Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-49/2024 21.02.2024 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X10 məhkəmə iclas katibliyi ilə, İddiaçı Cavabdeh1 Əlifağa oğlu, Cavabdeh3, Cavabdeh2 pul tələbinə dair mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Cavabdeh1 38382 AZN həcmində borc məbləğinin, Cavabdeh2 isə 4500 AZN həcmində borc məbləğinin, o cümlədən, 200 AZN həcmində ödənilmiş dövlət rüsumunu məbləğinin isə müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı 2020-ci ildən başlayaraq müxtəlif vaxtlarda olmaqla cavabdehlərdən Cavabdeh3 və X2 ümumilikdə 7500 (qızıl 2200) AZN məbləğində pul vəsaitini, 2017, 2018-ci illərdən etibarən isə cavabdehlərdən Cavabdeh1 isə ümumilikdə 60 000 AZN yuxarı vəsaiti borc olaraq vermişdir.Cavabdehlərdən Əsədova ilə Abdullayeva həmin məbləğlərdən heç bir ödəniş etməsə də, Cavabdeh1 borclu olduğu məbləğdən bir qisim məbləği geri ödəməklə iddiaçıya hazırda olan borcu 38382 manat təşkil edir. Sözügedən borc məbləğlərinə dair cavabdehlərin etirafları barədə müvafiq sübutlar mövcuddur. İddiaçı ilə cavabdehlər arasında qohumluq münasibəti vardır, belə ki, cavabdehlər iddiaçının həyat yoldaşının qardaşı, qaynanası və baldızıdır. Yusif iddiaçıdan xahiş etmişdir ki, 3-cü şəxslərə olan borcunun bağlanması məqsədilə ona köməklik göstərsin və ona pulu borc məbləği olaraq versin, iddiaçı isə öz növbəsində ona məxsus olan qızıl zinyət əşyaları X6 (**********) və X4 (**********) lomdardına girov qoyaraq sözügedən məbləği əldə edir. Bununla da iddiaçının düşməyə başladığı ziyan davam edərək bu günə qədər bağlanmamaqdadır. Belə ki, qeyd edilən lombardların da faizlərinin ödənilməsi məqsədilə iddiaçı Bank Respublika, Kapital bank kimi banklar və digər bank olmayan kredit təşkilatlarına müraciət edərək müxtəlif kredit vəsaitləri götürməyə məcbur olmuşdur. Çünki, Cavabdeh1 iddiaçıya vəd vermiş və onu əmin etmişdir ki, iddiaçıdan borc olaraq aldığı pul vəsaitini alarkən iddiaçının bütün lombard fazilərini bağlamaqla və ana məbləğ daxil olmaqla ona geri ödəyəcək. Lakin,Cavabdeh1 tərəfindən bu günə yəni xx.xx.2023-cü il tarixinə ümumilikdə 1617.40 AZN geri ödəniş edilmişdir. Cavabdehlərdən Cavabdeh3 və X5 isə heç bir ödəniş geri ödəməmişdir. Halbuki, həmin məbləğin 2200 AZN hissəsi elə Cavabdeh2 təhsil haqqına ödənilmişdir. İddiaçı cavabdehə götürdüyü borc məbləğini geri ödəməsi barədə xahişlər etsə də cavabdehlər iddiaçının xahiş və tələblərinə əhəmiyyət verməmişdir. Cavabdehin iddiaçıya etmiş olduğu ən son ödəniş 17,70 qəpik məbləğində olmaqla 01 noyabr 2023-cüi il tarixində ödənilmişdir ki, borcun bu məbləğdə ödənilməsini iddiaçı öz ünvanına ələ salınmış kimi qiymətləndirir. Bundan başqa cavabdeh X8 özü könüllü şəkildə heç bir təzyiqə məruz qalmadan videolentə almaqla İddiaçı istifadəsində olan +994 50 *** ** ** nömrəli mobil nömrəyə “vatsap” tətbiqi vasitəsilə borclu olduğu məbləği səsləndirən etiraf videosu çəkib göndərmişdir. Beləliklə, göründüyü kimi cavabdeh tərəfindən iddiaçıya iddianın etirafına dair mötəbər sübutlar təqdim edilmişdir. Hazırda iddiaçı Abdullyava maddi çətinliklə üzləşdiyi üçün Cavabdeh1 Əlifağa oğlunun ona borclu olduğu və hələ 2023-cü ilin noyabr ayınadək ödməyi üzərinə götürdüyü məbləğin ödənilməsini tələb edir. Sonuncu borc məbləğini ödəməkdən yayındığı və qismən yayındığı üçün (sonuncu dəfə 17,70 AZN ödənişin edilməsini nəzərə alsaq) hazırda məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır.Cavabdeh1 38382 AZN həcmində borc məbləğinin, Cavabdeh2 isə 4500 AZN həcmində borc məbləğinin, o cümlədən, 200 AZN həcmində ödənilmiş dövlət rüsumunu məbləğinin isə müştərək qaydada tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı tələbin azaldılması barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan qəbul edilmiş, Cavabdeh1 38382 AZN həcmində borc məbləğinin, Cavabdeh2 isə 4500 AZN həcmində borc məbləğinin, o cümlədən, 200 AZN həcmində ödənilmiş dövlət rüsumunu məbləğinin isə müştərək qaydada tutularaq ona ödənilməsi barədə tələbinə baxılmışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və nümayəndəsi, vəkilinə məlumat verilmiş, iddiaçı və nümayəndəsi, vəkili məhkəmə iclasına gəlməmiş, cavabdehlərdən Cavabdeh3 tərəfindən İddiaçı digər Cavabdeh2 ilə birgə borclandığı borcundan 3000 (üç min) manat ödədiyi üçün onun - Cavabdeh3 cavabdehlər siyahısından çıxarılmasını, Cavabdeh1 38382 AZN həcmində borc məbləğinin, Cavabdeh2 isə 4500 AZN həcmində borc məbləğinin, o cümlədən, 200 AZN həcmində ödənilmiş dövlət rüsumunu məbləğinin isə müştərək qaydada tutularaq İddiaçı ödənilməsinə dair müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh1 və Cavabdeh2 məlumat verilmiş, onlar məhkəmə iclasına gəlməmişlər, Cavabdeh2 məhkəməyə ünvanlandığı teleqramında İddiaçı haqlarında iddia etdiyi şikayətin nə qanuni nə də qeyri-qanuni hiç bir əsası olmadığını, ailə daxili şəxsi anlaşılmazlıqlar olduğundan emosional davranaraq bu addımı atdığını, şikayəti qanun yolu ilə araşdırıb, doğru qərar verilməsini, haqqında olan şikayət rəsmi sənədlər olmadan təsdiqlənərsə və nəticədə əleyhinə qərar qəbul edilərsə lazımi qurumlara müraciət edəcəyini, məhkəmənin ədalətinə güvənərək müraciətini ünvanladığını bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Mülki işdə olan sənədlər: İş matereallarına əlavə olunmuş Diskdə yazılmış səs yazısından görünür ki, Cavabdeh1 həqiqətən İddiaçı pul borcunun olduğunu ifadələri ilə təstiqləyərək imkanı olan kimi ödəyəcəyini bildirmişdir. İş matereallarına əlavə olunmuş Cavabdeh1 tərəfindən xx.xx.2023-cü il tarixli əl imzası ilə imzalanmış ərizəsində” X1 gəlinimiz Abdullayev Kəmalədən 2020-ci ilin mart ayının 10-da 60000 manat az-az almışam, 21000 manatı qaytarmışam, hal-hazırda 38700 manat borcum var ayda 1500 manat ödüyürəm qalan borcu noyabrın 10-a qədər bağlanacaq” yazmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. İddianın cavabdehin tərəfindən etiraf edilməsi qanuna zidd olmadığından və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından Məhkəmə MPM-in 52.5-ci maddəsinin göstərişinə əsaslanaraq iddianın etiraf edilməsini qəbul edir və iddianın mübahisəsiz tələb kimi təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Qeyd olunanlara əsasən məhkəmə iddianın Cavabdeh1yev tərəfindən etiraf edilməsini qəbul edir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsinə məhkəmədə baxılması üçün dövlət büdcəsinə 200 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Bank Respublika ASC-nin Quba fialı ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, 2900 manat İddiaçı pul verilmişdir. İş materiallarına əlavə olunmuş Bank Respublika ASC-nin Quba fialı ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, 8190 manat İddiaçı pul verilmişdir. İş materiallarına əlavə olunmuş Bank Respublika ASC-nin Quba fialı ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə müqavilə bağlanmış, 8160 manat İddiaçı pul verilmişdir. İş materiallarına əlavə olunmuş Bank Respublika ASC-nin Quba fialı ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, 3000 manat İddiaçı pul verilmişdir. İş materiallarına əlavə olunmuş Bank Respublika ASC-nin Quba fialı ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, 9060 manat İddiaçı pul verilmişdir. İş materiallarına əlavə olunmuş Bank Respublika ASC-nin Quba fialı ilə İddiaçı arasında xx.xx.2022-ci il tarixdə müqavilə bağlanmış, 63496 manat İddiaçı pul verilmişdir. Mülki işdə tədbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 71-ci maddəsinə görə vətəndaşların hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunverici, icra və məhkəmə orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1091.1. maddəsinə görə Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. maddəsinə görə Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1. maddəsinə görə varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Sarıyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 fevral 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 28 yanvar 2019-cu il tarixli Qərarında qeyd olunur ki, müqavilədən əmələ gələn öhdəliklərin yaranması üçün tərəflər arasında müqavilə bağlanmalı və tərəflər özlərinin əmlak mənafeləri ilə yanaşı, hüquq və vəzifələrini də müəyyən etməlidirlər. Mülki Məcəllədə müqavilə azadlığı prinsipi təsbit edilsə də, tərəflərin bağladıqları müqavilə şərtləri mövcud qanunvericilikdə ifadə olunan imperativ normalara uyğun gəlməlidir. Mülki hüquqda müqavilə anlayışı üç vacib elementdən ibarətdir: subyekt tərkibindən, məzmundan, formadan. Subyekt tərkibi müəyyən müqavilənin bağlanmasında və ya onun həyata keçirilməsində iştirak edən şəxsləri ehtiva edir. Müqavilədən yaranan qarşılıqlı hüquq və vəzifələrin daşıyıcıları olan şəxslər, yəni kreditor və borclu müqavilənin subyekt tərkibinə aiddir. Müqavilənin məzmunu dedikdə, müqavilə tərəflərinin hüquq və vəzifələri, onların barəsində razılıq əldə etdikləri şərtlərin məcmusu başa düşülür. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində qanunla müəyyən edilmiş formada razılıq əldə etdikləri təqdirdə müqavilə bağlanmış sayılır. Mülki Məcəllənin 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 324.1-ci maddəsində müəyyən edilmişdir ki, əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir (Mülki Məcəllənin 324.4-cü maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01 dekabr 2020-ci il tarixli Qərarında qeyd olunur ki, Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, hər hansı əqdin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə ifadəsinin bildirilməsi və vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Müqavilənin qanunvericilikdə müəyyən edilmiş qayda və şərtlərə uyğun bağlanması tələb olunur. X13 eləcə də qeyd olunmuşdur ki, müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarında qeyd olunur ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə uyğun olaraq, mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. İşin araşdırılmış hallarında aydın olur ki, tərəflər arasında hər iki tərəfin qarşılıqlı iradə ifadəsini aydın şəkildə özündə təcəssüm etdirən qanuna uyğun şəkildə bağlanmış, etibarlı müqavilədən və bununla da müqavilədən irəli gələn öhdəliklərin varlığından söhbət gedə bilməz. Lakin iş materialları ilə sözügedən məbləğin iddiaçı tərəfindən cavabdehlərdən X3 verilməsi halı öz təsdiqini tapmışdır. AR Mülki Məcəlləsinin 439.4-cü maddəsinə əsasən öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər. Həmin Məcəllənin 1091-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Odur ki, məhkəmə hesab edir ki, müqavilə əsası olmadan cavabdehlərdən X7 tərəfindən qazanılmış sözügedən məbləğ iddiaçıya geri qaytarılmalıdır. . Belə ki, sübutetmə vəzifəsinin bölgüsü baxımından tərəflər arasında bağlandığı iddia edilən borc müqaviləsinin mövcudluğunu sübut etmə vəzifəsi həmin halı iddia edən şəxsə-iddiaçıya aiddir. İş materialları ilə mübahisə tərəfləri arasında qanunvericiliyə uyğun formada bağlanmış etibarlı borc müqaviləsinin (real yaxud mücərrəd) mövcudluğu sübut olunmasa da işdə olan cavabdeh X7 tərəfindən xx.xx.2023-ci il tarixdə imzalanmış yazılı qeydlə cavabdehin İddiaçı 38700 (otuz səkkiz min yeddi yüz) manat məbləğində pul alması və həmin məbləği noyabr ayının 10-dək ödəyəcəyini vəd etməsi və iş matereallarına əlavə olunmuş Diskdə yazılmış səs yazısından görünür ki, Cavabdeh1 həqiqətən İddiaçı pul borcunun olduğunu ifadələri ilə təstiqləyərək imkanı olan kimi ödəyəcəyini bildirməsi təsdiq olunur. İddiaçının digər Cavabdeh2 isə 4500 AZN həcmində borc məbləğinin alınmasını iddia etsə də, hər iki tərəfin qarşılıqlı iradə ifadəsini aydın şəkildə özündə təcəssüm etdirən qanuna uyğun şəkildə bağlanmış, etibarlı müqavilədən və bununla da müqavilədən irəli gələn öhdəliklərin varlığından və ya hüquqi əsas olmadan varlanmadan söhbət gedə bilməz. Çünki iddiaçı tərəfindən həmin halı təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Beləliklə, məhkəmə müəyyən etdi ki, Cavabdeh1 İddiaçı 38382 AZN həcmində pul məbləğinin alınması və əsassız varlandığı sübut olunduğu üçün tənin edilməli , lakin Cavabdeh2 isə 4500 AZN həcmində borc məbləğinin alınmasını iddia etsə də, tərəflər arasında qanuna uyğun şəkildə bağlanmış, etibarlı müqavilədən və bununla da müqavilədən irəli gələn öhdəliklərin mövcud olmadığı və əsassız varlanma ilə bağlı mötəbər sübutlar məhkəməyə təqdim etmədiyindən təmin edilməməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə qənaətə gəlir ki, iddia qismən əsaslı olduğundan Cavabdeh1 38382 AZN həcmində pul məbləğinin alınmasına münasibətdə təmin edilməli, Cavabdeh2 isə 4500 AZN həcmində borc məbləğinin alınmasına münasibətdə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa), iddia haqlı sayılır, uzlaşmırsa, əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmənin mövqeyi: Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, Cavabdeh2 4500 AZN həcmində borc məbləğinin alınmasını iddia tələblərini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının Cavabdeh2 qarşı irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan Cavabdeh2 4500 manat həcmində borc məbləğinin alınması iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilməməli, İddiaçı Cavabdeh1 38382 manat həcmində pul məbləğinin alınmasını sübut etdiyindən , iddia bu hissədə təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə uyğun olaraq, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə, hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 38382 manat manat məbləğində pulun və iddia ərizəsinin verilməsinə görə 200 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi alınıb İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. İddiaçı Cavabdeh2 4500 AZN həcmində borc məbləğinin alınması iddiası təmin edilməsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində "Elektron məhkəmə" informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən:Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-49/2024
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-49/2024
21.02.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver