Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-172/2023 12.09.2023 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Haqverdiyev Tural Ziyat oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, ərizəçi İddiaçı, şahidlər X3 və X5 iştirakı ilə “daşınar əşyanın sahibsiz hesab edilməsi və üzərində mülkiyyət hüququnun tanınması” ərizəsi üzrə mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, yüngül minik nəqliyyat vasitələri üçün istifadə olunan X1 istehsalı olan 810240 model MOO0495 şassi nömrəli qoşqunun sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxs kimi onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, İddiaçı 1992-cu ildə Ordubad rayon İstehlak Cəmiyyəti tərəfindən satılan yüngül minik nəqliyyat vasitələri üçün istifadə olunan “Yurqin” Maşınqayırma Zavodunun istehsalı olan 810240 model MOO0495 şassi nömrəli qoşqu almış və bu günə qədər istifadə edir. Lakin qeydiyyat şəhadətnaməsi və nişanı əldə etməmiş, çünki o dövrlər daha çox öz kəndlərində təsərrüffatında istifadə edirdi. Rayon və respublika əhəmiyyətli yollardan istifadə etmədiyi üçün qeydiyyata aldırmamışdır. Son dövrlər ailə təsərrüfatında böyüməsi ilə əlaqədar Muxtar Respublikanın müxtəlif kənd və şəhərlərinə qoşqu ilə səyahət etmək zərurəti yaranmışdır. Bu yaxınlarda dövlət qeydiyyat şəhadətnaməsi əldə etmək üçün mürüciət etmək istəyirdi. Lakin Ordubad RİC tərəfindən İddiaçı verilmiş sənədləri tapa bilməmişdir. Ordubad RİC özəlləşdirilərək ləğv olunduğu üçün həmin sənədləri başqa yolla əldə etməyi mümkün deyildir. Bununla bağlı mətbuata elan versə də həmin sənədlərin tapılması barədə ona məlumat verən olmamışdır. O cümlədən Ordubad rayon Dövlət Arxivinə etdyi müraciətə cavab olaraq arxivdə məlumat olmadığı bildirilmişdir. Qoşqudan uzun illərdir istifadə etdiyini Vələver kənd sakinləri X8 və X4 təsdiq edə bilər. Ərizəçi İddiaçı yüngül minik nəqliyyat vasitələri üçün istifadə olunan X1 istehsalı olan 810240 model MOO0495 şassi nömrəli qoşqunun sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxs kimi onun mülkiyyətinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı ərizədə göstərilənlərə uyğun izahat verib ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında dindirilmiş şahid X8 ifadə verərək bildirdi ki, ərizəçi onun həmkəndlisidir, qonşudurlar. İddiaçı təxminən istifadəsində olan qoşqunu 1992-cu ildə Ordubad rayon İstehlak Cəmiyyətindən almışdır.15-20 ildir ki, qoşqunu İddiaçı işlətdiyini görmüşdür. Məhkəmə iclasında dindirilmiş şahid X4 ifadə verərək bildirdi ki, İddiaçı təxminən 1992-cu ildə Ordubad rayon İstehlak Cəmiyyətindən aldığı qoşqu 15-20 ildir ki, İddiaçıdir, qoşqudan istifadə edir. İş materiallarına əlavə edilmiş sənədlərlə aşağıdakılar müəyyən edilir: Ordubad Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 06 saylı arayışdan görünür ki, İddiaçı olan qoşqu barədə rayon dövlət arxivində heç bir məlumat yoxdur. xx.xx.2023-cü il tarixli 01(6037) saylı El Həyatı qazetindən görünür ki, İddiaçı tərəfindən itirilmiş sənədlər mətbuata elan verilmişdir. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1959-cu ildə Azərbaycanda anadan olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 181.7-ci maddəsinə əsasən bu Məcəllədə nəzərdə tutulmuş hallarda və qaydada şəxs mülkiyyətçisi olmayan əmlaka, mülkiyyətçisi məlum olmayan əmlaka və ya mülkiyyətçisinin imtina etdiyi və ya qanunda nəzərdə tutulmuş digər əsaslarla mülkiyyət hüququnu itirdiyi əmlaka mülkiyyət hüququ əldə edə bilər. Həmin Məcəllənin 184.1-ci maddəsinə əsasən, əgər sahibsiz daşınar əşyanın mənimsənilməsi bu Məcəllə ilə qadağan edilməmişsə və ya onu mənimsəmək hüququna malik olmuş başqa şəxsin hüquqlarını pozmursa, şəxs həmin əşyanı sahibliyə qəbul etdikdə ona mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 184.2-ci maddəsinə əsasən əgər daşınar əşyanın mülkiyyətçisi yoxdursa və ya məlum deyildirsə və ya keçmiş mülkiyyətçisi mülkiyyətdən imtina edərək əşyaya sahibliyə xitam verirsə, daşınar əşya sahibsiz sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.4-cü maddəsinə əsasən daşınar əşyanın sahibsiz hesab edilməsi və daşınmaz əşya üzərində dövlət mülkiyyəti hüququnun tanınması haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. 323.1-ci maddəsinə əsasən daşınar əşyaların sahibsiz hesab edilməsi haqqında ərizə məhkəməyə bu əşyaya sahiblik etməyə başlamış şəxsin yaşadığı və ya olduğu yerin məhkəməsinə verilir. 326.1-ci maddəsinə əsasən məhkəmə hesab etsə ki, daşınar əşyanın mülkiyyətçisi yoxdur, yaxud mülkiyyətçi tərəfindən əşya onun üzərində mülkiyyət hüququnu saxlama niyyəti olmadan sahibsiz qoyulmuşdur, onda daşınar əşyanın sahibsiz hesab edilməsi və onun sahiblik etməyə başlamış şəxsin mülkiyyətinə verilməsi barədə qətnamə çıxarır. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla - ərizəçinin izahatı, şahidlərin ifadələri ilə müəyyən olundu ki, sözügedən əmlak “Yurqin” Maşınqayırma Zavodunun istehsalı olan 810240 model MOO0495 şassi nömrəli qoşqu Ordubad rayon İstehlak Cəmiyyəti tərəfindən 1992-ci ildə İddiaçı satılmışdır. Hazırda həmin qoşqunun mülkiyyətçisi və eləcə də əmlaka ərizəçidən başqa sahiblik iddia edən şəxs yoxdur. Qoşqu vasitəsi mülki dövriyyəsi məhdudlaşdırılmış və ya qadağan edilmiş əşya deyildir. Bu baxımdan sahibsiz qoşqu vasitəsinin mənimsənilməsi qanunla qadağan edilmir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, ərizə təmin edilməli, “Yurqin” Maşınqayırma Zavodunun istehsalı olan 810240 model MOO0495 şassi nömrəli qoşqu sahibsiz hesab edilməli və həmin qoşqu üzərində İddiaçı mülkiyyət hüququ tanınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-311, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. İddiaçı faktiki sahibliyində olan, X1 istehsalı olan 810240 model MOO0495 şassi nömrəli qoşqu sahibsiz hesab edilsin və X1 istehsalı olan 810240 model MOO0495 şassi nömrəli qoşqunun üzərində İddiaçı mülkiyyət hüququ tanınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-172/2023
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-172/2023
12.09.2023 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver