Məhkəmə qərarları › İş №e-2(088)-133/2021

Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qərardad — İş №e-2(088)-133/2021

17.12.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Heydərabad qəsəbəsi İş № e-2(088)-133/2021 17.12.2021 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək Rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı nümayəndə-vəkili Vəkil Cavabdeh qarşı Sədərək rayonu, Sədərək kəndində yerləşən 0.2 ha. torpaq sahəsi və üzərində yerləşən 89.72 kvm fərdi yaşayış evinin dəyərinin ½ hissəsinin 15000 (on beş min) manat pulun və ödənilmiş 135 ( yüz otuz beş) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Sədərək Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı nümayəndə-vəkili Vəkil Cavabdeh qarşı Sədərək rayonu, Sədərək kəndində yerləşən 0.2 ha. torpaq sahəsi və üzərində yerləşən 89.72 kvm fərdi yaşayış evinin dəyərinin ½ hissəsinin 15000 (on beş min) manat pulun və ödənilmiş 135 ( yüz otuz beş) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sədərək Rayon Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən (dəyişikliklər 01.10.2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir), ərizədə aşağıdakılar göstərilməlidir: ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); Həmin məcəllənin 149.2.3-cü maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. Yenə həmin məcəllənin 150.3-cü maddəsinə əsasən, iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. İddia ərizəsinin məzmunundan göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsində cavabdehin yalnız adı, soyadı, atasının adı və qeydiyyat ünvanı göstərilmiş, qanunvericilkdə göstərilməsi tələb olunan digər məlumatlar, eyni zamanda iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutlar siyahıda göstərilməmişdir. Belə ki, iddiaçı Sədərək rayon məhkəməsinin qətnaməsinə əsasən, 05 iyul 2021-ci il tarixdə Sədərək rayonu, Sədərək kəndində yerləşən 0.2 hektar torpaq sahəsi və üzərində tikilmiş 89.72 kvm fərdi yaşayış evin ½ hissəsini “hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestirindən” çıxarış almaqla öz payına mülkiyyət hüququ əldə etmişdir. Lakin sonradan həmin mülkiyyətində olan evə köçməsinə mane olan və həmin fərdi yaşayış evinin naturada ayrılmasının mümkün olub- olmaması ilə bağlı heç bir fakt və halları təsdiq edən sübutlar iddia ərizəsinə əlavə etməmişdir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə görə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bununla da, iddiaçı tərəfindən iddia ərizəsinin qanunvericiliklə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyi üçün ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçıya Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263 və 264-cü maddələrini rəhbər tutaraq, Qərara aldım: İddiaçı nümayəndə-vəkili Vəkil Cavabdeh qarşı Sədərək rayon Sədərək kəndində yerləşən 0.2 ha. torpaq sahəsi və üzərində yerləşən 89.72 kvm fərdi yaşayış evinin dəyərinin ½ hissəsinin 15000 (on beş min) manat pulun və ödənilmiş 135 ( yüz otuz beş) manat dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ödənilməsi tələbinə dair iddia ərizəsi, ona əlavə edilmiş sənədlər və dövlət rüsumu qismində ödənilmiş 135 (yüz otuz beş) manat məbləğində pul geri qaytarılsın. İddiaçıya izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan, qərardad rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində Sədərək rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Hüseyn Zülfüqarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar