Azərbaycan Respublikası adından QƏTNAMƏ Heydərabad qəsəbəsi İş № e-2(088)-19/2022 14.02.2022 NAXÇIVAN MR SƏDƏRƏK RAYON MƏHKƏMƏSİ Sədərək rayon Məhkəməsinin hakimi Zülfüqarov Hüseyn Nadir oğlu. İddiaçı ASC-nin, Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair mülki işə kiçik iddia üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı ASC-nin, etibarnamə üzrə nümayəndəsi Nümayəndə elektron ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh 04.12.2018-ci il tarixli PXA ********** nömrəli siğorta müqaviləsi üzrə subroqasiya qaydasında iddiaçı tərəfindən ödənilmiş 360 manat pul borcunun və 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə Cavabdeh ümumilikdə 390 manat pulun alınaraq İddiaçı ASC-nin xeyrinə ödənliməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh “Mercedes Benz V220 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili 04.12.2018-ci il tarixdən 05.12.2019-cu il tarixədək İddiaçı ASC-də icbari siğorta növündə siğortalanmışdır, cavabdeh ilə 04.12.2018-ci il tarixli PXA ********** nömrəli siğorta müqaviləsi bağlanılmışdır. 14.10.2019-cu il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz V220 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, R.Rüstəmov küçəsində “X6 200” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur, həmin hadisə ilə bağlı Nizami rayon DYPŞ-nin 15.10.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə dəqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Avtomobillərin texniki xidmət mərkəzi tərəfindən 18.10.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X6 200” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 360 manat zərər dəymişdir. İddiaçı 04.11.2019-cu il tarixində həmin məbləği zərərçəkmiş şəxs X1 ödənişinin alınması üçün təqdim edilmiş plastik kartına ödəmişdir və ona görə də subroqasiya hüququnun olduğunun nəzərə alınaraq, iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin əvəzi olaraq Cavabdeh 360 manat zərər məbləğində pul borcu yaranmışdır. Ona görə də 30 manat ödənilmiş dövlət rüsumu olan pulla birlikdə cəmi 390 manat pul Cavabdeh alınıb İddiaçı ASC-nin xeyrinə ödənilməsini əsaslı hesab etmişdir. Məhkəmə 10 yanvar 2022-ci il tarixdə cavabdehə iddiaçının tələbinə dair iddia ərizəsinin surətini və iddia tələbinə dair etirazının olduğu halda onları təsdiq edən sənədləri 10 iş günü müddətində məhkəməyə təqdim etməsi barədə qeydiyyatda olduğu ünvana bildiriş göndərmişdir. Cavabdeh bildirişi 18 yanvar 2022-ci il tarixdə rəsmi qaydada alsada, məhkəməyə iddiaya qarşı heç bir etiraz və sənəd göndərməmişdir. Məhkəmə iş üzrə təqdim edilmiş sənədləri araşdıraraq bu qənaətə gəlir ki, iddia təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İddiaçı ilə X3 arasında bağlanmış 04.12.2018-ci il tarixli PXA ********** nömrəli siğorta müqaviləsinə əsasən “Mercedes Benz V220 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobili 05.12.2018-ci il tarixdən 05.12.2019-cu il tarixədək İddiaçı ASC-də icbari siğorta növündə siğortalanmışdır. Cavabdeh ehtibarnamə əsasında idarə etdiyi “Mercedes Benz V220 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, R.Rüstəmova küçəsində “X6 200” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 18.10.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X6 200” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 360 manat məbləğində zərər dəymişdir. İşə əlavə olunmuş sənədlərdən aydın olur ki, Cavabdeh 14.10.2019-cu il tarixdə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz V220 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, R.Rüstəmov küçəsində “X6 200” markalı **- KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 18.10.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində“X6 200” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 360 manat zərər dəymişdir həmin zərər də İddiaçı ASC-tərəfindən ödənilmişdir. İddia ərizəsinə əlavə olunmuş həmin hadisə ilə bağlı Nizami rayon DYPŞ tərəfindən verilmiş 15.10.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məlum olur ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.6-cı (Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddəsi ilə təqsirli bilinmişdir. Ərizəyə əlavə olunmuş 04.12.2018-ci il tarixli PXA ********** nömrəli siğorta müqaviləsi, PXA53464 nömrəli siğorta aktı, Nizami rayon DYPŞ tərəfindən verilmiş 15.10.2019-cu il tarixli TP ******* nömrəli inzibati tənbeh qərarı, Nizami rayon DYPŞ tərəfindən verilmiş 24.10.2019-cu il tarixli arayış, Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən verilmiş 18.10.2019-cu il tarixli qüsur aktı, 04.11.2019-cu il tarixli təhvil təslim aktı, göstərilənləri bir daha təsdiq edir. İddia ərizəsinə əlavə olunmuş 05.11.2019-cu il tarixli "xxxx" ASC-nin qəbzindən aydın olur ki, 360 manat pul zərərçəkmiş X2 verilmişdir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın o, cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.3-cü maddəsinə əsasən Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 284-1-ci maddəsinə əsasən, Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3-ci maddəsinə əsasən, Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, iddia təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat məbləğində pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, Məhkəmə yuxarıda göstərilən maddələrdə ifadə olunmuş hüquq normalarının göstərişinə əsaslanaraq hesab edir ki, iddiaçının irəli sürdüyü pul tələbi əsaslıdır. Göründüyü kimi Cavabdeh 14.10.2019-cu tarixdə etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz V220 CDİ” markalı, **-ML-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, R.Rüstəmov küçəsində “X6 200” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur və Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən 18.10.2019-cu il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “X6 200” markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobilə 360 manat zərər dəymiş həmin zərər İddiaçı ASC tərəfindən ödənildiyindən subroqasiya hüququndan istifadə edərək ona dəymiş zərərə görə məsuliyyət daşıyan Cavabdeh olduğundan həmin məbləği ödəməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5.3, 284-6, 358.0.3, 360 və 216-220-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh ödənilmiş sığorta ödənişinin əvəzi olaraq 360 manat zərər məbləğinin və 30 manat ödənilmiş dövlət rüsumu ümumilikdə 390 (üç yüz doxsan) manat alınaraq, İddiaçı ASC-nin hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Sədərək rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Hüseyn Zülfüqarov
Məhkəmə qərarları › İş №e-2(088)-19/2022
Naxçıvan MR Sədərək Rayon Məhkəməsi Qətnamə — İş №e-2(088)-19/2022
14.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Subroqasiya qaydasında pul tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver