Məhkəmə qərarları › İş №e-2(079)-373/2024

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-373/2024

27.11.2024 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-373/2024 27.11.2024 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi İsmayıl Günay Mikayıl qızının sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə tərəflərin iştirakı olmadan məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı xx.xx.2024-cü il tarixdə Babək Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ona dəymiş 7744,34 manat məbləğində maddi zərərin Cavabdeh tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsində bildirmişdir ki, müvəkkilim X6 xx.xx.2024-cü il tarixində Mərdəkan istiqamətində hərəkətdə olarkən ona məxsus İddiaçı MMC-nin tabeliyində olan **-AK-*** dövlət qeydiyyat nişanlı Toyota Rav-4 minik avtomobili ilə qarşısında anidən dayanan Changan yük markalı nəqliyyat vaistəsinə, arxadan gələn nəqliyyat vasitəsi isə müvəkkilimin avtomobilinə toqquşaraq zəncirvari qəza şəraiti yaranıb. Bu barədə İXP ******* nömrəli protokolda qeyd olunub. Əkbərov Elvin İddiaçı MMC-nin direktoru olaraq avtomobilə dəyən ziyan qarşı tərəfdən ödənmir. Belə ki, qüsur aktında qeyd olunaraq göstərilmişdir ki, müvəkkilim Əkbərov Elvinə məxsus **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə 7744,34 (yeddi min yeddi yüz qırx dörd) manat ziyan dəymişdir. Qüsur aktında, baş vermiş hadisə nəticəsində Əkbərov Elvinə məxsus **-AK-*** dövlət qeydiyyat nişanlı avtomaşına 7744,34 manat maddi ziyan dəymişdir. Bu məbləğdən müvəkillimə heç bir məbləğ ödənilməmişdir. Həmin hadisə nəticəsində bir neçə avtomobilə ziyan dəydiyinə görə sığorta digər avtomobillərə də ödəniş etdiyi üçün müvəkkilim Əkbərov Elvinə dəymiş ziyanı tam ödəmədi. Ona görə də məhkəmə qaydasında müraciət etmək məcburiyyətində qalmışam. İddiaçının tələbinin əsaslandırdığı sənədlər inzibati xəta haqqında qərarın surəti, order, etibarnamə, qüsur aktı, sürücülük vəsiqəsinin surəti, şəxsiyyət vəsiqəsinin surəti, nəqliyyat vasitəsinin qevdiwat şəhadətnaməsinin surəti, “Həkəri Group" MMC-nin yol vərəqəsi və nəqliyyat vasitəsinin zədələnməsi barədə arayışıdır. İddiaçının vəkil-nümayəndəsi xx.xx.2024-cü il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət edərək Cavabdeh qarşı “Yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair” ərizə ilə müraciət etdiyini, **-AK-*** dövlət qeydiyyat nişanlı Toyota Rav-4 minik avtomobilin İddiaçı MMC-nin mülkiyyətində olduğunu, qəza törədilərkən İddiaçı MMC-nin təqdim etdiyi yol vərəqəsində adı göstərilən X1 arxasında olduğundan iddiaçı qismində səhvən onun adının göstərildiyini, iddiaçının X6 deyil, İddiaçı MMC olduğunu qeyd etmiş, bu hal nəzərə alınmaqla əsl olmayan iddiaçının əsl olan iddaçı - İddiaçı MMC ilə əvəz edilməsinə dair qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının vəkil-nümayəndəsinin yazılı vəsatətini nəzərə alan məhkəmə xx.xx.2024-cü il tarixli qərardadı ilə əsl olmayan iddiaçı X4 əsl iddiaçı - İddiaçı ilə əvəz etmiş, mülki işə əvvəldən baxılmağa başlanılmışdır. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçının vəkil-nümayəndəsi elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək işlərinin intensivliyi ilə əlaqədar olaraq məhkəmə prosesində iştirak edə bilməyəcəyini, iş üzrə bütün sübutları məhkəməyə təqdim etdiklərini, məhkəmə hazırlıq prosesinin onların iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsinə əlavə olunmuş: - xx.xx.2024-cü il tarixli, İXP6176834 nömrəli inzibati xəta haqqında protokoldan Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Xəzər rayonu H.Əliyev prospekti ərazisində CHANGHAN yük markalı, 77BG144 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci, 332.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətməsi; - nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən TOYOTA RAV-4 minik markalı, 99AK039 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin İddiaçı mülkiyyətində olması; - xx.xx.2024-cü il tarixli yol vərəqəsinə əsasən texniki pasport nömrəsi BB 383773, buraxılış ili 2022, mühərriki V513049, seriyası JTMW43FVXPD149308 olan, ** AK *** qeydiyyat nişanlı, Toyota Rav-4 minik markalı nəqliyyat vasitəsinin həmçinin X5 idarə edilməsi üçün 03 aprel 2025-ci ilədək verildiyi; - xx.xx.2024-cü il tarixli nəqliyyat vasitələrinin zədələnməsi barədə arayışdan Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Xəzər rayonu H.Əliyev prospekti ərazisində CHANGHAN yük markalı, 77BG144 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən X2 idarə etdiyi **-AK-*** qeydiyyat nişanlı, Toyota Rav-4 minik markalı nəqliyyat vasitəsini əzməsi nəticəsində sağ qabaq, arxa və qabaq hissələrində şişlərin yarandığı; - xx.xx.2024-c4 il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan Toyota Rav-4 minik markalı, **-AK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış nəticəsində dəymiş zərərin 7744.34 manat həcmində olması, zədələnmiş detallar, zədələrin xarakteri, dəyişdirilmə və ya təmir edilmə zərurəti, görüləcək işlər və onların miqdarı, ölçü vahidi, məbləğlərinin 1 ədəd arxa sol qanad qiyməti 1050.01, 1 ədəd arxa bufer qiyməti 350.00, 1 ədəd salaska qiyməti 85 manat, 1 ədəd arxa buferin sol kliki qiyməti 315.01 manat, 12 ədəd knopka qiyməti 33.97 manat, 2 ədəd radarın qapağı qiyməti 40.01 manat, 2 ədəd radar yuvası qiyməti 40 manat, 1 ədəd arxa sol stop qiyməti 474.99 manat, 1 stopun salaskası qiyməti 90 manat, 1 ədəd arxa brizqovik qiyməti 70.57 manat, 1 ədəd arxa sol qanadaltı plastmas qiyməti 78.3 manat, 1 ədəd arxa patkrilnik qiyməti 118 manat, 1 ədəd arxa sol qanadın spoyleri qiyməti 103.84 manat, 2 led, rr combination qiyməti 159.61 manat, 1 ədəd lampa qiyməti 11 manat, 1 ədəd fara sağ qiyməti 1100 manat, 1 ədəd ön buferin kronshteyni qiyməti 100.01 manat, 1 ədəd buferin setkasının sağ qapağı qiyməti 20 manat, 1 ədəd buksır qapağın qiyməti 23.01 manat, 1 ədəd buferin alt hissəsinin qiyməti 354 manat olmaqla cəmi 4617.34 manat, dəmir işçiliyi üzrə 826 manat, rəng işçiliyi üzrə 1321.60 manat, armatur işiçiliyi üzrə 767 manat, elektrik işiçiliyi üzrə 118 manat, plasmas işçiliyi üzrə üzrə 94.40 manat olmaqla cəmi 3127 manat məbləğində, ümumilikdə isə 7744.34 manat olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu(delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin məcəllənin 1097.3-cü maddəsinə əsasən qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Həmin məcəllənin 1108.1-ci maddəsinə əsasən ətradakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 18 aprel 2022-ci il tarixli qərarına əsasən yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Xəzər rayonu H.Əliyev prospekti ərazisində CHANGHAN yük markalı, 77BG144 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1ci, 332.1-ci və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutur. Sözügedən maddənin qeyd hissəsinə əsasən bu Məcəllənin 96.1.1-ci, 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Məhkəmə qeyd edir ki, “Yol hərəkəti haqqında” Qanunun 37-ci maddəsinin İ hissəsinin 1-ci bəndində mexaniki nəqliyyat vasitəsinin sürücüsünün özündə saxlamalı olduğu sənədlər müəyyən edilmişdir. Fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücülük vəsiqəsi ilə yanaşı, sənədlər sırasında sürücünün icarə və ya digər əşya hüquqlarına dair müqaviləsi, nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə və ya nəqliyyat vasitəsinə ümumi mülkiyyət hüququna dair şəhadətnamə göstərilmişdir. Cavabdehin həmçinin 332.1-ci maddədə nəzərdə tutulan inzibati xəta əməlini törətməkdə təqsirli bilinməsi onu deməyə əsas verir ki, o yüksək təhlükə mənbəyini idarə edərkən ona mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik etməmişdir. Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Sözügedən halda cavabdehin nəqliyyat vasitəsinin sahibi yanında olmadan etibarnaməsiz idarə etməsi halı mübahisəsiz qaydada müəyyən olunmuş, bununla bərabər nəqliyyat vasitəsinin sahibinin nəqliyyat vasitəsini öz iradəsi ilə cavabdehin istifadəsinə verməsi halı müəyyən olunmamışdır. Sözügedən halla bağlı cavabdeh tərəfindən məhkəməyə hər hansı sübutlar təqdim olunmamışdır. Cavabdehin həmçinin təqsirli bilindiyi İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsi ilə “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyət nəzərdə tutulur. Bütün bunları nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh tərəfindən törədilmiş mülki hüquq pozuntusu nəticəsində hüquqi şəxs İddiaçı əmlakına zərər vurulmuşdur və sözügedən zərər mülki hüquq pozuntusunda təqsirli olan Cavabdeh tərəfindən hüquqi şəxsə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin mülki prosessual qanunvericilikdə çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Həmin məcəllənin 78.1-ci maddəsinin tələbinə görə isə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki Prosessual Məcəllədə çəkişmə prinsipinin təsbit edilməsi mülki prosesdə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasının və iş üzrə qəbul edilən qərarın ədalətli və qanuni olmasının təminatıdır. Çəkişmə prinsipinə görə, məhkəmə ədalət mühakiməsi funksiyaları ilə uyğun gəlməyən səlahiyyətlərdən azad olunmuşdur. Prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Cavabdeh iddiaya qarşı etirazını və etirazının əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə dəymiş zərərin məbləğinin müəyyən olunması üçün xx.xx.2024-cü il tarixli qərardadla öz təşəbbüsü ilə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmiş, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli rəyindən qiymətlədirmənin xx.xx.2024-cü il tarixdə aparıldığı, zədələnmiş detalların, onların miqdarı və ümumi dəyəri 1 ədəd arxa sol qanad qiyməti 950 manat, 1 ədəd arxa sol hava yeri qiyməti 75 manat, 1 ədəd arxa bufer qiyməti 260.00 manat, 1 ədəd bufer darağı (salaska) 50 manat, 1 ədəd arxa buferin sol hissəsi(kliki) qiyməti 185 manat, 12 ədəd knopka 34 manat, 2 ədəd radarin qapaği qiyməti 40 manat, 2 ədəd radar yuvasi qiyməti 40 manat, 1 ədəd arxa sol stop qiyməti 430 manat, 1 ədəd stopun darağı (salaska) qiyməti 55 manat, 1 ədəd arxa sol brizqovik qiyməti 55 manat, 1 ədəd arxa sol qanadalti plastmas qiyməti 60 manat, 1 ədəd arxa patkrilnik qiyməti 95 manat, 1 ədəd arxa sol qanadin spoylerİ qiyməti 100 manat, 2 LED, RR COMBİNATİON qiyməti 130 manat, 1 ədəd lampa qiyməti 10 manat, 1 ədəd sağ fara qiyməti 1000 manat, 1 ədəd ön buferin kronshteyni qiyməti 100 manat, 1 ədəd buferin setkasinin sağ qapaği qiyməti 15 manat, 1 ədəd buksir qapaği qiyməti 15 manat, 1 ƏDƏD arxa buferin alt hissəsi qiyməti 350 manat olmaqla cəmi 4049 manat, dəmir işi üzrə qiyməti 800 manat, rəngsaz işi üzrə 1000 manat, armaturçu işi üzrə üzrə qiyməti 500 manat, elektrik işi üzrə qiyməti 100 manat, plastmast işi üzrə qiyməti 90 manat olmaqla cəmi 2490 manat məbləğində hesablanmaqla, 2022-ci il buraxılışlı “Toyota” markalı, “Rav-4” minik modelli, universal tipli, tünd göy metallik rəngli, mühərriki 1987 sm3 olan **-AK- *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin təmir-bərpa xərclərinin dəyəri nəzəri hesablama yolu ilə təxminən 6539.00 (altı min beş yüz otuz doqquz) manat olduğu müəyyən edilmişdir. Məhkəmə ekspertin rəyini hərtərəfli araşdırmanın nəticəsi hesab edir və sübut kimi nəzərə alır. Yuxarıda qeyd edilən halları ümumiləşdirərək məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı yol-nəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası qismən təmin olunmalı, Cavabdeh 6539.00 (altı min beş yüz otuz doqquz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilməli, iddia qalmış hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə ekspertlərə verilməli olan məbləğlər də daxildir. MPM-in 124.1-ci maddəsinə görə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 noyabr 2024-cü il tarixli ekpertiza xərclərinə dair bildirişə əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat miqdarında olan məhkəmə xərci cavabdehdən alınaraq X7 Muxtar Respublikası İdarəsinin AZ21NABZ******************** nömrəli hesabına ödənilməlidir. Məhkəmədə iddia irəli sürülərkən iddiaçının ödəməkdən azad edildiyi 85.39 (səksən beş manat, otuz doqquz qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.1, 284-6.2, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh 6539.00 (altı min beş yüz otuz doqquz) manat məbləğində pul alınaraq İddiaçınə ödənilsin. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri olan 50 (əlli) manat miqdarında məhkəmə xərci Cavabdeh alınaraq X7 Muxtar Respublikası İdarəsinin AZ21NABZ******************** nömrəli hesabına ödənilsin. 85.39 manat (səksən beş manat, otuz doqquz qəpik) miqdarında dövlət rüsumu Cavabdeh alınaraq dövlət büdcəsinə keçirilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Babək Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar