Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-972/2025 08.09.2025 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏ (Açar sözlər: pul tələbi) Hakim Heydarov Aslan Nazim oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları:
1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 53000 (əlli üç min) manat borc məbləğlinin, vəkil xərcinə görə 300 (üç yüz)manat və dövlət rüsumu kimi ödənilmiş 251 (iki yüz əlli bir) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X3 ilə arasında yaxın münasibətlər olmuşdur. Aralarındakı münasibətlərə görə cavabdeh iddiaçıdan ona 50000 (əlli min) manat borca pul verməsini xahiş etmişdir. İddiaçı müxtəlif şəxslərdən borca pul alaraq 2024-ci ilin aprel ayında X2 50000 (əlli min) manat pul vermişdir. Cavabdeh iddiaçıdan aldığı 50000 manat pulu 2024-cü ilin dekabr ayında ona geri qaytaracağını öhdəsinə götürmüşdür. İddiaçı video çəkiliş apararaq cavabdehə 50000 manat pul verməsini ifadə etmiş, cavabdeh isə həmin pulu təhvil almasını bildirmişdir. Bununla bağlı video görüntü mövcüddur və iddia ərizəsinə əlavə edilmişdir.
3. Daha sonra 2025-ci ilin yanvar ayında cavabdeh iddiaçıya Umicodan 7000 (yeddi min) manat dəyərində ona mal vurmağını, vəziyyətini düzəldərək ödənişi isə dərhal ödəyəcəyini bildirmişdir. İddiaçı isə 7000 manat dəyərində əşyaları kreditlə şifariş verərək cavabdeh X2 göndərmişdir. Lakin cavabdeh ona olan borcunu və krediti ödəmədiyindən iddiaçı cavabdeh üçün şifariş verdiyi malların yarısını ondan geri almışdır. Cavabdeh həmin mallardan bəzilərini dövlət idarələrinə verdiyindən, iddiaçı 3000 manat dəyərində malları cavabdehdən geri ala bilməmişdir. Beləliklə, cavabdeh hazırda ümumilikdə iddiaçıya 53000 (əlli üç min) manat borculudur.
4. İddiaçı dəfələrlə cavabdehdən ona olan 53000 (əlli üç min) manat borcunu geri qaytarmasını tələb etsə də, cavabdeh borcunu geri qaytarıb vermir və müxtəlif bəhanələrlə borcunu ödəməkdən yayınmaqdadır. Cavabdeh bu günədək borcunun qaytarılması ilə bağlı heç bir addım atmamış və hər dəfəsində müxtəlif bəhanələrlə ödəməli olduğu borcunu geri verməkdən boyun qaçırmışdır. Artıq bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İddiaçı hesab edir ki, artıq pozulmuş hüquqlarının bərpası məhkəmə qaydasında tənzimlənməli və iddia tələbi tam təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ona ödənilməli olan pul ilə bağlı tələbi təmin edilməli, tələb etdiyi 53000 (əlli üç min) manat və vəkil xərcinə görə ödədiyi 300 (üç yüz) manat və 251 (iki yüz əlli bir) manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsinə dair müvafiq məhkəmə aktı qəbul edilməlidir.
5. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Azərbaycan Mülki Məcəlləsinin 385.1, 425.1, 443.1, 448.1, 449, 739.1-ci maddələrinə, Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 8.1.3-cü maddəsinə istinad edərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 09 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında verdiyi izahatında iddiaçının cavabdehdən tələb etdiyi 50000 manat pulu borc şəklində cavabdehə verdiyini, həmin halla bağlı videogörüntünün də mövcud olduğunu, növbəti məhkəmə iclası zamanı təqdim edəcəklərini bildirmişdir. Borcun qaytarılması ilə bağlı cavabdeh iddiaçıdan ona köməklik göstərməsini xahiş etmişdir. Nəticə etibarı ilə “Umico”dan 7000 manat dəyəri olan mallar sifariş etmişdir. Sonradan cavabdeh tərəfindən hər hansı bir hərəkət edilmədiyinə görə, malların bir qismini iddiaçı geri almış, lakin 3000 manat dəyərindəki mallar aidiyyəti dövlət təşkilatlarına verildiyinə görə 3000 manat cavabdehdə qalmışdır. Ümumilikdə 53000 manat məbləğində borc var.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 22 iyul 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında 50000 manat borc məbləği ilə bağlı videogörüntünü özündə əks etdirən flaş-kartı məhkəməyə təqdim etmiş və bildirmişdir ki, iddiaçı tələbində də göstərir ki UMİCO-dan 7000 manat pul alaraq, Cavabdeh vermişdir. Sonradan o vəsaitin 4000 manatını geri almışdır. 3000 manat isə CANON markalı fotoaparat, skaner İqtisadiyyat Nazirliyinə satıldığına görə, həmin vəsaitin alınması mümkün olmamışdır. Məsələyə aydınlıq gətirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinə sorğu göndərmişdir. Oradan zəng də ediblər ki, sorğunuz cavablandırılacaqdır. Sorğunu məhkəməyə təqdim etmişdir. Sorğunun cavabını və qəbzi də ən qısa müddətdə məhkəməyə təqdim ediləcəkdir.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil1 04 avqust 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında, heç bir ödəniş edilmədiyini, 7000 manata münasibətdə 4000 manatın geri alındığını, 3000 manat vəsait qaldığını, 3000 manat üçün də İqtisadiyyat Nazirliyinə sorğu veilib cavab alındığını, həmin cavabın işin içərisinə əlavə edilmədiyini, iki minə yaxın məbləğdə mal satışının öz əksini tapdığını bildirmişdir.
9. Cavabdeh 09 iyul 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında, 50000 manat məbləğində pul vəsaiti faiz pulu kimi verildiyini, 1 il ərzində hər ay 1400 manat ödədiyini,qəbzlərin də mövcud olduğunu, məhkəməyə təqdim olunacağını, yanvar ayında götürdüyü krediti həmin təşkilata satıb qazancını iddiaçının özünün götürmək istədiyini lakin aralarında yaranan münaqişədən sonra həmin təşkilata oğurluq malları olduğunu iddia edərək adını ləkələdiyini bildirmişdir.
10. Cavabdehin vəkili və nümayəndəsi Vəkil2 04 avqust 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında, Cavabdeh 50000 manatı etiraf etdiyini amma orada ödənişlər olduğunu, məbləğin orada artıq azaldığını, borcum ödənilməsi barədə qəbzləri hələ də əldə edə bilmədiklərini, qəbzlərin əldə olunması məqsədi ilə hazırda mühasiblə əlaqə saxlaya bilmədklərini, ödənişləri mühasibin etdiyini bildirmişdir.
11. Cavabdeh 25 avqust 2025-ci il tarixli məhkəmə iclasında verdiyi izahatında 50000 manat borc aldığını qəbul etmiş, ayda 1400 manat faiz ödəmək şərti ilə verildiyini bildirmişdir. İddiaçı ilə tanışlıqları 2010-cu ildən olmuşdur. İddiaçı işi böyütməyi demiş, lakin mühasibin olmadığını ona bildirmişdir. Qarşı tərəf demişdir ki Nəzakət həkim faizlə pul verir. Sonradan bilmişdir ki, o pul iddiaçının öz puludur. Mühasib Elsunu o tapmış və ona demişdir ki, Nihadın pulu olmayanda xəbər ver pulumu istəyim. Əlində istəmişdir ki, pul verilməsin mağaza onların olsun. Bunları Elsun iddiaçı ilə münasibətləri pisləşəndən sonra ona demişdir. Bu zaman Elsuna il sonuna qədər işdən çıxmasını bildirmişdir. Dekabrda işini yekunlaşdırmış və getmişdir. Sahibkarlıq fəaliyyətində mağazada köçürmələrdə işi mühasib görmüşdür. İddiaçı sahibkarlıqla məşğul olmadığından, rəsmi köçürə bilməmişdir. Elsun özündən pulu iddiaçı Nicata göndərmişdir. Hal-hazırda mühasibi tapa bilmədiyini bildirmişdir.
12. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iş üzrə İddiaçı, Cavabdeh və cavabdehin vəkili və nümayəndəsi Vəkil2 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
13. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir.
Sübutların tədqiqi:
14. İş materiallarında olan, 07 iyul 2025-ci il tarixli, 3-13-43-6/2-18265/2025 nömrəli, Naxçıvan MR Daxili İşlər Nazirliyinin Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən vəkil sorğusuna ünvanlanmış cavab məktubundan görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsilə cinayət işi başlanılmış və sonradan şəxslər arasında barışıq olduğu üçün cinayət işinə xitam verilmişdir. Həmin şəxslər arasında borc məsələsi ilə bağlı Naxçıvan Şəhər Polis İdarəsində heç bir materialın olmadığı qeyd olunmuşdur.
15. Naxçıvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli sorğusu əsasında Naxçıvan Şəhər Polis İdarəsi tərəfindən göndərilmiş 02 iyun 2025-ci il tarixli, cinayət təqibinə xitam verilməsi barədə Qərarından görünür ki, Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilmişdir.
16. İş materiallarında olan, 18 iyul 2025-ci il tarixli, 758/2025 nömrəli, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Sənədlərin təqdim edilməsinə dair Naxçıvan şəhər Vəkil Bürosuna yazılmış məktubundan və xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 11832761 nömrəli, Elektron qaimə-fakturadan məlum olur ki, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin satınalma komissiyası tərəfindən xx.xx.2024-cü il tarixdə dövlət satınalmalarının vahid internet portalında (etender.gov.az) “Skaner və fotoaparatın satınalınması” (Müsabiqə№ 102132) adlı satınalma dərc edilmiş, xx.xx.2024-cü il tarixdə satınalma üzrə zərflər açılmış, satınalma üzrə tələblərə uyğun və ən aşağı qiymət təklifi təqdim etmiş fiziki şəxs Cavabdeh qalib elan edilərək yekun protokol təsdiq olunması məqsədilə nəzarət orqanına təqdim edilmişdir. Nəzarət orqanı tərəfindən satınalmanın yekunlarına dair protokol xx.xx.2024-cü il tarixli, AİBNDX/SQ-15105/2024 nömrəli Qərarı ilə təsdiq olunmuşdur. “Skaner və fotoaparatın satınalınması” predmeti üzrə xx.xx.2024-cü il tarixdə tərəflər arasında 2.204,0 manat məbləğində satınalma müqaviləsi imzalanmış və mallar təhvil alınaraq təchizatçı tərəfindən təqdim olunan elektron qaimə əsasında ödəniş həyata keçirilmişdir.
17. Mallar üzrə satınalma müqaviləsinin nümunəvi forması”na 5 nömrəli əlavə olan təhvil-təslim aktından görünür ki, “Skaner və fotoaparatın satınalınması” predmeti üzrə xx.xx.2024-cü il tarixində Naxçıvan şəhərində bağlanmış vergilə daxil 2.204,0 manat məbləğli müqaviləyə əsasən, müqavilə üzrə xx.xx.2024-cü il tarixində satınalma predmeti tam olaraq icra edilmişdir. Zəmanət müddəti nəzərə alınmaqla tərəflərin bir-birinə müqavilə üzrə öhdəliyi qalmamışdır.
18. İddiaçının vəkili tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş videogörüntüdən məlum olur ki, Nəsihət həkimin verdiyini bildirlən 50.000 manatı Cavabdeh təqdim edilmiş, Cavabdeh ona təqdim olunan 50.000 manatı təhvil aldığını bildirmişdir.
19. İş materiallarında olan EM-06/71VK-30934/25 nömrəli, xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı Naxçıvan şəhər Məhkəməsində pul tələbinə dair hüquqi yardım göstərilməsi üçün onunla Vəkil1 arasında müqavilə bağlanmış və hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 300 manat müəyyən olunmuşdur.
Tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 1.1. Bu Məcəllənin məqsədi üçüncü şəxslərin hüquqlarına xələl gətirmədən mülki dövriyyənin azadlığını onun iştirakçılarının bərabərliyi əsasında təmin etməkdir.
21. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
22. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
23. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər. 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları. 14.2.3. Mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları. 14.2.4. Qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi. 14.2.5. Elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması. 14.2.6. Başqa şəxsə zərər vurulması. 14.2.7. Əsassız varlanma. 14.2.8. Fiziki və hüquqi şəxslərin digər hərəkətləri. 14.2.9. Qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə.
24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
26. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
27. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
28. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
29. Maddə 448.1. maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
30. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
31. Maddə 739.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır.
32. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
33. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
34. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarı:
35. Çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:
36. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.
37. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
38. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
39. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
41. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
43. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.
44. Maddə 78.2. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir.
45. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
48. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
49. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
50. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi:
52. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdırıb, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməməlidir.
53. Məhkəmə ilk növbədə qeyd edir ki, prosessual qanunvericilikdə “Jura novit curia”, yəni “Məhkəmə qanunları bilir” prinsipi tətbiq olunur ki, iddiaya baxan məhkəmə iddia tələbinin əsaslandırılmasından asılı olmayaraq təqdim olunmuş sübutlara əsasən tərəflər arasında yaranmış hüquq münasibətlərini müəyyən etmək və Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən həmin münasibətlərə uyğun olaraq maddi hüquq normanı tətbiq etməklə, mübahisəni həll etməlidir.
54. İddiaçı iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin borc münasibətlərini tənzimləyən müddəasına istinad etsə də, həmin Məcəllənin 739.2-ci maddəsində borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalı olması təsbit edilmişdir. Hazırki iddia tələbində isə tərəflər arasında olan münasibətlərdə borcla bağlı yazılı müqavilə bağlanmamışdır.
55. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddianın hüquqi əsasını Mülki Məcəllənin 1091 və 1092-ci maddələri yəni, əsassız varlama ilə bağlı müddəaları təşkil edir.
56. Məhkəmə qeyd edir ki, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.
57. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi həmin aktların ədalətli olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli Qərarı).
58. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir.
59. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır.
60. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır.
61. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinə iki hissəli yanşma aparılmalıdır. Belə ki, ilkin olaraq iddiaçı tərəfindən cavabdehə 50.000 manat borc verildiyi, daha sonra isə kreditlə cavabdeh üçün aldığı mallardan 3000 manat dəyərindəki hissənin pulunu və yaxud malın özünü ala bilmədiyini iddia etmişdir.
62. Məhkəmə qeyd edir ki, ilk növbədə 50.000 manat pulun cavabdehə verilibverilməməsini sübut etmə yükü iddiaçının üzərinə düşür, pul verilmişsə həmin pulun qaytarılmasını sübut etmə yükü cavabdehin üzərindədir.
63. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən qeyd edilən məbləğin cavabdehə verilməsi barədə məhkəməyə video yazı təqdim edilmiş, həmin videoyazıya məhkəmə iclasında tərəflərin iştirakı ilə baxış keçirilmişdir. Cavabdeh qeyd edilən məbləğin həqiqətən ona verildiyini qəbul etmiş, lakin, həmin pulun faizə verilmiş pul olduğunu, qeyd edilən məbləğdən aprel ayından dekabr ayaylıq 1400 manat ödəniş etdiyini, həmin ödənişi mühasibinin etdiyini, rəsmi köçürmə edə bilmədiklərini, mühasibin öz kartından iddiaçıya köçürmə etdiyini bildirmiş lakin, qeyd edilən ödənişlərlə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir.
64. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən 50.000 manat məbləğin həqiqətən ona verilməsi etiraf olunduğundan, sübutetmə yükünün bölüşüdürülməsinə dair Qanuvericiliyin tələbləri baxımından həmin məbləği iddiaçıya qaytardığını sübut etmə yükü cavabdehin üzərinə düşür. Lakin, cavabdeh 50.000 manat məbləğin iddiaçıya qaytarılması barədə hər hansı mötəbə sübut təqdim edə bilmədiyindən, iddiaçı həmin hissədə tələbinin əsasını sübut edə bilmiş və qeyd edilən məbləği tələb etməkdə haqlı olmuşdur.
65. İddia tələbinin 3000 manatın pulun tələb olunması hissəsinə münasibətdə qeyd edir ki, iddiaçı iddia ərizəsində həmin tələblə bağlı göstərmişdir ki, 2025-ci ilin yanvar ayında cavabdeh iddiaçıya Umicodan 7000 (yeddi min) manat dəyərində ona mal vurmağını, vəziyyətini düzəldərək ödənişi isə dərhal ödəyəcəyini bildirmişdir. İddiaçı isə 7000 manat dəyərində əşyaları kreditlə şifariş verərək cavabdeh X2 göndərmişdir. Lakin cavabdeh ona olan borcunu və krediti ödəmədiyindən iddiaçı cavabdeh üçün şifariş verdiyi malların yarısını ondan geri almışdır. Cavabdeh həmin mallardan bəzilərini dövlət idarələrinə verdiyindən, iddiaçı 3000 manat dəyərində malları cavabdehdən geri ala bilməmişdir. İddiaçı həmin hissədə tələbini təsdiq edən sübut qismində Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyinin Sənədlərin təqdim edilməsinə dair18 iyul 2025-ci il tarixli, 758/2025 nömrəli məktubunu, xx.xx.2024-cü il tarixli, MT2412 seriyalı, 11832761 nömrəli, Elektron qaimə-fakturanı və mallar üzrə satınalma müqaviləsinin nümunəvi forması”na 5 nömrəli əlavə olan təhvil-təslim aktını məhkəməyə təqdim etmişdir.
66. Məhkəmə iclasında cavabdeh iddia tələbinin həmin hissəsinə münasibətdə bildirmişdir ki, həmin malları iddiaçı mağazaya qazanc məqsədi ilə özü almışdır. Həmin mallar cavabdeh tərəfindən İqtisadiyyat Nazirliyinə verilmiş, Nazirlik tərəfindən 2204 manat ödəniş edilmiş və həmin pulları aralarında mübahisə yarandığına görə iddiaçıya qaytarmamışdır.
67. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən satınalmaya görə İqtisadiyyat Nazirliyinin ödədiyi və iddiaçıya verilməli olan məbləğ verilmədiyinə görə, həmin məbləğ cavabdehin etirafı və təqdim edilmiş sübutlarla 2204(iki min iki yaz dörd) manat təşkil etdiyindən, iddia 3000 mantın tutulması hissəsində qismən əsaslı olduğundan qismən təmin edilməlidir.
68. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
69. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.
70. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
71. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
72. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
73. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).
74. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir.
75. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır.
76. Konstitusiya Məhkəməsinin Plenumu da qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar).
77. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.
78. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
79. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).
80. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.
81. Məhkəmə iddiaçı tərəfindən hüquqi yardıma görə vəkilə ödənilmiş 300 manat qonararın cavabdehdən tutulmasına münasibətdə tələbinə dair aşağıdakıları qeyd edir.
82. İş materiallarında olan EM-06/71VK-30934/25 nömrəli, xx.xx.2025-ci il tarixli hüquqi yardım göstərilməsi haqqında müqavilədən görünür ki, İddiaçı Naxçıvan şəhər Məhkəməsində pul tələbinə dair hüquqi yardım göstərilməsi üçün onunla Vəkil1 arasında müqavilə bağlanmış və hüquqi yardıma görə haqq qarşılıqlı razılıq əsasında 300 manat müəyyən olunmuşdur.
83. Mülki prosessual Məcəllənin Maddə 121.1-ci maddəsinə əsasən, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
84. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, vəkil tərəfindən iddiaçıya göstərilən hüquqi yardıma görə 295,50 (iki yüz doxsan beş manat, əlli qəpik) manat pul vəsaiti tutularaq iddiaçıya verilməlidir.
85. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməklə Cavabdeh 52204(əlli iki min iki yüz dör) manat borc, hüquqi yardıma görə 295,50 (iki yüz doxsan beş manat, əlli qəpik) manat və dövlət rüsumu olaraq 246.61 (iki qırx altı manat, altmış bir qəpik) manat İddiaçı xeyrinə tutulmalıdır.
86. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir.
87. İddia qismən təmin edilməli olduğundan Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, iddia ərizəsi üzrə İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X4 Portalına xx.xx.2025-ci il tarixdə ********** nömrəli mədaxil qəbzi ilə ödənilmiş 250.00 manat dövlət rüsumununun 246.61 (iki qırx altı manat, altmış bir qəpik) manat hissəsi Cavabdeh alınaraq İddiaçı qaytarılmalıdır.
88. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
İddiaçı Cavabdeh qarşı Cavabdeh 53000 (əlli üç min) manat borc məbləğlinin, vəkil xərcinə görə 300 (üç yüz)manat və dövlət rüsumu kimi ödənilmiş 251 (iki yüz əlli bir) manat pulun alınaraq İddiaçı ödənilməsi barədə iddiası qismən təmin edilməsin. Cavabdeh 52204(əlli iki min iki yüz dör) manat borc pul, hüquqi yardıma görə vəkilə ödənilmiş 295,50 (iki yüz doxsan beş manat, əlli qəpik) manat və dövlət rüsumu olaraq ödənilmiş 246.61 (iki qırx altı manat, altmış bir qəpik) manat pul İddiaçı xeyrinə tutulsun. Qətnamədən, onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Naxçıvan Şəhər Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Aslan Heydarov.