Məhkəmə qərarları › İş №e-2(079)-469/2021

Naxçıvan MR Babək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(079)-469/2021

16.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Babək şəhəri İş № e-2(079)-469/2021 16.11.2021 NAXÇIVAN MR BABƏK RAYON MƏHKƏMƏSİ Babək Rayon Məhkəməsinin hakimi Əliyev Zamiq Xudaverdi oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i : "xxxx" Açıq Səhmdar Cəmiyyəti 21 sentyabr 2021-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh ödənilmiş 5760.40 (beş min yeddi yüz altmış manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin və 30,40 (otuz manat, qırx qəpik) manat dövlət rüsumunun onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandıraraq bildirmişdir ki, 20 iyun 2020-ci ildə Cavabdeh idarə etdiyi ** BA *** dövlət qeydiyyat nişanlı, Zil-133 markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən avtonəqliyyat vasitələrinin tam sığorta növü üzrə sığortalanmış ** TR *** dövlət qeydiyyat nişanlı, X8 markalı avtonəqliyyat vasitəsinə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı X9 əməkdaşları tərəfindən sürücü Cavabdeh barəsində TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü cərimə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** TR *** dövlət qeydiyyat nişanlı X8 markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi məbləği azadolma çıxılmaqla 5760.40 (beş min yeddi yüz altmış manat, qırx qəpik) manat məbləğində sığorta ödənişinin zərərçəkən avtonəqliyyat vasitəsinin təmiri üçün qərara alınmış və köçürmə həyata keçirilmişdi. Köçürülmə həyata keçirildikdən sonra zərər vuran şəxsin mülki məsuliyyətini icbari sığortasının olmadığı müəyyənləşdirilmişdir. Sığortaçı tərəfindən sığortalıya ödənilmiş 5760.40 (beş min yeddi yüz altmış manat, qırx qəpik) manat məbləğində vəsaitin "xxxx" Açıq Səhmdar Cəmiyyəti bank hesabına ödənilməsi barədə cavabdehə müvafiq bildiriş göndərilmiş lakin, o, dəymiş zərər məbləğini ödəməkdən yayınmışdır. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə tərəflərə mülki-prosessual qanunvericilikdə nəzərdə tutulmuş qayada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına iştirak etməmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi 19 oktyabr 2021-ci ildə "Elektron Məhkəmə" informasiya sistemi ilə Babək Rayon Məhkəməsinə müraciət edərək, məhkəmə iclasında iştirak edə bilmədiklərini, iddiaçı tərəfin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla məhkəmə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş materiallarını qanunvericiliyin tələbləri daxilində tədqiq edən məhkəmə müəyyən edir ki, “X8 minik” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin X2 mülkiyyətində olması, onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında qeyd edilən avtomobilin sığorta edilməsi üçün sığorta müqaviləsinin bağlanması, 20 iyun 2020-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atıcılıq yaşayış massivi ünvanında baş vermiş yol-nəqliyyat hadısəsi nəticəsində X4 məxsus olan “X8” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, Zil-133 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh mülkiyyətində olması mülki işin mübahisəsiz hallarıdır. Bu faktların mübahisəsiz olması aşağıdakılarla təsdiq edilir. -iş materiallarına əlavə edilmiş AD seriyalı, 657352 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsinin surətindən buraxılış ili 2014-cü il olan, ağ rəngli “X8 minik” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin X2 mülkiyyətində olması; -iş materiallarına əlavə edilmiş MİC-1316/19 nömrəli, 25 iyun 2019-cu il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsinin surətindən X6 ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında “X8 minik” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin sığorta edilməsi üçün müqavilə bağlanması; -iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər Rayon X9 Şöbəsinin 20 iyun 2020-ci il tarixli, 032387 nömrəli arayışı və 20 iyun 2020-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan, həmçinin Cavabdeh və X2 hadisədən sonra təhqiqat orqanına verdikləri izahatlarından 20 iyun 2020-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atıcılıq yaşayış sahəsi ünvanında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “X8” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi; -iş materiallarına əlavə edilmiş NA-001197 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən buraxılış ili 1986-cı il olan, qoluboy rəngli Zil- 133 markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin Cavabdeh mülkiyyətində olması aydın olur. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “X8 minik” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir və bərpa edilməsi üçün verdiyi sığorta ödənişinin 5760.40 (beş min yeddi yüz altmış manat, qırx qəpik) manat hissəsinin subroqasiya qaydasında tutulmasını tələb etməsi isə mülki işin mübahisəli halıdır. Məhkəmə işin mübahisəli halını qanunvericiliyin tələbləri daxildə tədqiq edərək belə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı olan iddiası əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmənin iddianın əsaslı sayılması ilə bağlı istinad etdiyi sübutlar isə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş və məhkəmə baxışı iclasında tədqiq olunmuş yazılı sübutlardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbini rəhbər tutan məhkəmə tərəflər bildirir ki, hər bir tərəf öz öhdəliyinin icrasını yerinə yetirdiyini sübut etmək vəzifəsi daşıyır. Belə ki, həmin maddəyə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan prosessual normanın məzmunundan da göründüyü kimi mülki prosessual qanunvericilik sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Bundan əlavə Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi 18 mart 2019cu il tarixli qərarında da qeyd olunur ki, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız iddiaçı tərəfin təqdim etdiyi sübutlara əsaslanması ilə bağlı onu qeyd edir ki, "Elektron Məhkəmə" informasiya sistemindən çıxarılmış məlumatdan Cavabdeh oğlunun Babək rayonu, Yarımca kəndndə rəsmi qeydiyyatda olması aydın olur. Məhkəmə 21 sentyabr 2021-ci il tarixli məktubla iddia ərizəsi və iddia ərizəsinin icraata götürülməsi və mülki işin baxılmağa hazırlanması haqqında qərardadın surəti cavabdehə göndərilərək, ona iddia ərizəsi üzrə rəy və ya etirazlarını və bu etirazlarını əsaslandıran sübutlarını Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 154.1-ci maddəsinə əsasən işə baxılana kimi, ona qarşı izahat verilə bilən müddətdə məhkəməyə təqdim edə bilməsi, sübutların və etirazın təqdim edilməməsi işdə mövcud olan sübutlar əsasında işə baxılmasına mane olmaması izah olunsa da, Cavabdeh oğlu tərəfindən iddia tələbinə qarşı hər hansı bir etiraz daxil olmamışdır. Cavabdehə ünvanlanmış məhkəmə sənədləri Cavabdeh həmin ünvanda yaşamaması səbəbindən poçt xidməti tərəfindən məhkəməyə geri qaytarılsa da, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.3-cü maddəsinin tələbinə uyğun olaraq həmin sənədlər onun qeydiyyatda olduğu yer üzrə Babək Rayon İcra Hakimiyyətinin Yarımca kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmişdi. Bundan əlavə "Elektron Məhkəmə" informasiya sistemi vasitəsi ilə cavabdehin mobil telefon nömrəsinə SMS göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına iştirak etməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 135.5-ci maddəsi və “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 240-cı bəndinə əsasən yuxarıda qeyd edilən hallar məhkəmə sənədinin rəsmi qaydada verilməsi hesab edilir. Yuxarıda qeyd olunanlardan əlavə məhkəmə tərəflərin nəzərinə çatdırır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Eyni zamanda həmin Məcəllənin 78.1-ci maddəsinin mahiyyətinə görə isə sübutlar işdə iştirak edən şəxslər birinci instansiya məhkəməsinə təqdim olunur. Mülki iş materiallarında olan AD seriyalı, 657352 nömrəli nəqliyyat vasitələrinin qeydiyyat şəhadətnaməsi ilə müəyyən edilir ki, X6 buraxılış ili 2014-cü il olan, ağ rəngli “X8 minik” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibidir. Həmçinin mülki iş materiallarına əlavə edilmiş MİC-1316/19 nömrəli, 25 iyun 2019-cu il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsindən aydın olur ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən yuxarıda qeyd edilən avtomobil 26 iyun 2019-cu il tarixindən 25 iyun 2020-ci il tarixədək 56100 (əlli altı min bir yüz) manat sığorta məbləği və sığorta dəyəri olmaqla tam sığortalanmış və hər bir sığorta hadisəsi üzrə 100 (bir yüz) manat məbləğində şərtsiz azadolma məbləğinin müəyyən edilməsi ilə bağlı tərəflər arasında razılıq olmuşdur. İddiaçı iddia tələbində qeyd edir ki, 20 iyun 2020-ci ildə baş vermiş sığorta hadisəsi nəticəsində X4 məxsus olan “X8 minik” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922-ci maddəsinin mahiyyətindən görünür ki, sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Həmçinin həmin Məcəllənin 906.1-ci maddəsinə əsasən icbari sığorta qanunlarında və ya könüllü sığorta müqaviləsində başqa cür nəzərdə tutulmamışdırsa, sığorta haqqının ilk hissəsinin və ya tam ödənilməsi halında, sığorta təminatının müddəti sığorta müqaviləsinin bağlandığı gün saat iyirmi dörddən başlanır və icbari sığorta qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, sığorta müqaviləsinə əsasən həmin müqavilənin qüvvədə olduğu sonuncu gün saat iyirmi dörddə başa çatır. MİC-1316/19 nömrəli, 25 iyun 2019-cu il tarixli sığorta şəhadətnaməsinin birinci bölməsindən aydın olur ki, sığortalı qeyd edilən avtomobili avtonəqliyyat hadisələri ilə bağlı məruz qala biləcəyi risklərlə əlaqədar sığorta etdirmişdir. Sığorta hadisəsinin baş verməsi faktı isə iddia ərizəsinə əlavə edilmiş Azərbaycan Respublikası Xəzər Rayon X9 Şöbəsinin 20 iyun 2020-ci il tarixli, 032387 nömrəli arayışı, həmçinin 20 iyun 2020-ci il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışı ilə təsdiq olunur. Belə ki, həmin sənədlərin məzmunundan görünür ki, 20 iyun 2020-ci ildə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atıcılıq yaşayış massivi ünvanında Cavabdeh “Zil-133” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolnəqliyyat hadisəsi törətmiş və nəticədə X5 məxsus olan “X8” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Qeyd edilən sübutları MİC-1316/19 nömrəli, 25 iyun 2019-cu il tarixli sığorta şəhadətnaməsi ilə əlaqəli şəkildə qiymətləndirən məhkəmə bildirir ki, sığorta hadisəsi iddiaçı ilə X3 arasında bağlanmış sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş vermişdir. Sığorta hadisəsinin nəticəsi olaraq iddiaçı qeyd etmişdir ki, cavabdeh tərəfindən “X8” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə azadolma məbləği çıxılmaqla 5760,40 (beş min yeddi yüz altmış manat, qırx qəpik) manat zərər dəymişdir. İşin bu faktiki halının sübuta yetirilməsi ilə bağlı məhkəmə bildirir ki, mülki iş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli, EBAN seriyalı, 343729 nömrəli elektron qaimədən, həmçinin iş materiallarına əlavə edilmiş 14 sentyabr 2020-ci il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığının surətindən görünür ki, hadisə ilə bağlı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən zərərə məruz qalmış “X8 minik” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir edilməsi müqabilində "xxxx" MMC-yə 5860,40 (beş min səkkiz yüz altmış manat, qırx qəpik) manat pul ödənilmişdi. MİC-1316/19 nömrəli, 25 iyun 2019-cu il tarixli fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası şəhadətnaməsindən isə sığorta hadisəsi üzrə 100 (bir yüz) manat məbləğində şərtsiz azadolma məbləğinin müəyyən edilməsi aydın olur. İddiaçının cavabdehə qarşı vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna gəldikdə isə o, qeyd etmişdir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən sığortalanmış “X8 minik” markalı, ** TR *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğundan və iddiaçı tərəf bunla bağlı sığorta ödənişini sığortalıya ödədiyindən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. Qeyd edilən halla əlaqədar məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ həmin Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki iş materialları ilə X5 məxsus olan avtomobilə vurulmuş ziyana görə iddiaçı tərəfindən sığorta ödənişi verilməsi öz təsdiqini tapdığından, onun avtomobilə vurulmuş zərər görə cavabdeh məsuliyyət daşıması ilə bağlı məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Cavabdeh yol nəqliyyat hadisəsinin törədilməsində təqsirli olması Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xəzər Rayon X9 Şöbəsinin 20 iyun 2020-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə sübut olunur. Belə ki, həmin sənəddən cavabdehin 20 iyun 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsinə görə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməsi və barəsində inzibati cərimə tənbeh növünün seçilməsi aydın olur. İşin bu faktiki halı cavabdehin nəzərinə çatdıran məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan zərərin miqdarı ilə bağlı isə məhkəmə bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Yuxarıda da qeyd edildiyi kimi iddiaçının sığorta hadisəsi nəticəsində 5760.40 (beş min yeddi yüz altmış manat, qırx qəpik) manat miqdarında sığorta ödənişinin verməsi öz təsdiqini tapdığından, Cavabdeh qeyd edilən məbləğdə zərəri iddiaçıya ödəməlidir. Məhkəmə həmçinin onu da qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən və hazırki iş üzrə iddia təmin edilməli olduğundan, iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə yekunda aşağıdakı nəticəyə gəlir: -iddia təmin olunmalı; - 20 iyun 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurduğu zərərə görə Cavabdeh oğlundan 5760.40 (beş min yeddi yüz altmış manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -iddia təmin olunduğundan onun verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh oğlundan tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hаllаrа və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i : İddia təmin olunsun. 20 iyun 2020-ci ildə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurduğu zərərə görə Cavabdeh oğlundan 5760.40 (beş min yeddi yüz altmış manat, qırx qəpik) manat məbləğində sığorta ödənişi alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia verilməsi ilə bağlı olaraq iddiaçı tərəfindən ödənilmiş 30,40 (otuz manat, qırx qəpik) manat miqdarında dövlət rüsumu Cavabdeh oğlundan tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Babək Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar