Məhkəmə qərarları › İş №e-2(078)-994/2023

Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(078)-994/2023

04.10.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naxçıvan şəhəri İş № e-2(078)-994/2023 04.10.2023 NAXÇIVAN MR NAXÇIVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Səfərəliyeva Gülnar Xanlar qızının sədrliyi, Bağırova Nigar Ənvər qızının katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil və Cavabdeh9 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 qarşı birgə mülkiyyətdə olan əmlakda payların müəyyən olunması tələbinə dair mülki işə Naxçıvan Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan ünvan 1 ünvanında yerləşən əmlakda payların bərabər qaydada müəyyən olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında bildirmişdir ki, Naxçıvan şəhəri, Şəhriyar küçəsində 0.139 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51.3 kv.m təşkil edən 18 nömrəli fərdi yaşayış evi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əəmlakın Dövlət Reyestrindən çıxarışı əsasında **********64-10301 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin mülkiyyət paylı mülkiyyət olmaqla onun və 5 nəfərin mülkiyyətindədir. Lakin paylar müəyyən olunmayıb. Raziyə və Zoya bibiləridir. Mənsumə bacısıdır. Süleyman isə onun həyat yoldaşıdır. Şəhla, Lalə, Şəfiqə və Namiq onun övladlarıdır. Altayə isə bacısdır, 1-ci qrup əlildir, subaydır. Zoya bibisinin övladları-Nigar, Nərgiz və Həsəndir. Əri isə Musa idi. Lena xanım isə anasıdır. Anası ölən bacısı Firuzəyə münasibətdə cavabdehdir. Firuzə bacısı subay idi. O payının verilməsini və sərhədlərinin müəyyənləşdirilməsini istəyir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahat verən iddiaçının vəkili və nümayəndəsi Vəkil hüquqlarını müdafiə etdiyi və eyni zamanda nümayəndəsi şəxsin izahatını təsdiqlədiyini, heç bir əlavəsinin olmadığını bildirmiş və sonda iddianın təmin olunması barədə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında Cavabdeh9 izahatında bildirmişdir ki, iddiaçı onun övladıdır. Onların iddia ilə heç bir mübahisəsi yoxdur. Sadəcə evi oğlu adına sənədləşdirə bilmir. Müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslasının vaxtı və yeri barədə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X17, Cavabdeh8 və Cavabdeh10 rəsmi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş, Cavabdeh3 xx.xx.2023-cü il tarixdə, Cavabdeh2 xx.xx.2023-cü il tarixdə, Cavabdeh6 xx.xx.2023-cü il tarixdə, Cavabdeh1 xx.xx.2023-cü il tarixdə, Cavabdeh4 xx.xx.2023-cü il tarixdə, Cavabdeh7 xx.xx.2023-cü il tarixdə, X20 xx.xx.2023-cü il tarixdə, Cavabdeh5 xx.xx.2023-cü il tarixdə, Cavabdeh8 xx.xx.2023-cü il tarixdə məhkəmənin ünvanına teleqram göndərərək miras payından imtina etdiyini, miras əmlakın İddiaçı adına keçməsinə etiraz etmədiyini bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə... işə baxmağa haqlıdır. Bunu nəzərə alan məhkəmə işə digər cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X12, Cavabdeh8 və Cavabdeh10 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin qiymətləndirməsi: Məhkəmə tərəflərin izahatını dinləyib, iş üzrə toplanmış sübutları, eyni zamanda işin digər hallarını nəzərdən keçirib, onları əlaqəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Hazırki iddia tələbinin qanuni əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 214.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. İş materiallarına əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən xx.xx.2022-ci il tarixli Çıxarışdan aydın olur ki, Naxçıvan şəhəri, Şəhriyar küçəsində 0.139 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51.3 kv.m təşkil edən 18 nömrəli fərdi yaşayış evi İddiaçı, Cavabdeh5, Cavabdeh10, X3, X6, X13 mülkiyyətinə verilmişdir. xx.xx.2023-cü il tarixli arayışda qeyd olunmuşdur ki, X14 ilə X22 arasında xx.xx.1954-cü il tarixdə nikah bağlanmış və bu barədə 1099 nömrəli akt qeydi icra olunmuşdur. Naxçıvan Şəhər icra Hakimiyyəti 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1837 nömrəli arayışdan aydın olur ki, mərhum X1 şəhəri, N.Naxçıvani 5/13 ünvanında yaşamış və onun aşağıdakı vərəsələri vardır: -Cavabdeh2-həyat yoldaşı-1960; - X7-qızı -1988; - X8-qızı-1990; - X16-qızı-1996; -Cavabdeh6-oğlu-2000; -Cavabdeh9-anası-1941. İş materiallarında olan Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh6, tərəfindən verilmiş notarial qaydada təsdiq edilmiş ərizədən aydın olur ki, X4 ölümündən sonra miras qalmış əmlakdan ona düşən miras payı qəbul qəbul etməmiş və gələcəkdə həmin payın qəbulu ilə əlaqədar heç bir məhkəmə orqanına müraciət etməyəcək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Həmin Məcəllənin 213.2-ci maddəsinə görə əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Həmin Məcəllənin 213.3-cü maddəsinə görə əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. Həmin Məcəllənin 213.5-ci maddəsinə görə birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin əsas prinsiplərindən biri mülkiyyətin tохunulmаzlığıdır. Həmin Məcəllənin 152.1-152.4-cü mаddələrinə əsаsən mülkiyyət hüququ subyеktin оnа mənsub əmlаkа öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə еtmək və оnа dаir sərəncаm vеrmək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. Mülki Məcəllənin 152.5-ci mаddəsinə əsаsən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər... İstər işin yuxarıda qeyd edilən faktiki hallarından, istərsə də yuxarıda qeyd edilən maddi hüquq normaları ilə işin faktiki hallarının təhlilindən məhkəmə bu qənaətə gəlir ki, mövcud sənədlər iddiaçı və digər şəxslərin-X2, Cavabdeh10, X3, X9 və X5 paylı mülkiyyətində fərdi yaşayış evi və torpaq sahəsinin olmasını təsdiq edir. Cavabdehlər istər məhkəməyə göndərdikləri teleqramda, istərsə də digər cavabdehin məhkəmə iclasında izahatında iddianı qəbul etdiklərini bildirmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə qeyd edir ki, nə qədər ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilmirsə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir (MM 140-cı maddə). Belə olan halda məhkəmə qüvvədə olan hüquqmüəyyənedici sənədlər əsasında iddiaçıların paylı mülkiyyətində olan torpaq sahələrində onların hər birinin payının müəyyən edilməsi barədə iddia tələbini uğurlu hesab edir və iddia tələbində qeyd edilənləri nəzərə alaraq iddiaçıların hər birinin payını-bütün mülkiyyətçilər nəzərə alınmaqla bərabər qaydada müəyyən edilməsini qanunvericiliyin norma və prinsiplərinə uyğun hesab edir. Nəticə: Məhkəmə belə qənaətə gəlir ki, İddiaçı, Cavabdeh5, Cavabdeh10, X3, X6, X13 ümumi birgə mülkiyyəti sayılan Naxçıvan şəhəri, Şəhriyar küçəsində 0.139 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51.3 kv.m təşkil edən 18 nömrəli fərdi yaşayış evində 1/6 hissə İddiaçı payı müəyyən edilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq, iddia təmin edildiyindən İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 5179 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X10, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 tutularaq iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 217.5-ci maddəsinə əsasən bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə icraatında işə baxan məhkəmə öz qətnaməsini yalnız elektron məhkəmə icraatı materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Naxçıvan şəhəri, Şəhriyar küçəsində 0.139 ha həyətyanı torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 51.3 kv.m təşkil edən 18 nömrəli fərdi yaşayış evində İddiaçı payının 1/6 hissə olması müəyyən edilsin. İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialına xx.xx.2023-cü il tarixdə 5179 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, X10, Cavabdeh8, Cavabdeh9 və Cavabdeh10 tutularaq İddiaçı qaytarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim olunduğu gündən bir ay müddətində Naxçıvan Şəhər Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Gülnar Səfərəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar