Azərbaycan Respublikası adından QƏRARDAD Ordubad şəhəri İş № e-2(080)-49/2022 18.05.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyad oğlu Haqverdiyevin sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi İddiaçı Cavabdeh qarşı pul tələbi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, Cavabdeh 4750 manatın, 1200 manat kirayə xərcinin və 50 manat komunal xərcinin, cəmi 6000 manat pulun və 90 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 9.1-ci maddəsində görə ədalət mühakiməsi çəkişmə və tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsinin görə hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. Mülki iş üzrə məhkəmə baxışı iclası 14 fevral 20202-ci il tarixə, saat 12:00-a, 07 mart 2022-ci il tarixə, saat 12:00-a, 29 aprel 2022-ci il tarixə, saat 15:00-a, 18 may 2022-ci il tarixə, saat 15:00-a təyin olunmuş, məhkəmə iclaslarının vaxtı və yeri barədə tərəflərə qanunvericiliklə nəzərdə tutulmuş rəsmi qaydada məlumat verilmiş, iddiaçı, iddiaçının nümayəndəsi və vəkili göstərilən tarixlərdə məhkəmə iclaslarına gəlməmiş, iddiaçı teleqramla 27.04.2022-ci il tarixdə məhkəməyə müraciət edərək səhhəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, 18.05.2022-ci il tarixdə isə şahidin Türkiyyə Respublikasında əməliyyat olduğunu və məhkəmə baxışının yenidən təxirə salınmasını istədiklərini bildirsə də bu barədə heç bir sübut təqdim etməmiş, 17 mart 2022-ci il tarixdə saat 14:00-da, 08.04.2022-ci il tarixdə saat 15:00-da keçirilən məhkəmə iclasının iddiaçının nümayəndəsi və vəkili Vəkil şahidin məhkəmə iclasına gəlməsi üçün prosesin təxirə salınmasını xahiş etdiyini, 10.05.2022-ci il tarixə təyin edilmiş məhkəmə iclasında İddiaçı, iddiaçı tərəfdən şahid qismində dəvət olunmuş Şahid1 məhkəmə iclasına gəlmədiyindən məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 188.3-cü maddəsinə görə işə baxılması 3 dəfədən artıq təxirə salına bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin 259.0.6-cı və 259.0.7-ci maddələri tədbiq edilir. Bunu nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Həmin Məcəllənin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinin tələbinə əsasən Mülki Prosessual Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Odur ki, məhkəmə iddia qaldırılarkən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, 10.01.2022-ci il tarixdə iddiaçı tərəfindən ********* saylı qəbzlə Hökumət ödəniş portalına 90 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6, 260, 263-264-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. 10.01.2022-ci tarixdə İddiaçı tərəfindən ********* saylı qəbzlə Hökumət ödəniş portalına 90 manat məbləğində ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardaddan şikayət, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Ordubad Rayon Məhkəməsinə verilə bilər. Sədrlik edən: Tural haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-49/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qərardad — İş №e-2(080)-49/2022
18.05.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver