Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-108/2025 13.10.2025 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Zülfüqarov Hüseyn Nadir oğlunun sədrliyi, Abdullayev Ceyhun Cəbrayıl oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh iştirakı ilə, İddiaçı, Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil xx.xx.2025-ci il tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh avtomaşına dəymiş və çəkilmiş xərcə görə 2250 manat, vəkil xərci üçün 400 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55 manat məbləğində dövlət rüsumu olan pulla birlikdə cəmi 2705 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi əsasında məhkəmədə mülki iş başlanmışdır. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 08 aprel 2025-ci il tarixdə, saat 11:13-də hazırkı mülki mübahisə üzrə Cavabdeh darə etdiyi “Khazar LX” minik markalı **- BA-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri, Topçubaşov küçəsində idarə etdiyi və özünə məxsus “Kia Sportage” minik markalı **-GS-*** dövlət nömrə nişanlı avtomaşının ön hissəsinə maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətdiyini, Cavabdeh əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi müəyyən edildiyini və Cavabdeh barəsində həmin maddə əsasında Naxçıvan şəhər Polis İdarəsinin dövlət yol polisi bölməsi tərəfindən ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyini, sözügedən hadisə nəticəsində idarə etdiyi özünə məxsus “Kia Sportage” minik markalı **-GS-*** dövlət nömrə nişanlı avtomaşının yararsız vəziyyətə düşdüyünü və nəticədə avtomobilə maddi zərər vurulduğunu, idarə etdiyi nəqliyyat vasitəsinə dəyən maddi ziyanın və həmçinin təmiri üçün usta pulunun hesablanması ilə birlikdə usta X8 tərəfindən verilmiş 15 aprel 2025-ci il tarixli 097031 nömrəli qaimə- faktura əsasında 1 ədəd çaşqa 120 manat, 1 ədəd qrant 250 manat, 1 ədəd amarzatr 90 manat, 1 ədəd amarzatr paduşqası 90 manat, 1 ədəd bufer (alt-üst) 550 manat, 1 ədəd dumannı 110 manat, 1 ədəd kırlo 130 manat, 1 ədəd daraq 30 manat, 1 ədəd dumannı üstü nikkel 80 manat, 1 ədəd padklinnik 40 manat, 1 ədəd bruzavik 50 manat, daşınma xərci 60 manat olmaqla 1550 manat, 16 aprel 2025-ci il tarixli, ******* nömrəli qaimə-fakturaya əsasən amortizator, padişka, qranat və sair olmaqla 80 manat, 25 aprel 2025-ci il tarixli, 411507 nömrəli mədaxil qəbzinə əsasən bufer orta, arası, orta setkası, alt setkası təmiri 300 manat, krılo təmiri, rənglənməsi 150 manat, bakavoyun təmiri 150 manat, 27 aprel 2025-ci il tarixli 373562 nömrəli mədaxil qəbzi ilə razval 20 manat dəyərində ümumi əl xərci və usta pulu müəyyən edildiyini, ümumilikdə məbləğ 2250 manat təşkil etdiyini, cavabdehin göstərilən məbləğdən bu günə kimi heç bir ödəniş etmədiyini, ümumiyyətlə hadisədən sonra dəymiş ziyan və təmir üçün lazım olan hissələr və digər xərclər barədə ona məlumat versədə yaxına gəlməyərək üzərinə düşən öhdəlikdən yayınmaqda davam etdiyini, cavabdehin idarə etdiyi nəqliyyat vasitəsi sığorta olunmadığından dəymiş zərər sığorta təşkilatı tərəfindən qarşılanmadığını, ona məxsus “Kia Sportage” minik markalı **-GS-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin cavabdehin təqsiri və üzərinə düşən öhdəliyə əməl etməməsi səbəbindən 1 (bir) ay müddətində istifadəyə yararsız olduğundan istifadə edə bilmədiyini, ailə başçısı olduğundan maşın daima lazım olduğunu, maşın olmadan çox əziyyət çəkdiyini bildirərək Cavabdeh avtomaşına dəymiş və çəkilmiş xərcə görə 2250 manat, vəkil xərci üçün 400 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55 manat məbləğində dövlət rüsumu olan pulla birlikdə cəmi 2705 manat pulun alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Bu baxımdan məhkəmə belə hesab edir ki, mülki işə iddiaçının iştirakı olmadan baxıla bilər. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında Cavabdeh idarə etdiyi “KHAZAR LX” minik markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri, Topçubaşov küçəsində iddiaçının idarə etdiyi “KİA SPORTAGE” minik markalı **-GS-*** dövlət nömrə nişanlı avtomaşın ilə toqquşması ilə yol nəqliyyat hadisəsinin baş verdiyini, hadisə nəticəsində iddiaçının avtomobilinin ön hissəsinə zərər dəydiyini, iddiaçının avtomobilini təmir etdirdiyini, lakin cavabdehin heç bir köməklik göstərmədiyini, iddiaçının iddia ərizəsində göstərdiyi halları təsdiq etdiyini bildirərək iddianının tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, iddianı qəbul etdiyini, lakin maddi imkanı çox aşağı olduğu üçün iddiacıya vurduğu ziyanla bağlı heç bir ödənc etmədiyini, hadisə şəhər içində olduğundan sürətlərinin çox olmadığını, bu səbəbdən də iddiaçının iddia etdiyi qüsurların maşında yarana bilməyəcəyini, sadəcə olaraq şəhər ustaları maşını bir az baha qiymətə düzəltdiklərini, iddiaçının iddia etdiyi məbləğin çox və şişirdilmiş olduğunu, iddia ərizəsinə əlavə olunmuş ustanın qiymətləndirilməsi ilə bağlı qaimə faktura və X1 rəyi də bazar qiyməti ilə yazıldığını, iddiacıya vurulmuş ziyanı gələcəkdə hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında şifahi vəsatət verərək iddiaçının iddia etdiyi qüsurların maşında yarana bilməyəcəyini, iddiaçının iddia etdiyi məbləğin çox və şişirdilmiş olduğunu, iddia ərizəsinə əlavə olunmuş ustanın qiymətləndirilməsi ilə bağlı qaimə faktura ilə də razılaşmadığını, bildirərək görülən işlərin dəqiqləşdirilməsi ilə bağlı mütəxəssisin iştirakı ilə rəy verilməsi üçün əmtəşünaslıq ekspertizasının təyin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Həmin vəsatətin təmin edilməsi barədə məhkəmə xx.xx.2025-ci il tarixdə qərardad qəbul edərək ekspertiza keçirilməsi üçün X2 göndərilmişdir. Mülki işə əlavə olunmuş X1 xx.xx.2025-ci il tarixli NQM 013-09/25 nömrəli rəydən görünür ki, avtomobilin ehtiyyat hissələri və onların dəyişdirilməsi, rənglənməsi və təmiri üçün ümumi bazar dəyəri 2460 manat müəyyən edilmişdir. Mülki işə əlavə olunmuş Naxçıvan MR Naxçıvan Şəhər İcra Hakimiyyəti 2 saylı Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli aryışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Əsgər Həşim oğlu tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli qaimə fakturadan, xx.xx.2025-ci il tarixli qaimə fakturadan, X4 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzdən və X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı avtomobilinin ehtiyyat hissələri üçün 1550 manat, 80 manat, 20 manat və 600 manat olmaqla ümumilikdə 2250 manat pul ödənilmişdir. Mülki işə əlavə olunmuş Naxçıvan Şəhər Polis İdarəsi Dövlət Yol Polis Bölməsinin yol patrul xidməti inspektoru polis baş serjantı X7 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP 736761 saylı protokoldan görünür ki, Cavabdeh inzibati xəta törətdiyi üçün onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə işi hər tərəfli, tam və obyektiv araşdıraraq, işdə iştirak edən iddiaçının nümayəndəsinin, cavabdehin izahatını və işə əlavə olunan sənədləri tədqiq edərək belə hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, Cavabdeh idarə etdiyi “Khazar LX” minik markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobillə Naxçıvan şəhəri, Topçubaşov küçəsində İddiaçı idarə etdiyi “Kia Sportage” minik markalı **-GS-*** dövlət nömrə nişanlı avtomaşının ön hissəsinə maddi zərər vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsini törətmiş, hadisə nəticəsində iddiaçının idarə etdiyi nəqliyyat vasitəsinə zərər dəymiş, dəymiş zərərin ödənilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir köməklik göstərilməmiş, nəticədə maddi ziyanın ödənilməi ilə bağlı iddiaçı məhkəmədə iddia qaldırma məcburiyyətində qalmışdır. İddiaçı məhkəmədə iddia qaldırmaq üçün onunla vəkili arasında müqavilə bağlanmışdır. Beləliklə, məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müvafiq maddələrində ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü zərərin əvəzinin ödənilməsi tələbi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14.2.6-cı maddəsinə əsasən başqa şəxsə zərər vurulması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi üçün əsasdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1 -ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (Azərbaycan Respublikası MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Məhkəmə hesab edir ki, zərərin əvəzinin ödənilməsi tələbi ilə bağlı sübutetmə yükü təkzib edənin, yəni cavabdehin deyil, bilavasitə iddiaçının üzərinə düşür. Bununla bağlı, “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Ona görə də İddiaçı iddiası təmin olunmalı, Cavabdeh avtomaşına dəymiş və çəkilmiş xərcə görə 2250 manat, vəkil xərci üçün 400 manat olmaqla cəmi 2450 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Adı çəkilən məcəllənini 115.0-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir; 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər; 115.0.5. nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər; 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər; Həmin məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Mülki işə əlavə olunmuş 06 may 2025-ci il tarixli EO-06/71VK-17245/25 saylı elektron vəkil orderindən və 05 may 2025-ci il tarixli AR-İİİ № 598318 saylı etibarnamə ilə müəyyən olunur ki, Vəkil iddiacı İddiaçı nümayəndəsi və vəkili kimi ona hüquqi yardım göstərməklə məhkəmə iclaslarında iştirak etmişdir. Mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 150 manat pul Cavabdehdan tutulub X3 MMC-nin büdcə təsnifat VÖEN **********, H/h AZ16NİCB**********0001A35090, "xxxx" ASC kodu: 507064, VÖEN **********, müxbir hesab: AZ98NABZ********************, Ş.W.İ.F.T kod: NİCBAZ22 olan hesabına köçürülməlidir. Məhkəmə ödənilmiş dövlət rüsumu ilə bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, İddiaçı tərəfindən ödənilmiş 55 manat miqdarında dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3-ci və 360-cı maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh iddiacı İddiaçı məxsus olan “KİA SPORTAGE” minik markalı **-GS-*** dövlət nömrə nişanlı avtomaşına dəymiş ziyana və çəkilmiş xərcə görə 2250 manat, vəkil xərci üçün 400 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 55 manat məbləğində dövlət rüsumu olan pulla birlikdə cəmi 2705 (iki min yeddi yüz beş) manat alınaraq İddiaçı xeyrinə ödənilsin. Mülki iş üzrə aparılmış ekspertiza tədqiqatının xərci olan 150 manat pul Cavabdeh tutulub X3 MMC-nin büdcə təsnifat VÖEN **********, H/h AZ16NİCB**********0001A35090, "xxxx" ASC kodu: 507064, VÖEN **********, müxbir hesab: AZ98NABZ********************, Ş.W.İ.F.T kod: NİCBAZ22 olan hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə informasiya sistemində” yaradılan elektron kabinetdən Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-108/2025
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-108/2025
13.10.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver