunan qərarda vurğulamışdır ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Ailə Məcəlləsinin 37-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi əmlakdakı paylarının bərabər olduğunu təsbit etmişdir. Əmlak bölgüsü həyata keçirilərkən ər-arvadın ümumi öhdəlikləri də əsasən bərabər bölünür. Ailə Məcəlləsinin 37.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslar üzrə ər-arvadın mülkiyyət payları bərabər bölünmədiyi halda ümumi öhdəliklər də həmin Məcəllənin 37.3-cü maddəsinə uyğun olaraq hər birinin payına mütənasib olaraq bölünür. İş materiallarında olan Naxçıvan Şəhər Məhkəməsinin 2(078)-713/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, X2 adına qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən 0.0344 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 180.64 m2 olan fərdi yaşayış evi birgə nikah dövründə qazanılmış hesab edilməklə, Cavabdeh həmin əmlakın 1/2 hissəsinə payı müəyyən edilmişdir. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində Cavabdeh 1/2 payı olduğundan məhkəmə belə hesab edir ki, İddiaçı tərəfindən ödənilməli olan 110907.94 (bir yüz on min doqquz yüz yeddi manat doxsan dörd qəpik) manat məbləğində pulun ödənilməmiş hissəsi olan 86548.38 (səksən altı min beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcunun ödənilməsi ilə bağlı öhdəliyində Cavabdeh İddiaçı ilə bərabər payı müəyyən edilməlidir. İddiaçının digər tələbi isə əmlakın sığortasının ödənilməsi məqsədilə 183.20 (bir yüz səksən üç) manat, ipoteka kağızının qeydiyyat rüsumu 5 (beş) manat, hesab açmaq üçün xidmət haqqı 2.50 (iki manat əlli qəpik) manat, İpoteka müqaviləsinin notarial qeydiyyatı üçün 25.30 (iyirmi beş manat otuz qəpik) manat pulun cavabdehdən alınaraq ona ödənilməsidir. Məhkəmə iddiaçının həmin tələbi ilə bağlı isə qeyd edir ki, həmin xərclər İddiaçı ilə Cavabdeh birgə nikahda olduqları müddətdə, nikah münasibətlərinə faktiki xitam verilənədək və tərəflər birgə təsərrüfat apardıqları müddətdə çəkildiyindən həmin xərclərin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi tələbi əsassızdır. Bu səbəbdən də iddia həmin hissədə də rədd edilməlidir. Məhkəmə İddiaçı iddia tələbinin “Evim AVM” "xxxx" MMC-dən alınan ev əşyalarına görə və “Nurlu xalça aləmi” mağazasından alınmış 17 adda İran və Türk xalçaları adlı mallara görə ödədiyi pulun yarısının Cavabdeh alınaraq ona ödənilməsinə münasibətdə isə belə hesab edir ki, həmin əşyalara Cavabdeh payı müəyyən edilmədiyindən, həmçinin həmin əşyalar hazırda iddiaçının şəxsi istifadəsində olduğundan iddia tələbi həmin hissədə rədd edilməlidir. İddiaçının digər tələbi olan “Nurlu xalça aləmi” mağazasından alınmış “oboy örtükləri” adlı mallara görə ödədiyi pulun yarısının Cavabdeh alınaraq ona ödənilməsinə münasibətdə isə belə hesab edir ki, iddiaçının məhkəməyə verdiyi izahatında da ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin tikili olduğunu, sadəcə kosmetik təmirə ehtiyacı olduğunu, bu səbəbdən kredit götürdüyünü bildirmişdir. Qeyd edilənlərdən də görünür ki, iddiaçı 48000 manat məbləğində götürdüyü kredit vəsaitini kosmetik təmir xərclərinə istifadə etmişdir. Oboy da həmin xərclərdən biri olduğundan iddiaçının digər tələbi olan həmin kredit borcunun yarısının cavabdehdən alınıb iddiaçıya verilməsinə münasibət bildirildiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Həmçinin həmin malların İddiaçı tərəfindən hissə-hissə ödənilməsini, tərəflər arasında birgə təsərrüfat aparmadıqları müddətdə iddiaçı tərəfindən həmin mallara görə ödəniş edilməsini təsdiq edən heç bir sübut iş materiallarına əlavə ediləmişdir. Bu səbəbdən də iddia tələbi həmin hissədə də rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsaslanaraq məhkəmə qeyd edir ki, hazırki iş üzrə iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 457.16 (dörd yüz əlli yeddi manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun 148.76 (bir yüz qırx səkkiz manat yetmiş altı qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia qismən təmin edilməli; -“X37”ndən alınmış “Kombi BYDHE + Radiator + otaq termostatı” adında mallara görə 2440.00 (iki min dörd yüz qırx manat sıfır qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilməli; -2021-ci ilin dekabr ayından 2025-ci ilin aprel ayı daxil olmaqla İddiaçı tərəfindən ödənilmiş 17359.56 (on yeddi min üç yüz əlli doqquz manat əlli altı qəpik) manat pulun yarısı olan 8679.78 (səkkiz min altı yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli; -"xxxx" ASC ilə X18 arasında bağlanmış 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli Kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənilməli olan 110907.94 (bir yüz on min doqquz yüz yeddi manat doxsan dörd qəpik) manat məbləğində pulun ödənilməmiş hissəsi olan 86548.38 (səksən altı min beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcunun ödənilməsi ilə bağlı öhdəliyində Cavabdeh İddiaçı ilə bərabər payı müəyyən edilməli; -iddia tələbi Cavabdeh münasibətdə qalan hissədə rədd edilməli; -iddia tələbi cavabdeh X19 münasibətdə rədd edilməli; -iddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 457.16 (dörd yüz əlli yeddi manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun 148.76 (bir yüz qırx səkkiz manat yetmiş altı qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qətetdi: İddia qismən təmin edilsin. “X37”ndən alınmış “Kombi BYDHE + Radiator + otaq termostatı” adında mallara görə 2440.00 (iki min dörd yüz qırx manat sıfır qəpik) manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı ödənilsin. 2021-ci ilin dekabr ayından 2025-ci ilin aprel ayı daxil olmaqla İddiaçı tərəfindən ödənilmiş 17359.56 (on yeddi min üç yüz əlli doqquz manat əlli altı qəpik) manat pulun yarısı olan 8679.78 (səkkiz min altı yüz yetmiş doqquz manat yetmiş səkkiz qəpik) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. "xxxx" ASC ilə X18 arasında bağlanmış 23 aprel 2021-ci il tarixli, 2304/01/İPK nömrəli Kredit müqaviləsi üzrə İddiaçı tərəfindən ödənilməli olan 110907.94 (bir yüz on min doqquz yüz yeddi manat doxsan dörd qəpik) manat məbləğində pulun ödənilməmiş hissəsi olan 86548.38 (səksən altı min beş yüz qırx səkkiz manat otuz səkkiz qəpik) manat məbləğində kredit borcunun ödənilməsi ilə bağlı öhdəliyində Cavabdeh İddiaçı ilə bərabər payı müəyyən edilsin. İddia tələbi Cavabdeh münasibətdə qalan hissədə rədd edilsin. İddia tələbi cavabdeh X19 münasibətdə rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən ödənilmiş 457.16 (dörd yüz əlli yeddi manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun 148.76 (bir yüz qırx səkkiz manat yetmiş altı qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Gülsüm Əliyeva.
Məhkəmə qərarları › İş №e-2(078)-75/2025
Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-75/2025
24.04.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver