Azərbaycan Respublikası adından QƏTNAMƏ Ordubad şəhəri İş № e-2(080)-76/2022 03.06.2022 NAXÇIVAN MR ORDUBAD RAYON MƏHKƏMƏSİ Ordubad Rayon Məhkəməsinin hakimi Tural Ziyat oğlu Haqverdiyevin sədrliyi, X22 məhkəmə iclas katibliyi ilə, İddiaçı cavabdeh “X34” otelinə və Cavabdeh2 qarşı “zərərin əvəzinin ödənilməsi tələbi” barədə mülki işə Ordubad Rayon Məhkəməsinin inzibati binasinda açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı, İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsi ilə Ordubad Rayon Məhkəməsinə müraciət etmiş, “X34” otelinin işçisi Cavabdeh2 13 iyun 2021-ci il tarixdə törətmiş olduğu yol-nəqliyyat hadisəsi nəticəsində" Audi A3 " markalı , ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzini təşkil edən 15184 manat məbləğində pul vəsaitinin “X34” otelindən və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində bildirmişdir ki , İddiaçı qohumu X12 12 iyun 2021 - ci il tarixdə , saat 23:00 radələrində " X34 " otelinin 504 - cü nömrəsində gecə qalmaq üçün getmişdir . Onun mülkiyyətimdə olan , ancaq faktiki olaraq etibarnamə ilə qohumu X4 idarə etdiyi , 2014 - cü il buraxılışlı , qara rəngli , " Audi A3 " markalı , ** KX *** dövlət qeydiyyat nişanlı avtomobili otelin dayanacağında yerləşdirərək , otelə daxil olmuşdur. Bu zaman Cavabdeh2 ona yaxınlaşaraq maşının açarlarını verməyi tələb etmişdir. Aynurə Zeynalova bundan imtina etmiş və qeydiyyat şöbəsinə yaxınlaşmış və açarı orada olan işçilərə təhvil vermişdir. Növbəti gün səhər saat 10:00 radələrində Aynurə Zeynalova oteldən çıxaraq , avtomobilin açarını işçilərdən götürmüş və çölə çıxmışdır. Bu zaman o, avtomobilin axşam saxladığı yerdə olmadığını görmüş və onun harada olduğunu soruşduqda dayanacağa baxan işçi avtomobilin yerinin dəyişdirildiyini bildirmişdir. O, avtomobilə yaxınlaşdıqda görmüşdür ki , avtomobilin sağ tərəfi, yəni sağ təkərdən başlayaraq ön təkərə qədər qapıların alt hissəsinin əzildiyini, sağ arxa və sağ ön hava yastıqları da açıldığını görmüşdür. Aynurə Zeynalova dərhal hüquq - mühafizə orqanlarına məlumat vermişdir. Əraziyə gələn polis əməkdaşlarının tələbi ilə otelin müşahidə kameralarına baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki , 13 iyun 2021 - ci il tarixdə , saat 05:00 radələrində otelin işçisi , Cavabdeh2 , onun avtomobilin açarlarını götürərək avtomobilə əyləşmiş , avtomobili otelin ərazisindən kənara çıxararaq , sürətlə hərəkət etdirmiş və döngədə avtomobilin idarəetməsini itirərək , yol qırağında olan səkilərə çırpmışdır. Baş vermiş hadisə ilə bağlı Xətai RPİ-nin 37-ci polis Şöbəsində araşdırma aparılmış və Cavabdeh2 əməllərində cinayət tərkibi olduğundan ibtidai istintaq orqanı tərəfindən cinayət işi başlanımışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki , Aynurə Zeynalova, ona məxsus avtomobilin açarını otelin müdir müavini X7 təhvil verdikdən sonra , otelin qeydiyyatçısı X8 və otelin müdir müavini X6 məsuliyyətsizliyi nəticəsində avtomobil işçi Cavabdeh2 tərəfindən qanunsuz olaraq idarə edilmiş və qəza törədilərək avtomobil yararsız vəziyyətə düşmüşdür. Cavabdeh2 AR CM-nin 185.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılmış və Xətai Rayon Məhkəməsi tərəfindən 15 fevral 2022-ci il tarixli 1(011)- 41/2022 saylı hökm verilmişdir. Cavabdeh2 AR CM-nin 187.1-ci maddəsi ilə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X16 ifadəsində göstərmişdir ki , 2021 - ci ilin iyun ayından etibarən ünvan 1 ünvanda yerləşən " Harmony " hoteldə əmək müqaviləsi ilə qeydiyyatçı vəzifəsində işləyir . İşin mahiyyəti üzrə bildirmişdir ki , 12 iyun 2021 - ci il tarixdə saat təxminən 23:55 radələrində işlədiyi " Harmony " hotelin qarşısında " Audi A3 " markalı 99 KX - 100 dövlət qeydiyyat nişanlı avtomobil saxlamış və X12 avtomobilindən düşmüşdür . Daha sonra Aynurə Zeynalova hotelin giriş dəhlizinə daxil olaraq qeydiyyat şöbəsinə yaxınlaşmışdır . Aynurə Zeynalova qeydiyyat şöbəsinə yaxınlaşmış və mənim onun yanında olan həmin hoteldə menecer kimi işləyən X7 maşının açarlarını park edilməsi üçün təqdim etmişdir . Ardınca hoteldə xanıma ayrılmış otağa qalxmışdır. X14 isə həmin açarları qəbul edərək qeydiyyat şöbəsində olan stolun üzərinə qoymuş və Süleyman ona səhər maşını park etməyi tapşırmışdır . 13 iyun 2021 - ci il tarixdə saat təxminən saat 05:00 radələrində zibil maşının gələcəyindən maşını həmin yerdən çəkmək zərurəti yarandığından Altuna zəng edib çağıraraq maşının açarlarını ona vermişdir ki , maşını hotelin park yerine parklasın . Altun maşını park edən zaman yolun kənarına vurmuş və nəticədə maşın əzilmişdir . Hadisə ani olaraq iki dəqiqə ərzində baş vermişdir . X16 ifadəsində göstərmişdir ki , həmin gün maşını park eləməyə adam olmadığından bu işi Cavabdeh2 həvalə etmişlər. Hoteldə parklama xidməti olduğunu , hər bir müştərinin avtomobilini park etdiklərini qeyd etmişdir . Cavabdeh2 sürücülük hüququnun olub olmamasını bilməmişdir. Onun vəzifəsinin gələn müştəriləri qarşılamaq və onları qeydiyyata salmaqdır . Qonaqlar bəzi hallarda 1-2 saata çıxacaqlarını qeyd etdiklərindən həmin hallarda qonaqların maşının park etmirlər . Açarı Süleymanın tapşırığı ilə Cavabdeh2 vermiş və ona tapşırmışdır ki , xanımın maşınını park etsin . Məhkəmənin nəzərinə çatdırıram ki , "Audi " markalı avtomobillərin Azərbaycan Respublikasında rəsmi distributoru olan " Audi Azərbaycan " şirkətinin rəsmi servisi tərəfindən mənə məxsus olan " Audi A3 " markalı , ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə Cavabdeh2 tərəfindən törədilmiş qəza nəticəsində dəymiş zərərin məbləğinin müəyyənləşdirilməsi üçün baxış keçirilmiş və qüsur aktı tərtib edilmişdir . Tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən, AR ƏN Məhkəmə Ekspertiza Mərkəzinin 08 oktyabr 2021-ci il tarixli 9/7151 nömrəli rəyi ilə, İddiaçı məxsus " Audi A3 " markalı , ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 15184 (on beş min yüzsəksən dörd ) manat müəyyən edilmişdir. İddiaçı hesab edir ki, "X34" otelinin işçisi Cavabdeh2 13 iyun 2021-ci tarixdə törətmiş olduğu yolnəqliyyat hadisəsi nəticəsində "Audi A3" markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin əvəzini təşkil edən 15184 (on beş min yüz səksən dörd) manat məbləğində pul vəsaitinin "X34" otelindən və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Mülki işə əlavə edilmiş etibarnamədən görünür ki X11 A3" markalı, ** KX *** dövlət qeydiyyat nişanlı atomobili idarə etmək üçün X5 istifadəsinə vermişdir. 15.02. 2022-ci il tarixli Bakı şəhəri Xətai Rayon Məhkəməsinin Hökmü ilə Cavabdeh2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 187.1- ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Mülki işə əlavə edilmiş etibarnamədən görünür ki Vəkil oğlu İddiaçı vəkili və nümayəndəsidir. Mülki işə əlavə edilmiş Qüsur aktından görünür ki, , X18 məxsus Audi A3" markalı, ** KX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin qiyməti 15184 (on beş min yüz səksən dörd) manat məbləğində qiymətləndirilmişdir. Ordubad Rayon Məhkəməsində mülki iş üzrə 25 aprel 2022-ci il tarixdə keçirilən məhkəmə baxışında iddiaçının vəkili Vəkil iddianı müdafiə etdiklərini və 15184 (on beş min yüz səksən dörd) manat məbləğində pul vəsaitinin "X34" otelindən və Cavabdeh2 müştərək qaydada alınaraq, İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 25 aprel 2022-ci il tarixdə keçirilən mülki iş üzrə məhkəmə baxışı iclasında iddiaçı tərəfindən dindirilməsini istədiyi və məhkəmə tərəfindən iş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, iddiaçı X17 mulkiyyətində olan " Audi A3 " markalı , ** KX *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə ilə istifadə hüququ vardır, 12 iyun 2021-ci ildə "X34" otelində qalmaq üçün getmişdir.Həmin otelə dəfələr ilə getmişdir. 21 iyun 2022ci il tarixdə otelə qalmaq üçün getdiyində otelə daxil olarkən avtomobilin açarlarını müştəriləri qəbul edən resepşinə (otelin xidmət heyəti ) vermişdir.O sadəcə avtomobilin açarların verib onun ayrılmış otağa getmişdir. Həmin müddətdə Cavabdeh2 avtomobilin açarlarını istədikdə açarları ona verməmişdir.13 iyun saat 10:00 radələrində oteldən ayrılan zaman avtomobilinin axşam saxladığı yerdə olmadığını görmüş, dayanacağa baxan işçi avtomobilinin yerinin dəyişdirildiyini ona bildirmişdir. O, avtomobilə yaxınlaşdıqda avtomobilin əzildiyini, sağ arxa və sağ ön hava yastıqlarının açıldığını görmüşdür. Dərhal hüquq-mühavizə orqanlarına məlumat vermiş və otelin müşahidə kameralarına baxarkən məlum olmuşdur ki, Cavabdeh2 13 iyun 2021 –ci il tarixdə saat 06:00 radələrində avtomobilin açarlarını götürərək avtomobili otelin ərazisindən çıxararaq, sürətlə hərəkət edərək avtomobili yol qırağında səkilərə çırpmışdır. X1 avtomobilin açarlarını otelə daxil olarkən otelin müdür müavini X7 verdiyini ifadəsində bildirmişdir. Məhkəmənin yeri və vaxtı barədə cavabdehlərə məhkəmə bildirişləri gööndərilmiş Cavabdeh2 mülki iş üzrə məhkəmə iclaslarında iştirak etməmiş, lakin xx.xx.2022-ci il tarixli teleqramla məhkəməyə müraciət etmiş məhkəmədə iştirak edə bilməyəcəyini, hazırda işsiz olduğunu, əgər məhkəmə tərəfindən mülki iş üzrə qərar çıxarılarsa bunun nəzərə alınmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə baxışı zamanı "X34” otelinin icarədarı X19 məhkəməyə etiraz ərizəsi ilə müraciət etmiş və ərizəsində bildirmişdir ki, X26 tərəfindən icarəyə götürmüş işlərinin çoxluğundan oğlu X15 etibarnamə verərək otelin sənədləşmə işlərini yerinə yetirilməsinin ona həvalə etmişdir. X19 etirazında onun və oğlunun otelə gələn müştərilərin nəqliyyat vaistələrinin parklanması tapşırığını verməmiş və bu vəzifə və funksiyaların həyata keçirilməsi üçün ayrıca bir əməkdaş onlar tərəfindən təhkim olunmadığını bildirmişdir.xx.xx.2021-ci il tarixli əmək müqaviləsində də Cavabdeh2la bağlanmış əmək müqaviləsində onun əmək funksiyası oteldə restoran xidmətləri göstərməsi ilə məhdudlaşdığını bağlanmış əmək müqaviləsində parklanma və digər başqa xidmətlərin göstərilməsi nəzərdə tutulmamışdır. X3 etirazında bildirmişdir ki məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Kərimli Nurlan ifadəsinə istinad edərək qeyd etmişdir ki həmin gün avtomobili park etməyə adam olmadığından bu işi Cavabdeh2 həvalə etmişdir.Oteldə parklanma xidmətinin olduğunu hər bir müştərinin avtomobilinin park etdiklərini qeyd etmişdir. Lakin onun tərəfindən otel xidmətinə parklanma xidməti daxil etmədiklərini bunun üçün ayrıca əməkdaş ayrılmamış Nurlan Kərimli ilə də bağlanmış əmək müqaviləsində də onun vəzifə funksiyalarında göstərilən funksiya daxil edilməmişdir. Bu səbəbdən X17 zərərin əvəzinin ödənilməsinə dair iddiasını ona münasibətdə rədd edilməsini xahiş edir. X19 etiraz ərizəsinə X10 və Cavabdeh2 arasında bağlanmış Əmək müqaviləsinin surətini əlavə etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hökmü ilə Cavabdeh2 Azərbaycan respublikası Cinayət Məcəlləsinin 187.1-ci maddəsi ilə təqsirli bilinib 06 (altı ) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X14 ifadəsində 2021-ci ilin aprel ayının ayının 1-dən etibarən “Harmony” hotelin icarədarı Orxan Abbasov tərəfindən müddətsiz olaraq həmin hotelin meneceri vəzifəsinə qəbul edilmişdir. İş vəzifəsinə idarəetmə, giriş –çıxışa nəzarət etmək, malların qəbuludur. ayından etibarən ünvan 2 ünvanında yerləşən Harmony hotelə əmək müqaviləsi üzrə qeydiyyatçı işlədiyini, 12 iyun 2021-ci il tarixdə saat təxminən 23:55 radələrində Audi A3 " markalı , ** KX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X9 otelə gəlmişdir. Daha sonra X9 giriş dəhlizinə daxil olaraq qeydiyyat şöbəsinə yaxınlaşmış və həmin oteldə menecer kimi işləyən X7 maşının park edilməsi açarlarını təqdim etmişdir. X14 isə həmin açarları qəbul edərək qeydiyyat şöbəsində olan stolun üzərinə qoymuş və X14 ona səhər maşını park etməyi tapşırmışdır. Etiraz ərizəsində X19 bildirmişdir ki Cavabdeh2 ilə əmək müqaviləsində “X34” otelində ofisiantdır, onun əmək funksiyası oteldə restoran xidmətinin göstərilməsi ilə məhdudlaşır. Onunla bağlanmış əmək müqaviləsində parklanma və digər başqa xidmətlərin göstərilməsi nəzərdə tutulmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 AR CM-nin 185.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X14 ifadəsində bildirmişdir ki 12 iyun 2021-ci il tarixdə təxminən 23:55 radələrində menecer kimi işlədiyi “Harmony” oteldə aşağı düşmüş həmin vaxt bir xanım Audi A3 " markalı avtomobil ilə otelə gəldiyini görmüşdür.Xanım kassaya yaxınlaşmış və maşının açarlarını uzadaraq zərurət olduqda park etməyi xahiş etmişdir.Maşının açarlarını qəbul edib reseptionda işləyən Nurlan Kərimliyə vermiş və zibil maşını gəldikdə maşının park edilməsini göstəriş vermişdir. Xətai Rayon Məhkəməsi tərəfindən Cavabdeh2 AR CM-nin 185.2.4-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı şahid qismində dindirilən X16 ifadəsində bildirmişdir ki 12 iyun 2021-ci il tarixdə təxminən 23:55 radələrində qeydiyyatçı kimi işlədiyi “Harmony” otelin qarşısında Audi A3 " markalı 99 KX - 100 dövlət qeydiyyat nişanlı avtomobil saxlamış və X12 avtomobilindən düşmüşdür. Daha sonra Aynurə Zeynalova qeydiyyat şöbəsinə yaxınlaşmış və onun yanında hoteldə menecer kimi işləyən X7 maşının açarlarını park edilməsi üçün təqdim etmişdir. X14 isə açarları qəbul edərək qeydiyyat şöbəsində olan stolun üstünə qoymuş və Süleyman ona səhər maşını park etməyi tapşırmışdır. Etiraz ərizəsində X19 isə etiraz ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsində Cavabdeh2 əmək funksiyası oteldə restoran xidmətinin göstərilməsi ilə məhdudlaşır.Onunla bağlanmış əmək müqaviləsində parklanma və digər başqa xidmətlərin göstərilməsi nəzərdə tutulmamışdır. Məhkəmə mülki işin faktiki hallarını araşdırarkən müəyyən etmişdir ki, X12 12 iyun 2021 - ci il tarixdə , saat 23:00 radələrində " X34 " otelinin 504 - cü nömrəsində gecə qalmaq üçün getmişdir . X17 mülkiyyətimdə olan , ancaq olaraq etibarnamə ilə qohumu X4 idarə etdiyi , 2014 - cü il buraxılışlı , qara rəngli , " Audi A3 " markalı , ** KX *** dövlət qeydiyyat nişanlı avtomobili otelin dayanacağında yerləşdirərək , otelə daxil olmuşdur. X20 giriş dəhlizinə daxil olaraq qeydiyyat şöbəsinə yaxınlaşmış və həmin oteldə menecer kimi işləyən X7 maşının park edilməsi üçün açarlarını təqdim etmişdir. X14 isə həmin açarları qəbul edərək qeydiyyat şöbəsində olan stolun üzərinə qoymuş və X14 isə X2 maşını park etməyi tapşırmışdır. Məhkəmə belə qənaətə gəlir ki cavabdehin etirazı əsassızdır. Belə ki, X34 " otelinin icarədarı X19 etiraz ərizəsində Cavabdeh2 ilə bağlanmış əmək müqaviləsində parklanma və diğər xidmətlərin göstərilməsi nəzərdə tutulmadığını bildirmişdır. Lakin Bakı şəhər Xəta Rayon Məhkəməsində Cavabdeh2 Azərbaycan respublikası Cinayət Məcəlləsinin 185.2.4cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş X6 və X8 ifadələrindən müəyyən olunur ki, 12 iyun 2021-ci il tarixdə saat təxminən 23:55 radələrində Audi A3 " markalı , ** KX *** dövlət qeydiyyat nişanlı avtomobil ilə X9 otelə gəlmiş, daha sonra X9 giriş dəhlizinə daxil olaraq qeydiyyat şöbəsinə yaxınlaşmış və həmin oteldə menecer kimi işləyən X7 maşının park edilməsi üçün açarlarını təqdim etmiş, X14 isə həmin açarları qəbul edərək qeydiyyat şöbəsində olan stolun üzərinə qoymuş və X14 isə X2 maşını park etməyi tapşırmışdır. X16 ifadəsində göstərmişdir ki, həmin gün maşını park etməyə adam olmadığından bu işi Cavabdeh2 həvalə etmişdir. Məhkəmə təqdim olunmuş sübutları araşdırıb, sübutları hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci və 21.2-ci maddələrinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-ci maddəsinin tələbinə əsasən Mülki hüquq pozuntusu delikt hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqa zidd(mülki qanunvericiliyin normalarını pozan ) əməldir.(hərəkət və ya hərəkətsizlikdi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinin tələbinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına vurulmuş və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.qanunla zərərin əvəzi ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbinə əsasən hüquqi və fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb ) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinin tələbinə əsasən bu məcəllənin bu fəslində nəzərdə tutulan qaydalara tətbiqən, işçi əmək müqaviləsi əsasında iş görən fiziki şəxsdir, habelə mülki hüquq müqaviləsi üzrə iş görən fiziki şəxsdir, bir şərtlə ki, bu zaman o, müvafiq hüquqi və ya fiziki şəxsin tapşırığı ilə və işlərin təhlükəsiz aparılmasına onun nəzarəti altında fəaliyyət göstərsin və ya fəaliyyət göstərməli olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara işin faktiki hallarına tətbiq edilməli olan qanun normalarının tələblərinə uyğun qiymət verərək hesab edir ki, “X34” otelindən və Cavabdeh2 15184 manat məbləğində pul alınıb İddiaçı xeyrinə ödənilməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumunun tələbi ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən, 136 manat məbləğində pul cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. “X34” otelindən və Cavabdeh2 15184 manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 136 manat məbləğində pul cavabdehlər “X34” otelindən və Cavabdeh2 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Ordubad Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Tural Haqverdiyev
Məhkəmə qərarları › İş №e-2(080)-76/2022
Naxçıvan MR Ordubad Rayon Məhkəməsi Qətnamə — İş №e-2(080)-76/2022
03.06.2022 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver